"Rusiyalı hərbçi 102 saylı hərbi bazada saxlanılır" .....                     Deoutat tam küncə sıxışdırılıb .....                     “Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir” .....                     "Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" .....                     “Nar” tələbələr üçün yeni iş imkanları təklif edir .....                     İsrail ən güclü ZTR-lərinin görüntülərini yaydı .....                     Gömrükçüləri aldatmaq istəyən qadın vəzifəli şəxsin qızıdır .....                     Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb .....                     18 dekabrda gözlənilən hava şəraiti .....                     Azərbaycan neft məhsullarının ixracından gəlirini 65% artırıb .....                     "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" .....                     Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir .....                     Maşın almaq istəyənlər! .....                     "Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər" .....                     Qoca ilə birlikdə qaçan avtoritet: .....                     "Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır" .....                     Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru istintaqa cəlb olunub .....                     Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda .....                     Mübariz İbrahimovun atası oğlunu təhqir edən psixoloqa cavab verdi .....                     “Büdcəmizdə neftin qiymətinin 60 dollar götürülməsi riskdir” .....                     Güllə Vaqranyanın gözündən dəydi... .....                     Saakaşvili `sarı jilet` inqilabını Tiflisə daşımaq istəyir .....                     "Sosial mediada insani dəyərlərə və əxlaqa zidd məsələlər təbliğ olunur" .....                     Ağdam Rayon Polis Şöbəsinin bölmə rəisləri işdən çıxarılıblar .....                     Buralarda təhsil sistemi iflas edib... .....                     Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu... .....                     Ağac kəsən şəxs cəzalanıb .....                     Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində .....                     İcra başçısının müavininin oğlundan HARINLIQ .....                     Türkiyədə direktordan Mübarizlə bağlı addım .....                     General Levon Stepanyan Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yeritməsi haqda .....                     Lökbatanda 41 yaşlı kişi özünü asıb .....                     Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib .....                     İtkin düşmüş qadının öldürüldüyü məlum oldu .....                     Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb .....                     Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     2019-a keçən kövrək Qarabağ ümidləri: əsas gözlənti .....                     Masallıda evdə partlayışda xəsarət alan azyaşlılar dünyasını dəyişdi .....                     Rusiya möhtəşəm raketinin sınağına başlayır .....                 

“Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi” - Oqtay Qasımov
Tarix: 17-11-2018, 11:03 | Çap et
“Etibar Məmmədov baş nazir olmaqdan imtina etdi”
Milli-azadlıq hərəkatının 30-cu ildönümündə sabiq prezidentin köməkçisi Oqtay Qasımovla mübarizə tarixi, müstəqilliyin qazanılması və Elçibəy iqtidarı haqda söhbət...

Bu gün Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasından 30 il ötür. Önəmli tariximizin yubileyi ilə bağlı “Yeni Müsavat” həmin dövrdə hərəkatın fəal gənclərindən olan, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdan Azadlıq meydanında müsahibə götürüb. Həmin müsahibənin ikinci hissəsini təqdim edirik:

- Prezidentin köməkçisi olmaq göstərilən yüksək etimaddan irəli gəlir. Siz Elçibəyin yanında bu qədər etimadı necə qazanmışdınız? Bəyin ətrafında kifayət qədər inandığı adamlar var idi. Amma o, məhz sizi seçmişdi...

- Əbülfəz bəyin seçkiləri vaxtı Zəngilan rayonunun özünümüdafiə dəstəsində idim. Könüllü olaraq getmişdim. Sonradan Xalq Cəbhəsindən mənə tapşırıq gəldi ki, seçki məsələləri ilə məşğul olum. Seçki günü biz geri qayıdası olduq. Ondan sonrakı dövrdə Xalq Cəbhəsinin İnformasiya Mərkəzində işləyirdim. O zaman Niyazi İbrahimli mərkəzin rəhbəri idi. O, Prezident Aparatına gedəndən sonra Rauf Arifoğlu onun yerinə təyin olundu. Rauf bəylə İnformasiya Mərkəzində bir müddət işlədim. Mənə birinci dəfə dövlət vəzifəsində işləmək təklif olunmuşdu. Sadəcə, özüm bundan imtina etmişdim. Çünki informasiya mərkəzində çalışmağı daha çox istəyirdim. İkinci təklif bir ay sonra gəldi. Prezident Aparatına gedib Pənah Hüseynlə görüşdüm. Pənah bəy bildirdi ki, prezidentə köməkçi təyin olunmağınla bağlı belə bir təklif verilib, prezidentdən qərar gəlib ki, köməkçi olaraq işə başlamalısan. Pənah bəy hətta onu da dedi ki, gedib hazırlaş və iyulun 20-dən işə çıx. Köməkçi olmağım bu cür başladı. O zamanlar açığı bilmədim ki, hansı formada köməkçi olmağımla bağlı mənə etimad göstərildi. Mənə sadəcə Pənah bəyin dəvəti və Əbülfəz bəyin təyinatı ilə bağlı məlumat verildi. Köməkçi təyin olunana qədər Xalq Cəbhəsinin qərargahında ilyarım çalışmışdım. Xalq Cəbhəsinin qərargahında işləməyə başladığım gündən stajlı işçilərdən sayılırdım. O vaxt Əbülfəz bəy mənə dedi ki, köməkçi olmamı istəyir. Sadəcə, yuxarıda dediyim kimi informasiya mərkəzini seçdim. İnformasiya mərkəzini qurmaq və Sabit bəylə bu işlə məşğul olmaq istədiyimi dedim. Ara-sıra Əbülfəz bəyin özü də İnformasiya Mərkəzinə baş çəkirdi. Onun kabineti ikinci, bizimki isə üçüncü mərtəbədə idi. Bizim orada sutkalıq iş rejimində işlədiyimizi də bilirdi, yəni növbə əsasında orada gecə-gündüz işləyirdik. Görünür, bu məsələlər də Əbülfəz bəyin seçiminə təsir etmişdi.

- Hərəkat dövründə öndə gedənlər Azərbaycan ziyalıları idi. Sirr deyil ki, onların əksəriyyəti müxtəlif işlərdə çalışırdılar. Amma hər şeyi risk altına qoyub meydana gəlir, hətta çıxışlar edirdilər. O dövrün ziyalısı ilə indikini müqayisə etmək olarmı?

- Ola bilsin ki, o dövrün ziyalıları bir qədər cəsarətli görünə bilərlər. Amma məsələlər fərqlidir. O zaman Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi məsələsi gündəmdə idi, ölkəmiz müstəmləkədən qurtulmaq istəyirdi. Burada istər-istəməz qəlbində milli hissləri olan hər kəs proseslərdə iştirak etməyə çalışırdı. Amma bugünkü məsələ fərqlidir. Hazırda Azərbaycanda demokratiya, iqtisadi durum və digər belə məsələlərlə bağlı problemlər var. Milli-azadlıq hərəkatı dövründə Azərbaycan insanının mübarizəsi xaricə yönəlik idi. Bu gün belə deyil. İstənilən halda, mənə elə gəlir ki, o zamanın insanları daha aktiv şəkildə fikirlərini deyə bilirdilər.

“Nə deməyindən asılı olmayaraq Mütəllibov müstəqilliyimizin əleyhinə çıxan şəxs olub”

- Belə fikirlər hər zaman var ki, müstəqillik qazanmasaq Dağlıq Qarabağı itirməzdik. Doğrudur, belə fikirlər olduqca azdır. Siz necə düşünürsüz?

- Azərbaycan Dağlıq Qarabağı 1988-89-cu illərdə artıq itirmişdi. Doğrudur, orada sovet və Daxili Qoşunlar dayanırdı. Sovet rəhbərliyi orada xüsusi bir idarəetmə qurumu yaratmışdı. Əslində bunlar Dağlıq Qarabağı Azərbaycandan ayırmağa doğru aparan yollar idi. Qarabağ SSRİ dövründə artıq nəzarətimizdən çıxmışdı. Bu baxımdan belə fikirlər doğru ola bilməz. Azərbaycan dövlət və cəmiyyət olaraq bu proseslərə hazırlıqsız yaxalandı. Daxili siyasi intriqalar da burada az rol oynamadı. Deyərdim ki, buna şərait yaratdı. Azərbaycanın bir dövlət olaraq Dağlıq Qarabağı ölkə maraqları çərçivəsində həlli imkanı 1993-cü ilin yayında olub. Sənədlər ortadadır. Hər kəs istədiyi vaxt bununla maraqlana bilər. Həmin ilin mayının sonlarında 3+2 deyilən format var idi.

Amerika, Rusiya və Türkiyə Azərbaycanla Ermənistan arasında gedən danışıqların yekunu nəticəsində Kəlbəcərin və Kəlbəcərlə eyni vaxtda işğal olunmuş ərazilərin dərhal boşaldılması ilə bağlı BMT qətnaməsinin yerinə yetirilməsini qrafikini müəyyən etmişdi. Bu qrafikə görə iyun ayının 14-dən 30-a qədər Kəlbəcər boşaldılırdı. Ondan sonra payıza doğru saziş imzalanır və Dağlıq Qarabağın statusu müəyyən olunurdu. Təəssüf ki, Rusiya başda olmaqla xarici qüvvələrin əli ilə Azərbaycan bu imkanları itirdi. Surət Hüseynovun qiyamı nəticəsində xarici qüvvələrin buradakı kəşfiyyatları hərəkətə keçdi. Müstəqilliyi qazanmayıb, SSRİ-nin tərkibində qalsaydıq, çox sakit bir şəkildə Dağlıq Qarabağı alıb ermənilərə verərdilər. Əslində bu proseslər gedirdi. Bunu müstəqillik mübarizəsi ilə əlaqələndirmək doğru deyil.

- Xalq hərəkatının öndə gedənlərinin əksəriyyəti hazırda müxalif düşərgədə təmsil olunurlar. Maraqlıdır ki, əvvəlki illər kimi bu il də müxalif qüvvələr Milli Dirçəliş Gününü parçalanmış şəkildə qeyd edirlər. 15 noyabrda bir tədbir keçirildi. 17 noyabrda da bir tədbir olacaq. 30 illik yubileydə ürəkağrıdıcı mənzərə deyilmi?

- Ölkəmizdə ürəkağrıdıcı mənzərələr çoxdur. Bu da cəmiyyət daxilində bölünmüş, inamsızlıq duyğularının artmasından doğan hallardır. Bir də uzun dövrün bir uğursuzluq zolağı var. Bunun da təsiri az deyil. Belə hallar heç bir şəkildə xoş deyil. Bu reallıqlarla barışmağa məcburuq.

- “Azadlıq hərəkatını mən başlatmışam”, “müstəqilliyi mən qazanmışam” kimi iddialar meydan hərəkatının liderlərinin bəzilərinin dilindən səslənməsi 17 noyabrın tarixi mahiyyətinə kölgə salmırmı?

- Belə düşünmürəm. Tarix hər şeyi yerinə qoyacaq. Zaman da hər kəsi haqq etdiyi yerinə qoyur. Tarix də bunları yazır. Bu baxımdan kimin hərəkatda öndə getdiyi və digər bu kimi fikirləri dilə gətirmək lazım deyil. Müəyyən qruplar, şəxslər var idi və onların fəaliyyəti nəticəsində cəmiyyət bu meydana axın etdi. Orada Oqtaya, Cavanşirə və başqasına inamdan daha çox Azərbaycanın ümummilli probleminə baxış məsələsi var idi. İnsanlar bunun üçün gəlmişdilər. O zaman meydana kimsə bu və ya digər şəxsə görə gəlmirdi. Çünki Azərbaycan cəmiyyəti hələ o insanları tanımırdı. Deyək ki, Əbülfəz Elçibəy akademiya sistemində işləyirdi. Ondan qabaq universitetdə müəllim işləmişdi. Bu baxımdan onu xeyli sayda tanıyan insanlar var idi. Müəyyən qədər aktiv olan, milli düşüncəyə sahib insanlar Əbülfəz bəy barədə məlumatlı idilər. Amma Nemət Pənahlı 1988-ci ildə ortaya çıxmış bir şəxsdir. Sabir Rüstəmxanlı meydan hərəkatının əsas aparıcılarından biri idi. Meydana qədər o yazdığı əsərləri, çıxışları ilə cəmiyyətdə özünə müəyyən qədər nüfuz qazanmışdı. Rəhmətlik Bəxtiyar Vahabzadə bu meydanda dəfələrlə çıxış edib. O da hərəkata qədər artıq “Gülüstan” poeması ilə məşhur idi. Azərbaycanın 70-ci illər gəncliyinin əhəmiyyətli bir hissəsi “Gülüstan”ı oxuyub milli şüurunda müəyyən dəyişiklik etmişdi. O baxımdan hərəkatı 1-2 nəfərin ayağına bağlamaq doğru deyil. Bu bir xalq hərəkatı idi və bunun əsas aktyoru xalq idi. Sadəcə hərəkatın önündə gedənlər var idi. Bəzi məqamlarda önə çıxanlar və arxa planda duranlar var idi. Meydan Nümayiş Komitəsi tərəfindən idarə olunurdu.

- Ayaz Mütəllibovun dövründə Elçibəy komandası daha vahid bir şəkildə idi. Siz necə düşünürsüz, Əbülfəz bəyin prezident olması həmin komandanı parçalamadımı?

- Belə düşünmürəm. Orada məsələ fərqli idi. Ayaz Mütəllibov Rusiyanın buradakı qubernatoru idi. Nə deməyindən asılı olmayaraq, Ayaz Mütəllibov müstəqilliyimizin əleyhinə çıxan şəxs olub. Bunu unutmamışıq. 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda onun mövqeyi bəlli idi. O, açıq şəkildə cəmiyyətə təzyiqlər edirdi. Hətta o zaman “Demokratik blok”un deputatlarının bir qismi aclıq belə etmişdilər. Onları zorla parlamentin binasından çıxarmışdılar. Deputatlar da aclığı Xalq Cəbhəsinin qərargahında davam etdirmişdilər. Nə Qarabağ, nə ordumuzun qurulması məsələsində, nə də müstəqilliyimizlə bağlı real addımlar atılmadığı üçün xalq hərəkatı təkidlə davam edirdi. Ayaz Mütəllibovun siyasəti, fəaliyyəti kökündən yanlış idi. Hərəkatın aparıcı insanlarının əksəriyyəti Xalq Cəbhəsində birləşdiyi üçün əsas güc mərkəzi bura idi. Elçibəy çıxışlarında hər zaman deyirdi ki, Xalq Cəbhəsi bir hərəkatdır, hərəkat artıq partiyalara çevrilməli, çoxpartiyalı sistem yaradılmalıdır. Elçibəyin hakimiyyətə gəlməsi komandanı parçalamadı, sadəcə partiyalaşmaya stimul verdi. Hər kəs özlərinə uyğun şəxslərlə partiyalar qurub fəaliyyət göstərməyə başladılar. Nə dərəcədə istəklərinə çatıb-çatmadıqları başqa bir mövzudur.

- Hərəkatın öndə gedən isimləri var idi ki, AXC hakimiyyəti dövründə kənarda qaldılar. Onlardan əsas diqqətçəkəni AMİP lideri Etibar Məmmədovdur. Digərlərinin də adını çəkə bilərik. Haradasa bu həmin şəxslərə qarşı bir haqsızlıq deyildimi?

- Xeyr, belə olmayıb. Nemət Pənahlı 1989-cu ildə Xalq Cəbhəsindən aralanmışdı. Məhəmməd Hatəmi ümumiyyətlə, Xalq Cəbhəsinin üzvü olmayıb. Onlar Elçibəy hökumətinə müxalif olublar. Etibar Məmmədovla bağlı məsələ tamam fərqlidir. O, 1992-ci ildə artıq ana müxalifətin lideri idi. Yetəri qədər gücü olan partiyası var idi. Etibar Məmmədova hakimiyyətdə təmsil olunmaq üçün bir neçə dəfə təkliflər verilib. Sadəcə olaraq bəzi prinsipial məsələlərdə razılıq əldə olunmadığı üçün təkliflər həyata keçməyib. Ona olan təkliflər həm Xalq Cəbhəsi hakimiyyətə gələndə, həm də 1993-cü ilin iyun hadisələri vaxtı olub. Etibar Məmmədova konkret baş nazirlik təklif olunub. Onu heç kəs kənarda qoymayıb.

- Siz demək istədiniz ki, AXC hakimiyyətinin baş naziri əslində Etibar Məmmədov olmalı idi...

- Onun özü vəzifədən imtina etdi. O, xalqın seçdiyi prezidentin səlahiyyətlərinin mühüm bir hissəsinin baş nazirə verilməsini istəyirdi. Xüsusilə güc strukturlarının ona verilməsini tələb edirdi. Buna heç bir şəxs, o cümlədən Əbülfəz bəy razı olmazdı. Amma 1993-cü ildə vəziyyət tamam fərqli idi. AXC hakimiyyətin Surət Hüseynov kimi qiyam qaldıran bir şəxsin əlinə keçməyindənsə, siyasi müxalifətin əlinə keçməsini istədi. O müxalifətin də lideri Etibar Məmmədov idi. Bu istiqamətdə danışıqlar aparılsa da, təəssüflər olsun ki, bu baş tutmadı.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiyalı hərbçi 102 saylı hərbi bazada saxlanılır"
Bu gün, 13:43
Deoutat tam küncə sıxışdırılıb - İTTİHAM
Bu gün, 13:41
“Azərbaycan hökuməti bütün kompensasiyaları vaxtında ödəyir” - Prezident Administrasiyasının rəsmisi
Bu gün, 13:30
"Baytarlıq xidmətinin əməkdaşı nazirin adından istifadə edib rüşvət yığır" - QALMAQAL
Bu gün, 13:28
Ayselin "Maşın Şou"dan çıxacağı öncədən planlaşdırılıbmış - FOTO
Bu gün, 13:24
“Nar” tələbələr üçün yeni iş imkanları təklif edir
Bu gün, 13:13
Putin Rusiyada reperləri nəzarətə götürür
Bu gün, 13:09
İsrail ən güclü ZTR-lərinin görüntülərini yaydı - VİDEO
Bu gün, 13:05
Gömrükçüləri aldatmaq istəyən qadın vəzifəli şəxsin qızıdır - VİDEO
Bu gün, 13:02
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox azalıb
Bu gün, 13:00
18 dekabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:59
Azərbaycan neft məhsullarının ixracından gəlirini 65% artırıb
Bu gün, 12:58
"Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq" - 6.5 milyon manatlıq məhkəmə qalmaqalı
Bu gün, 12:56
"Sənə erməni qanı bəxş edən anan..." - Məşhurlardan Nərminə ÇOX SƏRT REAKSİYALAR
Bu gün, 12:45
Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir - Vüqar Səfərli
Bu gün, 12:37
Maşın almaq istəyənlər! - Bu maşınların qiyməti artacaq
Bu gün, 12:34
"Avropalılar gəlib Azərbaycan polisindən nümunə götürməlidirlər" - deputat
Bu gün, 12:33
Qoca ilə birlikdə qaçan avtoritet: - Peşmanam…
Bu gün, 12:31
"Dini radikal cərəyanların Azərbaycana ayaq açmaması üçün qanunu sərtləşdirmək lazımdır" - Əflatun Amaşov
Bu gün, 12:14
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru istintaqa cəlb olunub
Bu gün, 12:13
Sabir Rüstəmxanlı müğənniyə ev bağışlayıb?
Bu gün, 12:08
"Öləndə dişlərini də yanında basdırdıq" - Nail həyat yoldaşı haqda
Bu gün, 12:06
Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda - Lukaşenko
Bu gün, 11:58
Mübariz İbrahimovun atası oğlunu təhqir edən psixoloqa cavab verdi - "Nəyi gözləyirik?"
Bu gün, 11:57
“Büdcəmizdə neftin qiymətinin 60 dollar götürülməsi riskdir”
Bu gün, 11:53
Güllə Vaqranyanın gözündən dəydi... - İŞĞALÇI QÜVVƏLƏRDƏ DAHA BİR İNSİDENT
Bu gün, 11:47
Saakaşvili `sarı jilet` inqilabını Tiflisə daşımaq istəyir
Bu gün, 11:44
"Oğlumdan sonra..." - Zöhrə Abdullayeva
Bu gün, 11:43
"Sosial mediada insani dəyərlərə və əxlaqa zidd məsələlər təbliğ olunur" - Komitə sədri
Bu gün, 11:39
Ağdam Rayon Polis Şöbəsinin bölmə rəisləri işdən çıxarılıblar
Bu gün, 11:38
Buralarda təhsil sistemi iflas edib... - İTTİHAM
Bu gün, 11:37
Narkomaniyaya qarşı mübarizədə QHT-lərin rolu...
Bu gün, 11:31
Ağac kəsən şəxs cəzalanıb
Bu gün, 11:30
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
Bu gün, 11:19
İcra başçısının müavininin oğlundan HARINLIQ - Belə deyirlər...
Bu gün, 11:17
Türkiyədə direktordan Mübarizlə bağlı addım - FOTO
Bu gün, 11:15
General Levon Stepanyan Azərbaycanın sərhəd qoşunlarını təmas xəttinə yeritməsi haqda - “MƏN ONLARIN MƏQSƏDİNİ ANLAMIRAM...”
Bu gün, 11:13
Lökbatanda 41 yaşlı kişi özünü asıb
Bu gün, 11:11
Deputat radarlarla bağlı cərimələrin ləğv edilməsini təklif edib
Bu gün, 11:10
İtkin düşmüş qadının öldürüldüyü məlum oldu
Bu gün, 11:09
"Məni soyundura-soyundura deputat edəcəklər" - Afaq Aslan
Bu gün, 11:04
Partlayıcı oyuncaqlar və pirotexniki vasitələr götürülüb
Bu gün, 10:58
Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 10:56
Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 10:55
2019-a keçən kövrək Qarabağ ümidləri: əsas gözlənti - TƏHLİL
Bu gün, 10:50
Masallıda evdə partlayışda xəsarət alan azyaşlılar dünyasını dəyişdi
Bu gün, 10:45
“Cavan” TV-də kütləvi istefa
Bu gün, 10:44
Rusiya möhtəşəm raketinin sınağına başlayır
Bu gün, 10:40
Türkiyəli aktyorlardan Mübarizin təhqirinə reaksiya - VİDEO
Bu gün, 10:38
Sudan prezidenti Bəşər Əsədlə görüşüb - FOTO
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru