"Rusiyalı hərbçi 102 saylı hərbi bazada saxlanılır" .....                     Deoutat tam küncə sıxışdırılıb .....                     “Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir” .....                     "Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" .....                     “Nar” tələbələr üçün yeni iş imkanları təklif edir .....                     İsrail ən güclü ZTR-lərinin görüntülərini yaydı .....                     Gömrükçüləri aldatmaq istəyən qadın vəzifəli şəxsin qızıdır .....                     Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     18 dekabrda gözlənilən hava şəraiti .....                     Azərbaycan neft məhsullarının ixracından gəlirini 65% artırıb .....                     "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" .....                     Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir .....                     Maşın almaq istəyənlər! .....                     "Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər" .....                     Qoca ilə birlikdə qaçan avtoritet: .....                     "Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır" .....                     Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru istintaqa cəlb olunub .....                     Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda .....                     Mübariz İbrahimovun atası oğlunu təhqir edən psixoloqa cavab verdi .....                     “Büdcəmizdə neftin qiymətinin 60 dollar götürülməsi riskdir” .....                     Güllə Vaqranyanın gözündən dəydi... .....                     Saakaşvili `sarı jilet` inqilabını Tiflisə daşımaq istəyir .....                     "Sosial mediada insani dəyərlərə və əxlaqa zidd məsələlər təbliğ olunur" .....                     Ağdam Rayon Polis Şöbəsinin bölmə rəisləri işdən çıxarılıblar .....                     Buralarda təhsil sistemi iflas edib... .....                     Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu... .....                     Ağac kəsən şəxs cəzalanıb .....                     Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində .....                     İcra başçısının müavininin oğlundan HARINLIQ .....                     Türkiyədə direktordan Mübarizlə bağlı addım .....                     General Levon Stepanyan Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yeritməsi haqda .....                     Lökbatanda 41 yaşlı kişi özünü asıb .....                     Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib .....                     İtkin düşmüş qadının öldürüldüyü məlum oldu .....                     Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb .....                     Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     2019-a keçən kövrək Qarabağ ümidləri: əsas gözlənti .....                     Masallıda evdə partlayışda xəsarət alan azyaşlılar dünyasını dəyişdi .....                     Rusiya möhtəşəm raketinin sınağına başlayır .....                 

Xüsusi rabitə qaydalarını zəruri edən səbəb - müharibə hazırlığı, yoxsa...
Tarix: 6-12-2018, 09:35 | Çap et
Xüsusi rabitə qaydalarını zəruri edən səbəb
Baş nazir Novruz Məmmədovun “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ı imzalaması müxtəlif müzakirələrə yol açıb. Bəziləri bu mühüm sənədin qəbul olunmasını Azərbaycanın Qarabağ savaşına hazırlığının tərkib hissəsi hesab edir. Müxalifət düşərgəsindən belə fikirlər sosial şəbəkələrdə ifadə olunmağa başlayıb ki, baş nazirin imzaladığı sözügedən qaydalardakı bir sıra nüanslar tətbiq edilən zaman bu, bəzi azadlıqları, demokratiyanı məhdudlaşdıracaq.

Qeyd edək ki, baş nazirin imzaladığı qaydalarda hərbi vəziyyət dövründə telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadə xüsusiyyətləri açıqlanıb. Sənəddə bildirilir ki, hərbi idarəetmə orqanları mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, telekommunikasiya şəbəkəsi, qurğusu və obyektlərindən, poçt, televiziya və radio yayımı obyektlərindən istifadədə üstünlük hüququna malikdirlər. Telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), televiziya və radio yayımının fəaliyyəti isə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

Sənəddə həmçinin bildirilir ki, hərbi vəziyyətin tətbiq edildiyi ərazidə telekommunikasiya operatorları tərəfindən hərbi idarəetmə orqanlarına telekommunikasiya və poçt xidmətlərinin göstərilməsinin NRYTN, televiziya və radio yayımı xidmətlərinin isə MTRŞ-nin razılığı olmadan dayandırılmasına yol verilmir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə hərbi idarəetmə orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına telekommunikasiya şəbəkələrində boş nömrə, port və xətt tutumu olmadıqda, telekommunikasiya şəbəkələrində texniki yüklənmə yarandıqda yol verilir. Hərbi vəziyyətin tətbiq edildiyi ərazidə NRYTN hərbi idarəetmə orqanları ilə razılaşdırmaqla, müvəqqəti olaraq telefonları şəbəkədən aça və internet xidmətlərinin göstərilməsini dayandıra bilər.

Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan telekommunikasiya, poçt, televiziya və radio yayımı obyektlərinin daşınar və daşınmaz əmlakı əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlak isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alına və ya istifadə edilə bilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qaydalar qətiyyən siyasi azadlıqları azaltmaq, partiyaların fəaliyyətinin dayandırılması, qeyri-demokratik bir durumu bərqərar etmək üçün həyata keçirilmir. Bu, dünyanın hər yerində qəbul edilən qaydalardır və beynəlxalq prinsiplərlə, azadlıqlarla qətiyyən ziddiyyət təşkil etmir: “Odur ki, məncə, buna qarşı olmaq qeyri-mümkündür. Hökumətin qərarı bundan əvvəl qəbul etdiyimiz ”Hərbi vəziyyət haqqında” Qanunun tələbidir. Azərbaycanda informasiya məkanı üzərində təhlükəsizlik məramından doğan sözügedən qaydaların təsdiqi əlbəttə ki, çox mühüm məsələni tənzimləməyə xidmət edir. Lakin elə bir fikir, nəticə yaranmasın ki, bu qaydalar hərbi vəziyyət elan olunan kimi bütün kütləvi informasiya vasitələri və rabitə texnoloji kommunikativ qurğuların hamısı yalnız dövlətin sərəncamına təhvil verilir. Çünki bu, cəmiyyət həyatını tam idarəolunmaz vəziyyətə gətirərdi. Ancaq heç şübhəsiz ki, müəyyən tələblər, şərtlər və çərçivələr mövcud olmalıdır. Onun da da nədən ibarət olması üçün adi bir nümunəyə baxaq. 2016-cı ilin aprel döyüşləri zamanı ermənilər daha artıq dərəcədə Gəncədən statik telefonlardan müxtəlif radioqramları tutaraq efirə qoyurdular, onu ictimailəşdirirdilər və iki qonşunun söhbətindən sən demə guya bəlli olurdu ki, minlərlə meyit var və bu artıq idarəolunmaz vəziyyət yaradır və sair. Yəni bu cür süni quraşdırılmış danışıqlar təqdim olunurdu.

Eləcə də internet resurslarından bunlar verilirdi. Həmçinin biz onun şahidi olduq ki, sosial şəbəkələr hansısa bir tankın, topun və hərbi hissənin hərəkətlərini, yaxud da ki, ordu birləşmələrinin davranışlarına dair məlumatları ortaya qoyduğunda dərhal bu, öz-özlüyündə müəyyən nəticələr doğururdu. Çünki 60-70 il bundan əvvəlki dövr deyil. İndi bizim sizinlə bu söhbəti apardığımız mobil rabitə vasitələri daşınır və istənilən bir şəraitdə o kameradır, səs ötürücüsüdür, dayandığı koordinat sistemini məlumat verən şəbəkədir. Başqa bir yandan, əlbəttə, biz onu da nəzərə almalıyıq ki, Azərbaycanın kosmik fəzaya özünün peyklərini çıxarması da dediyimiz bu informasiya təhlükəsizliyini qorumaq niyyətindən irəli gəlir. Çünki biz optik kabellərin haradan ötürülməsini, internet resurslarının əsas provayderlərinin bağlı olduğu şəbəkələr üzərindən məxfi məlumatların dövlət sirri xarakteri daşıyan informasiyaların götürülməsini də əngəlləməyə çalışmalıyıq. Ancaq cəmiyyət olaraq hər bir fərdin gündəlik ünsiyyətini qurduğu, yaxud da ki, rabitə və poçt orqanlarının fəaliyyəti hərbi vəziyyət şəraitində onların tələblərinə tabe olmalıdır. Yəni bu, sözsüz ki, milli maraqların, təhlükəsizliyin qorunması üçün edilə bilər. Gördüyünüz kimi, qaydalar daha artıq dərəcədə məhz bunu əhatə edir. Yəni bu, qətiyyən siyasi azadlıqlara, partiyaların fəaliyyətinin dayandırılması, qeyri-demokratik bir durumu bərqərar etmək üçün həyata keçirilmir. Axı hərbi vəziyyətdə baş verə biləcək hansısa təhlükələr iqtidara və ya müxalifətə baxmır. O, qarşısına çıxan istənilən şəxsin əleyhinə çevrilə bilir".

Deputat müharibəyə hazırlıq versiyası barədə isə dedi ki, ola bilsin kimlərsə belə nəticə çıxara bilər ki, bu sənədin qəbul edilməsi Azərbaycanın müharibə hazırlığının mühüm bir komponentidir: “Lakin bunu təsdiq və ya inkar etmək Milli Məclisin komitə üzvü kimi mənim səlahiyyətlərim çərçivəsində deyil. Yalnız onu söyləyə bilərəm ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev birinci Qarabağ müharibəsi ifadəsi ilə ikinci Qarabağ savaşının ola biləcəyini heç gizlətmədən dəfələrlə söyləyib. Bu, heç də yalnız erməni tərəfini siyasi cəhətdən sıxmaq üçün edilməyib. Hər kəs görür ki, bu qədər texnika, texnologiya, silah arsenalı, ordu gücünün artırılması, ciddi təlimlər, Naxçıvandan Tovuza qədər böyük bir diapazonda erməni gücünün parçalanması üçün atılan addımlar hamısı böyük müharibə hazırlığıdır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiyalı hərbçi 102 saylı hərbi bazada saxlanılır"
Bu gün, 13:43
Deoutat tam küncə sıxışdırılıb - İTTİHAM
Bu gün, 13:41
“Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir” - Prezident Administrasiyasının rəsmisi
Bu gün, 13:30
"Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" - QALMAQAL
Bu gün, 13:28
Ayselin "Maşın Şou"dan çıxacağı öncədən planlaşdırılıbmış - FOTO
Bu gün, 13:24
“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir
Bu gün, 13:13
Putin Rusiyada reperləri nəzarətə götürür
Bu gün, 13:09
İsrail ən güclü ZTR-lərinin görüntülərini yaydı - VİDEO
Bu gün, 13:05
Gömrükçüləri aldatmaq istəyən qadın vəzifəli şəxsin qızıdır - VİDEO
Bu gün, 13:02
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 13:00
18 dekabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:59
Azərbaycan neft məhsullarının ixracından gəlirini 65% artırıb
Bu gün, 12:58
"Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" - 6.5 milyon manatlıq məhkəmə qalmaqalı
Bu gün, 12:56
"Sənə erməni qanı bəxş edən anan..." - Məşhurlardan Nərminə ÇOX SƏRT REAKSİYALAR
Bu gün, 12:45
Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir - Vüqar Səfərli
Bu gün, 12:37
Maşın almaq istəyənlər! - Bu maşınların qiyməti artacaq
Bu gün, 12:34
"Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər" - deputat
Bu gün, 12:33
Qoca ilə birlikdə qaçan avtoritet: - Peşmanam…
Bu gün, 12:31
"Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır" - Əflatun Amaşov
Bu gün, 12:14
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru istintaqa cəlb olunub
Bu gün, 12:13
Sabir Rüstəmxanlı müğənniyə ev bağışlayıb?
Bu gün, 12:08
"Öləndə dişlərini də yanında basdırdıq" - Nail həyat yoldaşı haqda
Bu gün, 12:06
Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda - Lukaşenko
Bu gün, 11:58
Mübariz İbrahimovun atası oğlunu təhqir edən psixoloqa cavab verdi - "Nəyi gözləyirik?"
Bu gün, 11:57
“Büdcəmizdə neftin qiymətinin 60 dollar götürülməsi riskdir”
Bu gün, 11:53
Güllə Vaqranyanın gözündən dəydi... - İŞĞALÇI QÜVVƏLƏRDƏ DAHA BİR İNSİDENT
Bu gün, 11:47
Saakaşvili `sarı jilet` inqilabını Tiflisə daşımaq istəyir
Bu gün, 11:44
"Oğlumdan sonra..." - Zöhrə Abdullayeva
Bu gün, 11:43
"Sosial mediada insani dəyərlərə və əxlaqa zidd məsələlər təbliğ olunur" - Komitə sədri
Bu gün, 11:39
Ağdam Rayon Polis Şöbəsinin bölmə rəisləri işdən çıxarılıblar
Bu gün, 11:38
Buralarda təhsil sistemi iflas edib... - İTTİHAM
Bu gün, 11:37
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu...
Bu gün, 11:31
Ağac kəsən şəxs cəzalanıb
Bu gün, 11:30
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
Bu gün, 11:19
İcra başçısının müavininin oğlundan HARINLIQ - Belə deyirlər...
Bu gün, 11:17
Türkiyədə direktordan Mübarizlə bağlı addım - FOTO
Bu gün, 11:15
General Levon Stepanyan Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yeritməsi haqda - “MƏN ONLARIN MƏQSƏDİNİ ANLAMIRAM...”
Bu gün, 11:13
Lökbatanda 41 yaşlı kişi özünü asıb
Bu gün, 11:11
Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib
Bu gün, 11:10
İtkin düşmüş qadının öldürüldüyü məlum oldu
Bu gün, 11:09
"Məni soyundura-soyundura deputat edəcəklər" - Afaq Aslan
Bu gün, 11:04
Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb
Bu gün, 10:58
Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 10:56
Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 10:55
2019-a keçən kövrək Qarabağ ümidləri: əsas gözlənti - TƏHLİL
Bu gün, 10:50
Masallıda evdə partlayışda xəsarət alan azyaşlılar dünyasını dəyişdi
Bu gün, 10:45
“Cavan” TV-də kütləvi istefa
Bu gün, 10:44
Rusiya möhtəşəm raketinin sınağına başlayır
Bu gün, 10:40
Türkiyəli aktyorlardan Mübarizin təhqirinə reaksiya - VİDEO
Bu gün, 10:38
Sudan prezidenti Bəşər Əsədlə görüşüb - FOTO
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru