“Evdən çıxanda dedi ki...” .....                     Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? .....                     “Sipark İnşaat” alimləri süründürür .....                     Sülh prosesi təzədən dalana girir .....                     Azərbaycan konfetləri Ermənistanda SATILIR .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neftin qiyməti bahalaşıb .....                     ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər .....                     "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" .....                     “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” .....                     İrandakı bahalıq Bakıda da dükanları “vurdu” .....                     “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” .....                     Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü .....                     “Sərham” MMC nədən narazılığa səbəb olur? .....                     İranda Azərbaycan dilində qəzet nəşr olunacaq .....                     "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..." .....                     Paşinyan ABŞ-ın planına zərbə vurdu .....                     Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri .....                     ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır .....                     “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” .....                     Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb .....                     Paşinyanın “iki stul” siyasəti fiasko oldu .....                     Laçında təhsil sistemi necə çökdürüldü... .....                     "Heç zaman fərqli olmaqdan çəkinməmişəm" .....                     “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” .....                     İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı .....                     “Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər .....                     Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi .....                     Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq .....                     Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq .....                     Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib .....                     "Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" .....                     Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib .....                     Venesuela müxalifətinin lideri Xuan Quaido Kolumbiyaya gedib .....                     Şəmkir “qala”sı içindən çökdürüldü... .....                     Yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək? .....                     Venesuelada hindular qvardiya generalını əsir götürüblər .....                     İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir .....                 

"Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır" - deputat
Tarix: 11-02-2019, 16:18 | Çap et
"Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır"
Son illərdə bütün dünyada geniş istifadə olunan müasir zəmanənən trendi - sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında sosial şəbəkələrin tənzimlənməsinə və bununla bağlı müvafiq qanunlara əlavə, dəyişikliklərin edilməsinə zərurətin yarandığı deyilib. Hətta bəzi deputatlar çıxışlarında sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsini istəyiblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatları fikirlərini Modern.az-a bölüşüblər.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov deyib ki, sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan bəzi dağıdıcı qüvvələr heç də xoş olmayan məqsədlər üçün istifadə edirlər:

“Azərbaycan dövləti və hakimiyyətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən həmin anti-milli ünsürlər sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Onlar Azərbaycanın rəsmi şəxslərinə qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də dağıdıcı çağırışlar ifadə edirlər. Xaricdən idarə olunan bir sıra internet resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və dezinformasiyaların dövriyyəyə buraxılması cəmiyyətdə çaşqınlıq yaratmağa, yanlış ictimai rəy formalaşdırmağa hesablanıb. Amma qeyd etdiyimiz kimi, bütün bu cəhdlər faydasızdır və hər zaman uğursuzluğa düçar olur. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir”.

Deputat deyib ki, Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti insanlarda sui-istifadəyə səbəb olmamalıdır:

“Hər kəs öz əməlinə məsuliyyətlə yanaşmalıdır. Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır. Azərbaycan hüquqi dövlətdir. Cənab prezident ölkədə demokratik şərait üçün bütün imkanları yaradırsa, sosial şəbəkələrdə insanlar öz fikirlərini azad deyə bilirsə, bu o demək deyil ki, bəzi adamlar bundan sui-istifadə edib terror və radikal çağırışlar etməlidir. Bunun üçün də mütləq qanunla nəzərdə tutulmuş qaydada sosial şəbəkələrə nəzarət olmalıdır. Mən bu fikrimi əvvəllər də demişəm. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələri nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, hər sahəyə nəzarət olmalıdır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov bununla razıdır ki, hazırda sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsidir:

“Ölkəmizin ən ucqar yaşayış məntəqəsində belə, istənilən vətəndaşımız bir düyməyə basmaqla özünü hər hansı şəbəkənin içində görür və media ilə ünsiyyət halında olur. Bu gün vətənimizi sevməyən, ona düşmən münasibət bəsləyən saysız-hesabsız qüvvələr var və çox aktiv şəkildə fəaliyyət göstərirlər. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu tip qüvvələrin oyununa gələn, onların məkrli planlarına alət olan həmvətənlərimiz də var. Tənqid normal və inkişaf üçün vacib şeydir. Ulu öndərimiz zamanında kütləvi informasiya sistemlərində senzuranı ləğv etməklə tənqidə yol açdı və bir çox sahənin inkişafına zəmin yaratdı. Ancaq təhqir yolverilməzdir. Tənqid və təhqir başqa-başqa şeylərdir. Vəzifəsindən, səlahiyyətindən asılı olmayaraq heç kimi təhqir etmək olmaz. Çünki təhqir cinayət məsuliyyəti yaradır”.

Deputat bildirib ki, sosial şəbəkələr vasitəsi ilə dövlət məmurlarını təhqir etmək, həyata keçirilən işlərə qarayaxmalar etmək kütləvilik xarakteri daşıdığından bu, mənəvi terrordan başqa bir şey deyil:

“Ürək ağrısı ilə qeyd edirəm ki, dövrümüzün yüksək intellekt və inkişaf vasitəsi olan interneti bizdə bəzi qüvvələr öz pis əməllərinin alətinə çevirib. Bütün bunlar seçicilərimizi, soydaşlarımızı, vətəndaşlarımızı olduqca narahat edir. Bir ölkəni təmsil edən, xalqın böyük əksəriyyətinin səsverməsi nəticəsində seçilmiş ölkə başçısını təhqir etmək o xalqı təhqir etməkdir və heç bir müstəvidə başucalığı deyil. Əxlaq çərçivəsindən kənara çıxılan istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir. Bu gün ölkəmizdə aparılan islahatları görməmək, gözardı etmək mümkün deyil. Vətəndaşına, insanına, bu torpaq uğrunda canından keçmiş şəhidinə, onların varislərinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən qayğı, hörmət bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan səviyyəsində deyil. Möhtərəm prezidentimiz tərəfindən son dövrlərdə imzalanmış fərman və sərəncamlara baxarkən, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması istiqamətində göstərişlərini, onlarla görüşü zamanı nümayiş etdirdiyi ehtiramı, nəzakəti müşahidə edərkən ölkəmiz adına qürur hissi yaşayırıq”.

İ. Məmmədov qeyd edib ki, saxta adlardan istifadə edib sosial şəbəkələrdə dövlər rəsmilərini, deputatları təhqir edən, əxlaqsız fikirlər səsləndirən şəxslər mütləq cəzalandırılmalıdır:

“Hesab edirəm ki, bununla bağlı qanunvericilikdə yer alan müddəalara əlavə və dəyişikliklərin edilməsinin vaxtı çatıb”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib ki, bu gün ölkəmizdə internetə, sosial şəbəkələrə giriş tam azaddır, sərbəstdir, burada heç bir məhdudlaşdırıcı, qadağanedici mexanizmlər qoyulmayıb, tətbiq edilməyib:

“Bəzi ölkələr, o cümlədən, özlərini dünyanın demokratiya və insan hüquqlarının təmin edilməsi baxımından ən üstün ölkələri sayan məmləkətlərdə belə bu yöndə bəzi qadağalar, məhdudlaşdırmalar var. Həmin cəmiyyətlər bunu anlayışla qarşılayır, demokratiya, insan hüquq və azadlıqları, söz, mətbuat azadlığı pozuldu deyib, hay-həşir salmır, ölkələrinin imicinə zərrə qədər xələl gətirə biləcək hansısa cəhdə baş vurmurlar. Ancaq bizdə isə bu məsələlərdə tam azadlıq və sərbəstlikdir. Kimsəyə qaşın üstə gözün var deyən yoxdur. Bu gün Azərbaycan müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, istifadəsinə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri sayıla bilər. Hətta ölkə prezidenti İlham Əliyev tərəfindən 2013-cü il “İKT ili” elan edildi, bununla bağlı sərəncam verildi və ötən illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə olunub, uğurlar qazanılıb”.

Deputat təəssüf hissi ilə deyib ki, son illər, son aylar bu azadlıqdan, bu sərbəstlikdən sui-istifadə edənlər, sosial şəbəkələri, onlayn medianı, internet resurslarını silaha, döyüş, savaş meydanına çevirənlər də tapılır, belələri az deyil:

“Onlar bütün vasitələrlə ölkəmizdə görülən işləri, xüsusilə hökumət rəhbərliyinə, deputatlara qarşı olmazın təhqirlər, böhtanlar, iftiralar yağdırırlar. Sosial şəbəkələr, internet resursları belələrinin, ölkəmizin sevməyən ermənipərəst anti-Azərbaycan dairələrin əlində alətə, oyuncağa çevrilən, dövlətimizə, millətimizə qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılan insanların “sayəsində” söyüş, qarğış, təhqir meydanına çevrilib. Nə istədi, nə gəldi, ağına-bozuna baxmadan deyirlər, yazırlar, paylaşırlar. Anlamırlar ki, bununla düşmən dəyirmanına su tökürlər. Anlamırlar, dərk etmirlər ki, onlardan bizi, ölkəmizi istəməyənlər istifadə edir və ya etməyə çalışırlar. Bəziləri isə anlaya-anlaya, bilərəkdən bunları edirlər ki, əslində, onları nə xalq, nə dövlət, nə müstəqillik, nə dövlətçilik, nə Qarabağ, nə şəhidlər maraqlandırır. Onları ancaq və ancaq öz cılız, dar, şəxsi maraqları maraqlandırır. Onları üçün təki pul, pul, pul olsun. Gecə-gündüz xəyallarındakı ancaq budur. Ancaq belələri bilməlidirlər ki, nə onlar özləri, nə də bilərəkdən və ya bilməyərəkdən qulluqlarında dayandıqları dairələr, mərkəzlər bununla heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanı öz müstəqil inkişaf, müstəqil dövlətçilik xəttindən geri göndərə, sapdıra bilməyəcəklər. Onların təsəvvüründəki və görmək istədikləri Azərbaycan bugünkü Azərbaycan deyil. Ona görə də sosial şəbəkələri silaha, qalxana çevirənlər, milli-mənəvi, mental dəyərlərimizlə daban-dabana ziddiyyət təşkil edən məsələlərlə məşğul olanlar, intenet arxasında “şirə”, “pələngə” dönənlər bir daha yaxşı fikirləşsinlər və əməlli-başlı götür-qoy etsinlər. Tutduqları, getdikləri yol əsl yol deyil, nə qədər gec deyil, ziyanın yarısından geri dönsünlər. Dönməsələr, olan özlərinə olacaq, onlar bu əməllərinə görə daim Azərbaycan xalqının tənəsi və lənəti ilə üzləşəcəklər. Seçim onlarındır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı
Bu gün, 11:11
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Bu gün, 11:07
“Sipark İnşaat” alimləri süründürür - GİLEY
Bu gün, 11:03
Sülh prosesi təzədən dalana girir - TƏHLİL
Bu gün, 11:00
Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO
Bu gün, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bu gün, 10:53
Neftin qiyməti bahalaşıb
Bu gün, 10:50
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Bu gün, 10:49
Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Bu gün, 10:47
"Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Bu gün, 10:45
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Bu gün, 10:43
İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Bu gün, 10:39
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Bu gün, 10:37
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Bu gün, 10:35
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Bu gün, 10:32
İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Bu gün, 10:29
"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Bu gün, 10:27
"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Bu gün, 10:24
Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Bu gün, 10:21
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Bu gün, 10:18
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Bu gün, 10:16
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Bu gün, 10:14
Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Bu gün, 10:13
Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Bu gün, 10:12
Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Bu gün, 10:09
Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Bu gün, 10:07
"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Bu gün, 10:02
“Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Bu gün, 10:00
İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Bu gün, 09:59
İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Bu gün, 09:57
“Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər
Bu gün, 09:56
Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi - TƏHLİL
Bu gün, 09:55
Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq
Bu gün, 09:52
Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
Bu gün, 09:50
Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? - Gözləntilər...
Bu gün, 09:48
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:46
Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib
Bu gün, 09:45
"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" - deputat
Bu gün, 09:44
Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
Bu gün, 09:42
Venesuela müxalifətinin lideri Xuan Quaido Kolumbiyaya gedib
Bu gün, 09:41
Şəmkir “qala”sı içindən çökdürüldü... - İDDİA
Bu gün, 09:40
Yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək?
Bu gün, 09:38
Venesuelada hindular qvardiya generalını əsir götürüblər
Bu gün, 09:37
İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir - Ruslan Auşev
Dünən, 18:24
“Yoluxucu xəstəliyi olan müəllimlər 20 manata sağlamlıq arayışı alırlar” - Ekspert
Dünən, 18:21
Məzahir Pənahov Moldovaya gedib
Dünən, 18:19
Azərbaycanda listinq qaydaları yenilənib
Dünən, 17:59
Qüdrət Həsənquliyevdən növbəti şok sözlər - “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!”
Dünən, 17:57
"Atam Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləndən sonra vəziyyəti düzəlməyə başlayıb"
Dünən, 17:56
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu - Belə deyirlər...
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru