Güney Azərbaycanda güclü qar səbəbindən məktəblər bağlandı .....                     Bazar gününün havası .....                     “... Camaatı niyə yandırırdım?” .....                     Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... .....                     Salyan sakini Alatavada 2 evi yardı .....                     Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır .....                     Bələdiyyələrin borcları bağışlansın .....                     Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... .....                     İraq İrana neft ixracatını dayandırıb .....                     Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: .....                     Azərbaycandakı böyük obyektlərə vaxt verildi .....                     Polisdən daha bir uğurlu əməliyyat: 3 il idi ki, axtarılırdı... .....                     “Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub .....                     "Qobustan DSMF müdiri də qeyd edir ki..." .....                     Ağsunun başçısı ilə bağlı ilginc iddialar... .....                     Rusiya və Suriya ABŞ-ın nəzarətdə saxladığı düşərgə istiqamətdə dəhliz açıblar .....                     Paşinyanın həyat yoldaşının ofisi hökumət binasına köçürülüb .....                     “Traktor Sazi” azarkeşləri coşdurdu .....                     Azərbaycanın ən varlı rayonu hansıdır? .....                     Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz .....                     AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” .....                     Gürcüstanın qaz oyunu: Hiyləgər addım, yoxsa “təzyiqə boyun əymərik” mesajı? .....                     Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb .....                     Hacıqabulda ərlə arvadın intihar təfərrüatı: .....                     Bakıda silahlı şəxs ələ keçdi .....                     “Uralvaqonzavod” T-90 tanklarının yeni ixrac variantını satışa çıxarır .....                     İsmayıllıda istehsalat müəssisəsinə dəfələrlə oğurluğa girən dəstə saxlanılıb .....                     Yol polisi piyadalara qarşı növbəti maarifləndirici reyd keçirib .....                     Trampın keçmiş müşavirinin “WikiLeaks”lə əlaqəsi olub .....                     Maşının qapısını bıçaqla açmaq istəyirdi, ilişdi... .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Bakıda 4 yeniyetmə dükan yarmaq istədi və... .....                     Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir .....                     Suriya ilə bağlı sensasion açıqlama: .....                     Azərbaycanda cinayət törətmiş şəxslərin 86,2%-i heç yerdə işləməyən və oxumayanlar olub .....                     Azərbaycanda axtarışda olan şəxs Rusiyada ələ keçdi .....                     Azərbaycan tamblinqçisi Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb .....                     Bakıda işçi müdirini öldürdü .....                     ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib .....                     Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb .....                 

"Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir" - Azay Quliyev
Tarix: 14-02-2019, 12:36 | Çap et
"Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir"
DİA.AZ QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin yap.org.az saytına müsahibəsini təqdim edir:

- Azay müəllim, bu gün YAP-ın mərkəzi qərargahında partiyanın sədr müavini və icra katibi Əli Əhmədovla QHT-lərin görüşü keçirildi. Görüşdə hansı məsələlər müzakirə edildi və görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- İlk öncə onu qeyd edim ki, ölkənin aparıcı QHT-ləri ilə hakim partiyanın görüşləri və bu görüşlərdə ictimai əhəmiyyətli məsələlərin müzakirəsi yeni təcrübə deyil, biz əvvələr də bu formatda görüşlər keçirmiş, ən müxtəlif məsələləri açıq və səmimi ortamda müzakirə etmişik. Bu da təbiidir. Çünki, hakim partiya üçün hər zaman ictimai rəy daşıyıcılarının və bütövlükdəictimai sektorun ölkədə və beynəlxalq aləmdə baş verən bu və yadigər hadisələrə münasibəti maraqlı olub, QHT-lərə də hakim partiyanın ölkənin inkişafı, mövcud problemlərin həlli ilə bağlı atacağı addımları öyrənmək və bu istiqamətdə öz təkliflərini vermək xüsusi əhəmiyyət kəsb edib.

Bu dəfə də belə oldu. Bu günkü görüşdə çox vacib və eyni zamanda bir sıra problemli məsələləri müzakirə etdik. Ən çox müzakirə edilən məsələ sosial medianın hazırkı vəziyyəti, bəzi istifadəçilər tərəfindən sosial şəbəkələrdə insanların heysiyyatına və mənəviyyatına edilən açıq hücumlar, təhqir və “söyüş maşını”nın işə salınması və bundan doğan narahatlıqlar oldu. Təəssüf ki, bəzi hallarda sosial şəbəkələr mədəni ünsiyyət və kommunikasiya funksiyasını itirərək daha çox problemli insanların, özünü idarə edə bilməyənlərin, separatçıların, terrorçuların, qatillərin və bir sözlə bütün dəyərləri və qanunları tapdalayan adamların tribunasına çevrilir.

Xalqların, millətlərin adət-ənənələri və mental dəyərləri nəzərə alınmır. Hamımız bilirik ki, söyüş söymək, xüsusilə ailə üzvlərini ağır söyüşlərlə təhqir etmək, alçaltmaq bizim xalq üçün ən ağır və heç vəchlə qəbul edilməyən və bağışlanmayan bir hərəkətdir, naqislikdir. Həm dinimiz, həm qanunlarımız, həm də beynəlxalq hüquq şəxsiyyətin alçaldılmasını yol verilməz hesab edir və buna görə cinayət məsuliyyətini nəzərdə tutur. Lakin buna baxmayaraq, bu kimi hallar hələ ki, azalmır, belə hərəkətlərə qarşı hər hansı təsirli tədbirlər görülmür, sosial şəbəkələri yaradan şirkətlər də belə qanunsuzluqlara göz yummaqda davam edirlər.

- Azay müəllim, haqlı olaraq qeyd etdiniz ki, Azərbaycana qarşı “söyüş maşını” işə salınıbdır. Sizcə bu “maşını” dayandırmaq mümkündürmü?

- Məncə sizin sualınıza cavab verməmişdən öncə daha iki suala aydınlıq gətirmək lazımdır: bu “söyüş maşını” niyə yaradılıb? kimlər bu oyunda, yəni “söyüş maşının”da iştirak edir? Bu suallara aydınlıq gətirəndən sonra onu necə dayandırmaq haqqında düşünmək olar.

Şübhəsiz ki, bu sualların hər biri dərin təhlil və əhatəli cavab tələb edir. Ancaq mən çalışacam hər üçü ilə bağlı qısa olaraq fikirlərimi bildirəm.

“söyüş maşını” niyə yaradılıb?
Birinci, “söyüş maşını” niyə yaradılıb?

Baxın görün, “söyüş maşını” nə vaxt tam gücü ilə işə düşdü. Son iki ildə. 2015-ci ildə manatın devalvasiyasının şokundan və keçici iqtisadi tənəzzüldən dövlətimizin büdrəyəcəyini və müvazinətinin itirəcəyini sevinclə gözləyən xaricdəki anti-Azərbaycan dairələr və daxildəki radikallar tam fərqli, onlar üçün gözlənilməz olan vəziyyətlə üz-üzə qaldılar. Belə ki, cənab prezident İlham Əliyev vəziyyəti düzgün qiymətləndirdi və qətiyyətli addımlar ataraq qısa müddətdə ölkəni çətin vəziyyətdən çıxarmağı bacardı. Prezident İlham Əliyevin ən böyük uğuru o idi ki, yaranmış böhranı fürsətə çevirərək ölkədə geniş miqyaslı islahatlara başladı. Nəticədə, Azərbaycan dünyanın ən 10 islahatçı ölkəsinə çevrildi, uzun müddət gözlədiyimiz məcburi tibbi sığortaya keçid haqqında qərar verildi, kənd təsərrüfatında, gömrük və vergi sistemində köklü dəyişkiklər başladı, sosial sahədə bir çox ciddi problemlər öz həllini tapdı, bir sözlə mahiyyətcə yeni və modern Azərbaycan quruculuğuna başlanıldı. Ən vacibi isə xalqımız cənab İlham Əliyevin bu xidmətlərinə görə böyük səs çoxluğu ilə onu növbəti müddətə Azərbaycanın prezidenti seçdi.

Belə bir vəziyyətdə Azərbaycanı istədikləri kimi idarə etmək arzusunda olan xarici güclər və onların daxildəki dəstəkçiləri əllərinin hər şeydən üzüldüyünü, indiyə kimi tətbiq etdikləri mexanizmlərin və üsulların işə yaramadıqlarını görüb yeni metodlar üzərində işləməyə başladılar.

Nə yolla olur olsun, Azərbaycan da ictimai siyasi sabitliyi pozmaq, təhlükəsizliyi təhdid etmək, dövlətimizin beynəlxalq imicini zədələmək və dövlət atributlarını və hakimiyyət nümayəndələrini gözdən salmaq üçün ən müxtəlif ssenarilər düşündülər.

Xalqımızın həssasiyyətini bildikləri üçün özlərinin ağlınca “efefktiv” metod tapdılar. Bizi ən zəif yerimizdən vurmağa, ən çox önəm verdiyimiz mental dəyərlərimizə və milli xüsusiyyətlərimizə xaincəsinə hücum etməyə başladılar. Bunun üçün ən təsirli və eyni zamanda çirkin mexanizm olan təhqir və “söyüş maşını”nı işə sadılar. Əsas hədəf isə bütün bu islahatların müəllifi, müstəqil dövlətimizn, milli təhlükəsizliyimizin, inişafın və rifahın qarantı olan ölkə prezidenti cənab İlham Əliyev və onun ailə üzvləri oldu. Məncə “söyüş maşını” niyə yaradılıb sualının cavabını burda axtarmaq lazlmdlr.

İkinci, kimlər bu oyunda, yəni “söyüş maşının”da iştirak edir?

Söyüş söyənləri təhlil edərək onları 3 qrupa bölmək olar :
1-ci qrup, daha radikal qrupdu. Bu qrupa yuxarıda qeyd etdiyim anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, tam olaraq xaricdən maliyyələşən şəxslər daxildir. Bunlar üçün heç bir milli dəyərin və mental xüsusiyyətin əhəmiyyəti qalmamışdır. Bu qrupun “söyüş maşını”na “benzin” tökənlər arasında son zamanlar azərbaycan dilini mükəmməl bilən ermənilər və Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları daha çox fəallıq mümayiş etdirirlər.

2-ci qrupa, radikal siyasi müxalifətin üzvlərini aid etmək olar. Təəssüf ki, bu qrup marginallaşmış və öz aləmlərində guya siyasətlə məşğul olduqlarını zənn edənlərdir. Bunlar sivil siyasi mübarizə metodundan imtina edərək siyasətə söyüşü və təhqiri gətirmək istəyənlərdir. Bu qrup, ölkədə baş verən bütün müsbət dəyişikləri və inkişafı inkar edir, nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyi qarşılarına məqsəd qoyublar. Ona görə də milli hisslərə və dəyərlərə məhəl qoymayaraq bütün dövlət və hakimiyyət nümayəndələrini ağır söyüşlərlə təhqir etməkdən, etik normaları ayaqlar altına atmaqdan çəkinmirlər.

3-cü qrupa isə hər hansı bir xüsusi səbəb və ya motivasiya olmadan, nə baş verdiyini bəlkə də tam anlamayıb ümumi axına düşüb gedənlər, siyasi proseslərdən uzaq olanlardı. Onların sayı və aktivliyi az osada, hərdən söyüş qrupuna dəstək verir və onların təsiri altında əxlaqsız ifadələr işlədərək insanları təhqir edirlər.

İndi isə sizin sualınıza cavab verməyə çalışım.

“Söyüş maşını”nı dayandırmaq mümkündürmü?

Bu sual ən çətin və ən mürəkkəb sualdır. Çünki, bunun bir mənalı şəkildə və tam uduşlu formatda cavabı bir az çətindir. Səbəb isə qeyd etdiyim kimi, “söyüş”ün bir layihə olaraq Azərbaycanda icra olunması və onun arxasında duran qüvvələr və onların maliyyə imkanlarıdır. Lakin söyüş və təhqirin cəmiyyətimiz üçün yad element olduğunu, milli genetikamızın bu cür əxlaqsızlığı qəti olaraq rədd etdiyini nəzərə alaraq, bu bəlanı ciddi şəkildə azaltmaq və tədricən aradan qaldırmaq mümükündür.

Söyüş kampaniyasının “qaiblər”i radikal siyasi düşərgənin rəhbərliyi tərəfindən mükafatlandırlılır

Məncə bizim əsas hədəfimiz “söyüş maşının”da iştirak edən 2-ci və 3-cü qrup olmalıdır. Çünki, qeyd etdiyim 1-ci qrup itirilmiş və xalqdan qopmuş sayıldığına görə onlara baş qoşmağa dəyməz. Lakin digər iki qrup bu prosesdən çəkilsə, birincilərin varlığı o qədər hiss olunmaz və təsirləri azalar.

Bunun üçünsə ilk növbədə söyüşü siyasətə gətirməyə çalışanlar bundan imtina etməlidir. Bəzən isə tam əksini müşahidə edirik, sanki "kim daha iyrənc və “kreativ” söyüş söyər?" yarışması keçirilir və radikal siyasi düşərgənin rəhbərliyi tərəfindən “qaiblər” mükafatlandırlılır. Bu çox təhlükəlidir və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Cəmiyyət isə bunu ikrahla qarşılayır. Biz siyasətdə bir-birimizi xoşlamaya bilərik, opponentlik edə bilərik, tənqid edə bilərik, hətta nifrət də edə bilərik, lakin ailə, namus məsələsini siyasətə gətirmək ən böyük cinayətdir, əxlaqsızlıqdır. Bunu edənlər anlamalıdırlar ki, istənilən söyüş aqressiya ilə qarşılanır və cavabı adekvatdır.

Biz isə bunu istəmirik. Bu baxımdan “söyüş maşınının” qarşısını ala bilməyən və başqa yol tapmayan bəzi siyasətçilərin əlacsızlıqdan məcbur qalaraq "söyüşə-söyüşlə cavab verək" çağırışını anlasam da, onu doğru hesab etmirəm. Çünki, təcrübə göstərdi ki, elə “söyüş maşınını” icad eləyənlərə də tam bu lazımdır ki, durum daha da gərginləşsin və vəziyyət nəzarətdən çıxsın. Nəticədə qan tökülsün və ictimai-siyasi sabitlik pozulsun, siyasi mübarizə zorakılığa və qarşıdurmaya yönəldilsin. Bu bir siyasi tələdir və hakimiyyət nümayəndələri bunu bildiyinə görə bu tələyə heç vaxt düşməz. Digər tərəfdən xalqımız sivil və mədəni xalqdır, heç bir halda təhqir və söyüşü siyasi mübarizə metoduna çevirə bilmərik və çevirməməliyik.

Ona görə də siyasilər öz tərəfdarlarına müraciət etməli və söyüşlə, təhqirlə mübarizə aparmağın yol verilməz və təhlükəli olduğunu bəyan etməlidir, tərəfdarlarını belə bir hərəkət etməkdən çəkindirməli və bu işi nəzarətdə saxlamalıdır. Ehtiyac yaranarsa bununla bağlı partiyalar arasında ayrıca bir görüşü də təşkil etmək olar. Məncə bu “söyüş maşınının” ciddi şəkildə zərərsizləşdirməyin ən doğru və ən təsirli yolu ola bilər.

İkinci yol isə hüquqi müstəvidə atılan addımlar ola bilər. Burada isə həm sosial şəbəkələrin, həm də söyüş söyənlərin qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyətə cəlb olunması müzakirə oluna bilər. Bundan başqa təhqir və söyüş kontenti olan yazıları və şərhləri müvafiq qaydada şikayət edib onların silinməsinə və ya həmin şəxslərin profillərinin və səhifələrinin bağlanılmasına nail olmaq mümkündür.

- Azay müəllim, Sizcə QHT-lər bu istiqamətdə nə iş görə bilərlər?

- QHT-lərin bu cür həssas məsələlərin həllində rolu çox böyükdür. Bu gün biz görüşdə bu barədə ətraflı danışdıq. Onlar da hazırkı vəziyyətdən çox narahatdırlar. Görüşdə maraqlı təkliflər də səsləndirildi. Hesab edirəm ki, bütün QHT-lər çalışmalıdır ki, ölkəmiz və xalqımız əleyhinə aparılan bu çirkili oyunun pozulmasında, “söyüş maşınının” durdurulmasında daha fəal olsunlar. Onların nüfuzu və ictimai çəkisi imkan verir ki, siyasi mövqeyindən və hansı partiyaya aid olmasından asılı olmayaraq bu məsələyə münasibət bildirsin və bu biabırçılığın qarşısını tezliklə alınması istiqamətində təsirli tədbilər görsünlər. İnanıram ki, bizim diqqətimizi əsas strateji hədəfdən yayındıraraq bu kimi mənasız işlərə yönləndirməyə cəhd edənlərə QHT-lər təkcə öz prinsipal mövqeləri ilə deyil, həm də dövlət və vətəndaş birliyini və həmrəyliyini daha da möhkəmləndirməklə də cavab verəcəklər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Güney Azərbaycanda güclü qar səbəbindən məktəblər bağlandı
Bu gün, 14:01
Bazar gününün havası
Bu gün, 13:56
“... Camaatı niyə yandırırdım?” - MƏHKƏMƏDƏN
Bu gün, 13:51
Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda
Bu gün, 13:50
Sevgilisindən ayrılan Mətanət ismarıc yolladı
Bu gün, 13:47
Salyan sakini Alatavada 2 evi yardı - FOTO
Bu gün, 13:31
Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır - İnstitut
Bu gün, 13:28
Bələdiyyələrin borcları bağışlansın - Ekspertdən təklif
Bu gün, 13:22
Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi...
Bu gün, 13:21
İraq İrana neft ixracatını dayandırıb
Bu gün, 13:17
Habil Məmmədovla bağlı gizli faktlar üzə çıxdı: - o, ayda 120 min manat...
Bu gün, 13:13
Azərbaycandakı böyük obyektlərə vaxt verildi - Bu il iyulun 1-dək
Bu gün, 13:12
Polisdən daha bir uğurlu əməliyyat: 3 il idi ki, axtarılırdı... - FOTO
Bu gün, 13:08
“Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub - Nazir
Bu gün, 13:06
"Qobustan DSMF müdiri də qeyd edir ki..." - GİLEY
Bu gün, 13:05
Ağsunun başçısı ilə bağlı ilginc iddialar... - Belə deyirlər...
Bu gün, 12:59
Rusiya və Suriya ABŞ-ın nəzarətdə saxladığı düşərgə istiqamətdə dəhliz açıblar
Bu gün, 12:48
Paşinyanın həyat yoldaşının ofisi hökumət binasına köçürülüb
Bu gün, 12:46
“Traktor Sazi” azarkeşləri coşdurdu - Stadion tam doldu
Bu gün, 12:42
Azərbaycanın ən varlı rayonu hansıdır? - RƏSMİ RƏQƏMLƏR
Bu gün, 12:37
Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz - deputat
Bu gün, 12:35
AZƏRBAYCAN DƏRSLİKLƏRİNDƏ “ERMƏNİ İZİ” - Təsadüf, səhlənkarlıq, ya arvadı erməni olanların növbəti təxribatı?
Bu gün, 12:33
Azərbaycanlı aktrisanın 2,5 milyonluq boyunbağısı - Buna görə mühafizəçi tutdu
Bu gün, 12:27
Gürcüstanın qaz oyunu: Hiyləgər addım, yoxsa “təzyiqə boyun əymərik” mesajı? - TƏHLİL
Bu gün, 12:25
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Bu gün, 12:22
Hacıqabulda ərlə arvadın intihar təfərrüatı: - "Bacısı evə gələndə görüb ki..."
Bu gün, 12:16
Bakıda silahlı şəxs ələ keçdi
Bu gün, 12:09
“Uralvaqonzavod” T-90 tanklarının yeni ixrac variantını satışa çıxarır - AZƏRBAYCAN DA ALA BİLƏR...
Bu gün, 12:06
İsmayıllıda istehsalat müəssisəsinə dəfələrlə oğurluğa girən dəstə saxlanılıb
Bu gün, 12:05
Yol polisi piyadalara qarşı növbəti maarifləndirici reyd keçirib - FOTO
Bu gün, 12:03
Trampın keçmiş müşavirinin “WikiLeaks”lə əlaqəsi olub
Bu gün, 11:57
Maşının qapısını bıçaqla açmaq istəyirdi, ilişdi...
Bu gün, 11:52
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 11:46
Bakıda 4 yeniyetmə dükan yarmaq istədi və...
Bu gün, 11:45
Müəyyən siyasi dairələrin azərbaycanlılarla çeçenlər arasında məişət zəminində insidentdən şou yaratmaq cəhdləri yolverilməzdir - deputat
Bu gün, 11:44
Suriya ilə bağlı sensasion açıqlama: - “Biz oyun qurmasaq, Türkiyə...”
Bu gün, 11:40
Əli avtomatlı şoumen şəhərin ortasında qız qaçırdı
Bu gün, 11:36
"Spirtli içki içmirəm, siqaret çəkmirəm" - Cəmilə
Bu gün, 11:22
Azərbaycanda cinayət törətmiş şəxslərin 86,2%-i heç yerdə işləməyən və oxumayanlar olub
Bu gün, 11:15
Azərbaycanda axtarışda olan şəxs Rusiyada ələ keçdi - Qətl, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə...
Bu gün, 11:14
Azərbaycan tamblinqçisi Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb
Bu gün, 11:12
Bakıda işçi müdirini öldürdü — Nisyə cörəyə görə
Bu gün, 11:10
ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 11:07
Rüşvət verməkdə ittiham olunan İsveç şirkətinin sabiq rəhbəri bəraət alıb - "Telia Sonera" işi...
Bu gün, 11:01
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir
Bu gün, 10:58
Burada rüşvəti açıq-aşkar istəyirlər... - İTTİHAM
Bu gün, 10:53
Bakıda qəribə parklama yeri - FOTO
Bu gün, 10:50
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Bu gün, 10:48
Sumqayıtda 51 yaşlı kişi intihar edib
Bu gün, 10:44
Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər - "Bu təxribat idi"
Bu gün, 10:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru