Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər .....                     Rusiya silahlı qruplaşmalara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib .....                     Aynar Məmmədov baş müşavir oldu .....                     Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək .....                     “Hazırda müşahidə olunan xəstəliklər qrip deyil, soyuqdəymə xəstəlikləridir” .....                     Əli İnsanova salam göndərib... .....                     Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq .....                     Masallı şefi Abıyevlərə bata bilmədi .....                     İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib .....                     Qarabağda partizan müharibəsi: .....                     Azərbaycanın XİN başçısı Vaşinqtonda səfərdədir .....                     Mingəçevirdə qardaş qardaşı bıçaqlayıb .....                     ABŞ Konqresindən anti-Azərbaycan QƏRAR: .....                     "Hər bir zabit Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir" .....                     Zaqatalada Qanıx vadisini qansoranlar basıb, .....                     Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı zərərçəkənlərə dəymiş zərəri ödədiyini deyib .....                     OPEC+ iclasının vaxtı dəyişdirilib .....                     Bakıda homoseksual polisə şikayət etdi: .....                     Bakıda gənc oğlan evə apardığı qadını saatlarla zorladı .....                     SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb .....                     Sabiqlərə cinayət işi açılıb .....                     Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi .....                     Bolton Qarabağ açıqlaması ilə hansı mesajı verdi? .....                     Fuad Abbasovdan Paşayevə cavab: .....                     Asif Ağayevin PAMBIQ BİYARI... .....                     Azərbaycanda şirkət .....                     Ərdoğan S-400-ü tezlikdə əldə etmək planlarından danışıb .....                     Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb .....                     Qadınların alt paltarını oğurlayarkən yaxalandı .....                     Prezident İlham Əliyev iqtisadi gəlirlərin əhalinin sosial rifahına yönəldilməsi vədinə sadiqdir .....                     Neft bazarında yenidən disbalans yarana bilər .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı .....                     Rüstəm Nağıyev YAP-ın adına da təhlükədir... .....                     Putin II Avropa Oyunlarının açılışına getmir .....                     "Hörmətli başçı, bizim də məhəlləyə gəlin" .....                     Rusiya, Azərbaycan və İran liderləri Soçidə nəyi müzakirə edəcəklər? .....                     Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib .....                     Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi .....                     Maaşı artmayan müəllimlər kimlərdir: .....                 

Berdıməhəmmədov Transxəzər layihəsindən imtina edir?
Tarix: 11-10-2018, 18:23 | Çap et
Berdıməhəmmədov Transxəzər layihəsindən imtina edir?
Bir neçə il bundan əvvəl Türkmənistanı qalmaqalla tərk edən Rusiyanın qaz monopolisti "Qazprom” yenidən bu ölkəyə qayıdır. Rusiya mediasının yaydığı xəbərə görə, şirkət Türkmənistandan qaz alınması barədə danışıqları bərpa edib. Bu barədə razılıq qaz nəhənginin rəhbəri Aleksey Millerin başçılıq etdiyi nümayəndə heyətinin Aşqabada səfərindən sonra əldə olunub. Lakin Millerin bu səfərindən sonra qazın qiyməti və həcmi barədə heç bir məlumat verilməyib. Lakin "Nezavisimaya qazeta” öz mənbələrinə istinadən yazır ki, söhbət il ərzində 3 milyard kub metr qazın alınmasından gedir. "Qazprom” İdarə Heyətinin rəhbəri Aleksey Miller türkmənlərin "Vatan” telekanalına bildirib ki, ilin sonuna kimi türkmən qazının alınması ilə bağlı konkret danışıqlara başlanılacaq. Korporasiyanın rəhbəri, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla əməkdaşlıq məsələlərini müzakirə edib və əlavə edib ki, Rusiyada Türkmənistanın böyük imkanları barədə yaxşı məlumatlıdırlar və qazın ənənəvi daşındığı bazarların artdığını təsdiq edirlər.
Daha dəqiq parametrlər - daşınma həcmləri və digər texniki məsələlər yaxın vaxtlarda müzakirəyə çıxarılacaq. Aşqabada gələn nümayəndə heyətinin tərkibində Rusiya Federasiyasının aparat rəhbəri və Türkmənistanda hamının yaxşı tanıdığı Konstantin Çuyçenko da olub. Bir vaxtlar o, baş nazir Dmitri Medvedyevin komandasında təmsil olunub və türkmən qazının Ukraynaya nəqli məsələlərinə məsul olub. O, Türkmən dövlət agentliyinə müsahibəsində bildirib ki, bu ilin sonunda "Qazprom”un necə deyərlər, kommersiya fasiləsi sona çatır və bu səbəbdən də qərar qəbul etmək gərəkdir. Rusiyalı məmur xatırladıb ki, hazırda iki ölkə arasında qaz sahəsində 2028-ci ilə qədər əməkdaşlıq barədə dövlətlərarası saziş qüvvədədir. 2003-cü ildə imzalanan bu sənədi eyni zamanda "qaz əvəzində insanlar” adlandırırdılar. Belə ki, imzalanan sənədlər arasında ikili vətəndaşlıq haqda sazişin qüvvədən düşməsi barədə sənəd də var idi. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyevin qənaətincə, Rusiya üçün türkmən qazı yalnız alət kimi maraq kəsb edir. Kreml bunun əvəzində Türkmənistanın xarici iqtisadi və xarici siyasi sahədə güzəştlərə getməsini istəyir. Söhbət ondadır ki, Rusiya türkmən, o cümlədən Xəzər istiqamətində təhlükəsizlik sahəsinə nəzarəti ələ almağa çalışır. Yəni Rusiya üçün Türkmənistanda hərbi iştirak o qədər də vacib deyil – bu, müşahidəçilər və müşavirlər formasında, eyni zamanda güc və xüsusi xidmət, hüququ-mühafizə orqanlarının fəaliyyətinin koordinə edilməsi və informasiya mübadiləsi ola bilər. Rusiya nümayəndə heyətinin səfərindən öncə Berdıməhəmmədovla Vladimir Putin arasında telefon söhbəti olub. Rəsmi məlumata görə, o, rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib və daha aktual məsələləri müzakirə edib. Xatırladaq ki, avqustda iki ölkənin liderləri Aktauda Xəzər sammitində, az sonra isə Soçi sammitində görüşmüşdülər. "Arxadağ” (türkmən lideri ölkəsində belə adlandırırlar) Boçarey Ruçaya (prezident iqamətgahı) dəstək, daha dəqiq desək, ölkəsində sabitliyin qorunub saxlanılması üçün təşrif buyurmuşdu. Lakin iki ölkə prezidentinin nədən danışdıqları bəlli deyil. Maraqlıdır ki, Berdıməhəmmədov eyni vaxtda ABŞ-la da danışıqlar aparırdı və müəyyən nailiyyətlər də əldə etmişdi. Hətta ABŞ Türkmənistana, Amerika yüklərinin tranzitinə qoşulmağı təklif etmişdi. Artıq bu addımı Qazaxıstan atıb. Lakin Qazaxıstan ərazisindən marşrut ABŞ üçün əlverişli deyildi. Türkmənistan isə bu məsələdə cəlbedici görünür. "Birincisi, Türkmənistanın Türkmənbaşı limanında iri multimodal dəniz limanı fəaliyyətə başlayıb. İkincisi, Türkmənistandan Əfqanıstana, Qazaxıstan və Özbəkistandan fərqli olaraq, yol iki dəfə qısadır. Bundan əlavə, Türkmənistan Əfqanıstana dəmir yolu ilə iki çıxışa malikdir – Sərhədabad (Kuşku) və ölkənin şərqində İmam-Məzar buraxılış məntəqəsi vasitəsilə. Aşqabadda bu variant ciddi şəkildə nəzərdən keçirilir və əvəzində bir sıra şərtlər irəli sürülür - Əfqanıstan ərazisində TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsinin reallaşdırılması, inşası və mühafizəsinə kömək etmək”, - deyə Aşqabaddan olan politoloq Sərdar Aytakov bildirib. Ekspertin sözlərinə görə, amerikalılar türkmən qazının Xəzərin şərq sahili ilə nəqli, oradan isə Avropaya çatdırılması ilə bağlı konsorsium yaradılması planını nəzərdən keçirirdilər. Bununla da Amerika biznesi Avropa bazarına Şərqin qaz kəmərləri ilə çıxmağa müvəffəq olurdu. "Aşqabadın planları barədə Kreml də məlumatlı idi. Moskva dərhal geniş bir bəyanat verdi və bu məsələ Soçidə qapalı keçən görüşdə müzakirə olundu”, - deyə ekspert bildirib. O hesab edir ki, türkmən qazını yenidən almaqla, Putin Transxəzər boru xəttinin inşası, eləcə də, Xəzərdə üçüncü ölkələrin və regionlardan olan ölkələrin peyda olmasının üstündən xətt çəkmiş olur. Bundan əlavə Putin Əfqanıstana Amerika yüklərinin tranzitini nəzarət altına ala bilər. Bu da ona, amerikalılarla dialoqda əlavə kart, eləcə də digər regionlarda ticarət üçün presedent yaratmış olur, - deyə türkmən ekspert bildirib.
Rusiyalı politoloq Arkadi Dubnovun qənaətincə, Rusiya Transxəzər boru xəttinin baş tutmamağı üçün hər cür addım atmağa məcburdur. "Rusiya türkmənlərə yardım əlini uzadır. Bununla da Berdıməhəmmədova bildirmək istəyir ki, sənin dostun okeanın o tayında deyil, Moskvadadır. Rusiya ona sərhədlərin mühafizəsində də yardım göstərə bilər”, - deyə ekspert bəyan edib. Ekspert hesab edir ki, Soçidə hər hansı bir bəyanatın səslənməməyi də təsadüfi deyil. Belə ki, artıq bəli idi ki, tərəflər prinsipial razılıq əldə ediblər. Türkmənlərin marağına gəldikdə, rusiyalı ekspert hesab edir ki, onlar üçün əsas, pul almaqdır. Lap bu məbləğ cüzi də olsa. "Berdıməhəmmədovun uğursuz Çin danışıqlarından sonra onun başqa yolu qalmayıb. Pekin hər min kub metr türkmən qazına görə, 60 dollar verir. Ruslar isə bundan bir qədər çox verirlər. Bundan əlavə, Rusiya təhlükəsizliyə təminat verə və yeni varisi qəbul edə bilər. Kütləvi etirazların baş verməsi isə mümkündür – bu, təbii və yaxud əvvəlcədən hazırlanan iğtişaşlar ola bilər. Saray çevrilişi də mümkündür. Zabit heyətini Berdıməhəmmədovun yaxın qohumları - bacılarının ərləri və onların övladlarının törətdikləri qanunsuzluqlar boğaza yığıb”, - deyə türkmən ekspert bildirib.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Berdıməhəmmədov ölkəsini gözləyən defoltdan yaxa qurtarmaq üçün yenidən Rusiya ilə əməkdaşlıq yolunu seçdi. Bu yolda hətta onun üçün zəruri olan Transxəzər layihəsindən də imtina etməli oldu.
\\kaspi.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni deputatlar Bakıya gəlməkdən imtina etdilər
Bu gün, 13:25
Rusiya silahlı qruplaşmalara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
Bu gün, 13:24
Aynar Məmmədov baş müşavir oldu - SƏRƏNCAM
Bu gün, 13:23
Azərbaycan, Türkiyə və Gürcüstan birgə komanda qərargah təlimi keçirəcək
Bu gün, 13:20
“Hazırda müşahidə olunan xəstəliklər qrip deyil, soyuqdəymə xəstəlikləridir” - Professor
Bu gün, 13:09
Əli İnsanova salam göndərib... - Köhnə dosta vəfa borcu...
Bu gün, 13:02
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Bu gün, 12:54
Masallı şefi Abıyevlərə bata bilmədi - İDDİA
Bu gün, 12:48
İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib
Bu gün, 12:47
Qarabağda partizan müharibəsi: - Azərbaycanın hansı imkanları var?
Bu gün, 12:46
"Kimisi ingiliscə danışır, kimisi üzümə toxunmaq istəyir"
Bu gün, 12:43
Azərbaycanın XİN başçısı Vaşinqtonda səfərdədir
Bu gün, 12:40
Mingəçevirdə qardaş qardaşı bıçaqlayıb
Bu gün, 12:29
ABŞ Konqresindən anti-Azərbaycan QƏRAR: - Separatçı rejimə 1,5 milyon dollar pul ayırdı
Bu gün, 12:28
"Hər bir zabit Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir" - Zakir Həsənov
Bu gün, 12:26
Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
Bu gün, 12:16
Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı zərərçəkənlərə dəymiş zərəri ödədiyini deyib - MƏHKƏMƏ
Bu gün, 12:15
OPEC+ iclasının vaxtı dəyişdirilib
Bu gün, 12:12
Bakıda homoseksual polisə şikayət etdi: - “56 yaşlı kişi pulumu vermir”
Bu gün, 12:11
Bakıda gənc oğlan evə apardığı qadını saatlarla zorladı
Bu gün, 12:08
SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb
Bu gün, 12:06
"Tiryək udub, hələ də özün özünə "kraliça" deyirsən" - Faiq Ağayev
Bu gün, 12:00
Sabiqlərə cinayət işi açılıb - Beyləqanın sabiq başçısı ilə təhsil şöbəsinin keçmiş müdiri üzləşdirilib
Bu gün, 11:53
Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Baş redaktor səhiyyəni TƏRİFLƏDİ
Bu gün, 11:50
Bolton Qarabağ açıqlaması ilə hansı mesajı verdi? - TƏHLİL
Bu gün, 11:46
Fuad Abbasovdan Paşayevə cavab: - “Vəkilim deyil!”
Bu gün, 11:45
Asif Ağayevin PAMBIQ BİYARI... - İDDİA
Bu gün, 11:44
Azərbaycanda şirkət 30 min avro cərimələnib
Bu gün, 11:41
Ərdoğan S-400-ü tezlikdə əldə etmək planlarından danışıb
Bu gün, 11:39
Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb
Bu gün, 11:36
Qadınların alt paltarını oğurlayarkən yaxalandı - Bakıda
Bu gün, 11:34
Prezident İlham Əliyev iqtisadi gəlirlərin əhalinin sosial rifahına yönəldilməsi vədinə sadiqdir - Elman Babayev
Bu gün, 11:32
Neft bazarında yenidən disbalans yarana bilər - TƏHLİL
Bu gün, 11:29
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Bu gün, 11:22
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı
Bu gün, 11:20
Rüstəm Nağıyev YAP-ın adına da təhlükədir... - Gədəbəydə QALMAQAL
Bu gün, 11:19
Putin II Avropa Oyunlarının açılışına getmir - Azərbaycan Prezidenti isə...
Bu gün, 11:15
"Hörmətli başçı, bizim də məhəlləyə gəlin" - VİDEOGİLEY
Bu gün, 11:13
Rusiya, Azərbaycan və İran liderləri Soçidə nəyi müzakirə edəcəklər? - GƏLİŞMƏ
Bu gün, 11:09
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
Bu gün, 11:08
Azərbaycanda efirdə qızın nişanlı oğlanla WhatsApp yazışması hər kəsi qəzəbləndirdi
Bu gün, 11:06
Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi - Onlar siyahıda ən axırdadırlar
Bu gün, 11:04
Maaşı artmayan müəllimlər kimlərdir: - “9 minin ya diplomu yoxdur, ya saxtadır...”
Bu gün, 11:01
Azərbaycanda 160 minə yaxın müəllimin maşı artacaq
Bu gün, 10:57
"Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - GİLEY
Bu gün, 10:55
Binəqədidə maşında öldürülən məşhur riyaziyyatçının oğludur - ilginc gəlişmə
Bu gün, 10:53
“Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL
Bu gün, 10:48
“Rəmişdən başqa heç kimim yoxdu, nə övladım, nə də qohumum var...”
Bu gün, 10:46
Bağlıdı çimərliyin qapısı üzümüzə - REPORTAJ
Bu gün, 10:44
Mosulda ABŞ-ın hərbi müşavirləri `Katyuşa` atəşinə tutulub
Bu gün, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru