Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı - BİZƏ ŞİKAYƏT EDİRLƏR
Tarix: 17-01-2019, 16:21 | Çap et
 Sən demə, yaşadıqları evlər söküldüyünə görə kirayə mənzillərə köçmələri təklif olunmuş və köhnə evlərinin yerində yeni binanın ucaldılmasını gözləyən vətəndaşların müxtəlif qapılarda süründürməçiliklə üzləşməsinin səbəbi yalnız tikintini aparan şirkət olmaya da bilər. Kirayədə bir-iki il və hətta daha çox yaşamaq məcburiyyətinə illərlə böyür-böyürə yaşadığın qonşular da səbəb ola bilərmiş. Xüsusilə də, həmin bu qonşuların kifayət qədər yüksək sosial statusu, nüfuzlu qohumları, ən başlıcası isə inzibati resursları varsa.
Nəsimi rayonunda Topçubaçov küçəsinin bütöv bir məhəlləsinin sakinlərinin başına məhz belə bir iş gəlib. Bir ildən çox əvvəl “Malibu” şirkəti köhnə, həyət tipli evlərin yerində çox sürətlə çoxmərtəbəli binalar tikməyə söz verdi ki, həmin binalarda mənzillər daha geniş və rahat olacaq. İnsanlar razıılaşdılar, kimisi qohumlarının yanına, kimisi də kirayə mənzillərə köçdü, lakin bir il keçsə də, onların keçmiş evlərinə dəyib toxunan olmadı.
“Malibu”nun rəhbərliyinə kollektiv və fərdi müraciətlər vəziyyəti ölü nöqtədən tərpətmədi. Orada yalnız şikayət edirlər ki, Səriyyə Seyidova adlı bir sakin heç cür köçmək istəmir, çox yüksək tələblər qoyur, onun 90 saylı evi isə düz məhəllənin ortasındadır. Həmin qadın ordan köçməyincə tikintiyə başlaya bilmərik. Bu Seyidova isə nə az-nə çox, hakimdir. Sadə bir insan olsaydı, məsələn, təqaüdçü, mühəndis, lap elə jurnalist, bacarardıq, ədalət məhkəməsinin təmsilçisi iləsə heç kim belə iş görmək istəməz.
Səriyyə xanım, onun üzündən bir ildən artıq müddətdə dar-darısqal evlərdə yaşamağa məcbur olmuş 372 ailənin xahişinə laqeyd yanaşır. Və insanlar qərara alıblar ki, belə olan halda hakimin özbaşınalığı barədə mətbuata danışsınlar ki, bəlkə yuxarı təşilatlardan kimsə onu “ağıllandıra” bilsin. Virtualaz.org-un redaksiyasına təşrif buyurublar. Bütün qonşuların adından Qarabağ müharibəsinin veteranı İmran Temirazov danışıb.
“İnşaatçıları xidməti mövqeyi ilə qorxudaraq, Apellyasiya məhkəməsinin hakimi Seyidova evdən çıxmaqdan imtina edir və tələb edir ki, “Malibu” şirkəti onun böyük sahəli evi üçün nə az-nə çox 1,5 milyon manat ödəsin. Şirkət iddia edir ki, bu məbləği ödəmək iqtidarında deyil və tikintini ləngidir. Biz də 14 aydır ki, kirayədə yaşayırıq. Yeri gəlmişkən, firma bizim evimizi hər kvadrat metrinə görə 1500 manat məbləğində qiymətləndirəndə Səriyyə xanım susurdu, öz evinə çatanda isə hər kvadrat metrə görə 7 min manat tələb etdi. Əgər ona bu məbləği versələr, biz də müqavilələrimizə yenidən baxılmasını tələb edəcəyik. Nəyə görə ona olar, bizə yox? Bizim iradlarımıza cavab verəndə Seyidova bildirir ki, o hakimdir, arxasında böyük adamlar durur, buna görə də, işlərinə qarışmaq olmaz. Bu zaman o, öz hamilərinin adlarını da çəkir”, - Qarabağ veteranı hiddətlə bildirir.
Deyilənləri tikintini aparmalı olan “Malibu” şirkətinin direktoru Fərid Xəlili də təsdiqləyib:
“Heç nə edə bilmirik. Tikintinin ləngiməsində günahımız yoxdur. Bu Seyidova ilə heç cür dil tapa bilmirik. Özünün 219 kvadrat metrlik mənzilinə görə 1,5 milyon manat tələb edir. Biz ona bu məbləğin yarısını təklif etmişik, razılaşmır. Siz deyin, əgər o razılaşmırsa, biz artıq köçmüş sakinlər qarşısında vədlərimizi necə yerinə yetirək? İndi biz məhkəmədə hakim Seyidova ilə üz-üzəyik, məhkəmənin qərarına qədər konkret heç nə deyə bilmərik”.
Azərbaycan hökumətinin qəbul etdiyi qaydalara əsasən, tikinti aparan şirkətin şərtləri ilə razılaşmayanların və köçmək istəməyənlərin sayı 200 nəfərdən çox olmalıdır ki, məsələyə yenidən baxılsın. Lakin Seyidova hakimdir və görünür, çox arxayındır ki, bizim ölkədə qanunlar hakimlərə şamil olunmur.


|
|
|
|
|
QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
|
|
|
|
|
|
|
|
|
• Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Bu gün, 10:47 |
|
|
|
• "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Bu gün, 10:45 |
|
|
|
• “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Bu gün, 10:43 |
|
|
|
• İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Bu gün, 10:39 |
|
|
|
• “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Bu gün, 10:37 |
|
|
|
• Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Bu gün, 10:35 |
|
|
|
• “Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Bu gün, 10:32 |
|
|
|
• İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Bu gün, 10:29 |
|
|
|
• "Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Bu gün, 10:27 |
|
|
|
• "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Bu gün, 10:24 |
|
|
|
• Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Bu gün, 10:21 |
|
|
|
• Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Bu gün, 10:18 |
|
|
|
• ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Bu gün, 10:16 |
|
|
|
• “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Bu gün, 10:14 |
|
|
|
• Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Bu gün, 10:13 |
|
|
|
• Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Bu gün, 10:12 |
|
|
|
• Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Bu gün, 10:09 |
|
|
|
• Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Bu gün, 10:07 |
|
|
|
• "Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Bu gün, 10:02 |
|
|
|
• “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Bu gün, 10:00 |
|
|
|
• İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Bu gün, 09:59 |
|
|
|
• İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Bu gün, 09:57 |
|
|
|
• “Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi” müflis elan edilə bilər
Bu gün, 09:56 |
|
|
|
• Rusiya SSRİ-nin taleyini yaşaya bilərmi - TƏHLİL
Bu gün, 09:55 |
|
|
|
• Sultan Damlanın Moskvadakı konsertinin aparıcısı olacaq
Bu gün, 09:52 |
|
|
|
• Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
Bu gün, 09:50 |
|
|
|
• Əli İnsanov həbsdən çıxan kimi müxalifətə qoışulacaq? - Gözləntilər...
Bu gün, 09:48 |
|
|
|
• Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:46 |
|
|
|
• Bolton Maduronu dəstəkləyən Venesuela hərbçilərini hədələyib
Bu gün, 09:45 |
|
|
|
• "Naxçıvandakı vəziyyətlə bağlı fikirlər fərqlidir" - deputat
Bu gün, 09:44 |
|
|
|
• Əhali bir ayda rabitə xidmətlərinə 150 milyon manatdan çox pul xərcləyib
Bu gün, 09:42 |
|
|
|
• Venesuela müxalifətinin lideri Xuan Quaido Kolumbiyaya gedib
Bu gün, 09:41 |
|
|
|
• Şəmkir “qala”sı içindən çökdürüldü... - İDDİA
Bu gün, 09:40 |
|
|
|
• Yaşayış binalarının istismarına icazənin sadələşdirilməsi haqqında fərman nə qədər mənzili əhatə edəcək?
Bu gün, 09:38 |
|
|
|
• Venesuelada hindular qvardiya generalını əsir götürüblər
Bu gün, 09:37 |
|
|
|
• İlham Əliyev nüfuzlu, öz xalqını sevən rəhbərdir - Ruslan Auşev
Dünən, 18:24 |
|
|
|
• “Yoluxucu xəstəliyi olan müəllimlər 20 manata sağlamlıq arayışı alırlar” - Ekspert
Dünən, 18:21 |
|
|
|
• Məzahir Pənahov Moldovaya gedib
Dünən, 18:19 |
|
|
|
• Azərbaycanda listinq qaydaları yenilənib
Dünən, 17:59 |
|
|
|
• Qüdrət Həsənquliyevdən növbəti şok sözlər - “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!”
Dünən, 17:57 |
|
|
|
• "Atam Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriləndən sonra vəziyyəti düzəlməyə başlayıb"
Dünən, 17:56 |
|
|
|
• İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu - Belə deyirlər...
Dünən, 17:53 |
|
|
|
• Abşeronun icra başçısı gənclərlə görüş keçirdi
Dünən, 17:52 |
|
|
|
• Çeçen-azərbaycanlı davasının səbəbkarı Moskvadan qaçdı
Dünən, 17:43 |
|
|
|
• Sabiq direktorla birgə təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
Dünən, 17:38 |
|
|
|
• “KOB Dostu” artıq Abşeronda - FOTO
Dünən, 17:37 |
|
|
|
• Kirayə qaldığı evdən 1800 manat dəyərində əşyaları oğurladı
Dünən, 17:35 |
|
|
|
• Bakıda qeyri-insani hərəkət - Kişi qadının üstünə kerasin töküb yandırdı
Dünən, 17:30 |
|
|
|
• Azercell-in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb
Dünən, 17:28 |
|
|
|
• Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzi yerini dəyişir
Dünən, 17:26 |
|
|
|
|