Rəsulzadəni barelyefini tikə-tikə doğrayıbmış... .....                     "Sonda 40 minə razılaşdıq" .....                     Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı .....                     “Azərsilah” niyə yaradıldı, faydası nə olacaq? .....                     Daşnaklar Azərbaycandan bəyanat verdi: .....                     Əsədin Krım arzusu .....                     Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub .....                     OPEC dekabr ayında neft hasilatını azaldıb .....                     Abşeronda bataqlıqdan meyit tapılıb .....                     Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ .....                     Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirili .....                     Azərbaycanla sərhədlərdə gizli anbarlar... .....                     Bakıda külək binanın damını uçurdu .....                     Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı .....                     İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir .....                     Erməni əsgər xidmət yoldaşını güllələyib .....                     Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub .....                     “Xahiş edirəm ki, mənə yardım etsinlər” .....                     "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir .....                     “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam” .....                     “Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb” .....                     Zakir Fərəcovu "vuran" kimdir? .....                     Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib .....                     Azercell ilə rominqdə onlayn ol .....                     Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib .....                     Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı .....                     ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü .....                     İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir .....                     Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi? .....                     "Məktəblər niyə bağlanır, müharibə-zaddı?" .....                     Səfər Mehdiyev gömrük mayorunu şərlətdirib? .....                     Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib .....                     Rayon təhsil şöbələri ləğv edilib? .....                     İki erməni əsgəri minaya düşdü .....                     “Brexit”in yeni mərhələsi .....                     "ASB Bank"ın məcmu kapitalı .....                     Kafe qarşısında öldürülən gəncin dayısı danışdı: .....                     İnternetdə tanış olduğu qızı evinə çağırdı, qızın dostları tərəfindən döyüldü .....                     Güclü küləyin yağıntı ilə müşahidə olunması ağacların aşma təhlükəsini daha da artırır .....                     Neftçalada yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb .....                 

Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏY
Tarix: 19-10-2018, 12:36 | Çap et
Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) açılış mərasimi keçirilir. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur.

Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu “Técnicas Reunidas” (İspaniya), “Saipem” (İtaliya), “GS Engineering & Construction Corp” (Cənubi Koreya) və “Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb.

Bəs bu layihədən Azərbaycan və Türkiyə nə qazanacaq?

STAR zavodu SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu layihə şirkətin biznes portfelini şaxələndirmək məqsədi ilə xaricdə həyata keçirdiyi layihələrdən biridir.

Enerji üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə “Report”a bildirib ki, zavodun ilk 5 ildə hər il 852 mln. dollar, növbəti 10 ildə isə 613 mln. dollar gəlir gətirəcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, bu da, öz növbəsində, Azərbaycan iqtisadiyyatına böyük töhfə olacaq və ölkəyə xarici valyuta axınını təmin edəcək.

SOCAR-ın gəlirləri artacaq

Müəssisədə “Ural”, “Azeri Light” və “Kərkük” neft növləri emal ediləcək. Bu il avqustun 3-də STAR-da emal olunmaq üçün ilk xammal qəbul olunub. “Absheron” adlı tankerlə 80 min ton həcmində “Azeri Light” markalı ilk xam neft yükü çatdırılıb, sınaq məqsədi ilə emal həyata keçirilməyə başlanılıb. Zavod 2019-cu ilin yanvar ayından tam istehsalat gücündə çalışacaq.

Bu il sentyabr ayında Rusiyanın “Rosneft” şirkəti ilə imzalanan müqaviləyə əsasən, dekabr ayından etibarən 1 il ərzində STAR-ın 1 mln. ton Rusiya neft ilə təchiz olunması nəzərdə tutulur.

Enerji üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə

Dolayısı ilə “SOCAR Trading”, STAR NEZ, “Petkim” və “Petlim” öz aralarında güclü sinerji yaradaraq SOCAR-ın gəlirlərinin optimallaşmasına səbəb olacaq, bu da gələcək illərdə Azərbaycan iqtisadiyyatına milyardlarla mənfəət gətirəcək. Yəni, layihənin məcmu faydası əslində daha çox hiss olunacaq.

E.Axundzadə xatırladıb ki, zavodda emal olunacaq xam neft SOCAR-ın ticarət qolu olan “SOCAR Trading” şirkəti tərəfindən təmin ediləcək.

“Dolayısı ilə “SOCAR Trading”, STAR NEZ, “Petkim” və “Petlim” öz aralarında güclü sinerji yaradaraq SOCAR-ın gəlirlərinin optimallaşmasına səbəb olacaq, bu da gələcək illərdə Azərbaycan iqtisadiyyatına milyardlarla mənfəət gətirəcək. Yəni, layihənin məcmu faydası əslində daha çox hiss olunacaq".

Layihədən “Petkim” də udacaq

STAR həm də əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək.

E.Axundzadə qeyd edib ki, STAR layihəsi "Petkim"in gəlirlərinə də müsbət təsir edəcək.

“Petkim”in əsas xammal ehtiyacı olan nafta STAR zavodundan təmin ediləcək. Bununla da, “Petkim”in həm idxalından olan asılılığı, həm də nəqliyyat xərcləri aradan qalxacaq və “Petkim” ucuz xammal ilə təmin olunaraq bazarda rəqabət üstünlüyünü artıracaq. Bu da, təbii olaraq “Petkim”in gəlirlərinə müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.

Türkiyənin Enerji Bazarları və Siyasəti İnstitutunun direktoru Volkan Özdemir də “Report”a bildirib ki, STAR-ın ən böyük faydasından biri “Petkim”i xam maddə ilə təmin etməsidir: “Tüpraş” “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan nafta istehsal edə bilmədiyinə görə, “Petkim” bu maddəni idxal edirdi. STAR zavodunun istehsala başlamasından sonra “Petkim” naftanı artıq idxal etməyəcək, birbaşa zavoddan alacaq”.

O həmçinin qeyd edib ki, STAR zavodu Türkiyədə uzun müddətdən sonra ağır sənaye sahəsinə ilk investisiyadır və bu baxımdan çox önəmlidir.

Türkiyənin Enerji Bazarları və Siyasəti İnstitutunun direktoru Volkan Özdemir

Tüpraş” “Petkim” neft-kimya kompleksinin xam maddəsi olan nafta istehsal edə bilmədiyinə görə, “Petkim” bu maddəni idxal edirdi. STAR zavodunun istehsala başlamasından sonra “Petkim” naftanı artıq idxal etməyəcək, birbaşa zavoddan alacaq.

STAR-da ildə 1,6 mln.ton nafta istehsalı nəzərdə tutulur. Hazırda “Petkim” üçün nafta tam olaraq idxal edilir, STAR zavodu işə düşdükdən sonra isə birbaşa zavoddan boru xətti ilə nafta alınacaq.

“Petkim Holding”in rəhbərliyinin də bildirdiyinə görə, STAR-ın fəaliyyəti “Petkim”ə ildə 100 mln. dollar məbləğində əlavə mənfəət gətirəcək. Bu məbləğin 60 mln. dolları logistik üstünlüklər, 40 mln. dolları isə ortaq xidmətlər və ortaq infrastruktur hesabına əldə ediləcək.

STAR-ın Türkiyə iqtisadiyyatına faydası - cari kəsir 1,5 mlrd. dollar azalacaq

STAR Türkiyə tarixində özəl sektorun tək nöqtəyə ən böyük investisiyası, 1984-cü ildən bəri ölkədə inşa olan ilk neft emalı zavodudur. Müəssisə “Petkim”i xam maddə ilə təmin etməklə yanaşı, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, cari kəsirin azalmasına hər il 1,5 mlrd. dollarlıq töhfə verəcək. Zavod istismara verilməklə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

Neft emalı məhsullarının idxalı azaldacaq

STAR-da istehsal ediləcək məhsullar Türkiyənin idxalını azaltmağa yönəlmiş məhsullar olacaq.

Türkiyənin “Sözçü” qəzetinin jurnalisti, iqtisadçı-ekspert Taylan Büyükşahin bildirib ki, STAR zavodu Türkiyə iqtisadiyyatı üçün olduqca vacib layihədir.

O, Türkiyədə neft-kimya və neft-emalı müəssisələrinin çatışmadığını, SOCAR-ın bu zavodunun Türkiyənin idxalını azaltmağa yardım edəcəyini qeyd edib. “Buna görə də STAR zavodu Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Türkiyənin xarici ticarətində kəsiri yüksəkdir və bu kəsirin böyük hissəsi enerji idxalı ilə bağlıdır”.

Onun fikrincə, Türkiyə iqtisadi artım çərçivəsində idxal edilən məhsulları istehsal etmək üçün işlər görür: "STAR-ın istehsal edəcəyi məhsullar da Türkiyənin idxalının azalmasını, digər deyimlə valyutasının ölkədə qalmasını təmin edəcək. Bu layihə son vaxtlarda iqtisadi baxımdan çətin dövrdən keçən, məzənnəyə bağlı olaraq inflyasiya artımı yaşanan Türkiyəyə mənəvi cəhətdən də dəstək olacaq”.

Türkiyənin “Sözçü” qəzetinin jurnalisti, iqtisadçı-ekspert Taylan Büyükşahin

STAR zavodu Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Türkiyənin xarici ticarətində kəsiri yüksəkdir və bu kəsirin böyük hissəsi enerji idxalı ilə bağlıdır.

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq.

2017-ci ildə Türkiyədə dizel yanacağı istehlakının həcmi 24 mln. ton təşkil edib, 2019-cu ildə isə istehlakın 25 mln. ton olacağı gözlənilir. STAR zavodu 5 mln. ton dizel yanacağı istehsal etməklə ümumi istehlakın 20%-ni təmin edəcək.

Ötən ilki istehlakın 10,5 mln. tonu daxili istehsal, tələbatın 13 mln. tonu idxal hesabına ödənilib, yəni keçən il istehlak edilən dizel yanacağının 50%-dən çoxu idxal olunub. STAR istehsalla bu məhsulun idxal faizini 40%-dən aşağı salacaq.

STAR-ın Türkiyənin təyyarə yanacağı ehtiyacını isə tam təmin edəcəyi gözlənilir. İstanbulda yeni Hava Limanının açılması və turizm sektorundakı artım səbəbindən Türkiyənin təyyarə yanacağı istehlakının sürətlə artacağı proqnozlaşdırılır. STAR zavodu illik 1,6 mln. tonluq istehsalla Türkiyənin təyyarə yanacağına olan tələbatını ödəyəcək.

Türkiyədə ildə 3,7 mln. ton LPG istehlak edilir və bunun da 80%-i idxal olunur. STAR zavodu istismara verildikdən sonra idxal faizi 70%-ə düşəcək. Bunları nəzərə alaraq, STAR zavodunun Türkiyənin xarici ticarət balansındakı cari kəsirini 1,5 mlrd. dollar azaldacağı proqnozlaşdırılır.

Zavod həm də məşğulluq səviyyəsinin artırılması baxımından önəmli rola malikdir. Zavodun inşa edildiyi dövrdə buradakı işçilərin sayı 19 500 nəfərə çatıb. Zavod işə düşdükdən sonra isə burada 1 100 nəfər çalışacaq.


Real sektorun ən uzun müddətli krediti


2014-cü ilin iyun ayında “SOCAR Turkey Enerji” şirkəti İzmirdə 23 kommersiya bankı ilə STAR-ın tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Bu, Türkiyənin real sektoru tarixinin ən böyük və ən uzunmüddətli maliyyələşdirmə sazişidir. 6,3 mlrd. dollarlıq layihənin 3,3 mlrd. dollarlıq hissəsi kreditlər, qalanı hissəsi isə daxili mənbələr hesabına həyata keçirilib. Layihə “İlin ən yaxşı layihə maliyyələşməsi”, “Ən yaxşı idxal maliyyələşmə” mükafatlarını qazanıb.

Türkiyə və Azərbaycan arasında dostluğu daha da möhkəmləndirəcək

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Emre Özgür bildirib ki, STAR zavodu Türkiyədə enerji və neft sektorunun inkişafına, həmçinin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluğun daha da möhkəmlənməsinə töhfə verəcək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəsulzadəni barelyefini tikə-tikə doğrayıbmış... - DİN açıqlama yaydı
Bu gün, 17:22
"Sonda 40 minə razılaşdıq" - QALMAQALLI MƏHKƏMƏ
Bu gün, 17:13
Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı
Bu gün, 17:08
“Azərsilah” niyə yaradıldı, faydası nə olacaq?
Bu gün, 17:02
Daşnaklar Azərbaycandan bəyanat verdi: - Nikol bizi aldatdı
Bu gün, 16:59
Əsədin Krım arzusu
Bu gün, 16:56
Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub
Bu gün, 16:54
OPEC dekabr ayında neft hasilatını azaldıb
Bu gün, 16:51
Abşeronda bataqlıqdan meyit tapılıb
Bu gün, 16:50
Məşhur rus kanalında qalmaqal - Qonaqlar bir-birini döydü
Bu gün, 16:49
Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ - "Ailə münaqişələrin nə qədər informasiya yükü var?!"
Bu gün, 16:38
Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirili - Ramil Usubovun rəhbərliyi ilə
Bu gün, 16:26
Azərbaycanla sərhədlərdə gizli anbarlar... - İDDİA
Bu gün, 16:24
Bakıda külək binanın damını uçurdu - FOTO
Bu gün, 16:23
Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı - BİZƏ ŞİKAYƏT EDİRLƏR
Bu gün, 16:21
"Aysun Zamiqdən daha çox dinlənilir" - Tolik
Bu gün, 16:20
İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir
Bu gün, 16:14
Erməni əsgər xidmət yoldaşını güllələyib
Bu gün, 16:07
Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub
Bu gün, 16:00
“Xahiş edirəm ki, mənə yardım etsinlər” - I qrup gözdən əlil gənc işsizlikdən əziyyət çəkir
Bu gün, 15:58
"SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir
Bu gün, 15:53
“Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam” - Tarixçi-deputat
Bu gün, 15:49
“Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb” - Anar Əliyev
Bu gün, 15:47
Zakir Fərəcovu "vuran" kimdir? - İDDİA
Bu gün, 15:44
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib
Bu gün, 15:35
Azercell ilə rominqdə onlayn ol
Bu gün, 15:32
Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib
Bu gün, 15:30
Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı
Bu gün, 15:23
ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü
Bu gün, 15:13
İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir
Bu gün, 15:12
Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi? - CAVABSIZ SUALLAR SİLSİLƏSİNDƏN
Bu gün, 15:10
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Bu gün, 15:08
Səfər Mehdiyev gömrük mayorunu şərlətdirib? - MƏHKƏMƏDƏN
Bu gün, 15:05
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib
Bu gün, 15:03
Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb - “Bu kişi manyak imiş...”
Bu gün, 14:59
Rayon təhsil şöbələri ləğv edilib? — Nazirlikdən açıqlama
Bu gün, 14:56
İki erməni əsgəri minaya düşdü
Bu gün, 14:51
“Brexit”in yeni mərhələsi - Britaniya yeni rolda, “dəmirləşən” Mey
Bu gün, 13:50
"O boyda Altın Kelebek"ə getdi, ayaqqabıları ilə yadda qaldı" - Tolik Nigarı tənqid etdi
Bu gün, 13:47
"ASB Bank"ın məcmu kapitalı - KƏSKİN AZALIB
Bu gün, 13:43
Kafe qarşısında öldürülən gəncin dayısı danışdı: - “Qətlə yetirəni tanıyırıq”
Bu gün, 13:41
İnternetdə tanış olduğu qızı evinə çağırdı, qızın dostları tərəfindən döyüldü — BAKIDA
Bu gün, 13:39
Güclü küləyin yağıntı ilə müşahidə olunması ağacların aşma təhlükəsini daha da artırır - BŞİH
Bu gün, 13:38
Azərbaycanlı aparıcı əməliyyatdan sonra bu hala düşdü - FOTO
Bu gün, 13:33
Neftçalada yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb
Bu gün, 13:29
MTRŞ sədrinin sərt tənqidi: - TV-lərdə islahat başlayır?
Bu gün, 13:24
Mənbicdə Türkiyənin 7 kəşfiyyatçısı ələ keçib - FOTO
Bu gün, 13:21
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu: - "Həyat yoldaşımın atası mənə şər atdı"
Bu gün, 13:20
Rusiyada bəbir onu əhliləşdirən şəxsə hücum edib
Bu gün, 13:16
Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamı ifadə verib
Bu gün, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru