Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir .....                     Qodu-Qodu BAYRAMINIZ MÜBARƏK! .....                     Bakıda güzgü oğrusu ələ keçdi .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub .....                     Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu .....                     Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq .....                     “Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...” .....                     Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu MÜRACİƏT... .....                     Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! .....                     "Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" .....                     Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır .....                     Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür .....                     Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb .....                     "Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək" .....                     SOCAR Rumıniya iqtisadiyyatına qoyduğu investisiyaların məbləğini açıqlayıb .....                     "Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik" .....                     Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edilib .....                     Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır .....                     DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir .....                     Paşinyan sülh qapılarını niyə bağlayır? .....                     Əhalinin banklardakı pulları 8 milyard manatı keçib .....                     Dünyanın ən xoşbəxt ölkəsi açıqlanıb .....                     Yeni Zelandiya terrorunun qurbanlarının ilk dəfn mərasimi bu gün mümkün olacaq .....                     “Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” .....                     Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur .....                     Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcək .....                     Azərbaycanda bu il üçün balıq ovunun kvotası müəyyənləşib .....                     Rusiya forpostu Ermənistana qarşı .....                     Ombudsman yerinə iki iddiaçı .....                     "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz" .....                     “İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır .....                     Goranboy sakini bıçaqlanıb .....                     “Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz” .....                     Sədaqət Rəşidqızıdan Novruz əhval-ruhiyyəli fotolar .....                     "Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək" .....                     Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər .....                     Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi fondu 500 min manat artırılıb .....                     Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər? .....                     "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib .....                 

Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Tarix: 23-02-2019, 10:18 | Çap et
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri
Azərbaycanın mənzil bazarındakı bahalıq uzun illərdir insanları narahat edir. İnkişaf baxımından Azərbaycanla eyni səviyyədə olan heç bir ölkədə daşınmaz əmlak qiymətləri Bakıdakı qədər yüksək deyil. Şəhərin mərkəzindən aralı ərazilərdə belə bu gün yeni tikilən binalarda mənzilin kvadratmetrini 1000 manatdan aşağı tapmaq mümkün deyil. Bu bahalığı şərtləndirən hansı amillərdir? Ölkənin tikinti bazarındakı məmur-oliqarxlara bağlılıq burada nə qədər rol oynayır?

Bu barədə “Yeni Müsavat”a danışan iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, daşınmaz əmlak sahəsində bahalıq əsasən neft bumu dövründə formalaşıb: “Bum dövrünün spesifik cəhətlərindən biri budur ki, daşınmaz əmlak bazarında qiymət artımlarına gətirib çıxarır. Daşınmaz əmlak bazarı neft bumu dövründə cəlbedici idi, kommersiya baxımından daha çox gəlir əldə etməyə imkan verirdi. Buna görə də Rusiyada və digər ölkələrdə işləyib pul qazanan vətəndaşlarımız bu bazarda tələbi yüksəltdilər. Manatın devalvasiyalarından sonra daşınmaz əmlakın qiyməti dollar ifadəsində azaldı. Əgər devalvasiyadan əvvəl Bakının daşınmaz əmlak bazarında qiymətlər nəinki regionda, hətta daha geniş əhatədə ən yüksək səviyyədə isə devalvasiyalardan sonra azalma baş verdi. Buna baxmayaraq, hazırda manat və dollar ifadəsində qiymətlər yüksəkdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan daşınmaz əmlak bazarında qiymətlər gəlir səviyyəsi və alıcılıq qabiliyyəti ilə uyğun deyil: “Bizim araşdırmalarımız göstərir ki, yeni binalarda mənzilləri bir çox hallarda saxlamaq üçün alırlar. Yəni baxırsan ki, binanın yarıdan çoxu satılıb, amma mənzillərdə yaşayan yoxdur. Bu da süni tələb formalaşdırır. 2015-2018-ci illərdə bazarda təklif də azalıb. Amma burada inzibati faktorlar da var. Kifayət qədər təsirli şirkətlər var ki, qiymətlərin enməsinə imkan verməməyə çalışırlar. Çox fərqli mətbuat orqanlarına real əsası olmadan yaxın vaxtlarda mənzillərin bahalaşacağına dair məlumatlar sızdırılır. Bununla da süni tələb formalaşdırmağa çalışırlar. Yaxud satıcılar bir-biri ilə razılaşırlar ki, qiymətləri endirməsinlər”.

V.Bayramov hesab edir ki, qiymətlərin azalması üçün bazarda təklif artmalıdır: “Xərclərin azaldılması çox vacibdir. Bum dövründə tikinti xərclərinə təsir edən faktorlar çox idi: icazələrin alınması, kommunal xidmətlərə çıxış, istismara qəbulda qeyri-rəsmi xərclər çox idi. Son vaxtlar bu sahələrdə şəffaflığın təmin olunması istiqamətində ciddi addımlar atılır. İnşaat sektorunun liberallaçdırılması mənzil bazarında ucuzlaşmaya gətirib çıxara bilər”.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı əmlak bazarında qiymətlərin bahalığında qeyri-rəsmi xərclərin yüksək olması faktorunun mühüm rol oynadığı fikrindədir: “Bu qeyri-rəsmi xərclər üzündən normalda bir kvadratmetrinin maya dəyəri 500-600 manata başa gəlməli olan tikintinin qiyməti bəzi hallarda iki dəfəyə qədər artır. Buna korrupsiya halları, qeyri-rəsmi ödənişlər səbəb olur. Bu günlərdə cənab president özü bu məsələlərdən birinə müdaxilə etdi. Çoxmərtəbəli binaların istismara qəbul qaydalarının sadələşdirilməsinə dair fərman imzaladı. Buna qədər Bakıda yüzlərlə bina qeydiyyatsız qalmışdı”.

R.Osmanlının sözlərinə görə, reallıqda Azərbaycanda, xüsusilə də Bakı şəhərində mənzilə olan tələbat çox yüksəkdir: “Amma heç də hamının mövcud qiymətlərlə mənzil əldə etməsi mümkün olmur. Yəni tələbin səviyyəsi qiymətlərdən birbaşa asılıdır. Bahalığın digər mühüm bir səbəbi bir çox şirkətlərin dövriyyə kapitalı əsasında fəaliyyət göstərməməsi ilə bağlıdır. Normal xarici ölkələrdə tikinti şirkətləri dövriyyə vəsaitləri hesabına fəaliyyət göstərirlər. Azərbaycanda isə bir sıra tikinti şirkətləri var ki, kənar maliyyə resursları hesabına fəaliyyət göstərirlər, onların dövriyyədən əldə olunan vəsaitlərə ehtiyacları yoxdur, çünki əlavə maliyyələri var. Bir növ, bu qeyri-qanuni vəsaitləri leqallaşdırmağın bir yoludur. Bu amil bazarda sağlam rəqabət mühitinin formalaşmasına da imkan vermir. Bazarda rəqabət olarsa, kənar maliyyə resursları olmazsa, istər-istəməz qiymət siyasətinə yenidən baxılacaq. Amma kənar maliyyə resurslarına bağlı olan şirkətlər bir mənzil belə satmadan on bina tikmək imkanındadılar. Rəqabət olmadığına görə onlar bazara istədikləri qiyməti diqtə edə bilirlər”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir - Prezident İlham Əliyev
Bu gün, 11:25
Qodu-Qodu BAYRAMINIZ MÜBARƏK!
Bu gün, 11:24
Bakıda güzgü oğrusu ələ keçdi
Bu gün, 11:23
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Bu gün, 11:21
Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub - Dövlət başçısı
Bu gün, 11:19
Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
Bu gün, 11:18
Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq - İlham Əliyev
Bu gün, 11:16
“Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...”
Bu gün, 11:13
"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır” - deputat
Bu gün, 11:05
Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu MÜRACİƏT... - VİDEO
Bu gün, 11:02
Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab
Bu gün, 10:58
"Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" - deputat
Bu gün, 10:57
Fədakar jurnalistlər niyə Damla qədər sevilmir?
Bu gün, 10:54
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır - “CAN-CİYƏR SÖHBƏTLƏRİ OLA BİLMƏZ, AMMA...”
Bu gün, 10:51
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür
Bu gün, 10:49
Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb
Bu gün, 10:47
"Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək" - Dövlət başçısı
Bu gün, 10:46
SOCAR Rumıniya iqtisadiyyatına qoyduğu investisiyaların məbləğini açıqlayıb
Bu gün, 10:44
"Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik" - Prezident İlham Əliyev
Bu gün, 10:43
Həbsdə olan Təranənin qızını ziyarət etdilər
Bu gün, 10:42
Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edilib
Bu gün, 10:38
Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - Azərbaycan Prezidenti
Bu gün, 10:37
DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - Diqqət!
Bu gün, 10:34
Paşinyan sülh qapılarını niyə bağlayır? - TƏHLİL
Bu gün, 10:32
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
Bu gün, 10:30
Dünyanın ən xoşbəxt ölkəsi açıqlanıb
Bu gün, 10:29
Yeni Zelandiya terrorunun qurbanlarının ilk dəfn mərasimi bu gün mümkün olacaq
Bu gün, 10:28
“Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” - General Yaşar Aydəmirov
Bu gün, 10:27
Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur - Azərbaycan Prezidenti
Bu gün, 10:25
Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcək
Bu gün, 10:24
Azərbaycanda bu il üçün balıq ovunun kvotası müəyyənləşib
Bu gün, 10:23
Rusiya forpostu Ermənistana qarşı “qamçı və kökə” siyasətini cilalayır
Bu gün, 10:22
Ombudsman yerinə iki iddiaçı - vitse-spikerin də adı var
Bu gün, 10:20
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz" - Prezident İlham Əliyev
Bu gün, 10:18
“İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır
Bu gün, 10:16
Goranboy sakini bıçaqlanıb
Bu gün, 10:15
“Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz” - Hafiz Hacıyev
Bu gün, 10:13
Sədaqət Rəşidqızıdan Novruz əhval-ruhiyyəli fotolar
Bu gün, 10:11
"Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək" - Prezident İlham Əliyev
Bu gün, 10:09
Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər - TƏHLİL
Bu gün, 10:07
Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi fondu 500 min manat artırılıb
Bu gün, 10:06
Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər? - TƏHLİL
Bu gün, 10:05
"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib
Bu gün, 10:03
Azərbaycanlı pianoçu Fransada "İlin fəxri qadını" medalı ilə təltif edilib
Bu gün, 10:02
ABŞ və Braziliya liderləri Venesuela məsələsində həmfikirdirlər
Bu gün, 09:59
Evində narkotik yetişdirirdi
Bu gün, 09:58
“Onun üzünə neçə nəfər qərbi azərbaycanlı durub, bunu da unutmaq olmaz” - Maksim Musayev
Bu gün, 09:57
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb
Bu gün, 09:55
S&P "Brent" neftinin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:54
Lənkəranda ərlə arvad dəm qazından zəhərlənib
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru