"Azərbaycanın regiondakı siyasəti, beynəlxalq əlaqələri Ermənistanı küncə sıxıb" .....                     Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb .....                     Bu dəfə Azərbaycan Rusiyanı .....                     Aidə Quliyevaya Prezidentin fərdi təqaüdü .....                     Bərdədə qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib .....                     "Bakcell" “DaimOnline” tarif paketləri ilə bağlı daha iki universitetdə aksiya keçirib .....                     “Polisin KİV-lə davranışı hiddət doğurur” .....                     Prezidentin mənzil verdiyi idmançıların .....                     Ərdoğan FETÖ-çülərin maliyyə mənbəyini qurudur .....                     Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları .....                     Salman oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı .....                     Putin Rusiyanın prezidenti olmaq istəmədiyin etiraf edib .....                     Azərbaycanda vəzifəli şəxsin saatı oğurlandı .....                     ABŞ-ın Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlığı bu ölkədə gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır .....                     Nursultan Nazarbayev KTMT rəhbəri postuna Belarusdan olan namizədi dəstəkləyib .....                     Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraəti qüvvədə saxladı .....                     Sabah dollar neçəyə olacaq? .....                     Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında .....                     Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarətin zəifləməsi demək deyil .....                     NATO və Rusiya bu ölkədə ölüm-dirim savaşına çıxır .....                     “Ərzaq məhsullarının tədarükü və təchizatı” işi nədən axsayır... .....                     Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib .....                     Abşeronda neftlə çirklənmiş ərazilərin təmizlənməsinə xarici şirkətlər cəlb edilib .....                     Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadəni müzakirə edir .....                     BDU-nun professoru vəfat etdi .....                     ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib .....                     Ermənistanda korrupsiya cinayətlərində böyük artım var .....                     Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana .....                     Qar çovğunu Moskvanın hava nəqliyyatını iflic etdi .....                     "Bağdadın kor xəlifəsi..." .....                     "Beynəlxalq ictimaiyyət kor olduğu üçün Ermənistandakı seçki saxtalaşdırılmasını görə bilmir" .....                     Qalmaqal yaradan icra başçısı... .....                     Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü .....                     Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib .....                     “Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et! .....                     2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib .....                     Ermənistandakı parlament seçkilərinə Moskvadan ilk reaksiya gəldi .....                     “Alkelik Group” büdcədən külli miqdarda oğruluq edib .....                     Xətai rayonunda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb .....                     14 dekabrda gözlənilən hava şəraiti .....                 

"“Ekspressbank”ın saxta müqaviləyə əsasən..." - GİLEY
Tarix: 18-11-2018, 11:14 | Çap et
"“Ekspressbank”ın saxta müqaviləyə əsasən..."
“Hürriyyət”in ötən saylarının birində dərc olunan "Şirvan məhkəməsində böyük rəzalət: XƏBƏRİ OLMADAN EVİ BANKA GİROV QOYULDU" səlövhəli məqalədə oxucularımıza bir ailənin faciəsinə səbəb ola biləcək haqsızlıqdan söhbət açmışdıq. Belə ki, yeganə qızının və onun ailəsinin - həyat yoldaşı ilə iki yeniyetmə oğlunun taleyindən nigaran ata redaksiyamıza gələrək, səsinin aidiyyatı qurumlara çatdırılması üçün göz yaşları içində bizdən kömək istəmişdi.

Valeh Cahangirovun söhbətindən belə məlum oldu ki, qızı Günel Abıyevanın qaynı Abıyev Şamil Famil oğlu ilə “Expressbank” ASC-nin Şirvan filialı arasında 03.2014-cü il tarixli 500850-0014/14 saylı kredit müqaviləsinə əsasən Şamil Abıyevə illik 20 faiz olmaqla, 36 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilib. Qeyd edilən kredit müqaviləsinin təminatı qismində isə Günel Abıyeva ilə həyat yoldaşı Vüqar Abıyevin birgə mülkiyyəti olan Şirvan şəhəri, Xaqani küçəsi 3, ev 124 ünvanında yerləşən fərdi yaşayış evi banka ipotekaya qoyulub və bu barədə Günel Abıyevanın həyat yoldaşı Vüqar Abıyevlə bank arasında 03 sentyabr 2014-cü ildə ipoteka müqaviləsi bağlanıb.

Valeh Cahangirov onu da bildirmişdi ki, ipoteka predmeti olan bağ evi qızı ilə həyat yoldaşının birgə nigah dövründə tikildiyi üçün əmlak qanunvericiliyinin tələbinə əsasən, ər-arvadın birgə mülkiyyəti hesab edilir. Bu üzdən ipoteka müqaviləsi rəsmiləşdirilərkən Günel Abıyevanın da razılığı alınmalı, o da həmin müqaviləni imzalamalı idi. Amma Günel Abıyeva müqavilənin bağlandığı Şirvan şəhəri 1 saylı Notariat Kontorunda olmayıb, bu müqavilənin bağlandığından da tamamilə xəbərsiz olub.

Ən qəribəsi isə budur ki, adıçəkilən müqavilə rəsmiləşdirilərkən Valeh Cahangirovun kürəkəni Vüqar Abıyev Ukraynada sanatoriyada olub, bunu təsdiq edən sənəd var. Abıyeva Günel isə Bakıda, atasının evində olub. Odur ki, nə kürəkəninin, nə də qızının bu işdən xəbəri olmayıb. Günel Abıyevanın qaynı Şamil Abıyev hansı yollasa onun şəxsiyyət vəsiqəsini ələ keçirib və cinayət yoldaşı Notariat Kontorunun notariusu Kərimov Daxil Fazil oğluna Günel Abıyevanın adından saxta etibarnamə tərtib elətdirib. Həmin etibarnaməyə əsasən, guya Günel Abıyeva həyat yoldaşı Vüqar Fərman oğlu Abıyev tərəfindən öz mülahizəsinə görə istənilən şərtlərlə, isənilən qiymətə və istənilən müddətə, istənilən bank qarşısında İPOTEKA qoyulmasına, onun tərəfindən istənilən vaxt ipoteka şərtlərinin dəyişdirilməsinə və təkrar ipotekalara yüklü edilməsinə icazə verir. Günel Abıyevanın saxta imzası ilə tərtib edilən bu “etibarnamə” notarius Daxil Kərimov tərəfindən təsdiqlənib. Bu isə təbii ki, ciddi qanun pozuntusudur və Daxil Kərimov bu hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Valeh Cahangirovun sözlərinə görə, qızının qaynı Şamil Abıyev kredit borcunu ödəmədiyinə görə, 2017-ci ilin 29 iyununda Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hakim Əliyev Ziya Müqərrəm oğlunun sədrliyi, Musayeva Arzu Tahir qızının katibliyi, iddiaçı “Ekspessbank” ASC-nin nümayəndəsi Sadıqov Ehtiram Atamalı oğlunun, cavabdehlər Abıyev Şamil Famil oğlunun və Abıyev Vüqar Famil oğlunun iştirakı ilə, iddiaçı “Ekspressbank”ASC-nin cavabdehləri Abıyev Şamil Famil oğluna, Abıyev Vüqar Famil oğluna və Abıyeva Günel Valeh qızına qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxılıb və Günel Abıyeva ilə həyat yoldaşına məxsus bağ evinin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilib.

Yaşadıqları evin girov qoyulduğundan yalnız həmin vaxt xəbər tutan Vüqar Abıyev qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Ekspressbank”ASC-nin ona qarşı irəli sürdüyü iddia ərizəsindən cavabdeh qismində çıxarılmasını, ona məxsus olan bağ evinin ipotekaya qoyulmasına dair müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edib.

Buna qədərsə məhkəmədən bildiriş alan Günel Abıyeva Şirvan şəhər Məhkəməsinə müraciət edərək, onun adından tərtib edilən etibarnamənin saxta olduğunu bildirib. İmzasının saxtalaşdırılıb-saxtalaşdırılmadığını yoxlamaq məqsədilə ondan eksperimental xətt və imza nümunələri alınıb, həmin nümunələr yoxlanılıb və Günel Abıyevanın imzasının saxtalaşdırıldığı, eləcə də sənəd tərtib olunanda Vüqar Abıyevin ölkədə olmadığı öz təsdiqini tapıb. Adıçəkilən faktlar öz təsdiqini tapandan sonra iş Apellyasiya Məhkəməsinə verilib.

Şirvan Şəhər Məhkəməsinin ilk iclasında qərar Günel Abıyevanın xeyrinə çıxarılsa da, sonra bank həmin işi Apellyasiya Məhkəməsinə verib və bu dəfə qərar bankın xeyrinə çıxarılıb. Buna səbəb kimi isə Vüqar Abıyevlə bank arasında 03 sentyabr 2014-cü ildə bağlanan ipoteka müqaviləsi göstərilib.

Valeh Cahangirov iddiasına görə isə məsələ tamam başqa cür olub. Onun kürəkənini banka dəvət edib, sənəd imzalamalı olduğunu bildirəndə, səhlənkarlıq edərək, sənədi oxumayıb. Düşünüb ki, ona 2012-ci ildə kredit borcu götürmək üçün girov qoyduğu evin sənədlərini qaytarmaq məqsədilə tərtib edilən sənədə qol çəkdirirlər. Şikayətçi onu da qeyd etmişdi ki, həmin kredit borcu qızı və kürəkəni tərəfindən son qəpiyinədək ödənilib.

Beləcə, Valeh Cahangirovun sözlərinə görə, diqqətsizliyi ucbatından tələyə düşən Vüqar Abıyev imzasını əsas gətirərək, hakim Ziya Əliyev qərarı bankın xeyrinə verilib.

Vəziyyətin belə olduğunu görən Valeh Cahangirov məhkəməyə müraciət edərək qızının imzasının saxtalaşdıran məhkəmə iclaslarının heç birində iştirak etməyən notariusun məhkəməyə dəvət edilməsini (nə qədər absurd səslənsə də, hakim Ziya Əliyev dəfələrlə notariusun məhkəməyə çağırıldığını, amma onun bu çağırışlara məhəl qoymadığını söyləyib – müəl.) və rəsmi ekspertizanın rəyini tələb edib.

Valeh Cahangirovun tələbi ilə məhkəmə tərəfindən eksperimental xətt və imza nümunələri Bakıda bankın nümayəndəsinin iştirakı ilə xəttşünaslıq ekspertizası tərəfindən yoxlanılıb və imzanın həqiqətən saxtalaşdırıldığı bir daha təsdiq edilib. Buna baxmayaraq, bankın iddiası ilə təkrar ekspertiza keçirilib və yenidən imzanın Günel Abıyevaya məxsus olmadığı sübuta yetirilib.

Amma Şamil Abıyevin, notarius Daxil Kərimovun və “Ekspressbank” ASC-nin saxta müqaviləyə əsasən, kredit verilməsinə icazə verən hüquqşünasının, eləcə də kredit götürən şəxsin aylıq gəlirini yoxlamadan ona kredit verən bank əməkdaşlarının cinayət əməli sübuta yetirildiyi halda bu dəfə də hakim Ziya Əliyev növbəti məntiqsiz qərarı ilə həm Valeh Kərimovu, həm də Günel və Vüqar Abıyevi məyus edib. Hakim bildirib ki, iddia ərizəsi indi qəbul edilə bilməz, çünki iddiaçı 2014-cü ildə onun adından saxta ərizə tərtib edilməsi ilə bağlı məhkəməyə şikayət ünvanlamalı idi, indi isə artıq gecdir.

Məhkəmədən sonra Valeh Cahangirov vəziyyətə aydınlıq gətirmək üçün hakim Ziya Əliyevin qəbuluna düşüb və onunla söhbət edib. Ondan soruşub ki, bu cür ədalətsiz qərar verməkdə məqsədi nədir? Axı Şamil Abıyev məhkəmədə onun qızı Günel Abıyevanın Notarial kontorda olmadığını etiraf edib, üstəlik ekspertiza da imzanın saxta olduğunu təsdiqləyib. Ortada cinayət əməli var. Cinayətkarlar cəzalandırılmalıdır, o isə heç nədən xəbəri olmayan qızı ilə kürəkəninin evini əllərindən almaqla onları cəzalandırır.

Valeh Kərimov hakimə onu da bildirib ki, 50 min manat məbləğində pul Şamil Abıyev, notarius Daxil Kərimov və “Ekspressbank” ASC-i arasında bölüşdürülüb, bu gün həmin borc artıq 57 min manata çatıb. Bu işdə günahı olan tərəflər isə cəzasız qalıb. Əgər siz bu cinayət əməli ilə bağlı heç bir tədbir görməsəniz, mən bu məsələni ictimailəşdirəcəm və aidiyyatı qurumlardan kömək istəyəcəyəm. O zaman cinayət məsuliyyətinə cəlb olunan şəxslərin siyahısında sizin də adınız olacaq. Hakim isə cavabında ona söyləyib ki, işi böyütməyə dəyməz. Sadəcə Şamil Abıyevi kredit borcunu ödəməyə razı salmaq lazımdır ki, bu iş bağlansın.

Valeh Cahangirovun sözlərinə görə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət məktubları ilə müraciət edib, həmin qurumlardan adıçəkilən məsələyə aidiyyati qaydada baxılacağəna dair cavab da alıb, amma bu günədək qanunsuz əməl sahibləri ilə bağlı heç bir tədbir görülməyib.

Qanunsuz ipoteka sənədi ilə bankdan pul alan Şamil Abıyev evini, iki dükanını sataraq müflisləşdiyini və ayda sadəcə 50 manat ödəyə biləcəyini söyləyib. Bu vəziyyətdən cana doyan Vüqar Abıyevsə evdən çıxarılacağı təqdirdə özünü də, ailə üzvlərini də öldürəcəyini bildirib.

Bir ata kimi qızının, onun həyat yoldaşının və iki tələbə oğlunun taleyindən çox nigaran olan Valeh Cahangirov qəzetimiz vasitəsilə aidiyyatı qurumlara müraciət edərək xahiş etmişdi ki, bu işdə əli olan günahkarların haqlı cəzasını alsın, qızının ailəsi halal zəhmətlə qurulan yuvalarından didərgin salınmasın. Dərdli ata onu da vurğulamışdı ki, “qızıma və onun ailəsinə nəsə olsa, mən də həyatıma qəsd edəcəyəm. Çünki balamın, nəvələrimin yoxluğuna dözə bilmərəm”.

“Hürriyyət” qəzeti olaraq bu mürəkkəb məsələni diqqətdə saxlayır və aidiyyatı orqanlardan cavab gözləyirdik. Amma cavab əvəzinə Valeh Cahangirov təkrar redaksiyamıza gəldi və qızı Günel Abıyevanın tələbi ilə keçirilən təkar məhkəmə iclasında da hakim Ziya Əliyevin növbəti dəfə bankın xeyrinə qərar çıxardığını, qərarını isə Günel Abıyevanın ipoteka predmeti olan evdə qeydiyyatda olmaması ilə əsaslandırdığını bildirdi.

Hakimin bu ədalətsiz qərarından məyus olduğunu söyləyən V.Cahangirov səsini aidiyyatı orqanlara çatdırmağımız üçün yenə də bizdən kömək istədi.

Şikayətçini ən çox hiddətləndirən isə hakimin, “Şirvan şəhəri 1 saylı Notariat Kontorunun notariusu Kərimov Daxil Fazil oğluna məhkəməyə gəlməsi üçün 4 dəfə bildiriş göndərilsə də, notarius bir dəfə də olsun məhkəmə iclaslarında iştirak etməyib”,- sözləri olub.

Əli hər yerdən üzülən ata bu sözləri söylədi: “Mənim üçün maraqlıdır ki, hansı əsasla 2014-cü ildə “Expressbank”ın filial müdiri olan və qeyri-qanuni ipoteka əməliyyatını icra edən Kazımov Ziya Məhərrəm oğlu “Ekspressbank”ın Baş İdarəsinə problemli şöbənin rəisi təyin edilib?

Başımıza bu qədər iş açan Şirvan şəhəri 1 saylı Notariat Kontorunun notariusu Kərimov Daxil Fazil oğlu da bu gün Bakının Binəqədi rayonundakı notariat kontorlarından birində işləyir. Maraqlıdır ki, hansı xidmətlərinə görə bu adam paytaxta göndərilib?

Harda görülüb ki, cinayət tərkibli işlərdə əli olan şəxsləri işdən azad edib məsuliyyətə cəlb etmək əvəzinə əyalətdən paytaxta gətirib vəzifələrini böyütsünlər? Mən buna mat qalmışam.

Elə Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyevin hərəkətləri də məni çaş-baş qoyub. Cinayət törədənlər kənarda qalıb, arada mənim qızımın evi əldən gedir. Baxmayaraq ki, heç bir sənəd imzalamayıb, imzasının saxtalaşdırıldığı da rəsmi qaydada sübuta yetirilib.

Bəs indi mən nə edim, hara şikayət edibm? Bu qədər ədalətsizlik olmaz axı!”

İndi isə gəlin adıçəkilən qətnaməni incələyək.

(Ardı var)
Hurriyyet.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanın regiondakı siyasəti, beynəlxalq əlaqələri Ermənistanı küncə sıxıb" - deputat
Bu gün, 18:18
Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 18:13
Bu dəfə Azərbaycan Rusiyanı İŞIQSIZ QOYMADI
Bu gün, 18:09
Aidə Quliyevaya Prezidentin fərdi təqaüdü təyin olunub
Bu gün, 18:07
Bərdədə qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib
Bu gün, 17:58
"Bakcell" “DaimOnline” tarif paketləri ilə bağlı daha iki universitetdə aksiya keçirib
Bu gün, 17:56
“Polisin KİV-lə davranışı hiddət doğurur” - Erməni hüquq müdafiəçisi
Bu gün, 17:55
Elnarə Xəlilova təhlükə saçan konfetdən yazdı – Uşaqlarınızı qoruyun!
Bu gün, 17:52
Prezidentin mənzil verdiyi idmançıların SİYAHISI
Bu gün, 17:47
Ərdoğan FETÖ-çülərin maliyyə mənbəyini qurudur
Bu gün, 17:38
Kimlər gəldi, kimlər getdi- Prezidentin 2018-ci ildə işdən çıxardığı icra başçıları
Bu gün, 17:37
Salman oğlu jurnalisti mişarla doğratdı, 500 milyard dollarlıq şəhər planı batdı
Bu gün, 17:34
Putin Rusiyanın prezidenti olmaq istəmədiyin etiraf edib
Bu gün, 17:22
Azərbaycanda vəzifəli şəxsin saatı oğurlandı - 2 minlik
Bu gün, 17:21
ABŞ-ın Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlığı bu ölkədə gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır - deputat
Bu gün, 17:19
Nursultan Nazarbayev KTMT rəhbəri postuna Belarusdan olan namizədi dəstəkləyib
Bu gün, 17:17
Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraəti qüvvədə saxladı
Bu gün, 17:16
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:13
Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
Bu gün, 17:12
Vergilər Nazirliyinin yoxlamaların sayını azaltması nəzarətin zəifləməsi demək deyil - Departament rəhbəri
Bu gün, 17:10
NATO və Rusiya bu ölkədə ölüm-dirim savaşına çıxır
Bu gün, 16:05
“Ərzaq məhsullarının tədarükü və təchizatı” işi nədən axsayır... - İTTİHAM
Bu gün, 16:00
Prezident idmanın inkişafında xidmətləri olan şəxsləri təltif edib - SİYAHI
Bu gün, 15:58
Abşeronda neftlə çirklənmiş ərazilərin təmizlənməsinə xarici şirkətlər cəlb edilib
Bu gün, 15:56
Rusiya və Suriya qarşılıqlı hesablaşmalara milli valyutadan istifadəni müzakirə edir
Bu gün, 15:49
BDU-nun professoru vəfat etdi
Bu gün, 15:45
ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib
Bu gün, 15:43
"Könül yarası" serialının aktrisası çəkilişdə baş verən davadan danışdı
Bu gün, 15:42
Ermənistanda korrupsiya cinayətlərində böyük artım var
Bu gün, 15:34
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Bu gün, 15:34
Qar çovğunu Moskvanın hava nəqliyyatını iflic etdi
Bu gün, 15:32
"Bağdadın kor xəlifəsi..." - DGK sədri haqda daha bir ilginc iddia
Bu gün, 15:31
"Beynəlxalq ictimaiyyət kor olduğu üçün Ermənistandakı seçki saxtalaşdırılmasını görə bilmir" — İcra başçısı
Bu gün, 15:19
Qalmaqal yaradan icra başçısı... - CƏZALANACAQMI?
Bu gün, 15:14
Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü
Bu gün, 15:11
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilib - SƏBƏB
Bu gün, 15:10
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!
Bu gün, 15:07
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - Prezident İlham Əliyev
Bu gün, 15:05
Ermənistandakı parlament seçkilərinə Moskvadan ilk reaksiya gəldi - Putin yenə də təbrik etmədi
Bu gün, 13:14
Aparıcı Nanə daha da gözəlləşdi
Bu gün, 13:12
“Alkelik Group” büdcədən külli miqdarda oğruluq edib - Şirkətin daha bir sabiq əməkdaşı baş verən qanunsuzluqlardan şikayətçidir
Bu gün, 13:05
Xətai rayonunda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
Bu gün, 12:58
14 dekabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:52
Rusiya Ermənistana satdığı qazın qiymətini artıracaq
Bu gün, 12:47
İkinci Permyakov qalmaqalı - Moskva hərbçisini İrəvana vermir
Bu gün, 12:43
Rusiya Slovakiyanın diplomatını ölkədən qovub
Bu gün, 12:39
“Görsək ki, Ermənistan imitasiyası ilə məşğuldur, onda münaqişənin hərbi yolla həlli qaçılmaz olacaq” - deputat
Bu gün, 12:33
"Azərpoçt"un filialından seyf oğurlanıb - FOTO
Bu gün, 12:32
Bakının yeni "Şərq bazarı" belə olacaq - FOTO
Bu gün, 12:31
Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşına 11 il cəza istənildi - dələduzluq işi
Bu gün, 12:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru