Köçəryanın vəkilləri beşinci dəfə Avropaya müraciət etdi .....                     Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib .....                     Bakı-Nursultan münasibətləri necə olacaq? .....                     Türkiyədəki “Petlim” limanının adı “SOCAR Terminal” olaraq dəyişdirilib .....                     "Apreldə Avropaya test qazı göndəriləcək" .....                     Ağcabədidə qadın öz evindən qızılı oğurladı, sevgilisinə verdi .....                     Bu türk ölkəsinin də paytaxtının adı dəyişdirilə bilər .....                     Uruqvay Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır .....                     Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələr keçiriləcək .....                     “Üç saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır” .....                     Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanları öyrənilir .....                     Rektor Mərdəkandakı dəbdəbəli oteli necə tikdirib? .....                     Ölkədən milyardlar çıxardanların məhkəməsi: .....                     Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb .....                     Ermənistan Azərbaycandan niyə geridədir? .....                     “Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb” .....                     Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxsin cəzası artırılıb .....                     “Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” .....                     Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib .....                     Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər .....                     Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib .....                     14 992 abituriyent elektron ərizəsini təsdiq edib .....                     “Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb .....                     Xəzər Universitetinin müəllimi xanım həmkarlarına qarşı "filosof"luq etdi və... .....                     Ermənistanda əsgərlər qiyam etdi: .....                     Qubada qoyun və at oğrularına hökm oxunub .....                     Rüşvətə görə həbs edilən prokuror köməkçisi .....                     Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb .....                     Rusiya yeni raketlərini Suriyaya sınağa göndərdi .....                     Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib .....                     "Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları... .....                     Ağcabədidə evlərə qənim kəsilən 4 oğru tutulub .....                     Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb .....                     “Rusiya Qarabağda mümkün provokasiyalar hazırlaya bilər” .....                     Böyük turançı Ziya Göyalpın doğum günüdür .....                     Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub .....                     ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq edib .....                     Paytaxt Bakı şəhərində hər gün Novruz şənlikləri olacaq .....                     Mingəçevirdə ağac binanın üzərinə aşıb .....                     Paşinyan və Kasprşik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı məsələləri müzakirə ediblər .....                 

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə edib
Tarix: 11-01-2019, 13:15 | Çap et
Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə edib
Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğı nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmişdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Qafqaz Baku Sport otelində keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Cabbarov bildirmşdir ki, ötən il Nəsimi rayonunda aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində 1 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində də bir sıra abadlıq işləri aparılmış, çoxsaylı yüksəkmərtəbəli binaların fasadları əsaslı təmir olunmuş, «Abad həyət» və "Bizim Həyət" layihələri çərçivəsində geniş işlər görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulmuş, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılmışdır. İnzibati ərazinin əhatə dairəsinə düşən H.Seyidzadə 1, 3,7, R.Məmmədov 23, 25, A.Məhərrəmov 46,50,68, 20 yanvar 37 A saylı binalarin fasadlarinin təmiri başa çatmışdır. A.Mustafayev 10, 11, 12, 14, 17 və 17A saylı binaların fasadaları rənglənmişdir, bu binalarda yerləşən ticarət obyektlərinin qanunsuz və istifadəyə yararsız reklamları sökülmüşdür.

Nəsimi rayonu 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2018-ci ilin yekunlarını müzakirə edib

Mir Cəlal küçəsində yüksək gərginlikli elektrik xəttlərinin yeri dəyişdirilmiş, kuçənin mərkəzinə və kənarlarina bardur çəkilmiş, işıq dirəkləri quraşdırılmiş, yeni asfalt örtüyü çəkilmişdir. Hüseyn Seyidzadə küçəsinin Mir Cəlal küçəsindən 4 mkr. dairəsindək olan hissəsi yenidən təmir olunmuşdur. Burada bardürlər təzələnmiş, yeni asfalt örtüyü çəkilmişdir.

Hüseyn Seyidzadə 35 və 37 saylı binaların fasadları təmir olunub, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib yenisi ilə əvəz olunub, giriş qapıları yeni dəmir qapılarla əvəz olunmuşdur. Hər iki binanın həyəti "Abad Həyət" layihəsi çərçivəsində yenidən qurulmuşdur. Burada müxtəlif oyun elementləri quraşdırılıb, idman meydançası salınmış, söhbətgah quraşdırılmışdır. Ətrafına yeni asfalt örtüyü çəkilmişdir. Novruz bayramı ərəfəsində H.Seyidzadə 35 və 37 saylı ünvanda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilmişdir.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 4-cü mikrorayon Asif Məhərrəmov küçəsi 68 və Mir Cəlal küçəsi 10 saylı binaların əhatə etdiyi məhəllədə sakinlərin ixtiyarına verilmişdir. Bu ünvanda doqquz mərtəbəli, 8 bloklu, 138 mənzilli A.Məhərrəmov küçəsi 68 saylı evin və beşmərtəbəli 12 bloklu 180 mənzilli Mir Cəlal küçəsi 10 saylı evin fasadları, dam örtükləri və zirzəmiləri əsaslı təmir edilmiş, hər iki binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını və istirahətlərini səmərəli keçirmələri üçün 5 söhbətgah və 20 oturacaq quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə avadanlıqları, oyun elementləri və idman meydançası quraşdırılmışdır. Əhalinin ümumi istifadəsində olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək 2,5 ha ərazidə asfaltlaşma və təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində rayonun müxtəlif ərazilərində, mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə kompaniyası keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri tərəfindən rayonun küçələrində, mikrorayonlar ərazisində, 4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında, Asif Məhərrəmov küçəsindəki parkda və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında 30000-dən artıq gül kolu əkilmişdir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə rayonda keçirilən silsilə tədbirlərin davamı olaraq may ayının 10-da 4-cü mikrorayon ərazisində, Cavadxan küçəsinin H.Seyidzadə küçəsindən M.Kazımovski küçəsinədək olan hissəsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 0.7 ha sahədə və ətraf ərazidə geniş miqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişə yaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, 1000 kv.m-dən artıq yeni qazon örtüyü və 350 kv.m –dən artıq süni qazon döşənmiş, 500 metrdən artıq suvarma xətti çəkilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün tam şərait yaradılmış, müasir işiqlandırma sistemi, 2 ədəd söhbətgah, 18 ədəd fitnes avadanlığı quraşdırılmış, 10 ədəd yeni skamyalar qoyulmuşdur. Uşaqlar üçün hər biri 80 kv.m olmaqla 3 ədəd uşaq oyun əyləncə qurğuları montaj olunmuş, park boyunca idman yürüşü üçün zolaq salınmışdır.

Həmin parkın davamı olaraq Kazımovski küçəsi istiqamətində ərazi genişləndirilərək abadlıq işləri davam etdirilmiş, yeni qazon örtüyü və tamet daşları döşənmiş, 2 ədəd söhbətgah quraşdırılmış və uşaqların əyləncəsi üçün müxtəlif oyun elementləri qoyularaq 25.09.2018-ci il tarixdə sakinlərin istifadəsinə verilmişdir.

15 iyun - Qurtuluş günü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 3-cü mikrorayon Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin səmərəli keçirilmələri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları,oyun elementləri və idman meydançası quraşdırılmışdır.

Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.

Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2018-ci ildə Nəsimi rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri davam edəcəkdir.

Natiq çıxışına davam edərək bildirmişdir ki, Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi ərazisində yerləşən 20 saylı poliklinikada da əhalinin tibbi müayinədən keçirilməsi həyata keçrilmişdir.

Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Respublikamızın gözəl guşələrindən olan Quba və Şəki şəhərlərində rayonumuzun ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 200-dən çox şagirdin istirahəti təşkil olunmuşdur. Eləcə də "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Nəsimi rayon məktəbliləri respublikamızın bir sıra rayonlarına səfər etmişlər. Bununla yanaşı Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin Heydər Əliyev Fondunun Layihəsi olan Zirə Mədənyyət Mərkəzi və Eko Parka ekskursiyası təşkil olunmuşdur.

Hesabat ilində İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə ərazidə H.Seyidzadə küçəsi 1,3, 7 saylı binaların həyətində, Alı Mustafayev küçəsi 11,17, 17A saylı binaların həyətində "Bizim Həyət" layihəsi çərçivəsində abadlıq işləri görülmüşdür.

H.Seyidzadə küçəsi 1.3,7 saylı binaların fasadları, dam örtükləri və zirzəmiləri təmir edilmiş, hər üç binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Məhəllədə yaşıllaşdırma işləri aparılmış və 30-dən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün 3 ədəd söhbətgah və 20 ədəd oturacaq quraşdırılmışdır. Uşaqların əyləncələri üçün müxtəlif oyun elementləri idman meydançası və həvəskarlar üçün asfalt üzərində böyük ölçülü şahmat lövhəsi yaradılmışdır. Həyətə 9 min kv.m. ərazidə asfalt örtüyü çəkilmiş, 500 metr bardür düzülmüş, 7 ədəd təhlükəsizlik kameraları quraşdırılmışdır.

A.Mustafayev küçəsi 17 və 17A saylı binaların fasadı və pilləkən qəfəsləri əsaslı təmir olunmuş, 15 min kv.m.-lik sahəsi olan həyətində uşaqların istirahəti üçün 120 kv.m. sahədə oyun elementləri, 200 kv.m. mini futbol , 140 kv.m. idman-fitness və 100 kv.m. şahmat meydançası salınmışdır. Həyətin ərazisində mövcud yaşıllıqların bərpası ilə yanaşı 200 ədəd ağac və gül kolu əkilmiş, 2 min kv.m. ərazidə qazon salınmışdır. Sakinlərin təhlükəsizliyi üçün təhlükəsizlik kamerları quaraşdırlmışdır.

Alı Musatafayev 11 saylı binanın fasadı və pilləkən qəfəsləri təmir olunmuş və giriş qapıları dəyişdirilmişdir. Həyətində sakinlərin və uşaqların istirahəti üçün mini futbol və basketbol, idman-fitness, şahmat meydançaları salınıb. 100 ədəd ağac və kolu əkilmiş 400 kv.m. qazon salınıb və təhlükəszilik kameraları quraşdırılmışdır.

Hesabat yığıncağında 1-ci mikrorayon sakini, təqaüdçü Quliyev Əsabəli, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimi birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və başqaları çıxış edərək respublikada, o cümlədən Nəsimi rayonunda aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildirərək görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın vəkilləri beşinci dəfə Avropaya müraciət etdi
23-03-2019, 17:26
Sinə dekoltesi, şəffaf geyim... - Nuradan nəfəskəsən foto
23-03-2019, 17:24
Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib
23-03-2019, 17:19
Bakı-Nursultan münasibətləri necə olacaq? - Yeni dönəm
23-03-2019, 17:14
Türkiyədəki “Petlim” limanının adı “SOCAR Terminal” olaraq dəyişdirilib
23-03-2019, 17:11
Elməddin Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu - VİDEO
23-03-2019, 17:07
"Apreldə Avropaya test qazı göndəriləcək" -SOCAR rəsmisi
23-03-2019, 17:00
Ağcabədidə qadın öz evindən qızılı oğurladı, sevgilisinə verdi
23-03-2019, 16:59
Bu türk ölkəsinin də paytaxtının adı dəyişdirilə bilər
23-03-2019, 16:29
Uruqvay Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır
23-03-2019, 16:21
Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələr keçiriləcək
23-03-2019, 16:14
“Üç saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır” - Baş hidroloq
23-03-2019, 16:04
Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanları öyrənilir
23-03-2019, 16:02
Rektor Mərdəkandakı dəbdəbəli oteli necə tikdirib? - FOTOLAR
23-03-2019, 15:59
Ölkədən milyardlar çıxardanların məhkəməsi: - Eldar Mahmudovun gizli pul əməliyyatları
23-03-2019, 15:55
Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
23-03-2019, 15:53
Məşhur müğənni moda nümayişinə elə paltarda getdi ki... - VİDEO
23-03-2019, 15:51
Ermənistan Azərbaycandan niyə geridədir? - Özləri belə izah edir...
23-03-2019, 15:46
“Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb” - deputat
23-03-2019, 15:45
Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxsin cəzası artırılıb
23-03-2019, 15:41
“Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” - Alimdən rektora ağır ittihamlar
23-03-2019, 15:39
Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib
23-03-2019, 15:37
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
23-03-2019, 15:34
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
23-03-2019, 15:33
14 992 abituriyent elektron ərizəsini təsdiq edib
23-03-2019, 13:15
“Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb - Ekspertdən açıqlama...
23-03-2019, 13:14
Xəzər Universitetinin müəllimi xanım həmkarlarına qarşı "filosof"luq etdi və... - İTTİHAM
23-03-2019, 13:12
Ermənistanda əsgərlər qiyam etdi: - həbslər var
23-03-2019, 13:09
Qubada qoyun və at oğrularına hökm oxunub
23-03-2019, 13:07
Rüşvətə görə həbs edilən prokuror köməkçisi cəzaçəkmə müəssisəsinə köçürülüb
23-03-2019, 13:01
Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb
23-03-2019, 12:58
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüsü yayıldı - FOTO
23-03-2019, 12:56
Rusiya yeni raketlərini Suriyaya sınağa göndərdi
23-03-2019, 12:47
Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23-03-2019, 12:45
"Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları... - İLGİNC
23-03-2019, 12:43
Ağcabədidə evlərə qənim kəsilən 4 oğru tutulub
23-03-2019, 12:28
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23-03-2019, 12:26
“Rusiya Qarabağda mümkün provokasiyalar hazırlaya bilər” - TƏHLİL
23-03-2019, 12:25
Böyük turançı Ziya Göyalpın doğum günüdür - ANIM
23-03-2019, 12:23
Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub
23-03-2019, 12:19
ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq edib
23-03-2019, 12:14
Paytaxt Bakı şəhərində hər gün Novruz şənlikləri olacaq
23-03-2019, 12:07
Mingəçevirdə ağac binanın üzərinə aşıb - FOTO
23-03-2019, 11:56
Paşinyan və Kasprşik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı məsələləri müzakirə ediblər
23-03-2019, 11:46
Gəncədə piyadanı maşın vurub
23-03-2019, 11:43
Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?
23-03-2019, 11:42
“Əhali boykot etsə, dövlət orqanlarının qərarları yerinə yetirilər” - Eyyub Hüseynov
23-03-2019, 11:35
“Qazprom” Ukrayna üçün qazın qiymətini azalda bilər
23-03-2019, 11:30
Astana şəhəri Nur-Sultan oldu
23-03-2019, 11:29
Hansı icra başçıları yola salınacaq... - Sırada Vilyam Hacıyev də var...
23-03-2019, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru