Şəhərə yiyə duran niyə tapılmır? .....                     KTN məktəb direktorlarını da səfərbər edib? .....                     “Star” zavodunun açılması hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək .....                     Qırğızıstanın sabiq prezidentinin müşaviri Rusiyadan ekstradisiya edilib .....                     Fıdnıq oğruları saxlanıldı .....                     Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub .....                     STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib .....                     Azərbaycanın anti-işğal taktikası .....                     Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb .....                     “Türmə mənim üçün bioloji ölümdür” deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi .....                     Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü .....                     Dövləti talayan sabiq məmurların lüks həyatı .....                     Aİ-92 oktanlı benzin idxalı gömrük rüsumlarından azad edilir .....                     DTX-ın növbəti uğurlu əməliyyatı .....                     Badamdar sürüşmə zonasında çatlarda artım qeydə alınıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu” .....                     İŞİD Suriyada tamamilə darmadağın edilib .....                     Sarov kəndində səyyar-qəbul görüş .....                     “Binəqədi məhkəməsində 11 il əvvəlki məhkəmə işinin sənədləri arxivdən oğurlanıb” .....                     Camal Qaşıqçının meyitinin harada olduğu məlum deyil .....                     Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub .....                     Bryanskdan ən çox məhsul idxal edən ölkələr arasında Azərbaycan da var .....                     Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb .....                     Günaydan cəsarətli fotosessiya .....                     ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb .....                     Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlə yetirildiyini təsdiq edib .....                     Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı .....                     Azərbaycanın bir qrup energetikinə fəxri ad və medal verilib .....                     Prezident İlham Əliyev Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında .....                     Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib .....                     Baş Prokurorluq Astanovun işi ilə bağlı .....                     Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib .....                     Keçmiş deputat küçəyə atasının adını verdirib? .....                     Rusiya mətbuatı da Fərhad Əhmədovdan yazır .....                     Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı .....                     “Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” .....                     “Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir" .....                     “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib” .....                     Polis Göyçay şəhər 2 saylı orta məktəbində tədbir keçirdi .....                 

Rəsmi Bakı Qarabağa doğru daha da yaxınlaşır - Hələlik diplomatiya müstəvisində
Tarix: 11-10-2018, 09:10 | Çap et
Rəsmi Bakı Qarabağa doğru daha da yaxınlaşır
Qarabağ cəbhəsində 24 ildir atəşkəs rejimi hökm sürsə də, təbliğat meydanlarında savaş, informasiya müharibəsi bir an da dayanmayıb, davam edir. Çünki konfliktin yekun həllində beynəlxalq hüquqla yanaşı, beynəlxalq rəy də az rol oynamayacaq. Beynəlxalq rəyi isə ilk növbədə ölkənin xarici siyasətlə məşğul olan strukturları, habelə diaspor qurumları, sadəcə, xaricdəki fəal mühacirlər formalaşdırır.

Erməni diasporunun xüsusən də Avropada, ABŞ-da və Rusiyada güclü olduğunu, üstəgəl, xristian amilini nəzərə alsaq, aydındır ki, Azərbaycan dövlət, millət və diaspora olaraq əsas gücünü məhz həmin məkanlara, ölkələrə yönəltməlidir. Söhbət ilk növbədə Dalıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir imkanları olan böyük xristian dövlətlərindən, o sırada vasitəçi xristian ölkələrindən gedir. Bura ABŞ, Fransa, Rusiya, Almaniya daxildir.

*****

Təqdiredicidir ki, bu yöndə aparılan təbliğat savaşında Azərbaycan adına uğurlar getdikcə artmaqdadır. Məsələn, bu günlərdə Almaniya parlamentinin - Bundestaqın sağçı radikal AFD fraksiyasının AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda göndərdiyi sorğu və aldığı cavab diqqətçəkiciliyi ilə seçilib (axar.az).

Belə ki, Almaniya mediası sorğuda Qarabağla bağlı bəzi sualların yer aldığını yazıb. Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində xüsusi qeyd olunub ki, AFR “Almaniya-Ermənistan münasibətləri” dedikdə AFR-Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. “AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma ”Dağlıq Qarabağ Respublikasını" tanımır" - cavabda konkret olaraq bildirilib.

Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Göründüyü kimi, Almaniya hökuməti ərazi bütövlüyümüz məsələsində bizim yanımızda yer almaqda davam edir. Az öncə Bakıda səfərdə olan bu hökumətin başçısı kansler Angela Merkel eyni mövqeni çılpaq şəkildə dilə gətirməsə də, rəsmi Berlin beynəlxalq hüquqa sadiq dövlətdir. Bunu o, Avropa Birliyinin (AB), NATO-nun mühüm üzvü kimi postsovet məkanında (Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova) etnik-ərazi münaqişələrinə dair adı çəkilən qurumların yekun sənədlərinə səs verməklə də təsbit edib - 4 ölkənin ərazi bütövlüyünü və suverenliyini bir daha tanıyıb.

*****

Azərbaycanın AB-nin ikinci aparıcı dövləti olan Fransa ilə də əlaqələri mühüm önəm kəsb edir. Nə yaxşı ki, bu əlaqələr ermənilərin və onların Fransadakı icmasının cəhdlərinə rəğmən, ildən-ilə genişlənir. Bu ilin iyulunda prezident İlham Əliyev Parisdə səfərdə olub və fransalı həmkarı Emmanuel Makronu ölkəmizə dəvət edib.

Lakin səfərin bu həftə baş tutacağı deyilsə də, hələ ki Makronun gəlişinin dəqiq tarixi məlum deyil. Bir şey dəqiqdir ki, Fransa prezidenti Azərbaycana gələcək. Hər halda, AB üzvlərindən yeganə Fransadır ki, onun prezidentləri müntəzəm surətdə Azərbaycana baş çəkiblər. Yada salaq ki, Makronun sələfləri - eks-prezidentlər Nikola Sarkozi və Fransua Olland artıq Bakıda olublar. Heç şübhəsiz, Makron bu ənənəni pozmayacaq. Bu qənaəti gücləndirən daha bir ciddi amil var.

Məsələ ondadır ki, regionda ABŞ kimi Almaniya da fəallaşıb (Amerikanın Gürcüstanda möhkəmləndiyi sirr deyil, Ermənistandakı hakimiyyət dəyişikliyinin arxasında da ABŞ-ın durduğu deyilir). Demək, Fransa onlardan geri qalmaq istəməyəcək. Bölgənin açar ölkəsi isə məlumdur - Azərbaycan. Azərbaycana maraq isə ən əvvəl hərbi sferanı da nəzərdə tutur. Səbəbinə gələcəyik.

Təsadüfi deyil ki, ötən həftə Fransanın “La Tribune” qəzeti yazmışdı ki, Makronun Bakı səfəri zamanı ikitərəfli əməkdaşlıq və Qarabağa məsələləri müzakirə ediləcək və ola bilsin, Fransadan 400-500 milyon avro dəyərində 3 hərbi katerin alınması ilə bağlı müqavilə də imzalansın. Bundan əlavə, TANAP-TAP-ın müzakirəsi də istisna edilmirdi.

*****

“Yeni Müsavat” bu yerdə xatırladır ki, hərbi gəmilərlə bağlı tərəflər arasında ilkin anlaşma artıq əldə edilib. Ötən ay Bakıda keçirilən ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisinə ilk dəfə olaraq, Fransanın iki hərbi şirkəti də öz məhsulları ilə qatılıb və onlardan biri - “Naval Group”la ilkin anlaşma imzalanıb. Önəmlisi həm də odur ki, hərbi gəmilər bütünlüklə Bakıdakı gəmiqayırma zavodunda, Fransa şirkətinin ekspertlərinin iştirakı ilə inşa ediləcək.

“Azərbaycan onsuz da İsraildən katerlər alır. Demək, Bakı Fransa ilə əlaqələri dərinləşdirmək üçün fransız gəmiləri də alacaq. Çünki Bakının siyasəti belədir ki, hamı ilə - Qərblə də, Rusiya ilə də, digər ölkələrlə də yaxşı münasibətlər olsun ”, - deyə rusiyalı hərbi ekspert Konstantin Sivkov “Moskva-Baku” portalına söyləyib.

Digər rusiyalı təhlilçi və politoloq Aleksey Fenenko isə deyib ki, Fransa-Azərbaycan anlaşması baş tutacaq və Bakı müdafiə sferasında öz müstəqilliyini daha da gücləndirəcək. “Bütün yumurtaları eyni zənbilə qoymaq olmaz. Əvvəllər Bakı həqiqətən yalnız İsrail katerləri alırdı. Ancaq bütünlüklə İsraildən, onun ehtiyat hissələrindən və komplektlərindən asılı olmağa dəymir. Həmişə yaxşı alternativ lazımdır”, - deyə ekspert vurğulayıb.

Ekspertlərin açıqlamalarından belə görünür ki, daha Fransanı bölgədə sırf ermənipərəst kurs aparan ölkə adlandırmaq olmaz. Bu gəlişmə, əlbəttə ki, mühüm sayıla bilər - ələlxüsus da Fransanın vasitəçi olduğu Dağlıq Qarabağ məsələsindən dolayı.

“Yəqin ki, yaxın gələcəkdə Bakı ilə Paris arasında əlaqələr daha da yaxşılaşacaq. Fransa hiss edib ki, regionu Almaniya və ABŞ-a uduzur və Güney Qafqaza qayıtmaq qərarı verib. O ayrı məsələ ki, Fransa silahdan başqa Azərbaycana nə təklif edə bilər” - Fenenko bildirib. Onun sözlərinə görə, Bakı-Paris yaxınlaşmasında ikinci amil Qarabağ məsələsində Bakıya psixoloji dəstək xarakterli ola bilər.

“Fransa silahları son zamanlar elə də yüksək rəqabət qabiliyyətli deyil. ABŞ, Rusiya, qismən də Böyük Britaniya və İsrail silah bazarında Fransanı sıxışdırır. Ona görə də Fransa imkanlar arayır ki, öz Hərbi Sənaye Kompleksinin əhəmiyyətli olduğunu nümayiş etdirsin. Odur ki, erməni lobbisi çətin ki, Bakının Fransa ilə silah anlaşmasına mane ola bilsin. Mətbuatda hay-küy qaldıra bilərlər. Lakin bundan o yana keçməyəcək” - sonda politoloq əlavə edib

Bunu da xatırladaq ki, İlham Əliyevin Parisə sonuncu səfərinə 10 gün qalmış mediaya məlum olmuşdu ki, Paris ötən əsrin 90-cı illərindən Azərbaycana tətbiq elədiyi silah embarqosunu götürüb. Bu sensasion xəbər Fransanın dünənə qədər “kiçik bacı” saydığı Ermənistanda o dərəcədə təlaş doğurmuşdu ki, Fransanın işğalçı ölkədəki səfiri ertəsi gün onu təkzib eləməyə tələsdi. Yekunda isə xəbər düz çıxdı: embarqo götürülüb...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhərə yiyə duran niyə tapılmır? - Baş(çı)sız Mingəçevir
Bu gün, 10:35
KTN məktəb direktorlarını da səfərbər edib? - İLGİNC
Bu gün, 10:32
Azərbaycanın ilk kök modeli: - “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”
Bu gün, 10:29
“Star” zavodunun açılması hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək - deputat
Bu gün, 10:22
Qırğızıstanın sabiq prezidentinin müşaviri Rusiyadan ekstradisiya edilib
Bu gün, 10:15
Fıdnıq oğruları saxlanıldı
Bu gün, 10:14
Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub - FOTO
Bu gün, 10:12
STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib
Bu gün, 10:09
Azərbaycanın anti-işğal taktikası - ABŞ Bakını torpaqları qaytarmağa sövq edir
Bu gün, 10:05
Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb - Toksikologiya şöbəsinin müdiri
Bu gün, 10:03
“Türmə mənim üçün bioloji ölümdür” deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi - sensasion səbəb
Bu gün, 09:53
Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü – Bakıda qandonduran cinayət
Bu gün, 09:50
Dövləti talayan sabiq məmurların lüks həyatı - Haram pullar necə nuş olur...
Bu gün, 09:48
Aİ-92 oktanlı benzin idxalı gömrük rüsumlarından azad edilir - müvəqqəti olaraq
Bu gün, 09:45
DTX-ın növbəti uğurlu əməliyyatı - həbs olunan casus kimdir
Bu gün, 09:43
Badamdar sürüşmə zonasında çatlarda artım qeydə alınıb
Bu gün, 09:42
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:41
“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”
Bu gün, 09:39
İŞİD Suriyada tamamilə darmadağın edilib - Sergey Şoyqu
Bu gün, 09:38
Sarov kəndində səyyar-qəbul görüş - FOTO
Bu gün, 09:37
“Binəqədi məhkəməsində 11 il əvvəlki məhkəmə işinin sənədləri arxivdən oğurlanıb” - müdhiş ittiham
Bu gün, 09:34
Camal Qaşıqçının meyitinin harada olduğu məlum deyil
Bu gün, 09:33
Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub - FOTO
Bu gün, 09:32
Bryanskdan ən çox məhsul idxal edən ölkələr arasında Azərbaycan da var
Bu gün, 09:30
Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb
Bu gün, 09:29
Günaydan cəsarətli fotosessiya
Bu gün, 09:27
ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb
Bu gün, 09:25
Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlə yetirildiyini təsdiq edib
Bu gün, 09:24
Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı
Dünən, 18:14
Azərbaycanın bir qrup energetikinə fəxri ad və medal verilib - SİYAHI
Dünən, 18:10
Prezident İlham Əliyev Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb
Dünən, 18:09
Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
Dünən, 18:07
Baş Prokurorluq Astanovun işi ilə bağlı MƏLUMAT YAYDI
Dünən, 18:05
Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib - FOTO
Dünən, 18:02
Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər
Dünən, 17:57
Rusiya mətbuatı da Fərhad Əhmədovdan yazır
Dünən, 17:49
Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı - Meyit ortalıqda qaldı
Dünən, 17:37
“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya
Dünən, 17:35
“Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir" - Türkiyə Prezidenti
Dünən, 17:33
“Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib” - Rövnəq Abdullayev
Dünən, 17:32
MTRŞ yayım şirkətinin lisenziyasını ləğv edib, başqa bir şirkətə lisenziya verilib
Dünən, 17:31
Polis Göyçay şəhər 2 saylı orta məktəbində tədbir keçirdi - FOTO
Dünən, 17:26
Yeni peşə təhsili mərkəzlərinin yaradılması təhsil şəraiti olmadan səmərə verə bilməz - Novruz Məmmədov
Dünən, 17:20
Dollar gələn həftəyə qədər bu qiymətə satılacaq
Dünən, 17:16
"Elşad yoxdur, onu bağlayın" - Oksana əsəbiləşdi
Dünən, 17:11
Möhtəşəm mərasimin CANLI GÖRÜNTÜLƏRİ
Dünən, 17:07
Zağulba prospektində hərəkət məhdudlaşdırılacaq
Dünən, 17:06
Fərhad Əhmədov həyat yoldaşına yarım milyard dollar ödəməlidir
Dünən, 17:04
"Ermənilərin Qarabağda çəkdiyi yollardan onsuz da biz istifadə edəcəyik" - İcra başçısı
Dünən, 16:59
Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır - Nazir
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru