Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri .....                     Eldar Mahmudovun əmisi oğlu .....                     “Laçın”ın sahibinin oğluna hökm oxundu .....                     Sabah dollar neçəyə olacaq? .....                     Sahil Babayev müşavirinə yeni vəzifə verdi .....                     Gürcüstanın XİN başçısı Keşikçi Dağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıb .....                     Zelenski Rusiya ilə danışıqlar aparmayacağını bəyan edib .....                     “Yaradıcı məktəblər təhsilin hansı yöndə dəyişməli olduğuna...” .....                     Səfər Mehdiyev keçmiş gömrükçülərə qarşı... .....                     Gürcüstanın XİN başçısı Keşikçi Dağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıb .....                     Məşqçi də çempiondur, yetirmələri də... .....                     "Tikinti işləri normalara uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar” .....                     Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı .....                     TANAP kəmərinin tikintisi yekunlaşmaq üzrədir .....                     Türkiyədə itkin düşən jurnalistin meyiti tapılıb .....                     İki ingilis klubunun “döyüşü”: .....                     "Dövlət Aqrar Ticarət Şirkəti" Zaqatala çayının satışına başlayacaq .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edir .....                     "Çelsi"nin Bakıdakı finalda qələbə qazanması üçün 5 səbəb .....                     "Mənə kimsə toxuna bilməz..." .....                     Suraxanı sakinləri “Açıq mikrafon” qarşısında .....                     “Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayıram” .....                     “Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm” .....                     Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru .....                     Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda .....                     Şamaxıda qadını qaçırdı, öldürmək istədi, amma... .....                     Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır .....                     Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyir .....                     Ermənistanda ictimai nəqliyyat iflic oldu .....                     Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək .....                     Azərbaycanlı milyarderin oğlu ən varlı varisdir .....                     Polisimizdən təqdirəlayiq addım .....                     "Nikoil Bank”ın vəzifəli şəxslərinin məhkəməsi başlayıb .....                     Cəlilabadda fəhlə çalışdığı evdə döyülüb .....                     Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib .....                     Biləsuvarda polis külli miqdarda narkotik aşkarladı .....                     "Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribat ediblər .....                     AvroLiqanın finalına hansı məşhurlar gələcək? .....                     Palatanın “Azərsığorta” qərarı BİABIRÇILIQDIR... .....                     Azyaşlı oğlundan narkotik vasitələr əldə etmək üçün istifadə edən ata saxlanılıb .....                 

"Diplomatik YEYİNTİ" təftiş hədəfində... - İDDİA
Tarix: 19-11-2018, 09:24 | Çap et
"Diplomatik YEYİNTİ" təftiş hədəfində...
Azərbaycanda tənqid hədəfinə çevrilən və ciddi problemlərin olduğu sahələrdən biri xarici siyasətdir. Ölkə olaraq, istər Qarabağ, istərsə də digər məsələlərdə böyük dövlətlərin siyasəti qarşısında aciz olduğumuz təbii qarşılansa da, bəzən ən kiçik müstəvidə belə uğur qazana bilmirik.

Sadəcə, ölkəmizin yerləşdiyi region və neft amili Azərbaycana bir dövlət kimi önə çıxmaq imkanı verib. Xarici siyasəti formalaşdıran və icra edən struktur və şəxslərin isə beynəlxalq siyasətdə ciddi rolu hiss olunmur. Əslində müxtəlif məqamlarda bununla bağlı narazılıqlarını ifadə edənlər də var. Hətta hakimiyyətin aparıcı fiqurları da Azərbaycanı xaricdə təmsil edən şəxsləri zaman-zaman ciddi tənqid ediblər.

Bir neçə il öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin o zamankı sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə görə Avropada fəaliyyət göstərən diplomatik nümayəndələri, səfirləri sərt tənqid etmişdi. Avropa Parlamentinin qətnaməsini qərəzli adlandıran Baş nazirin müavini bəzi səfirlərin fəaliyyətsizliyinə də diqqət çəkmişdi. Əli Həsənov Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsinə baxmayaraq, Avropa Paralamentinin bu faktı görməzlikdən gəldiyini, korrupsiyalaşmış qurum olduğunu söyləyirdi: "Ay erməni pulları ilə korrupsiyalaşmış Avropa Parlamenti, hara baxırsan? Bizim səfirlərimiz hara baxırdı? Biri xəyanət edir, biri özünə biznes qurur. Bunda bizim də günahımız var. Onlar nə işlə məşğuldurlar? Bu məsələ araşıdırımalı, ciddi təbdir görülməlidr”.

Son illər bir səfirin Azərbaycan hakimiyyətinə qarşı çıxması, bəzi diaspor rəhbərlərinin ölkəmizi təbliğ etməkdən daha çox, tutduqları mövqedən sui-istifadə edib alverlə məşğul olmaları bu sahəyə diqqəti daha da artırıb. Son günlər ortaya çıxan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı sensasiyalı məqamlar bu sahədə həqiqətən ciddi problemlərin olduğunu ortaya qoyur.

Politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı "Reytinq”ə danışarkən deyib ki, bu sahədəki boşluqlar qısa müddətdə aradan qaldırılmalıdır. Onun sözlərinə görə, səfirlik ölkə üçün strateji əhəmiyyətə malikdir və bu sahədə baş verən özbaşınalığa göz yummaq olmaz:

"Xarici İşlər Nazirlyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”.

E. Şahinoğlu bildirib ki, bütün bunlara qarşı tədbir görməyin vaxtı çatıb:

"Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında tədbir görələr. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.

E. Şahinoğlu bizneslə məşğul olan daha bir neçə diplomatın hansı səfirliklərdə işlədiyini açıqlayıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir, xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizlə xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyub, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı, onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki həmin ölkənin kəşfiyyat xidməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var...”.

Son günlər Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyəti yenidən gündəm mövzularından birinə çevrilib. Buna əsas səbəb Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyevin sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsidir. Bu qalmaqal E. Məmmədyarovu da hədəfə çevirib. Doğrudur, bundan əvvəl və sonra da səfirliklərdə yeyinti faktları ilə bağlı xəbərlər yayılıb. Amma Ukraynadakı səfirliyimzdə baş verənlər digərlərini "kölgə”də qoyub.

Deputat Fazil Mustafa E. Məmmədyarovu sərt tənqid edib. O, nazirin ana dilimizdə sosial şəbəkələrdə yayılmış məlum çıxışını xatırladaraq deyib ki, əslində, Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi:

"Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib? Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?"

Deputat daha sonra sərt suallarını davam etdirib: "Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər nazirliyimizin səfirlikiçi münaqişəni, mübahisəni Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarovdan bunu sormaq lazımdır. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?”.

Adının açıqlanmasını istəməyən mənbə isə "Reytinq”ə deyib ki, son dövrlər Xarici İşlər Nazirliyi və ona bağlı olan diplomatik nümayəndəliklərin ətrafında baş verənlər hakimiyyəti ciddi şəkildə narahat edir. Bu səbəbdəndir ki, səfirliklərdə baş verən özbaşınalıqlar, korrupsiya halları hakimiyyətin yuxarı dairələrinin qəti qərarlar verməsi ilə nəticələnib: "Məndə olan məlumata görə, müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizdə yoxlama aparılması tapşırılıb. Düzdür, aidiyyatı qurumlar davamlı olaraq, audit yoxlamaları həyata keçirirlər. Amma son illər ortaya çıxan faktlar səfirliklərin fəaliyyətinin ciddi təftişinə zəmin yaradıb. Əgər hansısa səfirliyin fəaliyyətində ciddi nöqsanlar aşkarlanarsa, sərt qərarların verilməsi qaşılmaz olacaq. Hətta bəzi səlahiyyətli şəxslərin həbsi də qaçılmazdır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş səfirin Fuad Abbasovun həbsinə reaksiyasının səbəbləri - İLGİNC
Bu gün, 17:24
Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gətirilməyib
Bu gün, 17:19
“Laçın”ın sahibinin oğluna hökm oxundu
Bu gün, 17:08
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:05
Sahil Babayev müşavirinə yeni vəzifə verdi - Çingiz Əliyev uzaqlaşdırıldı
Bu gün, 17:05
Gürcüstanın XİN başçısı Keşikçi Dağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıb
Bu gün, 16:58
Zelenski Rusiya ilə danışıqlar aparmayacağını bəyan edib
Bu gün, 16:53
“Yaradıcı məktəblər təhsilin hansı yöndə dəyişməli olduğuna...”
Bu gün, 16:50
Səfər Mehdiyev keçmiş gömrükçülərə qarşı... - ETİRAZ
Bu gün, 16:46
Gürcüstanın XİN başçısı Keşikçi Dağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıb
Bu gün, 16:41
Məşqçi də çempiondur, yetirmələri də...
Bu gün, 16:33
"Tikinti işləri normalara uyğun həyata keçirilirsə, hətta sürüşmə zonasında da ev tikmək olar” - Qurban Yetirmişli
Bu gün, 16:27
"Özümü kişi məclisində rahat hiss edirəm" - Səidə
Bu gün, 16:22
Cahangir Əsgərovun daha bir biznesi üzə çıxdı - VİDEO
Bu gün, 16:19
TANAP kəmərinin tikintisi yekunlaşmaq üzrədir - "SOCAR Turkey"
Bu gün, 16:13
Türkiyədə itkin düşən jurnalistin meyiti tapılıb
Bu gün, 16:03
İki ingilis klubunun “döyüşü”: - Qalib Azərbaycandır
Bu gün, 15:58
"Dövlət Aqrar Ticarət Şirkəti" Zaqatala çayının satışına başlayacaq
Bu gün, 15:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edir - FOTO
Bu gün, 15:52
"Çelsi"nin Bakıdakı finalda qələbə qazanması üçün 5 səbəb - TƏHLİL
Bu gün, 15:49
"Mənə kimsə toxuna bilməz..." - İDDİA
Bu gün, 15:47
Suraxanı sakinləri “Açıq mikrafon” qarşısında
Bu gün, 15:37
“Azərbaycanla sərhədlərin delimitasiyası prosesinin yenilənməsini alqışlayıram” - Gürcüstan Prezidenti
Bu gün, 15:31
“Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı bütün məsələlərin həll olunacağına əminəm” -Baş nazir
Bu gün, 15:29
Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA
Bu gün, 15:26
Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq Lənkəranda
Bu gün, 15:23
Şamaxıda qadını qaçırdı, öldürmək istədi, amma...
Bu gün, 15:19
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Bu gün, 13:14
Qarabağdan olan “generallar” Paşinyanı devirmək istəyir
Bu gün, 13:12
Rusiyanın məşhur teleaparıcısı Fuad Abbasovun müdafiəsinə qalxdı - VİDEO
Bu gün, 13:07
Ermənistanda ictimai nəqliyyat iflic oldu - Sürücülər tətil edir
Bu gün, 13:05
Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçəcək
Bu gün, 12:58
Azərbaycanlı milyarderin oğlu ən varlı varisdir
Bu gün, 12:56
Polisimizdən təqdirəlayiq addım - FOTO
Bu gün, 12:52
"Nikoil Bank”ın vəzifəli şəxslərinin məhkəməsi başlayıb
Bu gün, 12:48
Cəlilabadda fəhlə çalışdığı evdə döyülüb
Bu gün, 12:47
"Niyə boşanmırsan, soyadımı saxlamısan..." - Mədətovdan xanımına suallar
Bu gün, 12:40
Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib - FOTO
Bu gün, 12:36
Biləsuvarda polis külli miqdarda narkotik aşkarladı
Bu gün, 12:34
"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribat ediblər - FOTO
Bu gün, 12:27
AvroLiqanın finalına hansı məşhurlar gələcək? - AFFA-dan AÇIQLAMA
Bu gün, 12:13
Palatanın “Azərsığorta” qərarı BİABIRÇILIQDIR... - “Ya rəhbərlik dəyişməlidir, ya da…”
Bu gün, 12:11
Azərbaycanlı meyxanaçı müğənniləri yıxıb-sürüdü: - "Elə pozğunları var ki, lüks avtomobilləri..."
Bu gün, 12:03
Azyaşlı oğlundan narkotik vasitələr əldə etmək üçün istifadə edən ata saxlanılıb - FOTO
Bu gün, 12:00
Pakistan yeni nüvə raketini sınaqdan keçirib
Bu gün, 11:56
Mədətovdan qızının soyadını dəyişməsinə münasibət: - "Dəyişə bilməz"
Bu gün, 11:55
Beyləqanda DOĞUŞ FACİƏSİ: - 2 saat yaşadı...
Bu gün, 11:54
"Laçın" Ticarət Mərkəzinin sahibinə hökm oxunub - MƏHKƏMƏ
Bu gün, 11:52
Bunlar nə yeyirlər, nə içirlər?.. Harda yeyirlər, harda içirlər?.. - AYININ ƏMİSİ QIZI...
Bu gün, 11:44
Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru