7 sığorta şirkəti geriləyib .....                     İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib .....                     "Standart İnsurance"dan növbəti fırıldaq .....                     Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     “Evdən çıxanda dedi ki...” .....                     Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? .....                     “Sipark İnşaat” alimləri süründürür .....                     Sülh prosesi təzədən dalana girir .....                     Azərbaycan konfetləri Ermənistanda SATILIR .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neftin qiyməti bahalaşıb .....                     ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər .....                     "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" .....                     “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” .....                     İrandakı bahalıq Bakıda da dükanları “vurdu” .....                     “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” .....                     Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü .....                     “Sərham” MMC nədən narazılığa səbəb olur? .....                     İranda Azərbaycan dilində qəzet nəşr olunacaq .....                     "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..." .....                     Paşinyan ABŞ-ın planına zərbə vurdu .....                     Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri .....                     ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır .....                     “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” .....                     Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb .....                     Paşinyanın “iki stul” siyasəti fiasko oldu .....                     Laçında təhsil sistemi necə çökdürüldü... .....                     "Heç zaman fərqli olmaqdan çəkinməmişəm" .....                     “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” .....                     İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı .....                     “Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər .....                     Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi .....                     Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq .....                     Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq .....                     Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib .....                     "Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" .....                     Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib .....                 

Qarabağ danışıqlarında kritik dönəm - TƏHLİL
Tarix: 11-02-2019, 10:10 | Çap et
Qarabağ danışıqlarında kritik dönəm
Fransa prezidenti Emmanuel Makronun ötən həftə saxta erməni soyqırımı gününü Fransada “milli soyqırım günü” elan eləməsi haqlı olaraq Türkiyə və Azərbaycanda sərt etirazlar doğurdu. Bu qərar Azərbaycanda həm də ona görə etiraz yaratdı ki, Fransa Dağlıq Qarabağ konfliktinin guya dinc nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir. Təbii ki, qərəzsiz vasitəçilik missiyası ermənipərəst mövqe ilə bir araya sığa bilməz. O üzdən Fransanın həmsədrlikdən uzaqlaşdırmaq çağırışları səsləndi.

Qeyd edək ki, buna qədər də rəsmi Parisə qarşı belə tələblər səslənib. Təəssüf ki, Fransa onlara məhəl qoymayıb və işğalçı ölkəyə reveranslarını davam etdirib. Halbuki azca ədalət hissi olsaydı, vasitəçilikdən özləri könüllü imtina edər, Azərbaycanın tələbini gözləməzdilər.

Rəsmi Bakı isə hələ ki səbir göstərir və çox güman ki, danışıqlarda süni fasilənin və müzakirənin yaranmaması naminə buna qərar vermir. Ancaq belə getsə, Fransanın Türkiyə ilə əvəzlənməsi məsələsi gündəmə gələ bilər - Ermənistan buna razı olmasa da.

Bundan əlavə, Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar Dağlıq Qarabağdakı separatçı rejimi danışıqlara müstəqil tərəf kimi qoşmaq cəhdini davam etdirir. Belə vəziyyətdə sözsüz ki, Bakı həm işğalçı ölkənin sülh prosesini pozmağa yönəlik destruktiv təşəbbüslərini, həm də ermənipərəst Fransa kimi qərəzli vasitəçiləri neytrallaşdırıb formatı saxlamaq zorundadır.

*****

“Erməni tərəfinin Dağlıq Qarabağı danışıqlara qoşmaq səyləri praktiki olaraq baş tutan iş deyil”. Bu sözləri erməni politoloq Suren Sərkisyan jurnalistlərə deyib (virtualaz.org). Sərkisyan əmindir ki, Azərbaycan Dağlıq Qarabağın da iştirak edəcəyi danışıqları sadəcə olaraq aparmayacaq, belə danışıqlardan imtina edəcək.

“Amma başa düşmək lazımdır ki, Qarabağ əslində danışıqlar prosesinə cəlb olunub. Bu mənadakı həmsədrlərin regiona səfərləri həmişə Qarabağa baş çəkməklə və ”dqr" rəhbərliyi ilə görüşlərlə müşayiət olunur" - o bildirib.

Erməni ekspertə görə, danışıqlar prosesi ancaq Minsk Qrupu formatında aparılmalıdır. “Hazırda danışıqları ancaq Azərbaycan və Ermənistan XİN rəhbərləri aparır, onlar mahiyyətcə liderlərin danışıqlarının bərpa edilməsinə hazırlıq görürlər. Azərbaycan prezidentinin və Ermənistan baş nazirinin qeyri-formal görüşləri Minsk Qrupu formatından kənarda baş verir, ona görə də həmin görüşləri danışıqlar prosesinin tərkib hissəsi saymaq olmaz” - Sərkisyan bildirib.

*****

Bir daha vurğulayaq ki, Dağlıq Qarabağdakı separatçı və kriminal rejimi danışıqlar prosesində iştirak etməli olduğunu Paşinyan hakimiyyətə gələndən bu yana tez-tez təkrarlayır. Erməni baş nazir bunu belə primitiv arqumentlə əsaslandırır ki, Qarabağ erməniləri ona səs verməyiblər və seçməyiblər. Nəticədə Ermənistanın baş naziri kimi ancaq Ermənistanın adından danışa bilər.

Azərbaycan isə bu arqumenti və Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirakını rədd edir. Bu iştirakı yalnız Dağlıq Qarabağın azərbaycanlı icması ilə birgə mümkün sayır. Çünki BMT Təhlükəsizlik Şurasının Minsk Qrupuna verdiyi mandata əsasən, bu konfliktdə Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması maraqlı tərəflərdir.

Ermənistan isə separatçıların danışıqlarda tərəf kimi tanınmasına çalışmaqla sözsüz ki, özünü işğal faktından sığortalamaq və Dağlıq Qarabağdakı rejimin de-fakto rəsmi Bakı tərəfindən tanınması kimi məkrlə məqsədlər güdür. Təbii ki, baş tutan deyil. Ən azı ona görə ki, dünya ictimaiyyəti bir ovuc Qarabağ ermənisinin Azərbaycanın ərazisinin 20%-ni işğal etməsinə heç vaxt inanmayıb və inanmayacaq.

*****

“Azərbaycan hakimiyyətinin ötən 25 ildə bütün təzyiqlərə rəğmən, münaqişənin formatından geri çəkilməməsi bu gün Dağlıq Qarabağ münaqişəsini Abxaziya və Cənubi Osetiya münaqişəsindən fərqləndirir”. Bunu isə konfliktoloq Əvəz Həsənov deyib.

Problemin həll perspektivinə gəlincə, konfliktoloq hesab edir ki, əsas məsələ mümkün güzəştlərlə bağlı olacaq: “Münaqişədə heç kəs uduzmaq istəmir, itirdiyi və yaxud əldə etdiyi torpağı vermək istəmir. Çünki birtərəfli güzəşt hakimiyyətin işini çətinləşdirən amil olacaq. Deməli, daha bir nəticəsiz 25 il gözləmək əvəzinə, xalqın rəyini soruşmağa başlayırlar. Sülh qardaşlıq deyil. Sülh bu münaqişədən az itkilərlə çıxmaq deməkdir. Tarixdə yüzlərlə sülh müqaviləsi olub ki, onu hər iki və yaxud çox tərəf sərfəli şərtlərlə imzalayıblar. Sülh qarşı tərəfin auditoriyasını ram eləmək deməkdir. İndi kim güclü olacaq, onun üçün özünü hazırlamalıdır”.

Əvəz Həsənov xatırladıb ki, sülh uğrunda döyüş fiziki itkilərlə olmur: “Lakin intellektual mübarizə və siyasi taktiki gedişlər zəif olduqda həmin döyüşdə mövqe itirirsən. Hər kəs əmin olmalıdır ki, sülh qardaşlığa çağırış deyil, sərfəli ”nikah müqaviləsi" kimi bir şeydir. Kimin “vəkili” güclüdürsə, o da çoxlu güzəştlər qazanacaq. Burada emosiya ilə təmkinin vəhdəti daha çox uğur gətirəcək".

Konfliktoloq sülhə gedən yolun uzun olduğunu düşünür: “Sülh üçün mübarizə müharibədən də ağır və məsuliyyətlidir. Müharibədə itirib siyasi şəraiti və ordunu günahlandıra bilərsən. Sülh uğrunda dartışma zamanı isə günahlandırmağa vaxt yoxdur. Çünki qələm, silah siyasətçinin və xalqın əlindədir. Beləcə, sülh istəyən siyasətçi və hakimiyyəti qarşı tərəflə dostluq maraqlandırmır. Onun üçün əsas şərt uduzmadan problemi həll edib ondan yaxa qurtarmaqdır. Bu ərəfədə edilən bütün reveranslar yalnız özünə sərf edən nəticəyə hesablanacaq. Diplomatik gedişlər, xalqın birliyi güclü silahdır”.

*****

Ancaq hələ ki Ermənistanın yeni rəhbərliyi də sülhü yaxınlaşdıra biləcək heç bir ciddi jest eləməyib, siqnal verməyib. Politoloq Elxan Şahinoğlu isə düşünür ki, Ermənistan hakimiyyətinin indiki passiv fəaliyyəti qarşısında Azərbaycan aktivliyini və işğalçıya təzyiqi artırmalıdır.

“Buna görə də ordunun üzərinə böyük məsuliyyət düşür. 2016-cı ilin aprelində işğalçını cəzalandırdıq. Keçən il Naxçıvan ətrafındakı böyük ərazilərimizi azad etdik. Bu siyasəti, təzyiqi davam etdirməliyik. Gözləmə mövqeyinə çəkilsək, bu il də münaqişənin həllində irəliləyiş olmayacaq. Əsas sözü yenə də ordu deməlidir. Bu, o demək deyil ki, geniş miqyasda müharibə olmalıdır. Gördük ki, Naxçıvandan lokal bir hücumla böyük bir ərazini azad etdik. Bu cür addımlar atmaqla, Paşinyanı geri addım atmağa məcbur edə bilərik”, - deyə o əlavə edib.

Şübhə yox ki, Paşinyan da sələfləri kimi sülh prosesini süni surətdə uzadarsa, ikinci aprel savaşı qaçılmaz olacaq. Bu mənada Qarabağ danışıqlarında artıq kritik bir dönəmin başladığını söyləmək olar...
\\musavat.com\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
7 sığorta şirkəti geriləyib - FOTO
Bu gün, 11:48
İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib - Zəhra Salmanlı
Bu gün, 11:42
"Standart İnsurance"dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun
Bu gün, 11:40
Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı
Bu gün, 11:37
Azərbaycanlı meyxanaçı İraqda görüntüləndi
Bu gün, 11:35
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bu gün, 11:30
“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı
Bu gün, 11:11
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Bu gün, 11:07
“Sipark İnşaat” alimləri süründürür - GİLEY
Bu gün, 11:03
Sülh prosesi təzədən dalana girir - TƏHLİL
Bu gün, 11:00
Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO
Bu gün, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bu gün, 10:53
Neftin qiyməti bahalaşıb
Bu gün, 10:50
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Bu gün, 10:49
Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Bu gün, 10:47
"Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Bu gün, 10:45
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Bu gün, 10:43
İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Bu gün, 10:39
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Bu gün, 10:37
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Bu gün, 10:35
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Bu gün, 10:32
İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Bu gün, 10:29
"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Bu gün, 10:27
"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Bu gün, 10:24
Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Bu gün, 10:21
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Bu gün, 10:18
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Bu gün, 10:16
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Bu gün, 10:14
Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Bu gün, 10:13
Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Bu gün, 10:12
Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Bu gün, 10:09
Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Bu gün, 10:07
"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Bu gün, 10:02
“Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Bu gün, 10:00
İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Bu gün, 09:59
İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Bu gün, 09:57
“Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər
Bu gün, 09:56
Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi - TƏHLİL
Bu gün, 09:55
Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq
Bu gün, 09:52
Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
Bu gün, 09:50
Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? - Gözləntilər...
Bu gün, 09:48
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:46
Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib
Bu gün, 09:45
"Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" - deputat
Bu gün, 09:44
Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
Bu gün, 09:42
Venesuela müxalifətinin lideri Xuan Quaido Kolumbiyaya gedib
Bu gün, 09:41
Şəmkir “qala”sı içindən çökdürüldü... - İDDİA
Bu gün, 09:40
Yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək?
Bu gün, 09:38
Venesuelada hindular qvardiya generalını əsir götürüblər
Bu gün, 09:37
İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir - Ruslan Auşev
Dünən, 18:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru