Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı .....                     “Azərsilah” niyə yaradıldı, faydası nə olacaq? .....                     Daşnaklar Azərbaycandan bəyanat verdi: .....                     Əsədin Krım arzusu .....                     Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub .....                     OPEC dekabr ayında neft hasilatını azaldıb .....                     Abşeronda bataqlıqdan meyit tapılıb .....                     Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ .....                     Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirili .....                     Azərbaycanla sərhədlərdə gizli anbarlar... .....                     Bakıda külək binanın damını uçurdu .....                     Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı .....                     İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir .....                     Erməni əsgər xidmət yoldaşını güllələyib .....                     Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub .....                     “Xahiş edirəm ki, mənə yardım etsinlər” .....                     "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir .....                     “Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam” .....                     “Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb” .....                     Zakir Fərəcovu "vuran" kimdir? .....                     Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib .....                     Azercell ilə rominqdə onlayn ol .....                     Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib .....                     Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı .....                     ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü .....                     İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir .....                     Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi? .....                     "Məktəblər niyə bağlanır, müharibə-zaddı?" .....                     Səfər Mehdiyev gömrük mayorunu şərlətdirib? .....                     Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib .....                     Rayon təhsil şöbələri ləğv edilib? .....                     İki erməni əsgəri minaya düşdü .....                     “Brexit”in yeni mərhələsi .....                     "ASB Bank"ın məcmu kapitalı .....                     Kafe qarşısında öldürülən gəncin dayısı danışdı: .....                     İnternetdə tanış olduğu qızı evinə çağırdı, qızın dostları tərəfindən döyüldü .....                     Güclü küləyin yağıntı ilə müşahidə olunması ağacların aşma təhlükəsini daha da artırır .....                     Neftçalada yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb .....                     Mənbicdə Türkiyənin 7 kəşfiyyatçısı ələ keçib .....                     Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu: .....                 

Qarabağ danışıqlarında real dönüşün tək şərti - TƏHLİL
Tarix: 15-10-2018, 10:07 | Çap et
Qarabağ danışıqlarında real dönüşün tək şərti
Ötən həftənin Qarabağ probleminə bu və ya başqa şəkildə təsirsiz ötüşməyəcək hadisələrindən biri də Ermənistanda dekabr ayına erkən parlament seçkilərin təyin edilməsi oldu. Doğrudur, münaqişə dövründə düşmən ölkədə seçkilər çox olub. Ancaq situasiyanın özəlliyi odur ki, bu dəfə söhbət Ermənistanda inqilab nəticəsində yaşanan hakimiyyət dəyişikliyi və Qarabağ klanının siyasi səhnədən birdəfəlik uzaqlaşdırılması ehtimalından gedir.

Analitiklərə görə, məhz dekabr seçkilərindən sonra işğalçı ölkədə Qarabağ məsələsinə məsul olan tam yeni bir qüvvə ortaya çıxa bilər. Hərçənd belə versiya da var ki, Qarabağ klanı xoşluqla siyasi səhnədən kənarlaşmayacaq və revanş üçün son anda hər şeyə, o cümlədən terror aktlarına gedə bilər. Ermənistanın ən yaxın tarixində hakimiyyət uğrunda mübarizədə belə kriminal olaylar az baş verməyib. Özü də onların hamısının “izi” Köçəryan-Sərkisyan rejiminə aparıb çıxarır.

Bu da var ki, indiki baş nazir Nikol Paşinyan və komandası hakimiyyətdə möhkəmlənsə belə, Qarabağ probleminin nizamlanmasında avtomatik hansısa irəliləyiş olacağına ümidlənmək yanlış olar. Ən azı ona görə ki, Paşinyanın özü də hazırda Qarabağ məsələsində sələflərindən az radikallıq göstərmir.

Erməni baş nazirin son açıqlamaları buna sübutdur. Ötən həftəsonu o, bir daha bəyan etdi ki, guya Azərbaycana Dağlıq Qarabağda əhali yox, torpaq lazımdır. Guya Azərbaycan bölgədəki erməni əhalisini qırıb-çatmağa hazırlaşır. Halbuki rəsmi Bakı dəfələrlə, həm də ən yüksək tribunalardan bəyan edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və konstitusiyamızı qəbul edəcəkləri təqdirdə onların həm təhlükəsizliyinə, həm də normal yaşamlarına tam zəmanət veriləcək. Təbii ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş ermənilər istisnadır. Onları həbsxana gözləyir.

*****

Lakin vurğulandığı kimi, hələlik Ermənistandakı yeni hakimiyyət də Dağlıq Qarabağ ixtilafının həlli yönündə hansısa pozitiv siqnallar vermir. Bu da nikbinliyi azaldan faktordur. Əslində Qarabağ məsələsində real irəliləyiş Ermənistanda kimin hakimiyyətdə olmasından daha çox, böyük vasitəçi güclərin - Rusiya və ABŞ-ın İrəvana nə dərəcədə təzyiq edib onu konstruktiv mövqeyə kökləməsindən asılıdır.

Yeri gəlmişkən, bu həftə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfəri gözlənilir. Bakı və İrəvanda onun Qarabağ mövzusunu da müzakirə aparacağı planlaşdırılır. Onun səfəri ilə bağlı ekspertlərin maraqlı gözləntiləri var.

“Bolton ABŞ prezidenti Donald Trampın ən yaxın silahdaşlarından biridir. Onun səfəri heç də gündəlik, protokol səfər hesab olunmamalıdır”. Bu sözləri axar.az-a Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-də edəcəyi səfəri şərh edən politoloq Arzu Nağıyev deyib.

“Bu, ilk növbədə ABŞ-ın öz maraqlarından doğan səfərdir. Onun Rusiyaya səfəri olduqca əhəmiyyətlidir. Son vaxtlar Tramp və Putinin yenidən görüşəcəyi ilə bağlı KİV-lərdə xəbərlər yayılır. Yayılan xəbərlərdə Putin və Trampın görüşünün hazırlandığı qeyd edilir. Tramp və Putinin gələcək görüşünü hazırlayan əsas şəxslərdən biri də məhz Boltondur. Onun Gürcüstana səfəri isə təftiş xarakterlidir. Abxaziya, Cənubi Osetiya məsələsi görüşdə əsas müzakirə mövzusu ola bilər. Gürcüstanın NATO üzvü olması istiqamətində də müəyyən danışıqlar aparılacağını istisna etmirəm”, - deyə o qeyd edib.

Politoloqun sözlərinə görə, Con Boltonun Azərbaycana və Ermənistana səfəri Qarabağ münaqişəsi baxımından əhəmiyyətlidir: “Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu məsələdə birbaşa Trampa məruzə üçün Boltonun özü seçilə bilər. Buna görə də Azərbaycan üçün əsas istiqamətdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlar və Bakının fikirlərinin birbaşa ABŞ Prezidenti Donald Trampa düzgün çatdırılmasıdır”.

Ekspertə görə, Qarabağ münaqişəsinin həlli vaxtla gözlənilən məsələ deyil: “Bütün beynəlxalq faktorlar və münaqişə tərəfləri müəyyən kompromisə getməklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu məsələni həll edə bilər. 2019-cu ildə müəyyən qədər diplomatik sahədə və digər istiqamətdə Azərbaycanın müsbət uğurları olması gözlənilir. Hətta deyərdim ki, Ermənistanda seçkilər bitdikdən sonra əgər Paşinyan qalib gəlsə, onda bu istiqamətdə müəyyən addımların atılacağı ehtimal olunur”.

*****

Nikol Paşinyan isə Qarabağ məsələsində gah nala vurur, gah da mıxa. Bu da növbəti fakt. “Yeni Müsavat”ın məlumatına görə, Frankofoniya sammiti çərçivəsində Kanada baş naziri Castin Trüdo ilə görüşdən sonra o deyib: “Mən Kanada baş nazirini bizim Əliyevlə anlaşmamız haqda məlumatlandırdım. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır. Ancaq vacibdir ki, bizim tərəfdaşlarımız da bu proseslər haqda məlumatlı olsunlar. Biz konfliktin həllini yalnız dinc nizamlama yolunda görürük”.

Lakin əfsuslar olsun ki, dinc nizamlama rəsmi İrəvanın anlamında Dağlıq Qarabağın ya Ermənistana birləşdiriklməsi, ya da ikinci, saxta erməni dövləti kimi Azərbaycan tərəfindən tanınması şərtindən o yana keçmir. Bu isə istənilən dinc danışığı, sülh anlaşmasını istisna edir və böyük müharibəni labüd olaraq yaxınlaşdırır. Tezliklə Nikol Paşinyan da bunu başa düşəcək...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda küləyin aşırdığı TIR-ın türk sürücüsü xəstəxanaya çatdırıldı
Bu gün, 17:08
“Azərsilah” niyə yaradıldı, faydası nə olacaq?
Bu gün, 17:02
Daşnaklar Azərbaycandan bəyanat verdi: - Nikol bizi aldatdı
Bu gün, 16:59
Əsədin Krım arzusu
Bu gün, 16:56
Rəsulzadənin barelyefini oğurlayan şəxs tutulub
Bu gün, 16:54
OPEC dekabr ayında neft hasilatını azaldıb
Bu gün, 16:51
Abşeronda bataqlıqdan meyit tapılıb
Bu gün, 16:50
Məşhur rus kanalında qalmaqal - Qonaqlar bir-birini döydü
Bu gün, 16:49
Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ - "Ailə münaqişələrin nə qədər informasiya yükü var?!"
Bu gün, 16:38
Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müşavirəsi keçirili - Ramil Usubovun rəhbərliyi ilə
Bu gün, 16:26
Azərbaycanla sərhədlərdə gizli anbarlar... - İDDİA
Bu gün, 16:24
Bakıda külək binanın damını uçurdu - FOTO
Bu gün, 16:23
Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı - BİZƏ ŞİKAYƏT EDİRLƏR
Bu gün, 16:21
"Aysun Zamiqdən daha çox dinlənilir" - Tolik
Bu gün, 16:20
İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilir
Bu gün, 16:14
Erməni əsgər xidmət yoldaşını güllələyib
Bu gün, 16:07
Gürcüstanda 5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxub
Bu gün, 16:00
“Xahiş edirəm ki, mənə yardım etsinlər” - I qrup gözdən əlil gənc işsizlikdən əziyyət çəkir
Bu gün, 15:58
"SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir
Bu gün, 15:53
“Nəsiminin məzarının Hələbdə qalmasının tərəfdarıyam” - Tarixçi-deputat
Bu gün, 15:49
“Vergi sistemində islahatların növbəti, yeni iş prinsiplərinə əsaslanan mərhələsi başlayıb” - Anar Əliyev
Bu gün, 15:47
Zakir Fərəcovu "vuran" kimdir? - İDDİA
Bu gün, 15:44
Gəncə, Sumqayıt, Səbail, Yasamal, Xəzər, Nərimanov və İsmayıllıya yeni polis rəisləri təyin edilib
Bu gün, 15:35
Azercell ilə rominqdə onlayn ol
Bu gün, 15:32
Yerevanda maşin alverçiləri etiraz aksiyası keçirib
Bu gün, 15:30
Ermənistandan Rusiyaya idxal olunan balıqda siçan zəhəri tapıldı
Bu gün, 15:23
ABŞ-da öldürülən azərbaycanlının cənazə xərclərini fond üzərinə götürdü
Bu gün, 15:13
İrəvan AŞPA-dakı nümayəndə heyətini tam dəyişir
Bu gün, 15:12
Hakimiyyət müxalifətin mitinqinə niyə icazə verdi? - CAVABSIZ SUALLAR SİLSİLƏSİNDƏN
Bu gün, 15:10
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Bu gün, 15:08
Səfər Mehdiyev gömrük mayorunu şərlətdirib? - MƏHKƏMƏDƏN
Bu gün, 15:05
Tramadolun dövriyyəsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklik qüvvəyə minib
Bu gün, 15:03
Mirəliyev pişiyi 9-cu mərtəbədən atıb - “Bu kişi manyak imiş...”
Bu gün, 14:59
Rayon təhsil şöbələri ləğv edilib? — Nazirlikdən açıqlama
Bu gün, 14:56
İki erməni əsgəri minaya düşdü
Bu gün, 14:51
“Brexit”in yeni mərhələsi - Britaniya yeni rolda, “dəmirləşən” Mey
Bu gün, 13:50
"O boyda Altın Kelebek"ə getdi, ayaqqabıları ilə yadda qaldı" - Tolik Nigarı tənqid etdi
Bu gün, 13:47
"ASB Bank"ın məcmu kapitalı - KƏSKİN AZALIB
Bu gün, 13:43
Kafe qarşısında öldürülən gəncin dayısı danışdı: - “Qətlə yetirəni tanıyırıq”
Bu gün, 13:41
İnternetdə tanış olduğu qızı evinə çağırdı, qızın dostları tərəfindən döyüldü — BAKIDA
Bu gün, 13:39
Güclü küləyin yağıntı ilə müşahidə olunması ağacların aşma təhlükəsini daha da artırır - BŞİH
Bu gün, 13:38
Azərbaycanlı aparıcı əməliyyatdan sonra bu hala düşdü - FOTO
Bu gün, 13:33
Neftçalada yararlı torpaqlarda 995 qanunsuz tikili aşkarlanıb
Bu gün, 13:29
MTRŞ sədrinin sərt tənqidi: - TV-lərdə islahat başlayır?
Bu gün, 13:24
Mənbicdə Türkiyənin 7 kəşfiyyatçısı ələ keçib - FOTO
Bu gün, 13:21
Türkiyədə azərbaycanlı İŞİD-çiyə hökm oxundu: - "Həyat yoldaşımın atası mənə şər atdı"
Bu gün, 13:20
Rusiyada bəbir onu əhliləşdirən şəxsə hücum edib
Bu gün, 13:16
Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamı ifadə verib
Bu gün, 13:13
18 yanvarda gözlənilən hava şəraiti - ŞAXTALAR GƏLİR
Bu gün, 13:12
Bakıda polis əməkdaşı quldurluq edən şəxsi hadisə yerindəcə zərərsizləşdirib
Bu gün, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru