ŞOK: ŞƏHİDƏ QARŞI MƏHKƏMƏ İDDİASI .....                     Gəncədə başçı müavininin açdığı “bazar” .....                     BDU-nun tələbəsi dərmandan zəhərlənib .....                     Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə .....                     "Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" .....                     Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti .....                     Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib .....                     Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib .....                     Rusiyanın valyuta ehtiyatları azalıb .....                     "İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək .....                     “Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması .....                     Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi .....                     Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir .....                     Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: .....                     Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib .....                     “Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir .....                     Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... .....                     “Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ .....                     Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb .....                     Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır .....                     Azərbaycan sabitlik adasıdır .....                     SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi .....                     Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb .....                     Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb .....                     "Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" .....                     Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək .....                     Bakıda müəllim şagirdi vuraraq hədələyib, .....                     Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb .....                     Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib .....                     Xaliq Məmmədova qarşı İTTİHAM .....                     “Baku Steel Company” necə təhlükə yaradır... .....                     Keçmiş deputatın anası danışdı .....                     Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur .....                     Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb .....                     “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” .....                     "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" .....                     Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı .....                     Səbail sakini intihar edib .....                 

İpoteka Fondu ilə banklar arasında QALMAQAL - kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb...
Tarix: 11-02-2019, 15:53 | Çap et
İpoteka Fondu ilə banklar arasında QALMAQAL
Fevralın 11-dən etibarən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklar qarşısında ilkin ödənişlə bağlı qoyduğu yeni tələbi qüvvəyə minir. Bundan sonra banklar ipoteka krediti verərkən müştəridən 30 faiz ilkin ödəniş tələb edəcəklər. Bu, mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün kifayət qədər ağır şərtdir və ipoteka kreditinin əlçatanlığını bir az da çətinləşdirir.

Xatırladaq ki, bu tarixə qədər Fondun ilkin ödəniş tələbi ipoteka yüklü edilən əmlakın 15-20 faizini təşkil edirdi. Yeni şərtlərlə bu rəqəm təxminən iki dəfə artırılır…

Fondun bu siyasətinə rəğmən, Azərbaycanda mənzil problemi kifayət qədər ciddidir və dövlət tərəfindən onun həlli üçün müxtəlif proqramlar həyata keçirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması, ipoteka kreditlərinin həcminin bazar qiymətlərinə uyğunlaşdırılması, əhalinin müxtəlif təbəqələrinin mənzil ehtiyacının qarşılanması üçün həyata keçirilən sosial layihələri buna misal göstərmək olar.

Ancaq bu sahədə dövlət siyasətini sabotaj edən hallar da az deyil ki, bu da daha çox bəzi məmurların subyektiv maraqlarından qaynaqlanır. Elə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindəkı ciddi nöqsanları da məhz bu qəbildən saymaq olar.

Geri çağırılan məktublar…

Bank sektorundakı etibarlı mənbədən aldığımız məlumata görə, Fond ötən ayın ortalarında 2019-cu il üçün kredit limitlərinin ayrılması ilə bağlı müvəkkil banklara göndərdiyi rəsmi məktubların geri qaytarılmasını tələb edib. Bu məktublar 2018-ci ilin dekabr ayında banklara göndərilmişdi və orada gələn il üçün ayrılacaq limitlərlə bağlı məlumat və Fondun tələbləri əks olunmuşdu. Beləliklə, məlum olub ki, banklara kredit limiti ayrılmayacaq və ümumiyyətlə, bunun olub-olmayacağı barədə kommersiya qurumlarına heç bir məlumat verilməyib.

Fondun gözlənilməz addımı bankları çətin vəziyyətə salıb. Çünki ötən ildən yüzlərlə müştəriyə kredit ayrılması üçün ilkin razılıq verilib. Müştərilərin çoxu artıq ipoteka yüklü ediləcək mənzilləri tapıblar və kreditin ayrılmasını gözləyirlər. Amma Fond rəhbərliyi banklara pul ayırmasa, onların mənzil alması mümkün olmayacaq.

Mənbə bildirir ki, bir çox kommersiya bankları müştərilər qarşısında çıxılmaz vəziyyətə düşüblər: hər gün yüzlərlə zəngə, ofislərə gələn müştərilərə nə cavab verəcəklərini bilmirlər.

Bank sektoru kredit tələbini qarşılamaq üçün Fondun 55-60 milyon manat vəsaitinə ehtiyac duyur. Bank rəhbərləri vəziyyətə aydınlıq gətirmək üçün Fondun İdarə Heyətinin sədri Fəxri Kazımova və onun müavini Rəhman Hümbətova dəfələrlə müraciət etsələr də, bir nəticə əldə edə bilməyiblər.

Qalmaqallı deputatın sədr oğlu və onun “qoçaq” müavini…

Xatırladaq ki, Fəxri Kazımov Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyin Kazımovun oğludur. Yeri gəlmişkən, bu yaxınlarda Xanhüseyin müəllimin adı da bank qalmaqalında hallanmışdı. Onun “Yapıkredit Bank”a girov qoyduğu villası məhkəmə tərəfindən bankın xeyrinə müsadirə edilmişdi. Fəxri Kazımov İpoteka Fondu yaradılandan onun İdarə Heyətinə sədrlik edir.

Mənbə Fondun adıçəkilən rəhbər şəxslərinin fəaliyyəti ilə bağlı da məlumatlar verib: “Fondu, demək olar, Rəhman Hümbətov idarə edir. Ona və Fəxri Kazımova 4 xidməti avtomobil ayrılıb. Çox maraqlıdır, maliyyə vəziyyəti yaxşı olan, ili profisitlə başa vurmuş banklar Fonddan kredit limiti ala bilmədikləri halda, Fəxri Kazımov, Rəhman Hümbətov maliyyə göstəriciləri kifayət qədər pis olan, zərərlə işləyən banklara səxavətlə kredit ayrırlar. “Turan bank”, “NBC bank”, “Əmrah bank”, “Muğan bank”, “Günay bank” Fond rəhbərliyi ilə sıx təmasda olan kommersiya qurumlarıdır”.

Fond rəhbərliyi 50 milyon manatdan necə faydalanır?

Fondun fəaliyyəti ilə bağlı verilən məlumatda qurumun yarandığı 2005-ci ildən bu günə qədər müştərilər tərəfindən ödənilən milyonlarla vəsaitin taleyinə də aydınlıq gətirilir: “Fəxri Kazımov və Rəhman Hümbətov təxminən 50 milyon manat vəsaiti illik 5-6 faizlə uzun müddət zərərlə işləyən, fəaliyyəti zəif olan banklarda depozit kimi yerləşdiriblər. Çünki fəaliyyəti qeyri-şəffaf olan kommersiya qurumları ilə “işləmək” Fond rəhbərli üçün daha əlverişlidir, özəl maraqlar daha yaxşı təmin olunur. Əhalinin ucuz kreditlərə ehtiyacı olduğu halda, dövlətin sosial siyasətinə zidd olaraq Fəxri Kazımov, Rəhman Hümbətov bu vəsaitləri ipoteka kreditləşlməsindən yayındıraraq, yalnız özlərinə sərf edən şərtlərlə bu gün-sabah bağlanmaq ehtimalı olunan banklarda yerləşdiriblər”.

Rəhman Hümbətovun tapdığı “sərfəli müştərilər”

Mənbə bildirir ki, banklardan sosial ipoteka almaq ümumiyyətlə mümkün deyil. Fond rəhbərliyi elə bir vəziyyət yaradıb ki, banklara üz tutan güzəştli kateqoriyadan olan vətəndaşlar məyus halda geri qayıdırlar. Amma bunun müqabilində Rəhman Hümbətov kredit üçün “sərfəli” müştərilər tapmaqda çətinlik çəkmir. Mənbənin verdiyi məlumata görə, əsasən hərbçilərlə danışıqlar aparılır, onların adına banklardan vəsait çıxarılaraq nağdlaşdırılır.

Sədr müavininin sevimli müştəriləri arasında yeni binalar tikən bəzi şirkətlər də var. Başqa müştərilərə 30 faiz ilkin ödəniş tələbi qoyulsa da, tikinti maqnatları ilə “15 faiz anlaşması” qüvvədə qalır.

Elektron İpoteka və Zəmanət Sistemi ona görə işləmir ki…

Fondun Elektron İpoteka və Zəmanət Sisteminin fəaliyyətinə gəldikdə, mənbə bu sistemin rəhbərliyin özəl maraqlarına uyğunlaşdırıldığını qeyd edib: “Rəhman Hümbətova lazım olanda Sistem işə salınır, müraciətlər qəbul edilir. Qalan vaxtlarda iş gününün çox hissəsi Sistem qapadılır, vətəndaşlar ora kredit sifarişlərini daxil edə bilmirlər. Banklara bu barədə çoxsaylı müraciətlər ünvanlanır. Daha müştərilər bilmirlər ki, Sistemin bərbad fəaliyyəti bilavasitə Fond rəhbərliyinin maraqlarına xidmət edir. Eləcə də quruma gün ərzində edilən müraciətlər, telefon zəngləri bir qayda olaraq cavablandırılmır. Vətəndaşların kreditlərlər bağlı sorğuları, sualları cavabsız qalır”.

Beləliklə, əhalinin mənzil təminatında dövlətin açdığı qapılardan biri məmurların şəxsi maraqları ucbatında qapadılır. Vətəndaşlar, xüsusən gənclər dövlətdən narazı salınır, bank sektoruna onsuz da zəif olan inam daha da azalır.

Əkrəm Həsənov: “Fondun fəaliyyətinin dövlət başçısının yürütdüyü siyasətə zidd olması təəccüblü deyil”
Bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Fondun fəaliyyətini strateq.az-a şərh edərkən bildirib ki, ipoteka kreditlərinin verilməsi tam şəffaf olmalıdır:

“Əks halda, sui-istifadə və korrupsiya üçün geniş şərait var. Biz nə bilək, bəlkə, bir nəfər və ya bir ailə bir neçə belə kredit alıb, başqalarına isə onu vermirlər? Ən əsası isə, bəlkə, bu kreditlər heç təyinatı üzrə verilmir? Məsələn, tutaq ki, sahibkara ucuz kredit lazımdır. Banklarda bahadır. Bu Fondun kreditləri üzrə dərəcə isə hətta Mərkəzi Bankın uçot dərəcəsindən də aşağıdır. Yəni, hətta bankların özü də Mərkəzi Bankdan daha yüksək dərəcə ilə kredit alır. Bu halda sahibkar saxta ipoteka kreditləri rəsmiləşdirməklə fəaliyyətini maliyyələşdirə bilər. Məsələn, guya, hansısa dostunun evini alır, reallıqda isə ev onun adına yalnız formal keçir, pul isə təyinatı üzrə istifadə edilmir. Digər yaxınlarının da adına belə kreditlər rəsmiləşdirə və nəticədə milyonlarla pulu Fonddan çıxara bilər”.

Əkrəm Həsənov hesab edir ki, həmin pulları hətta banklarda əmanət kimi yerləşdirsə belə, gəlir əldə edəcək, çünki ipoteka kreditinin faiz dərəcəsi əmanət faizlərindən aşağıdır: “Təbii, bu işdə onun Fondun dəstəyinə ehtiyacı var. Niyə də Fond rüşvət müqabilində buna getməsin? Kim biləcək bunu? Əsas odur ki, kredit vaxtında qaytarılır, vəssalam! Buna görə Fonda lazımdır ki, reallıqda yalnız bir neçə özünə yaxın banklarla işləsin. Xoşuna gəlməyən banklara limit ayırmır, vəssalam! Potensial borc alanlar üçün isə şərtləri ağırlaşdırsın, krediti əlçatmaz etsin, ilkin ödənişi artırsın və s.”.

Ekspert vurğulayır ki, bu baxımdan Fondun fəaliyyətinin dövlət başçısının yürütdüyü dövlət siyasətinə zidd olması təəccüblü deyil. Onun sözlərinə görə, ipoteka kreditlərinin verilməsi mütləq qaydada tam şəffaf olmalıdır: “Fondun saytında hər bir kredit üzrə ətraflı məlumat yerləşdirilməlidir: kredit kimə, nə qədər və hansı evin alınması üçün verilib, borcalanın aylıq gəliri nə qədərdir və s. Bu halda hər kəs müqayisə apara bilər ki, niyə krediti ona yox, digərinə veriblər. Həm də ictimaiyyət, mətbuat yoxlaya bilər ki, görək bir nəfərə, bir ailəyə bir neçə kredit verilib, ya yox. Evi satanın evi tərk etməsi, alanın isə daxil olması da ictimaiyyət tərəfindən monitorinq oluna bilər ki, saxta kreditlər verilməsin, kreditlər təyinatı üzrə istifadə olunsun. Mən bunu deyəndə, bəziləri etiraz edir ki, bəs bank sirri necə olsun?”

Ə.Həsənov hesab edir ki, bunun üçün qanuna düzəliş olunmalıdır: “Dövlət hesabına verilən kreditlər üzrə bank sirri rejimi olmamalıdır. Sirrinin qorunmasını istəyirsənsə, zəhmət çək, banklardan kommersiya şərtləri ilə kredit götür. Güzəştli kredit alırsansa, onun şərtlərini cəmiyyət bilməlidir. Çünki həmin kredit dövlətin hesabına verilir. Deməli, xalqın hesabına. İllərdir, bunu deyirəm. Amma Fond şəffaf olmaq istəmir. Niyə? Nəticəni hər kəs özü üçün asanlıqla çıxara bilər”./strateq.az/





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ŞOK: ŞƏHİDƏ QARŞI MƏHKƏMƏ İDDİASI - İddia icraata götürülüb və əlilin “qanpulu”na yönəldilib
Bu gün, 08:11
Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:06
"Bəzi “zirək” adamlar isə laboratoriyanın lazım gəldiyini əsas gətirərək, əlavə tikililər inşa etdirib və birbaşa olaraq divarlara girişib"
Dünən, 18:25
BDU-nun tələbəsi dərmandan zəhərlənib
Dünən, 18:17
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub
Dünən, 18:17
"Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" - Mariya Zaxarova
Dünən, 18:11
Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti BELƏ OLACAQ
Dünən, 18:08
Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib
Dünən, 17:51
Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib
Dünən, 17:45
Rusiyanın valyuta ehtiyatları azalıb
Dünən, 17:43
"İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək - MƏBLƏĞ
Dünən, 17:26
“Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması - Taleh Şahsuvarlı yazır...
Dünən, 17:25
“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”
Dünən, 17:19
Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... - İNTİM QADIN SÖHBƏTİ
Dünən, 17:16
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi - TƏFƏRRÜATLI MƏTN
Dünən, 17:03
Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir - İcra Hakimiyyəti
Dünən, 17:01
Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: - İçərişəhərdə nə baş verir?
Dünən, 16:56
“Eşkiya”dakı Hızır Çakırbəyli obrazı real həyatda kimdir? - KRİMİNAL DOSYE
Dünən, 16:54
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib
Dünən, 16:46
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
Dünən, 16:42
Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... - Əcnəbi göydə balonlarda gəzir, bizim Ceyhun Bayramov isə...
Dünən, 16:36
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ - Detallar...
Dünən, 16:34
“Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız...” – Renka
Dünən, 16:31
Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb
Dünən, 16:27
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır
Dünən, 16:24
Azərbaycan sabitlik adasıdır - Rusiya Ortodoks kilsəsi
Dünən, 16:22
SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi
Dünən, 16:15
Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb
Dünən, 16:11
Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb
Dünən, 16:07
"Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" - deputat
Dünən, 16:03
Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək
Dünən, 15:59
Könül Kərimova 22 yaşlı qızın intiharında adı hallanan şəxsdən DANIŞDI: - "Heç bir icazə almadan..."
Dünən, 15:53
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır
Dünən, 15:47
Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb – Məbləğ açıqlandı
Dünən, 15:46
Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib - FOTO
Dünən, 15:39
Xaliq Məmmədova qarşı İTTİHAM - belə davam edərsə...
Dünən, 15:37
“Baku Steel Company” necə təhlükə yaradır... - İDDİA
Dünən, 15:34
Keçmiş deputatın anası danışdı - "İşdən çıxarılmamışam"
Dünən, 15:30
Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur - Siyəzən sakinindən ölkə başçısına MÜRACİƏT
Dünən, 15:19
"Xəzər" TV-dən AzTV-yə keçdi
Dünən, 15:14
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb - FOTO
Dünən, 15:08
“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Memarlar İttifaqının sədri
Dünən, 15:00
"Mən yazdığınız kimi kobud ifadə işlədəcək insan..." - Əməkdar artist əsəbləşdi
Dünən, 14:59
"Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" - Məleykə Abbaszadə
Dünən, 14:53
Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı - FOTO
Dünən, 14:51
Səbail sakini intihar edib
Dünən, 14:50
Xadimə Zülfiyyə Xanbabayevanın evindən elə şeylər oğurladı ki... - SİYAHI
Dünən, 14:49
İntihar edən üç uşaq anasının məktubu tapıldı: - Tənhalıqdan yorulmuşam…
Dünən, 14:46
Astarada torpaq sürüşməsi aktivləşib
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru