"Ali məktəblərdə nitq mədəniyyəti fənninin tədrisində çox ciddi problemlər mövcuddur" .....                     Ermənistanın İranla “böyük layihəsi” fiaskoya uğradı .....                     Antalyada azərbaycanlı qıza sataşan ofisiant həbs edilib .....                     Azərbaycanda çörəyin qiyməti bahalaşıb? .....                     "Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki..." .....                     Bizdə belə katiblik olmayıb .....                     21 fevralda gözlənilən hava şəraiti .....                     “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir” .....                     Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına radar cəriməsi gəlib .....                     “AxaMBASK” sığorta şirkətinin daha bir vəzifəli şəxsi işindən ayrılıb .....                     Azərbaycan Prezidenti ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə .....                     Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə .....                     Kimlər əfv olunmaq üçün müraciət edir? .....                     Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə .....                     Partiyaların qeydiyyatı çətinləşir .....                     Azərbaycanda 106 nəfər qızılcaya yoluxub .....                     Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində zərərçəkmiş ifadə verib .....                     Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq .....                     Rusiya daha bir ərəb dövləti ilə S-400 -ün satışı haqda danışıqlara başlayıb .....                     “Problem dilimizdə deyil, bu dildə danışan bəzilərindədir” .....                     Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? .....                     Səfir Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu .....                     Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub .....                     Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq .....                     Heç kim onların iyrənc fikirləri ilə qarşılaşmamalıdır .....                     500 manat maaş alan işçiyə 23 milyon kredit “yükləyiblər” .....                     “Rabitə işi”nə görə həbs edilən sabiq baş direktor necə “təmizə çıxdı” .....                     3 uşaq atası dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, SONRA... .....                     Bakıda nənə və 11 yaşlı nəvəsi dəm qazından boğulub öldü .....                     Novruz bayramını kreslosuz keçirəcək icra başçıları .....                     Azərbaycanda indiyə qədər 2,045 mlrd. ton neft hasil edilib .....                     “Əfv siyahısını açıqlasaq, çaxnaşma düşər” .....                     DSX-dan Ermənistan KİV-lərinin yaydığı dezinformasiyalara CAVAB .....                     "Memarlıq və torpaqdan istifadə səhvləri bağışlanacaq, aministiya veriləcək" .....                     ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb .....                     Məmurlar qarşısında yeni tələblər qoyulur... .....                     Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir .....                     Azərbaycanlı-çeçen görüşündə şok: Kərimov erməniyə görə... .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər etmək niyyətindədir .....                 

"Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək" - Ailəli kişinin evinə gedən gənc qız
Tarix: 20-11-2018, 18:06 | Çap et
"Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək"
Məni evdə xidmətçi kimi işlədirdilər. Anam saçımdan tutub sürüyürdü. Evin bütün işlərini mənə gördürürdülər. Bunu övlad olaraq etmək başqa, xidmətçi kimi alçaldılaraq etmək başqa. Bir stəkan çayın rəngi azacıq açıq olanda, çayı üstümə tullayırdı ki, get, təzəsini gətir.

Hər bir ailənin özünəməxsus tərbiyə qaydaları, adətləri, qəbul edib-etmədiyi nüanslar olur. Lakin ailədə övladlara qarşı biganə münasibət birmənalı olaraq həmin uşaqların taleyinə təsir edir. Bu gün haqqında danışacağımız 21 yaşlı L.A. (ad şərtidir) məhz valideynlərinin biganə münasibətindən qurtulmaq üçün bir çox səhvlərin qurbanı olub.

Dia.az oxu.az-a istinadən 21 yaşlı qızın acı taleyini təqdim edir:

"Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək"

Dayanmadan bu cümləni təkrar edirdi. Düşündüm ki, o, bu sözləri ani bir qorxunun təsiri altında deyir. Ağlamaqdan iki cümləni ard-arda qoşub deyə bilmirdi. Nəhayət, özünü toplayıb danışmağa başladı. L. A. deyir ki, bir anda bütün həyatı alt-üst olub:

"Doqquzuncu sinfi bitirdikdən sonra ailəm mənə düşmən kimi davranmağa başladı. Atam məni evləndirmək istəyirdi, mən isə sevmədiyim insanla evlənmək istəmirdim. Bir neçə dəfə evə gələn adamlara kobudluq etmişdim.

Bəlkə də, onun əvəzini çıxmaq üçün anam mənə zülm verirdi. Saçımdan tutub sürüyürdü. Bir işi gecikdirəndə ağac budağını qırıb, əllərim göyərənə qədər vururdu. Qonşunun qızları kursa, gəzməyə gedirdi. Mən isə heç yerə çıxa bilmirdim.

Dörd ay bundan qabaq qonşumuz evini təmir etdirirdi. Bir dəfə usta bizim qapını döyüb atamdan kömək istəmişdi. Məni də onda görmüşdü. Ondan çox xoşum gəlmişdi. Sonra bəhanələrlə bizə gəlib-gedirdi. Bir dəfə nömrəsini yazıb qoymuşdu stəkanın yanına. Mən də görüb, götürmüşdüm. Onunla danışmağa başladıq. Anam bunu bilənə qədər, hər şey yaxşı idi. Anam öyrəndikdən sonra atama dedi və məni öldürəcəkləri ilə hədələdilər".

L. A. danışdıqca onun dediklərinə dair suallarım yaranmağa başlayırdı. Bəlkə də, valideynlərinin laqeyd münasibətinin də rolu var, amma başına gələnlərin əksəriyyətinin öz səhvi olduğunu da başa düşürdü. O bildirir ki, qonşuluqda işləyən usta onunla evlənəcəyini deyib:

"İki aya yaxın telefonla danışırdıq. Hər şey yaxşı idi. Mənim ondan xoşum gəlirdi. O deyirdi ki, mənimlə ailə quracaq. Evimizdə xadimə kimi işləməkdən o qədər yorulmuşdum, sevinirdim ki, ailə qurub gedəcəm. Sonra anam mənim oğlanla danışdığımı bildi və telefonumu əlimdən aldı. Həmin gün gecəni səhərə kimi məni döydü, otaqdan çıxmağa qoymadı. Sabah evdən qaçıb bibimgilə getdim. Bir müddət onlarda qaldım. Bibimgilin ev telefonundan oğlanı yığıb danışırdım.

Ayın sonunda 110 manat telefon borcu gələndə bibim məni döyüb evdən qovdu. Atama da zəng elədi ki, qızın bizə borc yazdırıb, gəl ödə. Atam bibimgilə gələndə oğlana zəng edib yalvardım ki, məni aparsın. O da məni evinə dəvət etdi. Yemək yedik. Sonra içməyə nəsə gətirdi və bəyənəcəyimi dedi. Onu içəndən sonra özümdə olmamışam. Səhər oyananda birinci heç nə başa düşmədim. Amma başım özümə qayıdandan sonra gördüm ki, artıq gecdir".

"Mən evliyəm, səninlə evlənə bilmərəm"

Başına gələnləri danışdıqca üzündə qəribə bir ifadə yaranırdı. Bütün baş verənlərdən sonra sanki evlərində, özünün də dediyi kimi, "xadimə" işləməyə razıyam" deyərmişcəsinə ifadə vardı. Ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Deyir ki, oğlana çox yalvarsa da, heç bir faydası olmayıb:

"Mən onun 37 yaşı olduğunu bilmirdim. Evli olduğunu da deməmişdi. Məndən böyük olduğunu bilirdim, amma bu qədər yox. Elə bilirdim, o da məni sevir. Həmin gecənin səhəri mənə dedi ki, evlidir, ailəsi var və mənimlə evlənə bilməz. Sonra dedi ki, bu barədə heç kimə heç nə deməyim. Hər şey yaxşı olacaq. Gedəcək yerim qalmamışdı deyə ölüm qorxusu da olsa, qayıtdım bibimgilə. Atam gəldi, məni sürüyə-sürüyə apardı evimizə.

Telefon pulunu qorxumdan boynuma almırdım, amma sonda məcbur olub etiraf etdim. Anam gecə ilə suya dərman qatıb məni zəhərlədi. Sonra qorxdular, tez həkimə apardılar. Həkim mədəmi yudu, qayıtdıq evə. Başıma gələnləri heç kimə deyə bilmirdim. Anamgil məni bir yolla öldürməyə qərarlı idilər, bilirdim. Qorxudan evdən qaçdım".

Bir gün küçədə yatdığını deyən L.A.-nın sözlərinə görə, tanımadığı bir qız ona kömək edəcəyini bildirərək, evlərinə aparıb:

"Bir qız dedi ki, sənə kömək edəcəm. Onunla getdim. Bir gün evlərində qaldım, səhər oyananda məni polisə aparacaqlarını dedilər. Polisə getmək istəmirdim. Dedim, məni ora aparsanız özümü öldürəcəm. Dayılarıma, xalalarıma, bibilərimə zəng elədim. Kömək istədim. Heç biri yaxın durmadı. Bibim dedi ki, atan deyir, evə qayıtsa, bağışlayacam. Amma yalan deyir, məni namus üstündə öldürəcəklər. Mən belə olmasını istəməmişdim. Bibimgil harada qaldığımı soruşur, qorxumdan demirəm ki, atam gəlib tapacaq. Nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm".

21 yaşlı L.A.-nın danışdıqları film kimi görünsə də, təəssüf ki, həqiqətdir. Bəlkə də, o da həyatın filmlərdən çox daha fərqli olduğunu bundan sonra başa düşəcək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ali məktəblərdə nitq mədəniyyəti fənninin tədrisində çox ciddi problemlər mövcuddur"
Bu gün, 13:15
Ermənistanın İranla “böyük layihəsi” fiaskoya uğradı
Bu gün, 13:08
Antalyada azərbaycanlı qıza sataşan ofisiant həbs edilib
Bu gün, 12:54
Azərbaycanda çörəyin qiyməti bahalaşıb? - Zavoddan açıqlama
Bu gün, 12:52
"Vergilər Nazirliyi ictimaiyyətə məlumat verməlidir ki..." - Maneələr kimlərdən və nələrdən ibarətdir?
Bu gün, 12:50
Bizdə belə katiblik olmayıb - Azərbaycan Yazıçılar Birliyi
Bu gün, 12:46
21 fevralda gözlənilən hava şəraiti
Bu gün, 12:42
“Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir” - Siyavuş Novruzov
Bu gün, 12:38
Azərbaycanda 4 il əvvəl vəfat etmiş şəxsin adına radar cəriməsi gəlib - FOTO
Bu gün, 12:37
“AxaMBASK” sığorta şirkətinin daha bir vəzifəli şəxsi işindən ayrılıb
Bu gün, 12:22
Xalq artisti Yasin Qarayev prezidentə müraciət edib
Bu gün, 12:18
Azərbaycan Prezidenti ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
Bu gün, 12:15
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
Bu gün, 12:14
Kimlər əfv olunmaq üçün müraciət edir?
Bu gün, 12:09
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
Bu gün, 12:06
Partiyaların qeydiyyatı çətinləşir - Tələblər beş dəfə artırıla bilər
Bu gün, 12:05
Azərbaycanda 106 nəfər qızılcaya yoluxub
Bu gün, 12:03
Hansı rayonlar İlkin Həsəni və komandasına qadağa qoydu?
Bu gün, 12:02
Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində zərərçəkmiş ifadə verib
Bu gün, 11:57
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq
Bu gün, 11:45
Azərbaycanlı müğənni qarət olundu
Bu gün, 11:42
Rusiya daha bir ərəb dövləti ilə S-400 -ün satışı haqda danışıqlara başlayıb
Bu gün, 11:39
“Problem dilimizdə deyil, bu dildə danışan bəzilərindədir”
Bu gün, 11:37
"Şəbnəmin ailəsinə dil uzadanlar, susun, onun həyat yoldaşını şəxsən tanıyıram..."
Bu gün, 11:32
Niyə Bakıdan uçmaq Tbilisidən 3 dəfə bahadır? - Prezidentin tənqidindən nəticə çıxarılmayıb
Bu gün, 11:23
Səfir Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu - Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır
Bu gün, 11:18
Cəlilabadın Təhsil Şöbəsinə yeni müdir təyin olunub
Bu gün, 11:15
Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
Bu gün, 11:13
Heç kim onların iyrənc fikirləri ilə qarşılaşmamalıdır - deputat
Bu gün, 11:09
“Eurovision”da mələk qalmaqalı - Elnurdan oğurlanıb
Bu gün, 11:08
500 manat maaş alan işçiyə 23 milyon kredit “yükləyiblər” - nonses
Bu gün, 11:04
“Rabitə işi”nə görə həbs edilən sabiq baş direktor necə “təmizə çıxdı” - “Bu, korrupsiya ilə mübarizənin nəticələrinə kölgə salır”
Bu gün, 11:03
3 uşaq atası dayısı oğlunun arvadına tövlədə TƏCAVÜZ ETDİ, SONRA... - Azərbaycanda BİABIRÇILIQ
Bu gün, 11:01
Bakıda nənə və 11 yaşlı nəvəsi dəm qazından boğulub öldü
Bu gün, 10:58
Novruz bayramını kreslosuz keçirəcək icra başçıları - İşğal altında olan 2 rayonun başçısı da gedir
Bu gün, 10:57
Azərbaycanda indiyə qədər 2,045 mlrd. ton neft hasil edilib
Bu gün, 10:44
Azərbaycanlı müğənni toyda yıxıldı - VİDEO
Bu gün, 10:42
“Əfv siyahısını açıqlasaq, çaxnaşma düşər” - Hüquq müdafiəçisi
Bu gün, 10:39
DSX-dan Ermənistan KİV-lərinin yaydığı dezinformasiyalara CAVAB - TƏXRİBAT
Bu gün, 10:37
"Memarlıq və torpaqdan istifadə səhvləri bağışlanacaq, aministiya veriləcək"
Bu gün, 10:34
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
Bu gün, 10:30
Məmurlar qarşısında yeni tələblər qoyulur... - “Ya biznesi seç, ya da vəzifəni...”
Bu gün, 10:28
Azərbaycanda müxalifətçilik bir çox hallarda milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir - deputat
Bu gün, 10:23
Azərbaycanlı-çeçen görüşündə şok: Kərimov erməniyə görə... - VİDEO
Bu gün, 10:17
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Bu gün, 10:13
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər etmək niyyətindədir
Bu gün, 10:11
Sabiq MTN əməkdaşına qarşı dələduzluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib
Bu gün, 10:11
Böhrandan necə çıxmaq olar? - TƏKLİF
Bu gün, 10:08
Əli İnsanova azadlıq yolu göründü - martda azad oluna bilər
Bu gün, 09:56
“Rüstəm İbrahimbəyov özünün dağıtdığı ittifaqı necə bərpa edəcək, baxarıq”
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru