Köçəryanın vəkilləri beşinci dəfə Avropaya müraciət etdi .....                     Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib .....                     Bakı-Nursultan münasibətləri necə olacaq? .....                     Türkiyədəki “Petlim” limanının adı “SOCAR Terminal” olaraq dəyişdirilib .....                     "Apreldə Avropaya test qazı göndəriləcək" .....                     Ağcabədidə qadın öz evindən qızılı oğurladı, sevgilisinə verdi .....                     Bu türk ölkəsinin də paytaxtının adı dəyişdirilə bilər .....                     Uruqvay Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır .....                     Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələr keçiriləcək .....                     “Üç saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır” .....                     Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanları öyrənilir .....                     Rektor Mərdəkandakı dəbdəbəli oteli necə tikdirib? .....                     Ölkədən milyardlar çıxardanların məhkəməsi: .....                     Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb .....                     Ermənistan Azərbaycandan niyə geridədir? .....                     “Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb” .....                     Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxsin cəzası artırılıb .....                     “Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” .....                     Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib .....                     Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər .....                     Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib .....                     14 992 abituriyent elektron ərizəsini təsdiq edib .....                     “Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb .....                     Xəzər Universitetinin müəllimi xanım həmkarlarına qarşı "filosof"luq etdi və... .....                     Ermənistanda əsgərlər qiyam etdi: .....                     Qubada qoyun və at oğrularına hökm oxunub .....                     Rüşvətə görə həbs edilən prokuror köməkçisi .....                     Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb .....                     Rusiya yeni raketlərini Suriyaya sınağa göndərdi .....                     Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib .....                     "Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları... .....                     Ağcabədidə evlərə qənim kəsilən 4 oğru tutulub .....                     Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb .....                     “Rusiya Qarabağda mümkün provokasiyalar hazırlaya bilər” .....                     Böyük turançı Ziya Göyalpın doğum günüdür .....                     Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub .....                     ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq edib .....                     Paytaxt Bakı şəhərində hər gün Novruz şənlikləri olacaq .....                     Mingəçevirdə ağac binanın üzərinə aşıb .....                     Paşinyan və Kasprşik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı məsələləri müzakirə ediblər .....                 

İrəvandan Kremlə qarşı de-mars: - Xocalı canisi Moskva ilə bazarlığa çıxarılır
Tarix: 11-01-2019, 09:09 | Çap et
İrəvandan Kremlə qarşı de-mars:
Ermənistanın sabiq prezidenti, Xocalı hərbi canilərindən olan Robert Köçəryan yenə həbsdə saxlanılıb. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, dünən İrəvanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi eks-prezidentin girov qarşılığında sərbəst buraxılması barədə vəkilin vəsatətini təmin eləməyib.

Məlumata görə, proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Buna hakim Nelli Bağdasaryanın işə baxmaqdan könüllü imtinası səbəb olub. Köçəryanı pul girovu ilə azadlığa buraxmaq vəsatətini sabiq prezidentin vəkilləri qaldırıb. Ötən il dekabrın 28-də proses istintaqın təklifi ilə təxirə salınmış, srağagün - yanvarın 9-da isə yarımçıq qalmışdı.

Xatırladaq ki, Köçəryan 10 nümayişçinin öldürüldüyü 2008-ci il 1 mart qanlı hadisələrində əsas günahkar qismində tanınır. O vaxt o, prezident postunu tuturdu. Ermənistanın hazırkı baş nazir əvəzi Nikol Paşinyan isə prezident seçkisinin saxtalaşdırılması əleyhinə keçirilmiş həmin dinc etiraz aksiyalarının əsas təşkilatçısı idi.

*****

Onu da yada salaq ki, az öncə Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanın qatı düşməni, həbsdə olan Robert Köçəryana şəxsən Yeni il təbriki göndərmiş və ona “möhkəm cansağlığı, dəyanət və iradə möhkəmliyi” arzulamışdı. Bu, şübhəsiz ki, Kremlin ona nümayişkaranə siyasi dəstəyi, Ermənistanın ikinci prezidentinin həbsinə etirazın bariz təzahürü idi.

Maraqlıdır ki, Putin Qarabağ klanının digər odioz üzvü, Nikol Paşinyan tərəfindən devrilmiş eks-prezident Serj Sərkisyanı da şəxsən təbrik eləmişdi. Bütün bunlar həm də o anlama gəlir ki, Moskva Ermənistanda Köçəryan-Sərkisyan cütlüyünə stavkasını davam etdirir və onların fors-major vəziyyətdə indiki inqilabçı hökumətə, zəhləsi getdiyi Nikola qarşı əsas alternativ qüvvə kimi ortaya çıxmasını, siyasi səhnəyə qayıtmasını arzulayır. Bu niyyətini heç gizlətmir də.

Göründüyü kimi, Paşinyan Putinin bu təhdid xarakterli jest və mesajlarına, üstəlik, özünün Moskva səfərindən sonra Ermənistana satılan qazın bahalaşmasına Kremlin gözləmədiyi reaksiyanı verib. Faktiki, Moskvaya qarşı de-marş edib. Bir daha Rusiya qarşısında müstəqil olmaq istəyini ifadə edib. Rusiya nəşrlərindən birinin yazdığı kimi, “Paşinyan Moskva üçün həqiqətən çətin, proqnoza yatmayan tərəfdaşdır və bu üzdən 2019-cu ildə Moskva-İrəvan münasibətləri qalmaqallarla zəngin olacaq”.

Bu yerdə onu da qeyd edək ki, Rusiya Ermənistana satdığı qazı bahalaşdırdıqdan dərhal sonra Paşinyan İrandan daha ucuz qaz tədarükü ilə bağlı Tehranla müzakirələrə başlayacağını istisna eləməmişdi. Təbii ki, bu açıqlama da Moskvaya qarşı başqa bir şantaj idi. Beləliklə, qənaət hasil olur ki, Moskva ilə İrəvan arasında 8 aydır təkcə söz savaşı getmir, eyni zamanda, ikitərəfli münasibətlər, daha dəqiqi, Ermənistanın Rusiyadan vassal asılılığı ciddi bir sınaqdan keçir.

*****

Bu xüsusda erməni KİV-lərində gedən şərhlər də diqqət çəkir.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, 1 in.am erməni portalında siyasi təhlilçi Sərkis Arsruni Paşinyan-Putin münasibətlərinə Köçəryan əngəlinə toxunaraq yazır: “Belə təəssürat yaranır ki, Ermənistan hökumətinə hələ də Köçəryan məsələsini İrəvan-Moskva əlaqələrinin gündəmindən çıxarmaq müyəssər olmayıb. Əlbəttə ki, bunu ucadan demirlər, ancaq heç bir şübhə yox ki, Paşinyan-Putin görüşlərində Ermənistanın ikinci prezidentinin məsələsi müzakirə edilir və ya ən azı, Ermənistanın baş nazirinə rus-erməni münasibətlərini Köçəryanın kölgəsindən çıxarmaq müyəssər olmur. Hiss olunur ki, Moskva bu məsələdən İrəvana kölgəvi təzyiq üçün istifadə edir”.

Köçəryanı erməni kriminal oliqarxiyasının yaradıcısı sayan məqalə müəllifinə görə, bu sistemin simvolunun həbsi köhnə oliqarxik sistemin ölümünü təsdiqləyən böyük hadisədir: “Başqa sözlə, problem heç də Köçəryanın personasında yox, Rusiyanın Ermənistana təsirini azaldacaq bir sistemin çöküşündədir. Başqa yandan, Putin üçün Köçəryan mühüm fiqurdur, çünki Rusiyanın hazırkı prezidenti və Ermənistanın sabiq prezidenti - 27 oktyabr cinayətinin (27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi - ”YM") əsas iki fiqurantıdır. Məhz həmin hadisədən sonra Ermənistanda Rusiyanın vassal rejimi bərqərar oldu və Köçəryanın şəxsi hakimiyyəti möhkəmləndi".

Köçəryanın sonrakı siyasi taleyinə toxunan erməni şərhçi daha sonra qeyd edir: “Ötən ilin sonunda Köçəryanın girov qarşılığında azad edilməsi haqda vəsatətə baxılmadı və təxirə salındı. Dünən (srağagün - red.) də eyni şey baş verdi. Əlbəttə ki, Köçəryanı həbsdə saxlamaq üçün bütün əsaslar var. Üstəlik, belə ağır cinayətlərdə suçlananlar nadir hallarda azadlıqda olur - hətta Qərb ölkələrində də belədir. Yəni sırf hüquqi müstəvidə ilk baxışda hər şey aydındır. Başqa yandan, əgər bu gün hakim namizədliyini geri çəkirsə, o zaman məhkəmə iclası qeyri-müəyyən müddətədək təxirə salına və uzana bilər. Görünür, ən çox ehtimal edilən ssenari də elə budur. Bu da o qənaətə gəlməyə əsas verir ki, Ermənistan hakimiyyəti Moskvanın Köçəryanla bağlı tələbini yerinə yetirməklə bağlı vaxt udmağa və ya erməni-rus münasibətlərini ikinci prezidentlə bağlı problemdən qurtarmağa çalışır. Böyük hesabla, gec-tez Robert Köçəryan məhkəmə qarşısında duracaq və 1 mart hadisələrinə, həmçinin də digər ağır cinayətlərə görə cavab verəcək. Hələliksə əfsus ki, onun komandası taktiki vəzifəni yerinə yetirə bilib - Köçəryanın işi maksimum siyasiləşdirilib. Üstəlik, Köçəryan faktoru Rusiya-Ermənistan münasibətlərində Paşinyanın əl-qolunu ciddi şəkildə bağlayır. Bu isə iki ölkə arasında böhranlı əlaqələri daha nəzərə çarpan edir”.

*****

Məqalədən də görünür ki, Paşinyan əslində Köçəryanla nə edəcəyini hələ dəqiqləşdirməyib. Daha doğrusu, o, Xocalı canisini məmnuniyyətlə Moskva ilə siyasi bazarlığa çıxarmaq istəyərdi ki, qarşılığında sonuncudan siyasi-iqtisadi xarakterli mühüm dividentlər qopara bilsin və hakimiyyətinin ömrünü uzatsın. Bəs bazarlıq alınacaqmı?

Bir az gözləyək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryanın vəkilləri beşinci dəfə Avropaya müraciət etdi
23-03-2019, 17:26
Sinə dekoltesi, şəffaf geyim... - Nuradan nəfəskəsən foto
23-03-2019, 17:24
Ağstafada bir gündə 7 nəfəri küçə iti dişləyib
23-03-2019, 17:19
Bakı-Nursultan münasibətləri necə olacaq? - Yeni dönəm
23-03-2019, 17:14
Türkiyədəki “Petlim” limanının adı “SOCAR Terminal” olaraq dəyişdirilib
23-03-2019, 17:11
Elməddin Acunun kanalında hər kəsi qəhqəhəyə boğdu - VİDEO
23-03-2019, 17:07
"Apreldə Avropaya test qazı göndəriləcək" -SOCAR rəsmisi
23-03-2019, 17:00
Ağcabədidə qadın öz evindən qızılı oğurladı, sevgilisinə verdi
23-03-2019, 16:59
Bu türk ölkəsinin də paytaxtının adı dəyişdirilə bilər
23-03-2019, 16:29
Uruqvay Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır
23-03-2019, 16:21
Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələr keçiriləcək
23-03-2019, 16:14
“Üç saatdan bir havanın parametrləri üzərində müşahidə aparılır” - Baş hidroloq
23-03-2019, 16:04
Tbilisi-Bakı-Minsk marşrutu ilə dəmiryol konteyner daşımalarının təşkili imkanları öyrənilir
23-03-2019, 16:02
Rektor Mərdəkandakı dəbdəbəli oteli necə tikdirib? - FOTOLAR
23-03-2019, 15:59
Ölkədən milyardlar çıxardanların məhkəməsi: - Eldar Mahmudovun gizli pul əməliyyatları
23-03-2019, 15:55
Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
23-03-2019, 15:53
Məşhur müğənni moda nümayişinə elə paltarda getdi ki... - VİDEO
23-03-2019, 15:51
Ermənistan Azərbaycandan niyə geridədir? - Özləri belə izah edir...
23-03-2019, 15:46
“Xalq Əli İnsanov kimi insanlara çoxdan yox deyib və onları tarixin arxivinə atıb” - deputat
23-03-2019, 15:45
Məmura qarşı yarım milyon manatlıq dələduzluq edən şəxsin cəzası artırılıb
23-03-2019, 15:41
“Bu, küçə adamlarının işidir, belə səviyyəsizliyi gözləmirdim...” - Alimdən rektora ağır ittihamlar
23-03-2019, 15:39
Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə yüksəlmək şansını itirib
23-03-2019, 15:37
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
23-03-2019, 15:34
Prezident İlham Əliyev iraqlı həmkarına başsağlığı verib
23-03-2019, 15:33
14 992 abituriyent elektron ərizəsini təsdiq edib
23-03-2019, 13:15
“Kənddən şəhərə” yarmarkasında fındıqdan qurd çıxıb - Ekspertdən açıqlama...
23-03-2019, 13:14
Xəzər Universitetinin müəllimi xanım həmkarlarına qarşı "filosof"luq etdi və... - İTTİHAM
23-03-2019, 13:12
Ermənistanda əsgərlər qiyam etdi: - həbslər var
23-03-2019, 13:09
Qubada qoyun və at oğrularına hökm oxunub
23-03-2019, 13:07
Rüşvətə görə həbs edilən prokuror köməkçisi cəzaçəkmə müəssisəsinə köçürülüb
23-03-2019, 13:01
Sumqayıtda 59 yaşlı qaynaqçı iş zamanı ölüb
23-03-2019, 12:58
Zeynəb Xanlarovanın dəbdəbəli villasının görüntüsü yayıldı - FOTO
23-03-2019, 12:56
Rusiya yeni raketlərini Suriyaya sınağa göndərdi
23-03-2019, 12:47
Bakıda vətəndaşa qarşı 1800 manatlıq dələduzluq edilib
23-03-2019, 12:45
"Azneft"in Hatəm Baxşıyevi və onun imtiyazlı qardaşları... - İLGİNC
23-03-2019, 12:43
Ağcabədidə evlərə qənim kəsilən 4 oğru tutulub
23-03-2019, 12:28
Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb
23-03-2019, 12:26
“Rusiya Qarabağda mümkün provokasiyalar hazırlaya bilər” - TƏHLİL
23-03-2019, 12:25
Böyük turançı Ziya Göyalpın doğum günüdür - ANIM
23-03-2019, 12:23
Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub
23-03-2019, 12:19
ABŞ Venesuelanın bir sıra banklarına sanksiya tətbiq edib
23-03-2019, 12:14
Paytaxt Bakı şəhərində hər gün Novruz şənlikləri olacaq
23-03-2019, 12:07
Mingəçevirdə ağac binanın üzərinə aşıb - FOTO
23-03-2019, 11:56
Paşinyan və Kasprşik Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ilə bağlı məsələləri müzakirə ediblər
23-03-2019, 11:46
Gəncədə piyadanı maşın vurub
23-03-2019, 11:43
Azərbaycanlı bloqerin hədiyyə etdiyi Gelandewagen qəzalı imiş?
23-03-2019, 11:42
“Əhali boykot etsə, dövlət orqanlarının qərarları yerinə yetirilər” - Eyyub Hüseynov
23-03-2019, 11:35
“Qazprom” Ukrayna üçün qazın qiymətini azalda bilər
23-03-2019, 11:30
Astana şəhəri Nur-Sultan oldu
23-03-2019, 11:29
Hansı icra başçıları yola salınacaq... - Sırada Vilyam Hacıyev də var...
23-03-2019, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru