“Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“ .....                     Gəncədə 17 yaşlı qız itkin düşdü .....                     Azərbaycanda oğlanlardan rüsvayçı hərəkət: kollektiv şəkildə... .....                     Daha bir 160 saylı avtobus dəmir yolunda qəzadan son anda qurtulub .....                     Türkiyəli millət vəkili vəfat etdi .....                     Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb .....                     "Kamranın zədəsinin nə dərəcədə ciddi olması haqqına məlumatsızam" .....                     Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edib .....                     Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular .....                     ABŞ ordusunda ciddi problemlər var .....                     ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb .....                     Rusiya ilə böyük müharibə başlayacaq .....                     "“Ekspressbank”ın saxta müqaviləyə əsasən..." .....                     ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf .....                     Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır .....                     Alman kəşfiyyatının rəhbərliyinə türk gətirilir? .....                     Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı .....                     "FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var" .....                     "Cəmi 3 gün vaxtımız qalıb" .....                     Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu .....                     Belarusdan Paşinyana sərt cavab: .....                     Azərbayacana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı .....                     Bakıda məşhur “avtoş” öldürüldü .....                     Qırğızıstanda prokuror qətlə yetirilib .....                     Türkiyə S-400-dən bu halda geri çəkilə bilər .....                     "Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram" .....                     Viktor Yanukoviç təcili xəstəxanaya çatdırıldı .....                     "2:0 hesabı ilə öndə olduğumuz üçün risk etmək istəmirdik" .....                     100 minlik rüşvət skandalı… .....                     Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq .....                     Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... .....                     ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir .....                     Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq .....                     "Gələn il Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq rəsmiləşəcək" .....                     "Prezidentin Belarusa səfəri iki ölkə arasındandakı əlaqələrin inkişafına ciddi təkan verəcək" .....                     Azərbaycanda DƏHŞƏT: .....                     ““Hafka” dövlətin 47 maşınını aparıb Naxçıvanda gizlədib” .....                     Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur .....                 

Bakının işğalçıya qarşı “qamçı və kökə” taktikası - Hərb maşınımız güclənir
Tarix: 8-11-2018, 09:08 | Çap et
Bakının işğalçıya qarşı “qamçı və kökə” taktikası
Azərbaycanda HP tipli, 7.62 kalibrə malik hücum təyinatlı pulemyotların seriya istehsalına başlanılıb. “Yeni Müsavat”ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yeni atıcı silahların istehsalı müdafiə sənayesinin müəssisəsində qurulub.

“HP-7.62" pulemyotları döyüş zamanı düşmənin canlı qüvvəsini yaxın məsafədən məhv eləmək, həmçinin rəqibin atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. Yerli istehsallı bu silah növünün nümunəsi sentyabrda Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilmişdi.

*****

Beləcə, Azərbaycan özünün hərbi-sənaye kompleksini gücləndirmək yönündə daha bir mühüm addım atıb. Bütövlükdə diqqətçəkicidir ki, xüsusən də son illər ölkəmizdə həm hərbi zavodların sayı, o sırada birgə hərbi müəssisələrin sayı artır, həm də Azərbaycan öz hərbi parkını daha da modernləşdirmək üçün qardaş Türkiyə, İsrail, Belarus və digər dost-tərəfdaş ölkələrlə hərbi-texniki əməkdaşlığı genişləndirir. Düşmənin qorxulu röyasına çevrilmiş Pilotsuz Uçan Aparatların (PUA) istehsalı da o qəbildəndir.

Bütün bu pozitiv gəlişmələr, hərbi istehsalla bağlı uğurlar, Azərbaycanın xarici silahlardan azalmaqda olan asılılığı sözsüz ki, işğalçı Ermənistan üzərində ölkəmizin hərbi üstünlüyünü daha da artırır. Eyni zamanda bunlar iqtisadi böhran vəziyyətində olan düşmən tərəfə aydın mesajdır ki, Azərbaycanla birbaşa hərbi toqquşmadan o, məğlub qismində ayrılmağa məhkumdur. Ötən ay Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Çexiyaya, onun müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Nəcməddin Sadıkovun isə İsrailə çoxgünlük səfərləri də İrəvana özünəməxsus xəbərdarlıq mesajları idi.

*****

Bakı eyni zamanda Dağlıq Qarabağ konfliktinin dinc yolla həlli siyasətinə sadiqdir. Ona görə yox ki, biz savaşdan ehtiyat edirik. Vurğulandığı kimi, Azərbaycan Ermənistan üzərində yetərli hərbi üstünlüyə malikdir. Sadəcə, ölkəmiz məsələdə sırf humanizm prinsiplərini əsas götürür, hər iki tərəfdən gənc insanların, əsgər-zabitlərin, gələcək ailə başçılarının ölümünü arzulamır.

Humanizmdən söz düşmüşkən, az öncə Azərbaycan düşmən tərəfə əsirləri “hamının hamıya” prinsipi ilə dəyişməyi təklif edib. Ancaq Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin bu təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını bildirib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə bildirilir ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib. Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BQXK həmsədrlərinin diqqətinə çatdırıb. Qarşı tərəfdən isə Bakının bu xoşməramlı çağırışına hələ ki pozitiv reaksiya yoxdur.

*****

Bundan əlavə, ay yarım öncə Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyan arasında həm atəşkəs, həm də operativ əlaqə ilə bağlı şifahi anlaşma əldə olunub ki, bu da təmas xəttində gərginliyi azaldıb. Əslində bu da Bakının İrəvana pozitiv jestidir ki, işğalçı ölkədə növbədənkənar seçkilər yekunlaşa bilsin.

Yeri dəlmişkən, təmas xəttində gərginliyin azaldığını qarşı tərəf etiraf edir.

“Azərbaycan və erməni tərəfləri ön cəbhədə baş verənlərlə bağlı bir-birini məlumatlandırır”. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunu nazir əvəzi David Tonoyan deyib. Onun sözlərinə görə, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfi ilə lazım olan anda birbaşa telefon əlaqəsi saxlayır.

Tonoyan bildirib ki, Düşənbə görüşündən sonra cəbhə xəttində gərginlik həqiqətən azalıb. “İki ölkənin müdafiə nazirlikləri arasında artıq birbaşa telefon əlaqəsi mövcuddur. Lakin bu, nazirlər səviyyəsində yox, müvafiq vəzifəli şəxslər səviyyəsindədir. Əlaqə ikitərəfli rejimdə işləyir”, - deyə Tonoyan qeyd edib. Ancaq onun sözlərinə görə, hələ ki İlham Əliyevlə Paşinyan arasında birbaşa telefon əlaqəsi olmayıb.

Bakının xoşməramlı davranışı öz yerində, qarşı tərəfin buna adekvat reaksiyası hələ ki gözə dəymir. Elə Nikol Paşinyan işğal altındakı Qarabağa təzəcə başa çatan çoxgünlük qanunsuz səfəri, səfər çərçivəsində onun səngərdə erməni əsgərləri və Ermənistanın güc strukturlarının rəhbərləri ilə şelfi çəkərək, altından “Bu - bizik, Ermənistan ordusu” yazması da az şey demir.

Üstəlik, Paşinyan Qarabağdan gedən kimi işğalçı qüvvələrin ərazimizdə növbəti hərbi təlimi başlayıb. Erməni mənbələrinin məlumatına görə, noyabrın 10-dək davam edəcək qanunsuz təlimlərdə əsas məqsəd Ermənistanın işğal bölgəsində dislokasiya edilmiş birliklərinin döyüş qabiliyyətini artırmaqdır...

*****

Bakının xoşməramlı siqnallarına düşmən tərəfin reaksiyası bundan ibarətdir. Odur ki, Azərbaycan Ermənistana qarşı “qamçı və kökə” siyasətini davam etdirmək zorundadır. Yəni həm işğalçı ölkəyə qarşı sərt blokada siyasəti və hərbi quruculuq işlərinə davam edəcək, həm də ona xoşməramlı siqnallar göndəriləcək, humanizm jestləri ediləcək.

Sözsüz ki, başlıca hədəfimiz torpaqlarımızı dinc yolla, bu, mümkün olmazsa, silah gücünə azad eləməkdir. Azərbaycan öz hərb maşınını, yerli hərbi sənaye kompleksini ən əvvəl buna görə daima gücləndirir. Silahları da vitrinə qoymaq üçün almırıq və ya istehsal eləmirik. Bu xüsusda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdamdakı son görüşdə ümid etdiyini bildirib ki, “Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək öz işğalçı qüvvələrini tezliklə torpaqlarımızdan çıxaracaq, əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq”...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bako Saakyanın səfəri rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsində mövqeyini dəyişə bilməz“ - Fransalı ekspert
Dünən, 12:03
Tatlısəsi azərbaycanlı həkim sağaltdı
Dünən, 11:50
Gəncədə 17 yaşlı qız itkin düşdü
Dünən, 11:46
Azərbaycanda oğlanlardan rüsvayçı hərəkət: kollektiv şəkildə... - TƏFƏRRÜAT
Dünən, 11:45
Daha bir 160 saylı avtobus dəmir yolunda qəzadan son anda qurtulub - RƏSMİ
Dünən, 11:43
Türkiyəli millət vəkili vəfat etdi
Dünən, 11:40
Balakəndə 39 yaşlı kişi borca görə bıçaqlanıb
Dünən, 11:36
"Kamranın zədəsinin nə dərəcədə ciddi olması haqqına məlumatsızam"
Dünən, 11:35
Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edib - FOTO
Dünən, 11:33
Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən tərtərli məktəblilər səfərlərini uğurla başa vurdular - FOTO
Dünən, 11:29
ABŞ ordusunda ciddi problemlər var
Dünən, 11:24
ABŞ-da İkinci Dünya Müharibəsi dövründən qalan təyyarə qəzasında 2 nəfər ölüb
Dünən, 11:21
Rusiya ilə böyük müharibə başlayacaq - Romanenko
Dünən, 11:17
"“Ekspressbank”ın saxta müqaviləyə əsasən..." - GİLEY
Dünən, 11:14
Rauf Məmmədovun toyu oldu
Dünən, 11:07
ABŞ-ın 40 illik oyunu və FETÖ ilə başlayan böyük hədəf
Dünən, 11:04
Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı hüquqi prosedur işə salınmalıdır - deputat
Dünən, 11:01
Alman kəşfiyyatının rəhbərliyinə türk gətirilir?
Dünən, 10:59
"Əlimdə imkan olsaydı Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım"
Dünən, 10:58
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Dünən, 10:56
"FETÖ təhlükəsinin bu gün ayaqda durmasının Azərbaycana da Türkiyə qədər zərəri var"
Dünən, 10:55
“Bizim sevgimiz də, nifrətimiz də, dostluğumuz da, düşmənliyimiz də kişi kimi olub”
Dünən, 10:41
"Cəmi 3 gün vaxtımız qalıb"
Dünən, 10:38
Əhməd Əhmədovun qardaşının nədə ittiham edildiyi məlum oldu – Kürdəxanıda saxlanılır
Dünən, 10:36
Belarusdan Paşinyana sərt cavab: - “Deyəsən, bu adam...”
Dünən, 10:34
Azərbayacana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - nəzarət altında olacaq
Dünən, 10:28
Bakıda məşhur “avtoş” öldürüldü – 012 - VİDEO
Dünən, 10:25
Qırğızıstanda prokuror qətlə yetirilib
Dünən, 10:24
Türkiyə S-400-dən bu halda geri çəkilə bilər - TƏHLİL
Dünən, 10:20
"Mən bunu öz partiyadaşına qarşı səhv hərəkət sayıram" - Keçmiş başçı Abel Məhərrəmovu müdafiə etdi
Dünən, 10:19
Viktor Yanukoviç təcili xəstəxanaya çatdırıldı
Dünən, 10:16
"2:0 hesabı ilə öndə olduğumuz üçün risk etmək istəmirdik"
Dünən, 10:14
100 minlik rüşvət skandalı… - İTTİHAM
Dünən, 10:13
Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq - 2 maddə ilə ittiham olunur
Dünən, 10:09
Füzuli məktəbliləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında... - FOTOLAR
Dünən, 10:05
ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir - Sabiq kansler
Dünən, 09:58
Qaradağda idman edərkən köməksiz qalan şəxs xilas edilib
Dünən, 09:58
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 09:56
ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq
Dünən, 09:54
"Gələn il Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq rəsmiləşəcək"
17-11-2018, 15:12
"Heç olmasa dərman pulumu versin" - Nailə Mirməmmədli
17-11-2018, 15:00
"Prezidentin Belarusa səfəri iki ölkə arasındandakı əlaqələrin inkişafına ciddi təkan verəcək" - PA rəsmisi
17-11-2018, 14:51
Azərbaycanda DƏHŞƏT: - Ana yeni doğduğu körpəsini öldürdü
17-11-2018, 14:50
““Hafka” dövlətin 47 maşınını aparıb Naxçıvanda gizlədib” - Cavid Qurbanov keçmiş şəriklərindən 42 milyon tələb edir
17-11-2018, 14:49
Dünya Kubokunun Bakıda keçirilməsi Azərbaycan gimnastlarının üzərinə əlavə məsuliyyət qoyur
17-11-2018, 14:42
"Daha çox əməkdaşa ehtiyacımız var" - DİM sədri
17-11-2018, 11:27
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib
17-11-2018, 11:24
Sevgi təklifləri alan Renka: - “Kişinin vacib olan “vidi” deyil…”
17-11-2018, 11:19
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində faktaraşdırıcı missiyasının həyata keçirilməsinə imkan vermir" - Hikmət Hacıyev
17-11-2018, 11:15
Prezident dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi yubiley medalı haqqında əsasnaməni təsdiqləyib
17-11-2018, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru