Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir .....                     Qodu-Qodu BAYRAMINIZ MÜBARƏK! .....                     Bakıda güzgü oğrusu ələ keçdi .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub .....                     Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu .....                     Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq .....                     “Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...” .....                     Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu MÜRACİƏT... .....                     Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! .....                     "Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" .....                     Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır .....                     Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür .....                     Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb .....                     "Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək" .....                     SOCAR Rumıniya iqtisadiyyatına qoyduğu investisiyaların məbləğini açıqlayıb .....                     "Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik" .....                     Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edilib .....                     Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır .....                     DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir .....                     Paşinyan sülh qapılarını niyə bağlayır? .....                     Əhalinin banklardakı pulları 8 milyard manatı keçib .....                     Dünyanın ən xoşbəxt ölkəsi açıqlanıb .....                     Yeni Zelandiya terrorunun qurbanlarının ilk dəfn mərasimi bu gün mümkün olacaq .....                     “Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” .....                     Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur .....                     Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcək .....                     Azərbaycanda bu il üçün balıq ovunun kvotası müəyyənləşib .....                     Rusiya forpostu Ermənistana qarşı .....                     Ombudsman yerinə iki iddiaçı .....                     "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz" .....                     “İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır .....                     Goranboy sakini bıçaqlanıb .....                     “Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz” .....                     Sədaqət Rəşidqızıdan Novruz əhval-ruhiyyəli fotolar .....                     "Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək" .....                     Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər .....                     Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi fondu 500 min manat artırılıb .....                     Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər? .....                     "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib .....                 

“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Tarix: 23-02-2019, 10:14 | Çap et
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur”
Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. Bu tədbirlər həm işğalçı Ermənistanın ifşa olunması, həm də soyqırım həqiqətlərinin beynəlxalq aləmə yayılması, onun rəsmən tanıdılması üçün olduqca vacibdir.

Fevralın 25-də Nyu-Yorkda Yəhudi Tarixi Mərkəzində Amerika Sefardlar Federasiyası ilə Amerika Müsəlmanları Liderləri İttifaqının birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımına həsr edilmiş “Nəzər yetirmək və danışmaq: Xocalı faciəsini yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq” adlı tədbir, həmçinin amerikalı musiqiçi Cefri Verbokun ifasında muğam gecəsi baş tutacaq.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, dünya çapında Xocalı soyqırımı ilə bağlı aparılan təbliğatın genişlənməsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” kampaniyasının nəticəsidir. Məlumatda deyilir ki, bu kampaniya çərçivəsində Ermənistanın yalanları və işğalçı siyasəti dünya ictimaiyyətinə çatdırılıb.

Məhz bu kampaniyanın nəticəsində yəhudi icmaları prosesə qoşulub, Azərbaycana dəstək nümayiş etdirirlər. Ötən əsrdə soyqırıma məruz qalmış yəhudi və Azərbaycan xalqlarının - Türk diasporu ilə birlikdə - birgə fəaliyyəti hədəflərə çatmağımız istiqamətində ciddi perspektivlər açır. Son zamanlar dünya azərbaycanlılarının bir araya gələrək birgə fəaliyyəti də artıq öz nəticəsini verməkdədir.

Məlumatda o da bildirilir ki, azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatının Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbiri ABŞ tarixində ilk dəfə keçirilir. Tədbirdə Amerikadakı müxtəlif yəhudi təşkilatlarının liderləri, amerikalı gənc yəhudi liderlər, yəhudi və müsəlman dini liderlər, soyqırımı qurbanı olmuş digər xalqların nümayəndələri, Birləşmiş Millətlər Təşkilatının rəsmi şəxsləri, Nyu-Yorkdakı diplomatik nümayəndəliklərin təmsilçiləri, soyqırımı üzrə beynəlxalq mütəxəssislər, amerikalı tarixçilər, Xocalı soyqırımı zamanı doğmalarını itirmiş, diasporumuzun üzvü Anar Usubov, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitəsinin nümayəndəsi, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları və ABŞ-dakı Azərbaycan diasporu da daxil olmaqla təxminən 150 nəfərin iştirakı gözlənilir.

Milli Məclisin yəhudi deputatı, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yevda Abramov “Yeni Müsavavat”a açıqlamasında iki xalqın əməkdaşlığını yüksək qiymətləndirdi. Bildirdi ki, tarixdə soyqırıma məruz qalmış yəhudi və Azərbaycan xalqları, onların diaspor təşkilatları birgə fəaliyyət göstərsə, Xocalı həqiqətlərinin yayılmasında ciddi uğurlara nail olmaq mümkündür: “Mən bu məsələni Amerikada olanda da qabartmışdım. İsraildə bizim böyük diasporumuz var. Dövlət adamları bəzən 100 minlik diasporumuzun olduğunu deyirlər. Amma İsraildə azı 80 min fəal Azərbaycan yəhudiləri, bir az da Dağıstandan gedən dağ yəhudiləri var. Bu gün orada görülən işlərin əsas təşkilatçısı, ilhamvericisi ”Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasıdır. Təəssüf ki, İsraildə səfirliyimiz yoxdur. Açığını deyim, hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur. Səfirliyimizin açılmadığı ölkələrdə isə biz çalışırıq ki, dostlara, yoldaşlara, şəxsən tanıdığımız insanlara müraciət edək. İnanırsınız, mən özüm hətta qızımı da Azərbaycanın dünyada tanıdılması məqsədilə diaspor fəaliyyətinə cəlb edirəm. Səfirlik olmayan yerlərdə isə parlamentin Dostluq Qrupunun işi çox çətindir. Telefonla, tez-tez gəlib-getməklə məsələni həll edə bilmirik. İsraildə səfirliyimiz olsa, işlər lap yaxşı gedərdi. Amma olmasa da, böyük faciə deyil. İşləri düzüb-qoşuruq, tarixi ənənələr var. Necə ki, 14-15 il əvvəldən ənənələrin əsasını qoymuşuq, bu gün avtomatik şəkildə işlər gedir. Çoxlu fəalımız var, xüsusilə də Qafqaz təşkilatı çox fəaldır. Sağ olsun oğuzlu balalarımız, qubalı uşaqlarımız, bakılı yəhudilərimiz".

Dostluq qrupunun sədri qəzetimizə maraqlı bir məlumatı da söylədi. Dedi ki, İsrailin Xayfa şəhərində yaşayan qızı Səbinə Abramovanı da diaspora işlərinə cəlb edib: “Qızım telekommunikasiya sahəsində işləyir. Amma İsraildə Qafqaz Yəhudi Cəmiyyətində fəaldır. ”Azİz"-in şöbəsində ictimai əsaslarla çalışır. Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edir, həmçinin təşkilatçılıqla məşğul olur. Mən də demişəm ki, əlinizdən nə gəlirsə, Azərbaycan üçün eləyin. Mənim bir qızım, bir oğlum ordadır. Oğlum da işdən fürsət tapanda tədbirlərə qatılır. Amma qızım çox fəaldır".

Y.Abramov onu da vurğuladı ki, hazırda İsrailin üç şəhərində - Xayfa, Akko və Təl-Əvivdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir: “Xəstəliyimlə əlaqədar ayda bir dəfə İsrailə gedirəm. Arye Qutla (Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri-red.) və orada fəaliyyət göstərən Qafqaz Cəmiyyətinin üzvləri ilə yaxından əlaqə saxlayıram. Ən yaxın dostum Ariyel Qut orda olduğu üçün mən heç nəyə görə darıxmıram, bilirəm ki, hər şey yaxşı olacaq. Allah ona da kömək olsun, bir az xəstəliyi var. Çox fəal inşandır, özü də keçmiş bakılıdır. Bu şəxslərin təşəbbüsü ilə İsraildə mütəmadi konfranslar keçirilir. Biz həmişə çalışırıq ki, Amerikada və İsraildə olan diaspor nümayəndələrimiz yəhudilərlə qardaşlıq, dostluq əlaqələrində olsun, əhəmiyyətli işlər görsünlər. Görünür, bunun nəticəsidir, Amerikada məsələyə biganə qalmırlar. Orada fəaliyyət göstərən yəhudi təşkilatlarının liderləri dəfələrlə Azərbaycanda olublar, rəsmi şəxslərlə görüşüblər. Uşaqlar ötən gün İsraildə Xocalıya aid tədbir keçirməlidir. Bir gün qabaq da Heydər Əliyev Evində keçirdilər. Növbəti tədbir də Təl-Əvivdə olacaq”. Y.Abramov bildirdi ki, özü səhhəti ilə əlaqədar İsrailə səfər edə bilməsə də, həmkarları, dostluq qrupunun üzvləri - Asim Mollazadə, Rasim Musabəyov və digərləri Xocalı tədbirlərində iştirak edir.

Deputat ABŞ-da dağ yəhudilərinin də çox fəal olduğunu vurğuladı. Bruklin şəhərinin dağ yəhudilərinin dini icmasının sədrindən - mənim məktəb dostumdur - digər insanlara qədər çoxsaylı dostlarımız Xocalı ilə bağlı çalışırlar". Y.Abramov ABŞ-da keçiriləcək tədbiri də Yəhudi-Azərbaycan qardaşlığının nümayişi kimi səciyyələndirdi: “Mən hələ 2006-cı ildə ilk dəfə Amerikada olanda Cənubi Azərbaycandan olan qardaşlarımızı, Türkiyənin ABŞ-dakı səfirini, Azərbaycan Diasporunun aktiv üzvlərindən olan Tomris Azərini, Dağ Yəhudiləri İcmasının fəal nümayəndələrini, Yəhudi sineqoqunun ağsaqqalını və digər şəxsləri bir yerə yığaraq, söhbətlər aparmışdım. Onlarla müzakirə etdiyim məsələ ABŞ-da birlikdə fəaliyyət göstərməyimizlə bağlı təkliflər idi. Sadaladığım icmaların nümayəndələrinə bildirdim ki, vahid qrup altında birləşib, mənfur qonşularımıza qarşı tədbirləri keçirməliyik. Qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımını unutmamalıyıq. Və ən önəmlisi bu tədbirləri təqvimdən təqvimə deyil, hər zaman təşkil etməliyik. Düzdür, bu addımdan sonra kütləvi konfranslar, tədbirlər olmamışdı. Amma Nyu-York şəhərinin küçə və prospektlərində, metrostansiyaların giriş və çıxışlarında Xocalı faciəsi barədə panellər asılırdı. Bundan sonra bütün qurultaylara qatılan Tomris xanımla (Tomris Azəri) bir neçə dəfə görüşüb, bu barədə söhbətlər aparmışıq”.

Deputat qeyd etdi ki, bundan sonra da Azərbaycan-Yəhudi qardaşlığı davam edəcək: “Xocalı soyqırımı ümumi dərdimizdir. Azərbaycan xalqının kədəri bizim kədərimiz, sevinci sevincimizdir. Yəhudi və azərbaycanlıları biri-birindən heç kim ayıra bilməz. Mən yəhudi qardaşlarımızla görüşlərdə də dəfələrlə demişəm ki, baxın, özüm də azərbaycanlılardan seçilmirəm. Ona görə, bu dərd hamımızın dərdidir. Ədalət prizmasından məsələyə yanaşmaq mütləqdir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir - Prezident İlham Əliyev
Bu gün, 11:25
Qodu-Qodu BAYRAMINIZ MÜBARƏK!
Bu gün, 11:24
Bakıda güzgü oğrusu ələ keçdi
Bu gün, 11:23
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Bu gün, 11:21
Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub - Dövlət başçısı
Bu gün, 11:19
Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
Bu gün, 11:18
Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq - İlham Əliyev
Bu gün, 11:16
“Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...”
Bu gün, 11:13
"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır” - deputat
Bu gün, 11:05
Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu MÜRACİƏT... - VİDEO
Bu gün, 11:02
Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab
Bu gün, 10:58
"Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" - deputat
Bu gün, 10:57
Fədakar jurnalistlər niyə Damla qədər sevilmir?
Bu gün, 10:54
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır - “CAN-CİYƏR SÖHBƏTLƏRİ OLA BİLMƏZ, AMMA...”
Bu gün, 10:51
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür
Bu gün, 10:49
Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb
Bu gün, 10:47
"Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək" - Dövlət başçısı
Bu gün, 10:46
SOCAR Rumıniya iqtisadiyyatına qoyduğu investisiyaların məbləğini açıqlayıb
Bu gün, 10:44
"Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik" - Prezident İlham Əliyev
Bu gün, 10:43
Həbsdə olan Təranənin qızını ziyarət etdilər
Bu gün, 10:42
Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edilib
Bu gün, 10:38
Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - Azərbaycan Prezidenti
Bu gün, 10:37
DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - Diqqət!
Bu gün, 10:34
Paşinyan sülh qapılarını niyə bağlayır? - TƏHLİL
Bu gün, 10:32
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
Bu gün, 10:30
Dünyanın ən xoşbəxt ölkəsi açıqlanıb
Bu gün, 10:29
Yeni Zelandiya terrorunun qurbanlarının ilk dəfn mərasimi bu gün mümkün olacaq
Bu gün, 10:28
“Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” - General Yaşar Aydəmirov
Bu gün, 10:27
Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur - Azərbaycan Prezidenti
Bu gün, 10:25
Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcək
Bu gün, 10:24
Azərbaycanda bu il üçün balıq ovunun kvotası müəyyənləşib
Bu gün, 10:23
Rusiya forpostu Ermənistana qarşı “qamçı və kökə” siyasətini cilalayır
Bu gün, 10:22
Ombudsman yerinə iki iddiaçı - vitse-spikerin də adı var
Bu gün, 10:20
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz" - Prezident İlham Əliyev
Bu gün, 10:18
“İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır
Bu gün, 10:16
Goranboy sakini bıçaqlanıb
Bu gün, 10:15
“Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz” - Hafiz Hacıyev
Bu gün, 10:13
Sədaqət Rəşidqızıdan Novruz əhval-ruhiyyəli fotolar
Bu gün, 10:11
"Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək" - Prezident İlham Əliyev
Bu gün, 10:09
Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər - TƏHLİL
Bu gün, 10:07
Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi fondu 500 min manat artırılıb
Bu gün, 10:06
Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər? - TƏHLİL
Bu gün, 10:05
"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib
Bu gün, 10:03
Azərbaycanlı pianoçu Fransada "İlin fəxri qadını" medalı ilə təltif edilib
Bu gün, 10:02
ABŞ və Braziliya liderləri Venesuela məsələsində həmfikirdirlər
Bu gün, 09:59
Evində narkotik yetişdirirdi
Bu gün, 09:58
“Onun üzünə neçə nəfər qərbi azərbaycanlı durub, bunu da unutmaq olmaz” - Maksim Musayev
Bu gün, 09:57
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb
Bu gün, 09:55
S&P "Brent" neftinin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:54
Lənkəranda ərlə arvad dəm qazından zəhərlənib
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru