Prezidentdən kardinal kadr dəyişiklikləri .....                     Dövlət Reklam Agentliyinin yaranmasından 2 il ötür .....                     Hakimi hədələyən qadına cinayət işi başlanılıb .....                     Yeni daxili işlər naziri kimdir? .....                     Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində növbəti səyyar qəbul-görüş keçirilib .....                     Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə olunub .....                     Vladimir Putin canlı yayımda 4 saatdan çox vaxt ərzində sualları cavablandırıb .....                     Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib .....                     Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib .....                     “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib .....                     Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib .....                     Ramil Usubov işdən çıxarıldı .....                     “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edi .....                     “Əli Abbasova şükür” dedirtdilər .....                     "Anam kor bir güllənin qurbanı oldu" .....                     General hərbi komissarı işdən qovdu .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri "Keşikçidağ" məsələsini müzakirə edib .....                     Həsən Mirzəyev Qarabağ separatçıları ilə bir masa arxasında .....                     Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: .....                     “Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar” .....                     "Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər" .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xərcləri gəlirlərini üstələyib .....                     Xətai RPİ-nin əməkdaşları 600 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb .....                     Hacıqabulda "əmi" ləqəbli narkotacir saxlanılıb .....                     Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi .....                     Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış edib .....                     Dövlət büdcəsindən milyonlar necə yayındırılır... .....                     "Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" .....                     Elinanın qəbri təhqir olundu .....                     Azərbaycan neftin ixracını azaldıb .....                     Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? .....                     Kənd Təsərrüfatı Nazirliyi ilə Gömrük Komitəsinə SƏRT İTTİHAMLAR .....                     Fəzail Ağamalı qaragüruha səsləndi: .....                     Vladimir Putinin canlı yayımı haker hücumuna məruz qalıb .....                     Rüstəm Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsi barədə açıqlama verib .....                     Oliqarx deputatın şirkəti bağlandı .....                     Rusiya nümayəndəsinə görə Gürcüstan parlamentində gərginlik yaranıb, .....                     "Milli birliyimiz üçün, hamı Vətən deyəcək!" .....                     “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq .....                 

Sevinc Osmanqızının çürük məntiqi - Xəyanətin dişisi...
Tarix: 11-01-2019, 10:36 | Çap et
Sevinc Osmanqızının çürük məntiqi
Hər hansı bir səbəbdən xarici ölkədə daimi yaşayan, oranı özünə ikinci Vətən hesab edən istənilən azərbaycanlı üçün Azərbaycan həqiqətlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin mahiyyətinin beynəlxalq aləmə çatdırılması, ölkəmizin daha da tanıdılması, milli maraqlarımızın müdafiə edilməsi başlıca vəzifə olmalıdır. Hansı vəzifəni icra etməsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq, istənilən azərbaycanlı üçün xalqımızın, dövlətimizin mənafeyi daim üstün tutulmalıdır. Vətənpərvərlik hissinə sahib olan istənilən soydaşımız Ermənistanın işğalçılıq siyasətini, bu siyasət səbəbi ilə Azərbaycan xalqının başına gətirilən müsibətləri unutmamalıdır. Hələ soydaşlarımızdan kimsə jurnalist peşəsini daşıyırsa, xarici ölkənin hansısa media qurumunda çalışırsa, o cəmiyyətdə ictimai rəy yaratmağı bacarırsa, Azərbaycanın tanınmış şairi Əhməd Cavadın təbirincə desək, xalqımızın haqq bağıran səsi olmalı, milli-dövlətçiliyimizin tərənnümçüsü və keşikçisi olmalıdır.

Təəssüflər olsun ki, Azərbaycandan xaricdə yaşayan heç də bütün soydaşlarımız ölkəmizin, xalqımızın, dövlətimizin tərənnümçüsü ola bilmirlər. Bir sıra hallarda bəzi soydaşlarımız xarici dairələrin təsiri altına düşür, təmsil olunduqları cəmiyyətlərdə Azərbaycan əleyhinə kampaniya aparır, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Belələrinə nümunə kimi, tural sadıqlıları, orduxan teymurxanları, məhəmməd mirzəliləri, arif məmmədovları, emin milliləri, qurban məmmədovları və başqalarını misal göstərmək olar. Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib Avropaya sığınan, sonradan özlərini "demokrat”, "hüquq müdafiəçisi”, "blogger”, "siyasi mühacir” adlandıran bu antimilli ünsürlər ermənipərəst dairələrin, eləcə də erməni diaspor təşkilatlarının təsiri altında olan beynəlxalq təşkilatların sifarişi ilə əllərinə keçən hər fürsətdə ölkəmizə çamur atmağa çalışırlar. Onlar xüsusən sosial şəbəkələr üzərindən Azərbaycan üzərinə "səlib yürüşünə” çıxır, dezinformasiyaları həqiqət kimi ictimai rəyə sırımağa cəhdlər edirlər.

ABŞ-da məskunlaşan Sevinc Osmanqızı da belələrinin sırasında yer alır. O, tanınmış jurnalist, yazıçı və publisist Osman Mirzəyevin qızıdır. O.Mirzəyev 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında ermənilər tərəfindən vurulan Mi-8 vertolyotunda şəhid olan 22 nəfərdən biridir. Yəni, rəhmətlik O.Mirzəyev məhz Ermənistanın işğalçılıq siyasətinin, erməni separatizminin qurbanı olub. Normal məntiqlə atası ermənilər tərəfindən şəhid edilən istənilən azərbaycanlıda düşmənə nifrət olmalı, bu qisasın alınması hissi ilə yaşamalıdır. Amma S.Osmanqızı fərqli düşünür, Azərbaycanın 20 faiz ərazisini işğal edən, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən, xalqımıza Xocalı, Qarakənd, Qaradağlı və sair bu kimi faciələri yaşadan Ermənistana nifrət bəsləmir, hətta atasının qatillərinin ermənilər olmadığı barədə fikirlər də səsləndirir. Bu azmış kimi o, Ermənistanı mədh etməkdən, işğalçı ölkədə baş verənləri Azərbaycana və azərbaycanlılara nümunə gətirməkdən də çəkinmir.

Deyilənlərə şübhə ilə yanaşanlar buyurub S.Osmanqızının "Facebook” səhifəsində ötən ilin mart-aprel aylarında paylaşdıqları statusları gözdən keçirə bilərlər. Misal üçün, S.Osmanqızı 2018-ci ilin aprel ayında Ermənistanda baş verən proseslərlə bağlı davamlı videolar paylaşıb, "başımıza gəlsin” kimi təqdimatlarla düşmən ölkəni Azərbaycana nümunə gətirib, azərbaycanlıları da öz ölkəsində inqilaba, qarşıdurmaya, sabitliyi, əmin-amanlığı pozmağa səsləyib. Atası ermənilər tərəfindən şəhid edilən S.Osmanqızı 24 aprel 2018-ci il tarixində paylaşdığı statusda isə izləyicilərinə erməni jurnalist Emil Sanamyanla müsahibəsini təqdim edib. Erməni jurnalistin - "Ermənistanda heç kəsin Azərbaycanla müharibə aparıb, ölmək istəyi yoxdur”, - fikrini önə çıxaran S.Osmanqızı bütün dünyaya dolayısı ilə mesaj verib ki, işğalçı Ermənistan deyil, təcavüzə, işğala, soyqırımına məruz qalan Azərbaycan regionda müharibə tərəfdarıdır. Özü də S.Osmanqızı bunu ermənilərin uydurma "soyqırımı günü”ndə edir, bir növ düşmənlərimizə mənəvi dəstək olur.

Sual yaranır: S.Osmanqızı gün ərzində paylaşdığı 5-10 status və ya paylaşımdan heç olmasa birini Dağlıq Qarabağ probleminə, Ermənistanın işğalçılıq siyasətinə həsr etsə, dünya dağılarmı? Onun səhifəsində Xocalı soyqırımına, bu faciənin əsas günahkarlarından sayılan Serj Sarkisyan və qeyrilərinin ifşasına, tənqidinə yönəlik sanballı statuslar yoxdur. Əgər bu xanım doğrudan da vətənpərvərdirsə, hansısa azərbaycanlının təzyiq və ya işgəncəyə məruz qalması onu qəlbən narahat edirsə, heç olmasa 2014-cü ildən indiyə qədər Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərdinə şərik çıxmalı idi. Əfsuslar olsun ki, S.Osmanqızının səhifəsində hər iki şəxsin hüquqlarının müdafiəsinə reaksiya yoxdur. Ola bilsin sifariş aldığı dairələr ya ona bu yöndə fəaliyyəti qadağan ediblər, ya da o özü atasını şəhid edən ermənilərin xətrinə dəymək istəmir.

S.Osmanqızının vətənpərvərlik hissindən məhrum olması ilə yanaşı, onun bəzi hadisələrə qeyri-peşəkar, lağ-lağı ilə yanaşması da diqqət çəkir. Diqqətli oxucular yəqin xatırlayarlar ki, o, ötən il paylaşdığı statuslarda Azərbaycanı Şimali Koreyaya çevrilməkdə suçlayırdı. Əsas arqument kimi isə o, hər iki ölkə arasında münasibətlərin yaranmasını, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Honun "Qoşulmama hərəkatı”nın toplantısında iştirak etmək üçün aprelin 5-6-da Bakıya səfərə gəlməsini, həmçinin Azərbaycanın iqamətgahı Pekin şəhərində olmaqla Koreya Xalq Demokratik Respublikasında səfirlik açmasını göstərirdi. İddia edirdi ki, Şimali Koreya kimi avtoritar rejimlə münasibətlərin qurulması, hər hansı təcrübə mübadiləsinin aparılması yolverilməzdir. S.Osmanqızının səhifəsini ziyarət edən həmfikirləri, tərəfdarları, eləcə də onun xidmət etdiyi şəbəkələrin troll dəstələri onun bu kimi statuslarının altında öz səviyyələrinə uyğun şəkildə mövqe nümayiş etdirirdilər.

Amma bundan qısa bir müddət sonra, daha dəqiq desək, 2018-ci il iyun ayının 12-də Sinqapurda ABŞ Prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen In arasında bir saat yarımlıq tarixi görüş oldu. Şimali Koreya lideri ilə görüşməkdən qürur duyduğunu, onun böyük şəxsiyyət, ağıllı lider, şən insan olduğunu müxtəlif müsahibə və bəyanatlarında dilə gətirən D.Tramp yaxın vaxtlarda yenidən K.Ç.Inla görüşəcəyini bəyan edib. Nədənsə S.Osmanqızı nə bu görüşlərdən əvvəl və sonra, nə də hazırda gözlənilən növbəti görüş barədə bircə kəlmə də olsa fikir bildirmir, hadisəyə status həsr edib, onu tənqid etmir. Heç ABŞ-ı koreyalaşmaqda da ittiham etməyə əsas görmür. ABŞ edəndə yaxşı olur, Azərbaycan edəndə pis. Yaxud, D.Trampın ABŞ Prezidenti kimi ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi, kral Salman bin Əbdüləziz əl Səud tərəfindən ordenlə təltif edilməsi, dəyəri yüz milyardlarla ölçülən silah-sursat alqı-satqı müqaviləsinin bağlanması, münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan digər addımlar da nədənsə S.Osmanqızının diqqətini çəkmir.

Amma ötən il noyabrın 4-də Səudiyyə Ərəbistanın daxili işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etməsi, rəsmi səviyyədə qəbul edilməsi, qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi üçün hansısa tədbirin görülməsi dərhal onun tənqid obyektinə çevrilir. Bu zaman haqlı sual yaranır, əgər doğrudan da Şimali Koreyada avtoritar rejim hökm sürürsə, bu ölkə ilə münasibətlərin qurulması gerilikdirsə, Səudiyyə dövləti ilə münasibətlərin inkişaf etdirilməsi qəbahətdirsə, nə üçün ABŞ Prezidenti D.Tramp K.Ç.Inla, Kral Salmanla görüşür? Oxşar situasiyaya görə Azərbaycanı əsassız tənqid edən, ünvanına absurd fikirlər səsləndirən S.Osmanqızı və əqidədaşları eyni yanaşmanı "demokratiyanın beşiyi” adlandırılan ABŞ-a, onun prezidenti D.Trampa göstərmək üçün özlərində cəsarət tapa bilmirlərmi?
\\kaspi.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentdən kardinal kadr dəyişiklikləri – 20 iyun tarixə bu sərəncamlarla düşdü
Dünən, 18:44
Dövlət Reklam Agentliyinin yaranmasından 2 il ötür
Dünən, 18:42
Hakimi hədələyən qadına cinayət işi başlanılıb
Dünən, 18:32
Yeni daxili işlər naziri kimdir? - Vilayət Eyvazovun dosyesi
Dünən, 18:31
Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində növbəti səyyar qəbul-görüş keçirilib
Dünən, 18:18
Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə olunub
Dünən, 18:08
Vladimir Putin canlı yayımda 4 saatdan çox vaxt ərzində sualları cavablandırıb
Dünən, 18:06
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib - Ləğv edilmiş nazirlik bərpa olundu
Dünən, 17:56
Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib - Yerinə Əli Nağıyev gətirildi
Dünən, 17:53
“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib - SƏRƏNCAM
Dünən, 17:52
Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib
Dünən, 17:51
Mehriban Əliyeva daha bir aktyorun müalicəsini öz üzərinə götürdü
Dünən, 17:50
Ramil Usubov işdən çıxarıldı - Ona yeni vəzifə verildi
Dünən, 17:46
“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edi
Dünən, 17:32
“Əli Abbasova şükür” dedirtdilər – “Bu, sadəcə, biabırçılıqdır”
Dünən, 17:30
Daha bir azərbaycanlı qız özünü porno saytda satışa çıxardı
Dünən, 17:24
"Anam kor bir güllənin qurbanı oldu" - Ağstafadakı qan davasının qurbanının oğlu
Dünən, 17:16
General hərbi komissarı işdən qovdu
Dünən, 17:10
"Ailə qurmaq üçün namizədim yoxdur" - Əməkdar artist
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri "Keşikçidağ" məsələsini müzakirə edib
Dünən, 16:55
Həsən Mirzəyev Qarabağ separatçıları ilə bir masa arxasında - FOTO
Dünən, 16:47
Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: - Məni şəriklərim aldadıb
Dünən, 16:45
“Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar” - İrakli Kobaxidze
Dünən, 16:41
“Maskanı taxırsan və ulduzsan...” - Elnarə Xəlilovadan şok sözlər
Dünən, 16:34
"Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər" - Oqtay Əsədov
Dünən, 16:29
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xərcləri gəlirlərini üstələyib
Dünən, 16:26
Xətai RPİ-nin əməkdaşları 600 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTO
Dünən, 16:25
Hacıqabulda "əmi" ləqəbli narkotacir saxlanılıb
Dünən, 16:22
Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi
Dünən, 16:17
Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış edib
Dünən, 16:07
Dövlət büdcəsindən milyonlar necə yayındırılır... - Və yaxud vergilər naziri vergi cinayətlərinə nə üçün göz yumur?
Dünən, 16:00
"Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" - VİDEO
Dünən, 15:55
Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb - SİYAHI
Dünən, 15:51
Elinanın qəbri təhqir olundu - Cinayət işi açıldı
Dünən, 15:48
Azərbaycan neftin ixracını azaldıb
Dünən, 15:45
Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? - ARAŞDIRMA
Dünən, 15:40
Kənd Təsərrüfatı Nazirliyi ilə Gömrük Komitəsinə SƏRT İTTİHAMLAR - Meyvələrin qiyməti hələ də “od saçır”
Dünən, 15:37
Fəzail Ağamalı qaragüruha səsləndi: - “Bu sərəncamlar doğrudan sizi utandırmır?”
Dünən, 15:32
Vladimir Putinin canlı yayımı haker hücumuna məruz qalıb
Dünən, 15:27
Rüstəm Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsi barədə açıqlama verib
Dünən, 15:21
Mənzurə Musayeva 3-cü dəfə ərə getmmək istəmir: - "Eşq yaşamaq olar"
Dünən, 15:21
Oliqarx deputatın şirkəti bağlandı
Dünən, 15:17
Rusiya nümayəndəsinə görə Gürcüstan parlamentində gərginlik yaranıb, iclas dayandırılıb
Dünən, 15:13
“Dedi ki, o sənin pulunu verəcək” – Elvin borcunu ala bilmək üçün falçıya getdi
Dünən, 15:11
"Milli birliyimiz üçün, hamı Vətən deyəcək!"
Dünən, 15:05
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq
Dünən, 15:01
“Drujba” boru kəmərində yenidən çirkli neft aşkar edilib
Dünən, 14:58
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
Dünən, 14:57
Bakıda qanlı hesablaşma – Küçədə kişini belə bıçaqladılar
Dünən, 13:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru