“Qatar Airways” aviaşirkəti Bakıdan uçuşu təxirə saldı .....                     "Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir” .....                     Şamaxı sakinini güllələyən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb .....                     Zaqatalada mağazanı yaranlar ələ keçdi .....                     “Orqanik məhsul” yalanı: alıcıları necə aldadırlar.... .....                     “Azərbaycan müqəddəs torpaqdır, bu yerlər kosmos tərəfindən qorunur” .....                     Hakim Şövkət Ağayev 20 yanvarda itkin düşdü, şəhid olduğu 6 il sonra təsdiqləndi .....                     “YPG PKK-nın siyasi qanadıdır” .....                     Gömrük reallığı: Əbülfəz Məlikov hələ də monopolistdir .....                     Azərbaycan nefti 3% bahalaşıb .....                     Əsgər aparmadılar, özünü balkondan atmaq istədi .....                     Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı .....                     "Lakin çox təəssüflər olsun ki..." .....                     Bəzi məmurlar bizi daha kimlərlə savaşdıracaq? .....                     Rusiyada erməni milyonçunun evi qarət olundu .....                     Azərbaycan və Zimbabve prezidentlərinin .....                     Növbəti günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək .....                     Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq .....                     Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib .....                     Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib .....                     Əmisi arvadı ilə 10 il sevgili oldu, qısqanıb qətlə yetirdi .....                     Mikayıl Cabbarov hansı səlahiyyətləırini itirdi? .....                     Bu il neftin qiyməti 55 dollardan artıq olacaq .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Sarkisyanın siyasətdən getmək fikri yoxdur .....                     "Biz İlham Əliyevin və Elmar Məmmədyarovun ümidlərini görürük" .....                     “Semaşko”da hər kəsi şoka salan olaylar .....                     Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql edilib .....                     Maskalı şəxslər YDM-ə basqın etdilər... .....                     “Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur” .....                     Xanım hakimə qarşı ittiham var... .....                     Putinin kosmik peyklərə qarşı yeni raketi .....                     “İrşad Telecom”, “Goranboy Gips”, “Xəyal Holdinq” sahibləri doğrudanmı intihar edib? .....                     Yerli istehsal spirtli içkilərin də qiyməti qalxacaq .....                     Büdcəmizdən oğurlanan pulların geri qaytarılması mümkündürmü? .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada ölüb .....                     Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir .....                     Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin ibtidai istintaqı başa çatıb .....                     Parisdən başlanan ümidverici proses .....                 

Generalın oğurluqda suçladığı keçmiş xanımı ölkədən belə qaçıb - "Onu və uşaqlarını Gürcüstana keçirdik"
Tarix: 11-01-2019, 15:25 | Çap et
Generalın oğurluqda suçladığı keçmiş xanımı ölkədən belə qaçıb
Külli miqdarda oğurluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bu işdə onun bacısı, generalın keçmiş həyat yoldaşı da ittiham edilir və hazırda axtarışdadır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Fərid Yusub Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır.

Bu iş üzrə zərərçəkmiş Emin Şəkinskidir.

Məlumata görə, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunub. İttihama görə, Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Bu oğurluq işində Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusubun və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı keçib.

Onlar barəsində axtarış elan olunub. “İnterpol” xətti ilə axtarışda olan Fərid Yusub saxlanılaraq Azərbaycana təhvil verilib.

Əlövsət Əliyev və Gülnarə Şəkinskaya isə axtarışdadır.

Bu gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Fərid Yusub özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib.

O söyləyib ki, istintaq dövründə də ifadə verməyib və heç bir sənədə qol çəkməyib. Prosesin davamında F.Yusubun 2018-ci ilin avqust ayının 18-də ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

Həmin ifadəsində Fərid Yusub söyləyib ki, 2008-ci ildən Rusiyaya köçüb və orada ticarətlə məşğul olub.

O, bu iş üzrə heç nə bilmədiyini, bacısından uzun müddətdir xəbər almadığını bildirib:

"Bacım Emin Şəkinski ilə 1998-ci ildə evlənib. Onlar 2008-ci ildə ayrılıblar. Ailə məsələlərindən xəbərsizəm. Bu işdə adı keçənlərdən yalnız bacım Gülnarəni tanıyırdım, digər şəxslərlə əlaqəm olmayıb. Bacım isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməyib. Evdən aparılan 60 min manat pul isə bacım Gülnarənin özünün olub. Bunun Emin Şəkinskiyə heç bir əlaqəsi yoxdur".

Suallara cavab verən F.Yusub bacısı ilə 2014-cü ildə Gürcüstanda olan zaman danışdığını deyib. O bildirib ki, Belarusdan gələrək bacısı ilə görüşüb, amma onun ölkəni necə tərk etdiyini bilməyib.

"Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın adı keçən iş üzrə ittiham edilirəm. Həbsimdən 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var".

Məhkəmənin davamında Fərid Yusub prokurorun suallarına cavab verməkdən imtina edib. Daha sonra şahid qismində sabiq polis əməkdaşı Namiq Camalov dindirilib.

N.Camalov bu iş üzrə 2014-cü ildə həbs edildiyini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddərinə azadlıqdan məhrum edildiyini bildirib.

O, 3 il 6 ay cəza çəkdikdən sonra 2017-ci ildə azadlığa çıxdığını söyləyib.

Saxta sənəd hazırlanmasında ittiham edilən N.Camalov bunları deyib:

"Binəqədi Rayon Polis İdarəsində işləyirdim. Məni Gülnarə Şəkinskaya ilə Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev tanış etdi. Gülnarə xanımı Bərdə rayonundakı qeydiyyat şöbəsinə öz maşınımla aprıb, saxta sənədlərin hazırlanması üçün Şəfiqə xanımla tanış etdim. Sonra bir neçə şəxslə onu və uşaqlarını Gürcüstana keçirdik. Mənə bunun müqabilində 5 min manat pul verdi. Fərid Yusubu tanımıram, onu heç vaxt görməmişəm. Mən həbs ediləndə ittihamda Fəridin adı da var idi".

Növbəti məhkəmə iclası yanvarın 18-nə təyin edilib.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qatar Airways” aviaşirkəti Bakıdan uçuşu təxirə saldı - Sərnişinlər limanda qaldı
19-01-2019, 13:04
"Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir” - Stepan Danielyan
19-01-2019, 13:02
Şamaxı sakinini güllələyən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb
19-01-2019, 12:59
Müğənni ilə mübahisə edən xalq artisti efiri tərk etdi - ATV-də GƏRGİN ANLAR
19-01-2019, 12:57
Zaqatalada mağazanı yaranlar ələ keçdi
19-01-2019, 12:51
“Orqanik məhsul” yalanı: alıcıları necə aldadırlar.... - Möhtəkirlik...
19-01-2019, 12:49
“Azərbaycan müqəddəs torpaqdır, bu yerlər kosmos tərəfindən qorunur” - Amerikada çalışan azərbaycanlı bioenergetik
19-01-2019, 12:45
Hakim Şövkət Ağayev 20 yanvarda itkin düşdü, şəhid olduğu 6 il sonra təsdiqləndi - İNDİ AİLƏSİ ŞƏHİD TƏQAÜDÜNÜ ALA BİLMİR...
19-01-2019, 12:38
“YPG PKK-nın siyasi qanadıdır” - ABŞ senatoru
19-01-2019, 12:34
Gömrük reallığı: Əbülfəz Məlikov hələ də monopolistdir - Səfər Mehdiyev üçün daha bir İSTEFA SƏBƏBİ
19-01-2019, 12:33
Azərbaycan nefti 3% bahalaşıb
19-01-2019, 12:26
Əsgər aparmadılar, özünü balkondan atmaq istədi
19-01-2019, 12:25
Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı - İş məhkəmədədir
19-01-2019, 12:23
"Lakin çox təəssüflər olsun ki..." - GİLEY
19-01-2019, 12:22
Bəzi məmurlar bizi daha kimlərlə savaşdıracaq? - TƏHLİL
19-01-2019, 12:16
Məşhur meyxanaçıdan "Maşın" şou ilə bağlı şok fakt
19-01-2019, 12:13
Rusiyada erməni milyonçunun evi qarət olundu
19-01-2019, 12:08
28 ildən sonra qohumlarını tapan Zaur göz yaşlarını saxlaya bilmədi
19-01-2019, 12:04
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub
19-01-2019, 11:56
Növbəti günlərdə Azərbaycanda havanın temperaturu yüksələcək - Proqnozlar Bürosu
19-01-2019, 11:54
Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq
19-01-2019, 11:52
Nəsimi rayonunda 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
19-01-2019, 11:50
Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib
19-01-2019, 11:48
Əmisi arvadı ilə 10 il sevgili oldu, qısqanıb qətlə yetirdi - Bakıda dəhşətli cinayət
19-01-2019, 11:47
Mikayıl Cabbarov hansı səlahiyyətləırini itirdi?
19-01-2019, 11:44
Bu il neftin qiyməti 55 dollardan artıq olacaq - Gözlənti
19-01-2019, 11:41
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
19-01-2019, 11:39
Sarkisyanın siyasətdən getmək fikri yoxdur
19-01-2019, 11:37
"Biz İlham Əliyevin və Elmar Məmmədyarovun ümidlərini görürük" - Sarkisyanın partiyası
19-01-2019, 11:34
“Semaşko”da hər kəsi şoka salan olaylar - İTTİHAM
19-01-2019, 11:31
Bakı-Supsa kəməri ilə ötən il 3,75 mln. ton neft nəql edilib
19-01-2019, 11:28
Maskalı şəxslər YDM-ə basqın etdilər... - Azərbaycanda
19-01-2019, 11:27
“Kişiliyi siz mənə göstərdiniz” - Aktyora 20 min manat göndərdilər
19-01-2019, 11:23
“Arif Alışanov, mənimlə ədavətin nə idi?”
19-01-2019, 11:18
“Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur” - deputat
19-01-2019, 11:16
Xanım hakimə qarşı ittiham var... - Müraciət
19-01-2019, 11:14
Sumqayıt Teatrında nə baş verir? - Direktor Mübariz Həmidovun özbaşınalıqları
19-01-2019, 11:12
Putinin kosmik peyklərə qarşı yeni raketi - ABŞ KƏŞFİYYATI GİZLİ SINAQLARI QEYDƏ ALDI
19-01-2019, 11:05
“İrşad Telecom”, “Goranboy Gips”, “Xəyal Holdinq” sahibləri doğrudanmı intihar edib? - MÜƏMMA
19-01-2019, 11:01
Yerli istehsal spirtli içkilərin də qiyməti qalxacaq - BAHALAŞMA
19-01-2019, 11:00
Büdcəmizdən oğurlanan pulların geri qaytarılması mümkündürmü? - GƏLİŞMƏ
19-01-2019, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
19-01-2019, 10:55
Lənkəranda partlayış nəticəsində yanıq xəsarəti alan 80 yaşlı kişi xəstəxanada ölüb
19-01-2019, 10:53
Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi
19-01-2019, 10:53
Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin ibtidai istintaqı başa çatıb
19-01-2019, 10:51
“Cəlil Məmmədquluzadə əlyazmalarını sobaya ataraq yandırıb ki, uşaqları soyuqdan donmasın...”
19-01-2019, 10:50
Parisdən başlanan ümidverici proses - xalqlar sülhə hazırlanır?
19-01-2019, 10:45
Polis zabitini güllələyən mütəşəkkil dəstə hökmdən narazıdır - "Hafka"nın adamları...
19-01-2019, 10:44
Axtarışda olan şəxs saxlanılıb
19-01-2019, 10:41
“Hasilata dair hökumətin proqnozu daha realdır” - TƏHLİL
19-01-2019, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru