Prezidentdən kardinal kadr dəyişiklikləri .....                     Dövlət Reklam Agentliyinin yaranmasından 2 il ötür .....                     Hakimi hədələyən qadına cinayət işi başlanılıb .....                     Yeni daxili işlər naziri kimdir? .....                     Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində növbəti səyyar qəbul-görüş keçirilib .....                     Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə olunub .....                     Vladimir Putin canlı yayımda 4 saatdan çox vaxt ərzində sualları cavablandırıb .....                     Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib .....                     Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib .....                     “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib .....                     Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib .....                     Ramil Usubov işdən çıxarıldı .....                     “Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edi .....                     “Əli Abbasova şükür” dedirtdilər .....                     "Anam kor bir güllənin qurbanı oldu" .....                     General hərbi komissarı işdən qovdu .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri "Keşikçidağ" məsələsini müzakirə edib .....                     Həsən Mirzəyev Qarabağ separatçıları ilə bir masa arxasında .....                     Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: .....                     “Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar” .....                     "Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər" .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xərcləri gəlirlərini üstələyib .....                     Xətai RPİ-nin əməkdaşları 600 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb .....                     Hacıqabulda "əmi" ləqəbli narkotacir saxlanılıb .....                     Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi .....                     Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış edib .....                     Dövlət büdcəsindən milyonlar necə yayındırılır... .....                     "Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" .....                     Elinanın qəbri təhqir olundu .....                     Azərbaycan neftin ixracını azaldıb .....                     Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? .....                     Kənd Təsərrüfatı Nazirliyi ilə Gömrük Komitəsinə SƏRT İTTİHAMLAR .....                     Fəzail Ağamalı qaragüruha səsləndi: .....                     Vladimir Putinin canlı yayımı haker hücumuna məruz qalıb .....                     Rüstəm Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsi barədə açıqlama verib .....                     Oliqarx deputatın şirkəti bağlandı .....                     Rusiya nümayəndəsinə görə Gürcüstan parlamentində gərginlik yaranıb, .....                     "Milli birliyimiz üçün, hamı Vətən deyəcək!" .....                     “Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq .....                 

Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar
Tarix: 15-12-2018, 10:23 | Çap et
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi
Dekabrın 13-də prezident İlham Əliyev xarici işlər nazirinin müavini Xələf Xələfovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Elə həmin gün axşam isə məlum olub ki, baş nazir Novruz Məmmədov sabiq nazir müavinini Nazirlər Kabinetinin bu günlərdə boşalan Aparat rəhbəri postuna təyin edilməsi barədə əmr verib.

Etiraf etmək lazımdır ki, hər iki sərəncam gözlənilməz olub. X.Xələfov 21 il nazir müavini işləyib və müstəqil Azərbaycanda ən təcrübəli diplomatlardan hesab olunur. Prezident düz bir ay əvvəl - noyabrın 14-də X.Xələfovu Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi təyin etmişdi.

Qeyd etmək lazımdır ki, X.Xələfov 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasında çox əməyi olan diplomat idi. O, uzun illərdir ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda Azərbaycanın maraqlarını təmsil edirdi. X.Xələfov nazir müavini kimi Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsi (delimitasiyası) danışıqlarına da rəhbərlik edirdi. Elə bu günlərdə - mərhum prezident Heydər Əliyevin anım mərasimindən sonra X.Xələfov Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların fəaliyyəti barədə jurnalistlərə açıqlama vermişdi. O, yeni ildən delimitasiya ilə bağlı rəhbərlik etdiyi danışıqların sürətləndiriləcəyini də vəd etmişdi. Bu faktları yada saldıqda, X.Xələfovun nazir müavini görəvindən ayrılması gözlənilməz qiymətləndirilə bilər. Onu da qeyd etmək lazımıdır ki, bu illər ərzində mediada da sabiq nazir müavininin adı heç vaxt mənfi planda hallanmayıb.

X.Xələfovun yeni təyinatına gəlincə, bu ilin aprelindən baş nazir olan Novruz Məmmədov dekabrın 3-də Nazirlər Kabineti Aparatının rəhbəri 77 yaşlı Ağa-Bala Hacıyevi vəzifəsindən azad edib. Belə iddialar vardı ki, Aparat rəhbəri vəzifəsinə Ağa-Bala Hacıyevin müavini Natiq Məmmədov təyin ediləcək. Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır. Amma iddialar təsdiqlənmədi və bu posta heç kimin gözləmədiyi halda Elmar Məmmədyarovun altı müavinindən biri olan X.Xələfov gətirildi.

“Yeni Müsavat”a daxil olan xəbərə görə, X.Xələfovun Nazirlər Kabinetinin Aparat rəhbəri təyinatı əvvəlcədən ən yüksək səviyyədə razılaşdırılıb. Bunu sabiq nazir müavininin prezident sərəncamından cəmi bir neçə saat sonra yeni vəzifəyə təyinatı da təsdiqləyir.

Belə iddialar var ki, X.Xələfov özü iş yerini dəyişmək arzusunda olub. Onun baş nazir, uzun illər Prezident Administrasiyasında xarici siyasət şöbəsinə rəhbərlik etmiş N.Məmmədovla isti münasibətləri olduğu deyilir. Yeri gəlmişkən, həm N.Məmmədov, həm də X.Xələfov eyni ildə yüksək vəzifəyə təyinat alıblar. 2009-cu ildə isə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə isə hər iki məmur Polşanın yüksək ordeni ilə təltif olunublar.

Gələn il 60 yaşı olacaq X.Xələfovun səhhətində ciddi problemlər olmasa da, görünür, 21 illik aktiv diplomatik fəaliyyət, tez-tez gerçəkləşən səfərlər onu yorub. Çünki diplomat peşəsinin nümayəndələri tez-tez xarici səfərlərə gedirlər. Bu da olduqca yorucu bir işdir. NK Aparat rəhbəri postu isə daha çox kabinet idarəçiliyi tələb edir. Hər halda diplomatik kanallardan sızan məlumatlar nazir müavini kimi onun işindən narazılıq olmadığını deməyə əsas verir.

X.Xələfov 1959-cu ilin sentyabrın 21-də Göyçə mahalının Cil kəndində anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirib. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi kimi fəaliyyətə başlayıb.

1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb.

1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olub. 1997-ci ildən isə Azərbaycan xarici işlər nazirinin müavini postunu tutub.

X.Xələfovun boş qalan yerinə təyinat olub-olmayacağı hələ ki dəqiqləşməyib. Ola bilsin ki, xüsusən də Xəzərin hüquqi statusu ilə bağlı tam yekunlaşmayan danışıqlar üçün E.Məmmdyarovun müavinlərindən biri görəvləndirilsin. O da mümkündür ki, bu posta yeni təyinat olsun...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezidentdən kardinal kadr dəyişiklikləri – 20 iyun tarixə bu sərəncamlarla düşdü
Dünən, 18:44
Dövlət Reklam Agentliyinin yaranmasından 2 il ötür
Dünən, 18:42
Hakimi hədələyən qadına cinayət işi başlanılıb
Dünən, 18:32
Yeni daxili işlər naziri kimdir? - Vilayət Eyvazovun dosyesi
Dünən, 18:31
Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində növbəti səyyar qəbul-görüş keçirilib
Dünən, 18:18
Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə olunub
Dünən, 18:08
Vladimir Putin canlı yayımda 4 saatdan çox vaxt ərzində sualları cavablandırıb
Dünən, 18:06
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib - Ləğv edilmiş nazirlik bərpa olundu
Dünən, 17:56
Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib - Yerinə Əli Nağıyev gətirildi
Dünən, 17:53
“Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib - SƏRƏNCAM
Dünən, 17:52
Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib
Dünən, 17:51
Mehriban Əliyeva daha bir aktyorun müalicəsini öz üzərinə götürdü
Dünən, 17:50
Ramil Usubov işdən çıxarıldı - Ona yeni vəzifə verildi
Dünən, 17:46
“Nar” Azərbaycanın rəqəmsal inkişafına öz töhfəsini verməyə davam edi
Dünən, 17:32
“Əli Abbasova şükür” dedirtdilər – “Bu, sadəcə, biabırçılıqdır”
Dünən, 17:30
Daha bir azərbaycanlı qız özünü porno saytda satışa çıxardı
Dünən, 17:24
"Anam kor bir güllənin qurbanı oldu" - Ağstafadakı qan davasının qurbanının oğlu
Dünən, 17:16
General hərbi komissarı işdən qovdu
Dünən, 17:10
"Ailə qurmaq üçün namizədim yoxdur" - Əməkdar artist
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
Azərbaycan və Gürcüstan parlamentlərinin sədrləri "Keşikçidağ" məsələsini müzakirə edib
Dünən, 16:55
Həsən Mirzəyev Qarabağ separatçıları ilə bir masa arxasında - FOTO
Dünən, 16:47
Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: - Məni şəriklərim aldadıb
Dünən, 16:45
“Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar” - İrakli Kobaxidze
Dünən, 16:41
“Maskanı taxırsan və ulduzsan...” - Elnarə Xəlilovadan şok sözlər
Dünən, 16:34
"Bizə mane olmasalar, Azərbaycan və Gürcüstan daha sürətlə inkişaf edər" - Oqtay Əsədov
Dünən, 16:29
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xərcləri gəlirlərini üstələyib
Dünən, 16:26
Xətai RPİ-nin əməkdaşları 600 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTO
Dünən, 16:25
Hacıqabulda "əmi" ləqəbli narkotacir saxlanılıb
Dünən, 16:22
Bakcell və INNOLAND birgə İnkubasiya Proqramının iştirakçılarını seçdi
Dünən, 16:17
Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış edib
Dünən, 16:07
Dövlət büdcəsindən milyonlar necə yayındırılır... - Və yaxud vergilər naziri vergi cinayətlərinə nə üçün göz yumur?
Dünən, 16:00
"Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" - VİDEO
Dünən, 15:55
Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb - SİYAHI
Dünən, 15:51
Elinanın qəbri təhqir olundu - Cinayət işi açıldı
Dünən, 15:48
Azərbaycan neftin ixracını azaldıb
Dünən, 15:45
Ölkədaxili “putyovkalar” cibimizə uyğundurmu? - ARAŞDIRMA
Dünən, 15:40
Kənd Təsərrüfatı Nazirliyi ilə Gömrük Komitəsinə SƏRT İTTİHAMLAR - Meyvələrin qiyməti hələ də “od saçır”
Dünən, 15:37
Fəzail Ağamalı qaragüruha səsləndi: - “Bu sərəncamlar doğrudan sizi utandırmır?”
Dünən, 15:32
Vladimir Putinin canlı yayımı haker hücumuna məruz qalıb
Dünən, 15:27
Rüstəm Usubov Ağstafada 4 nəfərin öldürülməsi hadisəsi barədə açıqlama verib
Dünən, 15:21
Mənzurə Musayeva 3-cü dəfə ərə getmmək istəmir: - "Eşq yaşamaq olar"
Dünən, 15:21
Oliqarx deputatın şirkəti bağlandı
Dünən, 15:17
Rusiya nümayəndəsinə görə Gürcüstan parlamentində gərginlik yaranıb, iclas dayandırılıb
Dünən, 15:13
“Dedi ki, o sənin pulunu verəcək” – Elvin borcunu ala bilmək üçün falçıya getdi
Dünən, 15:11
"Milli birliyimiz üçün, hamı Vətən deyəcək!"
Dünən, 15:05
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq
Dünən, 15:01
“Drujba” boru kəmərində yenidən çirkli neft aşkar edilib
Dünən, 14:58
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
Dünən, 14:57
Bakıda qanlı hesablaşma – Küçədə kişini belə bıçaqladılar
Dünən, 13:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru