Seyidovanı qarət edən ələ keçdi .....                     “Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama cavab verdi .....                     “Formula 1” SOCAR Azərbaycan Qran-prisinin favoritləri .....                     Cavanşir Feyziyevə qarşı Vergilər Nazirliyi cinayət işi aça bilərmi? .....                     Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB .....                     Bakıda yeniyetmənin pulunu ve telefonunu əlindən aldılar .....                     Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı .....                     Qar uçqununa düşərək həlak olan hərbçi dəfn olunur .....                     Prezident İlham Əliyev Pekində daha iki şirkət rəhbəri ilə görüşüb .....                     Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb .....                     Azərbaycanlılar ermənilərə görə həbs edildi .....                     Sumqayıtda keçmiş məhkum qətlə yetirildi .....                     AQTA Bakıda restoranda araşdırma aparıb, .....                     DİM qabiliyyət imtahanlarının şərtlərində dəyişiklər edib .....                     Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin olundu .....                     Suriyadan Qarabağa uzanan QORXUNC TƏHLÜKƏ: .....                     Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb .....                     “Quska”nın məhkəməsində ilginc ifadələr, .....                     Bakıda məşhur geyim mağazasından AZƏRBAYCANA qarşı təxribat .....                     Baş redaktor Prezidentə müraciət etdi .....                     Biləsuvarda 20 yaşlı oğlan özünü asıb .....                     Düşmən Ağdamda uşaqları HƏDƏFƏ ALDI: .....                     ASALA-nın davamçısı: Ermənilərin yeni terrorçu dəstəsi .....                     İranda bayraqlar yandırıldı, mesaj verildi .....                     “Neftqaztikinti” Tresti ilə bağlı yeni iddialar... .....                     Azərbaycanda daha iki Əmlak Xidmətləri Məkanı açılacaq .....                     Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq .....                     Milli Məclisdə təmsil olunan partiyalardan biri illik gəlirini açıqlayıb .....                     Sumqayıtda küçədən meyit tapılıb .....                     Eldar Mahmudovun himayəsində pardaxlanan biznes... .....                     Lənkəranda it dişləyən şəxslərlə bağlı .....                     “737 MAX” təyyarələrinin uçuşlarına qadağalar “Boeing”ə 1 mlrd. dollara başa gələcək .....                     CHP-nin təşkilat rəhbəri öldürüldü .....                     Tərtərdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı .....                     Hesablama Palatasında kollegiya iclası keçirilib .....                     Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə .....                     "100 manat borca görə bütün qışı soyuqda qaldıq..." .....                     «Dədə-babadan bura örüş yeri olub» .....                     Səlim Müslümovun qohumu şikayətləri qulaqardına vurur... .....                     Alçanın kiloqramı 100 dollara satılır .....                 

ABŞ diplomatından Qarabağa gələcək “sülhməramlılar” anonsu - TƏHLİL
Tarix: 23-10-2018, 10:12 | Çap et
ABŞ diplomatından Qarabağa gələcək “sülhməramlılar” anonsu
Son zamanlar ABŞ diplomatlarının Qarabağla bağlı davamlı açıqlamalar verməsi diqqəti cəlb edir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Azərbaycana səfəri zamanı BMT qətnamələrini xatırlatması, Vaşinqtonun Ermənistandakı elçisi Riçard Millsin İrəvana torpaqları azad etmək zərurəti barədə mesaj verməsinin ardınca digər amerikalı diplomatın dedikləri də böyük marağa səbəb olub.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Atlantik Şura analitik mərkəzinin “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda keçirilən müzakirələrdə ilginc fikirlər söyləyib. Diplomat Qarabağda sülh prosesinin son mərhələlərində yerləşdirilməsi ehtimal edilən gələcək sülhməramlı qüvvələrin mümkün tərkibinə işıq salıb.

Keçmiş həmsədr qeyd edib ki, indiyədək heç bir rəsmi sənəddə əks olunmamış, lakin Minsk Qrupu həmsədrləri arasında vaxtilə əldə edilmiş “centlmen razılığının” şərtlərinə əsasən, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcəksə, onların tərkibində “nə danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin, nə də qonşu ölkələrin sülhməramlıları olmalıdır”. Diplomat ardınca davam edib: “Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları istisna edilir, eləcə də o deməkdir ki, ABŞ, Fransa və digər ölkələrin sülhməramlıları istisna edilir”.

Uorlikin dediklərindən məntiqlə belə nəticəyə gəlmək olar ki, Rusiya, ABŞ, Fransa ilə yanaşı, həmin sülhməramlı qüvvələrdə, əgər nə vaxtsa belə qüvvələr təşkil edilərsə, Türkiyə, İran və Gürcüstanın da iştirakı istisna olunur.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrinin sözlərinə görə, Dağlıq Qarabağ üçün sülhməramlı qüvvələrin tərkibinin necə ola biləcəyi ilə bağlı məsələlər sonuncu dəfə 10 il bundan əvvəl müzakirə olunub. “O zamandan bəri 10 il keçib, amma bu məsələyə indiyədək qayıdılmayıb. Düşünürəm ki, bu məsələ müzakirə olunmalı mövzulardan biridir” - diplomat qeyd edib.

Düzdür, əvvəlki illərdə buna bənzər açıqlamalar olmuşdu. Bir sıra ekspertlər də hesab edirdilər ki, işğal zonasındakı Ermənistan hərbi qüvvələri çıxarılandan sonra oraya neytral dövlətlərin sülhməramlılarının yerləşdirilməsi daha optimal variant olardı. Lakin özünü “Qarabağın açarı” statusunda təqdim edən Rusiyanın buna razı olacağı inandırıcı görünmür. Mövzunun Uorlik dediyi kimi, 10 illik fasilədən sonra məhz indi gündəmə gətirilməsinin səbəbləri də maraqlıdır.

Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında amerikalı diplomatın dediklərini “maraqlı açıqlama adlandırdı və deyilənlərin məntiqi əsası olduğunu söylədi: ”Çünki sülhməramlıların tərkibində bölgə ölkələrinin təmsil olunması münaqişə tərəfləri arasında yeni mübahisənin əsasını qoya bilər. Məsələn, Ermənistan Türkiyənin sülhməramlı missiyada təmsil olunmasına qarşıdır, bu durumda Azərbaycan deyə bilər ki, biz Türkiyənin iştirak etməyəcəyi sülhməramlı əməliyyata razılıq verə bilmərik. Yaxud Azərbaycan ictimaiyyəti də - müxalifət, QHT sektoru - öz növbəsində Rusiyanın iştirakına qarşı çıxa bilər, çünki ölkəmizdə şimal qonşumuza güvən aşağı səviyyədədir. Həmsədr ölkələrin özünü götürək. Bu məsələ onların öz arasında da fikir ayrılığına, rəqabətə səbəb ola bilər. Əgər bu üç dövlət əməliyyatda iştirak etməli olsa, böyük ehtimalla, missiyaya bərabər sayda əsgər verəcəklər. Nəticədə iki müttəfiq - ABŞ və Fransanın əsgərləri Rusiya əsgərlərinin sayından çox olacaq. Digər bölgə ölkələrindən Türkiyə NATO-nun üzvüdür, Gürcüstan isə NATO-ya namizəddir. Yəni sülhməramlı kontingentin həmsədr və region ölkələrinin qüvvələrindən ibarət formalaşdırılması o deməkdir ki, balans Rusiya əleyhinə açıq-aşkar pozulur və o, azlıqda qalır".

Ş.Cəfərli qeyd etdi ki, tərkibin bu şəkildə formalaşması Rusiyaya sərfəli deyil: “Ona görə də hesab edirəm ki, Rusiyanın Ceyms Uorlik tərəfindən açıqlanan formula razılıq verməsi mümkündür. Əlbəttə, Moskva çox istərdi ki, sülhməramlılar yalnız onun hərbçilərindən ibarət olsun, lakin bu variant alınmayacaqsa, tam neytral və bölgədə hər hansı marağı olmayan ölkələrin əsgərlərindən ibarət missiya Rusiya üçün qaneedici sayıla bilər. Hansı variantın Azərbaycan üçün daha əlverişli olmasına gəldikdə isə, bizi sülhməramlıların tərkibindən əvvəl ədalətli sülh maraqlandırır. Sülhməramlılar o vaxt gələcək ki, tərəflər arasında sülh müqaviləsi imzalansın və onlar da bu müqavilənin pozulmamasına nəzarət etsinlər, təhlükəsizliyə təminat versinlər. Ədalətli sülhdən sonra kontingentin həmsədr və bölgə ölkələrinin, yaxud tərəfsiz dövlətlərin əsgərlərindən ibarət formalaşdırılması bizim üçün çox da önəmli deyil, yetər ki, missiyada Rusiyanın aşkar dominantlığı olmasın”.

Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan oktyabrın 21-i Livanda yerli erməni icması ilə görüşüb və bu dəfə də sülh prosesini pozan mövqe nümayiş etdirib. Novator.az-ın məlumatına görə, o, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Ermənistanda heç bir hökumət bu məsələni bağlı qapılar arxasında həll edə bilməz: “Hərdən belə bir yanlış təsəvvür yaranır ki, guya Ermənistanda Dağlıq Qarabağ münaqişəsini bağlı qapılar arasında həll edəcək hökumət ola bilər. 20 ildir gedən bu söhbətə son qoymaq lazımdır, çünki Ermənistanda hətta ən pis hökumət də Qarabağ məsələsində xalqdan gizli heç bir addım ata bilməz”.

Hökumət başçısı əlavə edib ki, hakimiyyətə məqbul görünən həll variantı xalqın müzakirəsinə təqdim olunacaq: “Məsələni həmin cür həll etməyin mümkün olub-olmadığına xalq qərar verəcək”. Paşinyan deyib ki, münaqişənin həllində ən vacib məsələ Dağlıq Qarabağın təhlükəsizliyi və onun statusunun dəqiqləşməsidir: “Ermənistan və diaspor münaqişənin hər hansı həll variantına razılaşsa, ancaq Dağlıq Qarabağ buna yox desə, deməli, məsələ həll olunmayacaq. Dağlıq Qarabağ ”xalqı"nın və hakimiyyətinin mövqeyi həlledicidir".

N.Paşinyanın bu mövqeyi parlament seçkisi ərəfəsində daxili auditoriyaya və erməni diasporuna ünvanlanmış mesaj da sayıla bilər. Lakin bu da məlumdur ki, hakimiyyətə gəldiyi ilk gündən Paşinyan Dağlıq Qarabağ ermənilərini “tərəf” kimi sırımağa çalışır, bu da danışıqların formatına ziddir. Belə davranışlarla erməni hökuməti status-kvonun uzanmasına cəhd göstərir. Deməli, seçkilərdən sonra ərazilərin azadlığına sülh yolu ilə nail olunması, yaxud sülhməramlıların yerləşdirilməsi də sadəcə söz olaraq qalacaq.

Politoloq Ş.Cəfərli Ermənistandakı seçkilərdən sonrakı gözləntilərini də bölüşdü: “Seçkilərdən sonra sülh prosesində intensivləşmə baş verəcək və İlham Əliyev - Paşinyan görüşü təşkil olunacaq. Artıq iki liderin ayaqüstü görüşləri və ehtimal ki, müəyyən gizli kommunikasiyalar vasitəsilə bu görüş üçün münbit zəmin yaradılıb. Şübhəsiz ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azı müəyyən hissəsi boşaldılmadan heç bir sülhdən söhbət gedə bilməz. Əgər həmsədr ölkələr öz aralarında anlaşarsa, Paşinyana bu istiqamətdə təzyiqlər olacaq. O da bunu anladığı üçün çalışır ki, işğal altındakı rayonları geri vermək məsələsini ”DQR"in boynuna qoysun".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Seyidovanı qarət edən ələ keçdi
Bu gün, 12:10
“Lotos”un rəhbəri Araz Rəhimov 500 min dollarlıq ittihama cavab verdi - AÇIQLAMA
Bu gün, 12:08
“Formula 1” SOCAR Azərbaycan Qran-prisinin favoritləri - TƏHLİL
Bu gün, 12:04
Cavanşir Feyziyevə qarşı Vergilər Nazirliyi cinayət işi aça bilərmi? - GƏLİŞMƏ
Bu gün, 12:02
Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB - DGK sədri ən mühüm və gəlirli postları həmyerlilərinə həvalə edib
Bu gün, 11:59
Nazirlik xalq artistini aldatdı - Rəzalət
Bu gün, 11:56
Bakıda yeniyetmənin pulunu ve telefonunu əlindən aldılar
Bu gün, 11:44
Özünü 7-ci mərtəbədən atan 22 yaşlı nişanlı qızın intiharı ilə bağlı YENİ XƏBƏR
Bu gün, 11:42
Qar uçqununa düşərək həlak olan hərbçi dəfn olunur
Bu gün, 11:34
Prezident İlham Əliyev Pekində daha iki şirkət rəhbəri ilə görüşüb
Bu gün, 11:33
Maral Tahirqızının “Maral” rəfiqələrinə görə TƏHQİR ETDİLƏR
Bu gün, 11:31
Qazaxıstan fondu "Azərbaycan Beynəlxalq Bankı"nın hesabına əldə etdiyi dövlət istiqrazlarının bir qismini satıb
Bu gün, 11:28
Azərbaycanlılar ermənilərə görə həbs edildi - FOTO
Bu gün, 11:25
Sumqayıtda keçmiş məhkum qətlə yetirildi
Bu gün, 11:23
AQTA Bakıda restoranda araşdırma aparıb, qanunsuzluqlar aşkarlanıb
Bu gün, 11:19
DİM qabiliyyət imtahanlarının şərtlərində dəyişiklər edib
Bu gün, 11:16
Neftçilәr Xәstәxanasına yeni baş direktor təyin olundu
Bu gün, 11:15
“Sevda ilə anası o kişinin marketində işləyib” - QALMAQAL
Bu gün, 11:11
Suriyadan Qarabağa uzanan QORXUNC TƏHLÜKƏ: - böyük dövlətlərin ÇİRKİN PLANININ DETALLARI
Bu gün, 11:07
“Zelenski ilə söhbətlərimiz olub, amma atama söz vermişəm ki, siyasətə qatılmayacağam” - Bəhram Bağırzadə
Bu gün, 11:05
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Bu gün, 11:03
“Quska”nın məhkəməsində ilginc ifadələr, milyonluq ittihamlar
Bu gün, 11:01
Bakıda məşhur geyim mağazasından AZƏRBAYCANA qarşı təxribat - VİDEO
Bu gün, 10:59
Baş redaktor Prezidentə müraciət etdi – Övladı ilə bağlı
Bu gün, 10:57
Biləsuvarda 20 yaşlı oğlan özünü asıb
Bu gün, 10:55
Düşmən Ağdamda uşaqları HƏDƏFƏ ALDI: - 13 yaşlı qız... - FOTO
Bu gün, 10:54
ASALA-nın davamçısı: Ermənilərin yeni terrorçu dəstəsi - FOTO
Bu gün, 10:50
İranda bayraqlar yandırıldı, mesaj verildi - VİDEO
Bu gün, 10:47
“Neftqaztikinti” Tresti ilə bağlı yeni iddialar... - Mirkasım Abasov bu neçə illərdə onu himayəsində saxlayardımı?
Bu gün, 10:45
Azərbaycanda daha iki Əmlak Xidmətləri Məkanı açılacaq
Bu gün, 10:36
Müharibə veteranlarına birdəfəlik maddi yardımın verilməsi mayın 5-ə qədər yekunlaşacaq
Bu gün, 10:33
Milli Məclisdə təmsil olunan partiyalardan biri illik gəlirini açıqlayıb
Bu gün, 10:31
Sumqayıtda küçədən meyit tapılıb
Bu gün, 10:28
Eldar Mahmudovun himayəsində pardaxlanan biznes... - İDDİA
Bu gün, 10:25
Lənkəranda it dişləyən şəxslərlə bağlı SON XƏBƏR
Bu gün, 10:19
“737 MAX” təyyarələrinin uçuşlarına qadağalar “Boeing”ə 1 mlrd. dollara başa gələcək
Bu gün, 10:16
CHP-nin təşkilat rəhbəri öldürüldü
Bu gün, 10:15
Tərtərdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı
Bu gün, 10:10
Afəti Rusiyada pul yağışına tutdular - VİDEO
Bu gün, 10:08
Hesablama Palatasında kollegiya iclası keçirilib
Bu gün, 10:04
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə başsağlığı verib
Bu gün, 09:58
Tolik Sevdanın ögey atasını BİABIR ELƏDİ: - "ÜZÜNƏ TÜPÜRƏRƏM"
Bu gün, 09:57
"100 manat borca görə bütün qışı soyuqda qaldıq..." - GİLEY
Bu gün, 09:55
«Dədə-babadan bura örüş yeri olub» - İmişlidə NARAZILIQ
Bu gün, 09:52
Səlim Müslümovun qohumu şikayətləri qulaqardına vurur... - "Getdilər, sonradan bildirdilər ki..."
Bu gün, 09:50
Alçanın kiloqramı 100 dollara satılır - İranda
Bu gün, 09:46
Bu il bazarda ərik “od tutub yanacaq” - Yağıntılar fermerlərə ZİYAN VURUB
Bu gün, 09:44
Ceyhun Bayramovun kadrı barədə iddialar... - VİDEO
Bu gün, 09:42
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
Bu gün, 09:38
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru