Deputat hərbçilərimizi təxribata çəkən gürcüləri tərbiyəsiz adlandırdı .....                     Sumqayıtda 27 yaşlı oğlan faciəli şəkildə ölüb .....                     Bakıda məşhur ticarət və əyləncə mərkəzində yanğın başlayıb .....                     İraq mənbələri İŞİD lideri əl-Bağdadinin gizləndiyi yeni bölgə barədə məlumat veriblər .....                     Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib .....                     Müalicə alan erməni əsgər fərarilik etdi .....                     "Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır" .....                     "Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır" .....                     Rusiya təyyarələri Suriyanın şimalında "Ceyşul-İzzə"ni vurub .....                     Günel Ağayeva itlə fotosessiya etdirdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə məlumatlar yalandır .....                     Rasim Əliyev Prezidentin fəxri diplomu ilə təltif edilib .....                     Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb .....                     Keçmiş arvadına 12 bıçaq vuran şəxsə hökm oxunub .....                     İnternet provayderləri hüququmuzu belə pozur: .....                     Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb .....                     SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin təntənəli açılış mərasimi keçirildi .....                     Bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirik .....                     Vilayət Eyvazov yeni polis heyəti ilə bir arada .....                     ““Keşikçidağ” insidentindən dərs və nəticə çıxarmalıyıq .....                     Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı .....                     Dövlət Sərhəd Xidməti Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb .....                     “Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” .....                     “İstənilən halda məsuliyyət Gürcüstanın üzərinə düşür” .....                     "Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümündə bunun təsiri daha ciddi hiss olunur" .....                     Dünyanın 10 ən “zibillənmiş” ölkəsi .....                     “Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb .....                     Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu .....                     Rusiyada FTX-nin "Alfa" bölməsinin başçısı işdən çıxarılıb .....                     Moqerini: “Türk xalqı ilə həmrəyliyimiz şübhə altına alına bilməz” .....                     KTN-nin Beyləqan Aran Regional İdarəsi ÖZBAŞINA QALIB? .....                     "Tapança Adil"in məhkəməsi başlayır .....                     Etibar Pirverdiyev at ilxısını satdı .....                     "Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." .....                     Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 7% artırıb .....                     Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı .....                     "4.3 milyardlıq mülki iddiada müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb" .....                     Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN .....                     Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib .....                 

Azərbaycanda futbolçu transferləri: Şişirdilmiş qiymətlərdən real məbləğlərə doğru - TƏHLİL
Tarix: 19-02-2019, 15:19 | Çap et
Azərbaycanda futbolçu transferləri: Şişirdilmiş qiymətlərdən real məbləğlərə doğru
Azərbaycan Premyer Liqasında çıxış edən klublar 12 yanvar – 8 fevral tarixlərini əhatə edən qış “transfer pəncərəsi” dövründə ümumilikdə 38 futbolçunun keçidini rəsmiləşdiriblər.

“Report”un məlumatına görə, 17 oyunçu ilk dəfə Odlar Yurdunda çıxış edəcək. Onları “Qarabağ” və “Sabah” istisna olmaqla, qalan 6 elita təmsilçisi transfer edib. Söhbət Mamadu Mboc, Mamadu Kane, Vangelis Platellas, Canluka Sansone, Petru Raku (hamısı “Neftçi”), Aleksandr Rıbka, İriberri İmanol (hər ikisi “Səbail”), Davit Volkovi (“Qəbələ”), Peyman Babayi, Əmir Ağayev (hər ikisi “Sumqayıt”), Con Kamara, Luis Anxelo Penya (hər ikisi “Keşlə”), Mfo Kqasvane, İsmail Fofana, Xulio Sezar Rodriges Ximenes, Robin Nqalande və Şafik Tiqrudcadan (hamısı “Zirə”) gedir.

Qış fasiləsi həm də “Qarabağ”ın Riçard Almeyda və Reynaldo Silvanı geri qaytarması ilə əlamətdar olub. Bununla yanaşı, 2015-ci ildə AZAL-da oynamış Valeri Kutsenko “Keşlə”yə keçib. 2014-cü ildə “Rəvan”nın heyətində yer almış Oke Akpoveta isə “Səbail”ə transfer olunub.

Beş futbolçunun - Şafik Tiqrudca (“Zirə”), İriberri İmanol, Oke Akpoveta (hər ikisi “Səbail”), Petru Raku (“Neftçi”) və Evin Bədəlovun (“Sumqayıt”) keçidi “transfer pəncərəsi” bağlanandan sonra gerçəkləşib. “Keşlə” Emin Mehtiyevlə, “Sumayıt” isə Peyman Keşavarzla müqavilə bağlasalar da, onlardan mövsümün ikinci yarısında yararlana bilməyiblər. Səbəb həmin oyunçuların 2018/2019 mövsümündə artıq iki klubla müqavilə bağlamalarıdır. Azərbaycan təmsilçiləri bu məqamın fərqinə gec vardıqları üçün belə kuryoz problemlə üzləşiblər. FİFA-nın Oyunçuların Statusu və Transferi Qaydalarına əsasən, 1 oyunçu eyni mövsümdə 2-dən çox klubun formasını geyinə bilməz.

Son məlumatlara görə, 8 klub ümumilikdə 34 futbolçu ilə yollarını ayırıb. Lakin gələn və gedənlərin siyahısına yeni adlar əlavə oluna bilər. Çünki Azərbaycanda azad agent statusu daşıyan futbolçularla müqavilə bağlamağa məhdudiyyət qoyulmur. Həmçinin gedənləri sayı barədə də konkret rəqəm yazmaq mümkün deyil. Bunun da bir neçə səbəbi var. Məsələn, “Keşlə” klubu Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bəyan etməsə də, futbolçu özü bu yöndə açıqlama verib. Digər bir məqam klubların futbolçulara müqaviləyə xitam verilməsi və azad agent statusu daşıması ilə bağlı müvafiq sənəd verən zaman “transfer pəncərəsi” bağlanana qədər olan tarixi göstərmələridir. Oyunçuların işsiz qalmaması üçün həm PFL, həm də klublar onlara güzəş edirlər.

“Report” Azərbaycanda qış “transfer pəncərəsi”ni dəyərləndirmək üçün aşağıdakı suallarla yerli futbol agentlərinə müraciət edib:

1. Budəfəki qış transfer dövrü əvvəlki illərdən nə ilə fərqləndi?

2. Hansı futbolçu və ya futbolçuları qış fasiləsinin ən uğurlu transferi hesab edirsiniz?

3. Qış fasiləsində hansı futbolçu və ya futbolçuların keçidində vasitəçi oldunuz?

4. Hazırda Azərbaycan klubları orta hesabla aylıq nə qədər maaşa legioner futbolçu istəyirlər?

5. “Keşlə” Emin Mehtiyevi, “Sumqayıt” isə Peyman Keşavarzı sifariş edə bilmədi. Bu və oxşar problemlərlə üzləşməmək üçün klublar transfer zamanı hansı məqamlara diqqət yetirməlidirlər?

6. Bəzi klublar “transfer pəncərəsi” bağlanandan sonra da azad agent statuslu yeni oyunçular sifariş edirlər. Bu cür yubanmalar adətən nə ilə bağlı olur?

Erkin İbrahimov: “Azərbaycan futbolunda əvvəlki maaşlar yoxdur və olmayacaq da...”

- Əvvəlki illərlə müqayisədə o qədər də böyük fərq olmadı. Azərbaycana hansısa qeyri-adi futbolçu gəlmədi. “Qarabağ” sabiq oyunçularını qaytardı, “Qəbələ” də az sayda transfer etdi. “Neftçi” isə digərlərindən seçildi. Lider klub kimi fəallıq göstərdilər.

- Bunu hələlik demək çətindir. Mamadu Mboc “Neftçi”də yaxşı debüt etdi. Həmçinin bu klubun digər transferi – italiyalı Canluka Sansoneni sırf maraq baxımından qeyd edərdim. Səhv etmirəmsə, daha öncə paraqvaylı Sezar Meza Kolli və braziliyalı Vanderson Skardovelli də Azərbaycanda İtaliya pasportu ilə oynayıblar. Amma sırf İtaliya futbol məktəbinin yetirməsi ilk dəfə Premyer Liqamızda çıxış edəcək. Bu baxımdan, maraqlı olacaq.

- Açığı, qış fasiləsində heç bir futbolçunun Azərbaycan klubuna keçidində iştirak etmədim. Daha çox Qazaxıstanla məşğul idim. Orada 2-3 transferim oldu. 2016-cı ildə hazırda “Sabah”ın formasını geyinən Saşa Stamenkoviçi bu ölkənin “Okjetpes” klubuna aparmışdım. Qazaxıstan klubları ilə işləmək mənim üçün bir yenilikdir. Azərbaycanda daha çox “Səbail”, “Zirə”, “Keşlə” və “Sabah” klubları ilə əməkdaşlıq edirəm. Qış fasiləsində bunlardan ilk ikisinə oyunçu verə bilərdim, son anda müəyyən səbəblərdən alınmadı. İnanıram ki, yay fasiləsində transferlər olar.

- Klublar maaş təklif etmək baxımından indi daha ağıllıdırlar. Təbii ki, buna maliyyə böhranının, 2015-ci ildə baş vermiş devalvasiyanın da təsiri var. Azərbaycan futbolunda əvvəlki maaşlar yoxdur və olmayacaq da. Yaxın keçmişdə şişirdilmiş rəqəmlər idi. Bir o qədər bacarığı olmayan futbolçular klublarımızla illik 300 - 500 min dollara müqavilə bağlayırdılar. İndi bazar normaldır, kim nəyə qadirdirsə, ona uyğun pul alır. Hazırda klublarımız orta hesabla aylıq 5 min dollar əmək haqqı təklif edirlər.

- Əlbəttə, “Keşlə” böyük səhvə yol verib. “Sumqayıt” barədə isə eyni sözü deyə bilmərəm. Çünki bu iki məsələ arasında çox böyük fərq var. İranlı futbolçu Peyman Keşavarz “Sumqayıt”dan qabaq Omanın “Yasan Al-Vaste” klubunda çıxış edib. Özüm də maraqlandım. Bu futbolçu barədə “Google”da, hətta pullu saytlarda dəqiq məlumat tapmaq mümkün deyil. Sözügedən oyunçu orada 2 həftə olub, 1 matçda meydana çıxıb-çıxmadığı bilinmir. Sadəcə olaraq, futbolçu klubu aldadıb. Çünki “Sumqayıt” rəhbərliyi futbolu bilən adamlardır. Prezident Riad Rəfiyev xeyli vaxtdır bu sektordadır. İdman direktoru Zamiq Hüseynov uzun müddət Peşəkar Futbol Liqasında çalışıb. Özüm də nəsə bilməyəndə Hüseynova zəng vururam. Ağıl ağıldan üstündür, onun futbolçuların qeydiyyatı prosesində daha böyük təcrübəsi var. Özü də bu məsələ futbolçudan soruşulsa da, yalan danışıb. Sonradan qısa müddət ərzində Oman klubunda olduğunu söyləyib. Ancaq necə deyərlər, bir az hamilə olmaq olmur – ya hamiləsən, ya da yox. Bu məsələdə də eyni yanaşmadır. “Keşlə”yə gəlincə, burada hər şey göz qabağındadır. Emin Mehtiyev cari mövsümdə I Divizion təmsilçisi “Qaradağ Lökbatan” və Türkiyənin həvəskar statuslu BAL Liqasında “Niksar Bələdiyyəspor”un formasını geyinib. Bu, böyük səhvdir. Peşəkar klubda işlər bu cür yoluna qoyulmamalıdır. Demək, klubun idarəçiliyində hansısa çatışmazlıqlar var.

- Türkiyədə legioner limiti ləğv olunandan sonra bizim klublara çox ağırdır. Məsələn, “Qarabağ”, “Neftçi” və “Qəbələ” normal futbolçu gətirmək istəyir. Ancaq elə mənim də başıma gəlib. “Qarabağ” bir futbolçu ilə maraqlanırdı, amma o, Türkiyəni seçdi. Çünki orada qapıları açırlar və kimə gəldi 700-800 min dollar verirlər. Həm də Superliqa Premyer Liqamızdan daha səviyyəlidir. Üstəlik, transferdə Türkiyənin I Liqa klublarına da uduzuruq. Legionerlər Türkiyə və Avropada “transfer pəncərəsi” bağlanandan sonra Azərbaycandan gələn təkliflərə daha isti baxırlar. Yanvarda 10 manat istəyənlər fevralda 4-5 manata özləri yalvarırlar. Bu baxımdan, çox yaxşı işlər görmək mümkündür. Sadəcə, klublar daha səriştəli, məlumatlı olmalı, menecerlərlə sıx əlaqə qurmalıdırlar. Bəzən isə boşda qalan oyunçu lazımsız olur. Çünki burada onun fiziki formasına baxmaq lazımdır. Məsələn, “Keşlə” ötən ilin oktyabrında Diallo Quydileye və Conatan Ayiteni gətirdi. Birincini sonra qovdular, digəri isə hələ də forma yığmayıb. Belə məsələlərdə məşqçilər və idarəçilər bir az ehtiyatlı olmalıdırlar. Sponsorların pullarını bu cür dağıtmaq olmaz.

Tural Əsgərov: “Azərbaycan klublarının maliyyə gücü ciddi məqsədlər üçün kifayət etmir”

- Nəzərəçarpacaq fərqlərin olduğunu düşünmürəm. Klublarımız hər zamankı kimi “transfer pəncərəsi”ni yola verdilər.

- Çox böyük diqqət çəkən hadisə olmasa da, Riçard Almeydanın “Qarabağ”a dönüşünü qeyd edərdim. Çünki onun həm də yerli futbolçu statusu var. Bu, çox yaxşı keçiddir. Düzdür, ilk oyunlar onun əvvəlki formasında olmadığını göstərir. Amma bir illik icarə üçün yaxşıdır və komandaya faydalı olacağını düşünürəm. Digərlərinə gəlincə, bizim klubların maddi durumu əksər hallarda öncədən tanıdığımız legionerləri gətirməyə imkan vermir. Sadəcə, tanıdıqlarımızla bağlı nəsə deyə bilərəm. Məsələn, əvvələr “Rəvan”da çıxış etmiş Oke Akpoveta “Səbail”də debüt etdi. Bu, çox yaxşı transfer ola bilər. Bizim çempionatda iş görə biləcək oyunçuya bənzəyir. Qalanlarını iş başında görməliyik. Yerli oyunçuların transferinə gəlincə, burada da elə böyük hərəkətlilik olmadı. “Sabah”ın Təmkin Xəlilzadə və Coşqun Diniyevi heyətinə qatmasını qeyd edə bilərəm. Ad olaraq bunlar klub üçün ciddi transferlərdir. Amma bunu meydanda da görmək lazımdır.

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bir az kölgədə qalmağı sevən insanam. Mətbuata məlumdur, “Qarabağ”a dönən Reynalo Silva mənimlə işləyir. Onun agentinin Azərbaycandakı təmsilçisiyəm. Braziliyalı hücumçunun qış fasiləsində qayıdışında mənim də rolum olub. Riçard Almeydanı ilk dəfə ölkəmizə mən gətirmişəm. İndi də onunla bağlı məsələ olanda, sağ olsun “Qarabağ” klubu, məni kənarda saxlamır. Almeydanın da komandaya dönüşündə iştirak etmişəm. Həmçinin İsmail Fofana və Robin Nqalandenin “Zirə”yə gəlişində vasitəçi olmuşam. Daha bir neçə oyunçum da var.

- Rəqəm açıqlaya bilmərəm. Klub və ya futbolçu maaşını söyləyə bilər. Amma biz menecerlər bu məsələdə lal və karıq. Ümumilikdə götürsək, Azərbaycan klublarının maliyyə gücü ciddi məqsədlər üçün kifayət etmir. Ancaq onu deyim ki, son 1 il ərzində klubların maliyyəsi azacıq artıb. Yanıla da bilərəm, yayı gözləmək lazımdır.

- Kiminsə xətrinə dəymək istəmirəm. Sadəcə, bir az peşəkar olmaq lazımdır. Bunlar elementar şeylərdir. Hansısa oyunçu ilə maraqlananda, onun yalnız maliyyə tərəfini deyil, xasiyyətinə qədər detalları öyrənmək gərəkdir. Bu cür problemlərin yaranmasının səbəbi bəzi klublarımızda bir nəfərin 4-5 iş görməsindən irəli gəlir. Nəticədə də belə səhvlər olur.

- İdealda klublar təlim-məşq toplanışına başlayanda onların heyəti bəlli olmalıdır. Hər kəs bunun üçün çalışır, lakin demək olar ki, dünyada heç bir klub istəyinə nail ola bilmir. Bunun da bir neçə səbəbi var. Məsələn, “transfer pəncərəsi” ərəfəsində və ya başlanğıcda həm futbolçunun istəyi, həm də klubun variantları çox olur. Vaxt keçdikcə, birinin müddəti daralır, digərinin seçimləri azalır. Klub tapmayan oyunçular sıxılmağa başlayır və maliyyə tələbləri aşağı düşür. Bu halda transferin gerçəkləşmə ehtimalı artır. Ona görə də bir çox keçidlər son günlərə qalır. Avropanın əksər ölkələrində “transfer pəncərəsi” yanvarın 31-də bağlanır və hətta, azad agent statusu daşıyanların keçidinə icazə verilmir. Amma Azərbaycan və daha bir neçə ölkədə azad futbolçulara “yaşıl işıq” olduğu üçün maliyyə imkanları elə də böyük olmayan klublar aşağı qiymətə oyunçu tapa bilirlər. Belədə bir çox transferlər daha gec reallaşır. Başqa səbəblər də var. Məsələn, biz “Zirə”yə gələn oyunçularla öncədən anlaşmışdıq. Sadəcə, futbolçu yalnız Afrika pasportuna malikdirsə, onun viza alması çətinləşir və bu proses ən azı 1 həftə sürür. Onların Türkiyəyə gəlməsi daha da müşküldür. Ona görə də adlarını qeyd etdiyim oyunçular birbaşa Bakıya gəldilər. Bəzən də elə olur ki, hansısa futbolçu zədələnir və ya müəyyən çatışmazlıqlar üzə çıxır deyə, klub son anda axtarışa başlayır. Məsələn, müdafiəçi Petru Rakunun “Neftçi”yə gəlişi gözlənilmirdi. Görünür, sonradan buna ehtiyac gördülər.


Vaqif Heydərli: “Hazırda klubularımız aylıq 5 – 15 min dollar arası maaş təklif edirlər”

- Fərq odur ki, əvvələr olduğu kimi yaxşı futbolçu yoxdur. Bunadək maaşlar çox idi, legionerlər böyük pul qarşılığında gəlməyə razılıq verirdilər. İndi isə bizimlə Avropanın 2 və 3-cü dərəcəli ölkələrinin klublarının təklif etdikləri məbləğ arasında ciddi fərq yoxdur. Ona görə də oralarda qalmağa üstünlük verirlər.

- Hazırda bu barədə nəsə demək çətindir, oyunlarına baxmalıyıq. Elə bir tanınmış ad yoxdur ki, onu indidən fərqləndirək. Aşağı-yuxarı eyni səviyyəli futbolçulardır. Bəzilərinin uğurlu olmaları gözlənilir.

- Bu suala cavab verə bilməyəcəyəm. Peşə sirridir.

- Hazırda klublarımız aylıq 5 – 15 min dollar arası maaş təklif edirlər.

- Bu, çox bəsit işdir. Futbolçunun bir mövsümdə neçə klubda oynadığını yoxlayırsan, vəssalam. Sadəcə, xırda diqqət tələb olunur. Xatırlayırsınızsa, Rauf Əliyev Albaniyanın “Kukesi” klubundan qayıdanda da oxşar vəziyyət yaranmışdı. Bunadək “Keşlə”də də oynadığı üçün ötən mövsüm “Qəbələ”də meydana çıxa bilmədi. Bunu bəzi klubların adı protokola yazılmayan futbolçunu meydana buraxmalarına bənzədirəm.

- Transfer dövründə hamı yaxşıdan da yaxşısını axtarır. Tapa bilməyəndə isə bu, məcburi transferlərə gətirib çıxarır. Məcbur qalıb, kimi gəldi götürürlər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputat hərbçilərimizi təxribata çəkən gürcüləri tərbiyəsiz adlandırdı
Dünən, 18:10
Xatunun oğlu əsgərlikdən qayıtdı
Dünən, 18:04
Sumqayıtda 27 yaşlı oğlan faciəli şəkildə ölüb
Dünən, 18:01
Bakıda məşhur ticarət və əyləncə mərkəzində yanğın başlayıb
Dünən, 17:58
İraq mənbələri İŞİD lideri əl-Bağdadinin gizləndiyi yeni bölgə barədə məlumat veriblər
Dünən, 17:50
Rüşvətə görə tutulan hakimin vəsatəti təmin edilməyib
Dünən, 17:43
Müalicə alan erməni əsgər fərarilik etdi
Dünən, 17:40
Səidə efirdə olduğunu unutdu:Ətəyini çəkdi yuxarı - FOTO
Dünən, 17:32
"Kadr çatışmazlığı olan məktəbdə müəllimin yaşına və qəbul balına baxılmır" - Məhəbbət Vəliyeva
Dünən, 17:26
"Bu gün məktəblərdə öz ixtisasını yaxşı bilməyən müəllimlər çalışır" - Nazir müavini
Dünən, 17:22
"Prodüser müğənninin şəxsi mülkü deyil" - Səbinə
Dünən, 17:20
Rusiya təyyarələri Suriyanın şimalında "Ceyşul-İzzə"ni vurub
Dünən, 17:15
Günel Ağayeva itlə fotosessiya etdirdi
Dünən, 17:12
“Mehriban Əliyeva mənim harayıma çatdı” - Yalçın Rzazədə
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
Azərbaycan Xalq Hərəkatının Qərargahına basqın edilməsi barədə məlumatlar yalandır - Bakı polisi
Dünən, 17:03
Rasim Əliyev Prezidentin fəxri diplomu ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 17:02
Diaspor gəncləri rəsmi şəxslərlə görüşüb
Dünən, 17:01
Keçmiş arvadına 12 bıçaq vuran şəxsə hökm oxunub
Dünən, 16:49
İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...
Dünən, 16:47
Gürcüstanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb - "Bu, iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatdır"
Dünən, 16:37
SDU-da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin təntənəli açılış mərasimi keçirildi
Dünən, 16:34
"Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram" - QALMAQAL
Dünən, 16:33
Bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirik - Gürcüstan parlamentinin komitə sədri
Dünən, 16:28
Vilayət Eyvazov yeni polis heyəti ilə bir arada - FOTO
Dünən, 16:26
““Keşikçidağ” insidentindən dərs və nəticə çıxarmalıyıq - Hərbi ekspert
Dünən, 16:14
Şəkidə xəsarət alaraq paytaxta gətirilən əcnəbilərlə bağlı YENİ XƏBƏR
Dünən, 16:03
Dövlət Sərhəd Xidməti Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb
Dünən, 16:02
“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY
Dünən, 15:59
“İstənilən halda məsuliyyət Gürcüstanın üzərinə düşür”
Dünən, 15:57
"Azərbaycanda su qıtlığı var və quraqlıq mövsümündə bunun təsiri daha ciddi hiss olunur" - BMT rəsmisi
Dünən, 15:53
Dünyanın 10 ən “zibillənmiş” ölkəsi – Siyahıda Ermənistan da var
Dünən, 15:50
“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb
Dünən, 15:42
Bakıda 9 manata görə quldurluq edən şəxsə hökm oxundu - 8,3 il
Dünən, 15:41
Rusiyada FTX-nin "Alfa" bölməsinin başçısı işdən çıxarılıb
Dünən, 15:35
Moqerini: “Türk xalqı ilə həmrəyliyimiz şübhə altına alına bilməz”
Dünən, 15:27
Azərbaycanlı qadın müğənninin bədəninin yarısı çöldə qaldı
Dünən, 15:21
KTN-nin Beyləqan Aran Regional İdarəsi ÖZBAŞINA QALIB? - VİDEOMÜRACİƏT
Dünən, 15:17
"Tapança Adil"in məhkəməsi başlayır
Dünən, 15:13
Etibar Pirverdiyev at ilxısını satdı
Dünən, 15:11
"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...
Dünən, 15:04
Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 7% artırıb
Dünən, 14:58
Azərbaycan vətəndaşı Moskvada 1 tondan çox qara kürü ilə yaxalandı - ÇİN VƏTƏNDAŞI İLƏ BİRLİKDƏ...
Dünən, 14:55
"4.3 milyardlıq mülki iddiada müsadirə olunmuş əmlaklar nəzərə alınmayıb" - Cahangir Hacıyevin vəkilləri
Dünən, 14:51
Kəmaləddin Heydərov üçün ÖZƏL GÜN
Dünən, 14:50
Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib
Dünən, 14:47
"Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb"
Dünən, 14:44
32 "qanuni oğru" ilə tutulan Sahib Mehdiyev kimdir? - DOSYE
Dünən, 14:41
Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti 12 min dollardan çox cərimələyib
Dünən, 14:33
Gürcüstana radioaktiv maddə keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
Dünən, 14:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru