"İran masa arxasına oturmayınca, ABŞ sanksiyaları davam etdirəcək" .....                     “Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb .....                     Azərbaycanda 16 nəfər icra və probasiya məmuru intizam məsuliyyətinə cəlb edilib .....                     Beyləqanın icra başçısı yola getmədiyi müavini ilə yollarını ayırdı... .....                     Azərbaycan Prezidenti Vladimir Zelenskini .....                     Quduz itlər öldürülsün .....                     "İtə verilən yeməyi bizə versinlər, biz yeyək də, acından günorta dururuq" .....                     PKK ermənilərdən ibarət yeni terror qrupu yaratdı .....                     Qadın bacısının ərindən uşaq dünyaya gətirdi .....                     Azərbaycanlı tələbələr Polşadan deportasiya olunub .....                     Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir .....                     Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb .....                     İqbal Ağazadə müxalifət lideri olmaq .....                     Kompensasiyanı ilk onlar aldı .....                     Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişikliklər edilib .....                     Hüseyn xəstəxanada niyə 40 gün saxlanılmır? .....                     “Standard Insurance” Sığorta Şirkətinin rəhbərliyi dəyişib .....                     Sabah dollar neçəyə olacaq? .....                     ADU-nun Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib .....                     “Avropa Komissiyasının strukturlarında görüşlərimiz Milli Şurada qıcıq doğurdu” .....                     Vladimir Zelenskinin andiçmə mərasiminin ilkin tarixi açıqlanıb .....                     Deputatın ikili vətəndaşlığı üzə çıxdı: .....                     Xırdalanda 72 yaşlı kişinin meyiti tapılıb .....                     Hesablama Palatasının əməkdaşları beynəlxalq forumda iştirak edib .....                     Azərbaycanda 9 hakim barəsində araşdırma aparılır .....                     Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı .....                     Qazaxda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb .....                     “Avropa ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək” .....                     “Formula 1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib .....                     Bakıda orta məktəbdən oğurluq olub .....                     Arvadını oğlunun gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayıb .....                     Azərbaycan Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmaları 16,5% artıb .....                     Bu ali təhsil ocaqları bağlana bilər... .....                     Bu məmurun da adı "MTN işi"ndə hallanır... .....                     İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17% artıb .....                     Səhiyyə Nazirliyi heyvan dişləmələri ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycanda məhkəmə hakimi tərəfləri "Barışıq skamyası"nda oturdaraq barışdırıb .....                     Ukraynada Poroşenkonu dəstəkləyən yeganə regionun rəhbəri istefaya gedib .....                     Bu 4 restoran bağlana bilər .....                     "Məktəblərin ətrafında sahibsiz itlərin sayı çoxalıb" .....                 

Türkmənistan FETÖ-nun “tor”una necə düşdü?
Tarix: 23-10-2018, 18:07 | Çap et
Türkmənistan FETÖ-nun “tor”una necə düşdü?
Rəsmi Aşqabad ya Türkiyə ilə getdiyi yoldan çıxmamalı, ya da FETÖ ilə onun ABŞ-dakı hamilərinin artan iştahlarını təmin etməlidir.

Müəyyən müddətdən sonra tarixin yaddaşına köçən təriqətlər bütün dönəmlərdə əksər rejimlərin hərəkətverici qüvvəsi kimi çıxış edib və onların mövcudluğu, o cümlədən, xüsusi missiyaları haqqında söhbətlər hələ də səngimir. Belə olub, indi belədir və belə də olacaq…

Fərqli eksperimentlərin spektrində seçilmək ehtirası onları keçmişdən bu günə qədər yaradıcılığa sövq edir. Kimlərinsə yaradıcılığı kreativ, kimlərdəsə primitiv olsa da, onlar öz imkanlarının genişliyinə yersiz aludə olanların və həmin kütlələrin “peyğəmbər”lərinin “təbii qüdrətləri” olaraq, inadla böyüyürlər.

Bu çərçivədə artıq bir neçə onillikdir ki, postsovet məkanında (və ondan kənarda), çoxdandır, Amerikada yaşayaraq öz ölkəsi üçün qeyri-adi gələcək “quran” Fətullah Gülənin yaratdığı “məhsul”un təkrarsızlığı barədə ağılar səslənməkdədir. Onun təriqəti Türkiyədə çoxdan qadağan olunsa da, FETÖ-ya heç Amerikada da rahat hərəkət etməyə imkan vermirlər. Ancaq onu orada saxlayırlar, göz bəbəyi kimi qoruyurlar. Xırda məsələ olsa da, məmnunluq doğurur.

Məlumatlara əsasən, Gülən bu illər ərzində öz təriqətinin toxumunu 140 ölkəyə “səpib”, onun həmin dövlətlərdə qurduğu məktəblərin sayı isə 1400 civarındadır. Çox deyil, yəni hər ölkəyə orta hesabla cəmi 10 məktəb düşsə də, bu, o qədər də az deyil.

İş elə gətirib ki, Türkiyənin mövcud prezidenti artıq ABŞ rəhbərliyinə sərf etmir və onu daha sözəbaxan, ambisiyasız siyasətçi ilə əvəzləməyi qərara alıblar. Amerikanların seçim variantları olmadığına görə onlar onilliklər boyunca Türkiyə üçün iqtisadi, maliyyə, intellektual və siyasi elita hazırlığı ilə məşğul olmuş Gülənin imkanlarından yararlanmalı oldular.

Belə alındı ki, sürgündəki “hocaəfəndi” ABŞ-a Türkiyənin qanuni prezidentindən daha sərfəli oldu. Ancaq bu “faydalılığın” hansı ölçü vahidi əsasında müəyyən edildiyini təsəvvür etmək asan deyil. Aydın olan budur ki, belə bir “ölçü vahidi” var və o, heç də Rəcəb Tayyib Ərdoğanın xeyrinə deyil.

Ərdoğanın devrilməsi üçün böyük zəhmətlə hazırlanmış 15 iyul çevriliş planı iflasa uğradı. Qiyamın təşkilatçıları bundan sonra tələm-tələsik qonşu ölkələrə qaçdılar, onlardan bəziləri isə xilas yolunu ABŞ-ın Türkiyədəki hərbi bazalarında gizlənməkdə gördülər.

Kənardan belə görünə bilər ki, ABŞ-a daha nə lazımdır? Axı Türkiyə də NATO-nun üzvüdür, yeni silahlar alır, yalnız qorxutmaqla kifayətlənmir, hətta blokun rəqiblərinə qarşı döyüşə də bilir… Amma yox… Gah Ərdoğanın “kürd siyasəti” doğru sayılmadı, gah Türkiyənin Rusiya ilə yaxınlaşması, gah da müstəqil siyasət yürüdərək, bundan fayda götürməsi… Artıq lisey və universitetlərdən başqa elə bir dərdi qalmayan Gülən isə başqa məsələdir.

Bəzi ölkələrdə FETÖ-nun təhlükəli olması barədə daha əvvəldən müəyyən rəy yaranmışdı. Türkiyə hakimiyyəti ilə Gülənçilərin açıq qarşıdurması isə bir çoxlarının tərəddüdlərinə son qoydu.

Asiyanın bəzi ölkələrində dərk etməyə başladılar ki, oradakı müəyyən təhsil müəssisələri Türk adını daşısalar da, əslində, onların rəsmi Ankaraya heç bir aidiyyatları yoxdur və yerli elitanı öz məktəblərində yetişdirmək daha münasibdir. Bu, həm də təhlükəsizdir. Türkiyə ilə isə dostluq etmək daha sərfəlidir, nəinki hansısa məktəblərə görə münaqişəyə girmək.

Bu yanaşmanın “demokratiya etalonu” olan ölkələrdəki hüquq müdafiəçilərini çox qəzəbləndirməsi ABŞ-ın FETÖ layihəsində birbaşa maraqlı olmasını isbatlayır. Son aylarda bu “diqqət”in ən bariz nümunəsi Türkəminstandır.

Lakin Gülənin strukturları bu tendensiyaya operativ reaksiya verdilər və işlərini “sahman”a salmağa başladılar. Beynəlxalq səviyyədə məhkəmə proseslərində iştirak üçün vəkillər tutuldu. Bunun nəticəsi olaraq, BMT-nin bir neçə strukturu bəzi FETÖ-çuların həbsinin “qanunsuz” olmasına dair qərar çıxardı. İndiyə kimi 16 belə hal qeydə alınıb.

Eyni zamanda, FETÖ-çular tərəfindən Türkmənistanın rəhbər şəxsləri, o cümlədən “boz kardinallar”ın ünvanına təhdid kampaniyalarına başlanıldı, xaricdə biznesi olanlara qarşı məhkəmə iddiaları qaldırıldı. Xarici biznesdə payı olanların hissələri əllərindən alındı və bununla bağlı faktların mediada açıqlanacağına dair şantajlar başladı. Bu, artıq “dinc ilahiyyatçı”nın tərzi sayıla bilməz, elə deyilmi?

Türkmənistan hakimiyyəti vəziyyətin ciddiliyini nəzərə alaraq, situasiyanı yumşaltmaq üçün FETÖ-çularla danışıqlara başladı. Bunun nəticəsi olaraq, artıq həmin ölkədə həbs edilən və hüquq müdafiəçilərindən dəstək alan “iriçaplı FETÖ-çular”ın azadlığa buraxılması planlaşdırılır. Ovadan-Təpə həbsxanasında saxlanılan Gülənçilər isə xarici diplomatlara “əyani vəsait” qismində nümayiş etdiriləcək. Yəni “Görürsüz, onlara işgəncə verilmir, yanlarına gələnlər görüşə buraxılır” və sair.

FETÖ-çular Türkmənistan hakimiyyətinə yönəlik təzyiqlər sayəsində bəzi güzəştlərə nail olublar. Məsələn, həbsdəki Gülənçilərə ayda 2 dəfə yemək göndərilməsi və görüş verilməsi. Ancaq bu güzəştlər adları BMT-nin siyahısında olan məhbuslara aiddir. Gülənçilərin Türkmənistan hakimiyyətindən şantajla qopardıqları digər güzəştlərisə bunlardır:

– Bəzi məhbuslar siyasi həbsxanalardan cəzaçəkmə müəssisələrinə köçürülüb;

– Məhbuslara amnistiya hazırlanır;

– Məhbus FETÖ-çulara “əl gəzdirilir” və onlara verilən yeməklər başqa məhbusların rasionundan fərqlənir;

– FETÖ-çuların hamısı da olmasa, çoxu böyük qruplar şəklində bir yerdə saxlanılır;

– Türkmənistan hakimiyyətinə “loyal” olmaları üçün hər bir məhbusla fərdi “iş” aparılır. Bu zaman “səhvlərini etiraf edən” həmin məhbusların əfvlə bağlı müraciətləri videolentə alınır

– Bu şərtlərlə razılaşmayan Gülənçilər həbsxanaya qaytarılır. Buna görə siyahıdan “çıxarılmalar” ola bilər;

– “Səhvini etiraf etməyən” məhbuslar əfv siyahısına salınmır və onlarla görüşə icazə verilmir.
Orta Asiya uzun əsrlər boyu Avropa üçün sirli və bağlı məkan hesab edilib. Bu yanaşmanın çoxəsrlik xüsusiyyəti isə öz aktuallığını hələ də saxlayır. Əgər Türkmənistan siyasi elitasının bir hissəsi hesab edirsə ki, belə bir “hiyləgər tamaşa” ilə eyni vaxtda Güləni, ABŞ-ı və Türkiyəni razı salacaq, çox yanılır.

Nəticə etibarilə isə bütün hallarda seçim etmək lazım gələcək: Ya Ankaradakı əqidədaşlarla yola davam, ya da FETÖ-nun və onun okeanın o tayındakı hamilərinin artan iştahlarını təmin etmək.

Vladimir Markovçin,
Cənub-Qərb Universitetinin professoru, publisist
www.yenicag.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İran masa arxasına oturmayınca, ABŞ sanksiyaları davam etdirəcək"
Dünən, 18:29
“Nar” Azərbaycan Qran Prisi üçün texniki hazırlıqları başa çatdırıb
Dünən, 18:21
Azərbaycanda 16 nəfər icra və probasiya məmuru intizam məsuliyyətinə cəlb edilib
Dünən, 18:14
Beyləqanın icra başçısı yola getmədiyi müavini ilə yollarını ayırdı... - Belə deyirlər...
Dünən, 18:12
Azərbaycan Prezidenti Vladimir Zelenskini təbrik edib
Dünən, 18:07
“Zelenskinin sağ əli Mika Fatalov əslən Bakı ermənisidir”
Dünən, 17:58
Bəstəkar Süleyman Ələsgərovun adı Kiçik Dəniz küçəsinə verilib - BŞİH
Dünən, 17:54
Quduz itlər öldürülsün - Deputatdan təklif
Dünən, 17:48
"İtə verilən yeməyi bizə versinlər, biz yeyək də, acından günorta dururuq" - Hafiz Hacıyev
Dünən, 17:44
PKK ermənilərdən ibarət yeni terror qrupu yaratdı - FOTO
Dünən, 17:39
Qadın bacısının ərindən uşaq dünyaya gətirdi - Həyatı qaraldı...
Dünən, 17:34
Azərbaycanlı tələbələr Polşadan deportasiya olunub
Dünən, 17:31
Bakı-Tbilisi-Ceyhan boru kəməri Xəzər regionundan xarici bazarlara neft nəqli üçün əsas vasitədir - “Thomson Reuters”in analitiki
Dünən, 17:27
Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb
Dünən, 17:23
İqbal Ağazadə müxalifət lideri olmaq İSTƏMİR
Dünən, 17:19
Kompensasiyanı ilk onlar aldı - FOTO
Dünən, 17:17
Azərbaycanlı aktyorlar Zelenskini tanıyırlarmı? - “Sən demə, güclü siyasətçi imiş”
Dünən, 17:15
Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişikliklər edilib
Dünən, 17:12
Hüseyn xəstəxanada niyə 40 gün saxlanılmır?
Dünən, 17:11
“Standard Insurance” Sığorta Şirkətinin rəhbərliyi dəyişib
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:06
ADU-nun Filologiya və Jurnalistika fakültəsinə yeni dekan seçilib
Dünən, 16:50
“Avropa Komissiyasının strukturlarında görüşlərimiz Milli Şurada qıcıq doğurdu” - Natiq Cəfərli
Dünən, 16:48
“Kazbek” səhnə üçün deyil, onu tində oturub çəksinlər
Dünən, 16:47
Vladimir Zelenskinin andiçmə mərasiminin ilkin tarixi açıqlanıb
Dünən, 16:39
"Prezident" kimi deputatları güllələyən Zelenski - VİDEO
Dünən, 16:37
Deputatın ikili vətəndaşlığı üzə çıxdı: - RÜFƏT QULİYEVİN ELƏ FOTOLARI YAYILDI Kİ...
Dünən, 16:32
Xırdalanda 72 yaşlı kişinin meyiti tapılıb
Dünən, 16:27
Fədayə Laçının məhkəməsində prokuror çıxış edib
Dünən, 16:26
Hesablama Palatasının əməkdaşları beynəlxalq forumda iştirak edib
Dünən, 16:20
Azərbaycanda 9 hakim barəsində araşdırma aparılır
Dünən, 16:15
Səhiyyə Nazirliyindən burun əməliyyatından sonra dünyasını dəyişən qızla bağlı AÇIQLAMA
Dünən, 16:12
Qazaxda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM
Dünən, 16:11
“Avropa ilə imzalanacaq saziş həyatımızın bütün sahələrinə təsir göstərəcək” - RƏYLƏR
Dünən, 16:09
Nadir 120 minə cavanlaşmaq istəyir
Dünən, 16:05
“Formula 1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib
Dünən, 15:55
Bakıda orta məktəbdən oğurluq olub
Dünən, 15:53
Arvadını oğlunun gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayıb
Dünən, 15:48
Azərbaycan Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmaları 16,5% artıb
Dünən, 15:45
Bu ali təhsil ocaqları bağlana bilər... - Belə deyirlər...
Dünən, 15:43
Bu məmurun da adı "MTN işi"ndə hallanır... - GƏLİŞMƏ
Dünən, 15:40
İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17% artıb
Dünən, 15:35
Səhiyyə Nazirliyi heyvan dişləmələri ilə bağlı əhaliyə müraciət edib
Dünən, 15:32
Azərbaycanda məhkəmə hakimi tərəfləri "Barışıq skamyası"nda oturdaraq barışdırıb
Dünən, 15:24
Ukraynada Poroşenkonu dəstəkləyən yeganə regionun rəhbəri istefaya gedib
Dünən, 15:19
Bu 4 restoran bağlana bilər - ADLARI
Dünən, 15:17
Azərbaycanlı aparıcı ona mağaza müdirindən gələn 18+ təklifi paylaşdı: şok - FOTO
Dünən, 15:14
"Məktəblərin ətrafında sahibsiz itlərin sayı çoxalıb" - RƏYLƏR
Dünən, 15:11
Atmosferə həddindən artıq tullantılar atılması faktı aşkarlanan ictimai iaşə obyektlərinin SİYAHISI
Dünən, 15:07
"Cindar Hüseyn" və anası məhkəməni düyünə salıb - proses təxirə salındı
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru