Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir .....                     İrəvanı qarşıdurma gözləyir .....                     Şəkida daha bir nadir olay .....                     ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib .....                     “Bir-birini seviblər” .....                     Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır .....                     Oğuz sakini cərimələndi .....                     Elmar Vəliyevin oğlu da vəzifəsini itirdi .....                     Dəyişməyəni dəyişirlər .....                     Oktyabrın 22-si axşam saatlarında gözlənilən hava şəraiti .....                     Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib .....                     Ağdamda sakinləri kim narazı salır... .....                     Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı .....                     İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş .....                     Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi .....                     Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq .....                     Yazıçılar birliyinə qəbul dayandırılıb .....                     “Star” Neft Emalı Zavodunun əsas qazancı mənəvi dəyəridir .....                     Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb .....                     Renka burun əməliyyatına hazırlaşır .....                     Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb .....                     Bakıda DYP-nin reydi zamanı sərxoş sürücülər cərimələniblər .....                     Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb .....                     Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək .....                     “Bank of Baku” qara siyahıda .....                     “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub .....                     Azərbaycanda qadın hakim istefa verdi .....                     Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi .....                     23 oktyabrda gözlənilən hava şəraiti .....                     Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır .....                     “Nar” Tərtərdə 4G şəbəkəsini qurdu .....                     Hadisə yerindən yayınan sürücülər saxlanılıblar .....                     Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib .....                     Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb .....                     Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub .....                     İmişlidə prezidentin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib .....                     DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ .....                     Azərbaycanın 2019-cu il büdcəsinin MM-də müzakirəyə başlama vaxtı bilindi .....                     Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı .....                     İlham Əliyev İmişliyə .....                 

Sahil Babayev nə etməlidir? - Sosial yardımdansa...
Tarix: 21-09-2018, 11:02 | Çap et
Sahil Babayev nə etməlidir?
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ünvanlı sosial yardım alan ailələrin təxminən 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması üçün təkmil və səmərəli iş mexanizmi hazırlanmaqdadır. Ümumilikdə sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial yardım proqramının sosial cəhətdən daha həssas ailələrə, əlilliyi olan insanlara yönəldilməsi, sosial yardım üçün müraciət prosedurunun sadələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

Bu məqsədlə, habelə ünvanlı sosial yardım proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında da təkmilləşdirmələr aparılması nəzərdə tutulub.

Rəsmi statistika Azərbaycanda işsizliyin 5% səviyyəsində olduğunu bildirir, lakin hamımız bilirik ki, bu statistika reallıqdan çox kənardır. Bəs doğurdanmı sosial yönümlü innovativ layihələrlə Azərbaycanda, xüsusən də regionlarda işsizliyin azalmasına nail olmaq olar, yoxsa bu layihələr ancaq işgüzar görüntü yaratmaq naminə yaradılır? Ümumiyyətlə Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üçün hansı əsas addımlar atılmalıdı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq-jurnalist Lalə Mehralının və sosioloq Cavid İmamoğlunun fikirlərini öyrənib.

Lalə Mehralı: “Özünəməşğulluq proqramından yararlanan insanlar qazanır. Yəni onlar həm iş sahibi olurlar, həm də öz ailəsinə miras qoya biləcəyi bir təsərrüfat yaradır”.

İnsanlarımızın tənbəl olduqların xatırladan sosioloq-jurnalist Lalə Mehralı qeyd edib ki, sosial yardım alan ailəyə özünəməşğulluq proqramından yararlanmaq təklif olunur, amma insanlar bunu istəmirlər. Onlar istəyirlər ki, hər ay dövlət onlara müəyyən məbləğdə pul ödəsin:

“Mən həmişə demişəm ki, sosial yardımnansa, özünəməşğulluq proqramına güc vermək daha yaxşıdır. Məsəl var deyirlər insanlara balıq vermə, balıq tutmağı öyrət. Özünəməşğulluq proqramı məhz bu məsəli ifadə edir. Biri var insanlara hər ay bəlli bir miqdarda pul verəsən. Biri də var ki, vətəndaşlara iş qurmaq üçün geri ödəməyəcəyi məbləği təklif edəsən və vətəndaş hər ay dövlətdən alacağı 150-200 manat əvəzinə öz gəlirini minlərlə manat civarında təyin etə bilər. Təbii ki, bu vətəndaşın iş, biznes bacarığından asılıdır.

Misal üçün mən özüm özünəməşğulluq proqramına müraciət edirəm və bildirirəm ki, mənim həyətyanı sahəm var. Bu sahədə də quşçuluq təsərrüfatı yaratmaq istəyirəm. Mənə ya təyin olunmuş miqdarda vəsait ödənilir, ya da mənə quşlar alınıb verilir. Əgər səhv etmirəmsə, burada 6 min manat civarında yardımdan söhbət gedir. Təsəvvür edin ki, bu pula quşçuluq təsərrüfatı yaradıram və öz təsərrüfatımın, öz binesimin sahibi oluram. Mənim bacarığım, həvəsim mənə imkan yaradır ki, mən daha çox pul qazana bilim.

Lalə Mehralı: “Özünəməşğulluq proqramının bu baxımdan da sərfəli olmağı qeyd edilməlidir ki, dövlət sənə kredit verir, amma krediti tələb etmir”.

Belə olan halda da heç kəs dövlətdən asılı vəziyyətdə olmur. Yəni vətəndaş hər ay dövlətin onun balansına köçürəcəyi vəsaiti gözləmir. Özün biznesini qurursan və gəlirlərini özün təyin edirsən. Bu həm də dövlətə xeyirdi. Çünki yüzlərlə, minlərlə insana sosial yardım ödəməkdaən büdcə xilas olur. Yəni o vəsait başqa sahələrə yönəldilir. Baxmayaraq ki, birdəfəli yardımda hər ay ödənilən yardımın dəfələrlə artığından söhbət gedir. Ümumi birləşdirərək özünəməşğulluq proqramının xeyirlərini belə demək olar:

1. Dövlət qazanır;

2. Özünəməşğulluq proqramından yararlanan insanlar qazanır. Yəni onlar həm iş sahibi olurlar, həm də öz ailəsinə miras qoya biləcəyi bir təsərrüfat yaradır;

3. Ölkə iqtisadiyyatına ciddi formada təsir edə bilir. Yəni kiçik və orata sahibkarların sayı artır. İstehsal çoxalır və nəticədə ucuzluq olur.

Mən yeni nazirin bu addımın dəstəkləyirəm. Bir neçə nəfər tanıdığım insanlar var ki, onlar özünəməşğulluq proqramından yararlanıb və faydalarını artıq görməkdədirlər. Amma bu da qeyd edilməlidir ki, insanlarımız tənbəldir. Sosial yardım alan ailəyə özünəməşğulluq proqramından yararlanmaq təklif olunur, amma insanlar bunu istəmirlər. Onlar istəyirlər ki, hər ay dövlət onlara müəyyən məbləğdə pul ödəsin.

Hazırda banklarımızda xüsusi kredit növu var ki, bu biznes krediti adlandırılır. Öz biznesini qurmaq istəyən insanlar bu kreditdən istifadə edir. Krediti alır və biznesi genişləndikcə də krediti geri ödəyir. Özünəməşğulluq proqramının bu baxımdan da sərfəli olmağı qeyd edilməlidir ki, dövlət sənə kredit verir, amma krediti tələb etmir. O məbləğ sənə biznesini qurmaq üçün verilir və bundan sonra da zəhmətinin bəhrəsini görürsən”.

Cavid İmamoğlu: “Ünvanlı sosial yardımdansa, vətəndaşı aktiv fəaliyyətə sövq edən proqramlar daha effeklidir”.

Bu gün Azərbaycan reallığında sosial müdafiə konteksində aztəminatlı ailələrin, kənd yerlərində yaşayan fermerlərin yaxud da sahibkarlığa yeni qədəm qoymuş şəxslərin dövlət dəstəyinə ehtiyacı olduğunu vurğulayan sosioloq Cavid İmamoğlu əlavə edib ki, dövlət də vətəndaşları üçün bu fəaliyyətləri təşviq etməyə borcludur:

“Özünəməşğulluq proqramı əslində əhalinin gəlirinin artırılmasına, işsizliyin aradan qaldırılmasına, ümumiyyətlə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addım hesab oluna bilər. Çünki regionlarda insanların kiçik sahibkarlığının inkişaf etdirilməsi üçün bu cür dövlət dəstəyinə ehtiyac var idi. Artıq bir ildən artıqdır ki, Azərbaycanda özünəməşğulluq proqramı həyata keçirilir. Bu proqramın hədəf ərazisi genişləndirilməlidir ki, ölkə ərazisində hər bir bacarıqlı, kiçik sahibkarlıqla məşğul olmaq istəyən şəxs müraciət edib bu dəstəkdən faydalana bilsin.

Bu gün Azərbaycan reallığında sosial müdafiə konteksində aztəminatlı ailələrin, kənd yerlərində yaşayan fermerlərin yaxud da sahibkarlığa yeni qədəm qoymuş şəxslərin dövlət dəstəyinə ehtiyac var. Dövlət də vətəndaşları üçün bu fəaliyyətləri təşviq etməyə borcludur. Ötən il ərzində keçirilən layihələr göstərir ki, özünəməşğulluq proqramı ondan əvvəlki mövcud sosial yardım proqramlarından qat-qat effektlidir. Məsələn əvvəl aztəminatlı ailələrə ünvanlı sosial yardım verilirdi və heç bir inkişaf motivi yox idi. Yəni bu proqram sadəcə pul yardımlarından ibarət idi və bir çox insanlar pul yardımlarına öyrəşirdilər. Buna görə də işsizliklik, tənbəllik, yardıma öyrənmək kimi xüsusiyyətlər ortaya çıxırdı.

Özünəməşğulluq proqramında vəziyyət başqa cürdür. Burada qarşı tərəfin özünün məqsəd və vəzifələri, biznesi inkişaf etdirməklə bağlı tədbirləri olmalıdır ki, dövlət özünəməşğulluq proqramı ilə onlara müəyyən yardımlar ayırsın. Burada pul yardımından daha çox hansısa ləvazimatın ayrılması və yaxud da inək, qoyunun alınması və s. kimi işlər görülür. İşin səmimiyyətinə inanmaq lazımdır və yaxşı niyyətlə atılan addımlar da təriflənməlidir.

Cavid İmamoğlu: “Əgər rayondan Bakıya axın varsa, deməli hələ də görüləcək işlər çoxdur”.

Hesab edirəm ki, ünvanlı sosial yardımdansa, vətəndaşı aktiv fəaliyyətə sövq edən proqramlar daha effeklidir. Yəni pul yardımı birmənalı şəkildə insanlarda asılılıq yaradır. Amma qarşı tərəfi, vətəndaşı işə, fəaliyyətə cəlb edən proqramlar isə təbii ki, ölkə iqtisadiyyatına, ailələrin inkişafına, işsizliyin aradan qaldırılmasına, gəlirliyin artmasına, orta yaşam əmsalının artmasına xidmət göstərəcək.

Onu da qeyd etmək lazımdır ki, ölkədə bəzi əhali qrupları var ki, onlar işləyə bilmirlər. Sosila yardımlar məhz o şəxslər üçündür ki, onların ümumiyyətlə işləmək imkanları yoxdur. Bu da əhalinin çox az hissəsini əhatə edir. Ümumiyyətlə sosial müdafiə deyəndə heç kəs işsiz qalmamalıdır ağıla gəlməlidir. Yəni bu gün əgər Azərbaycanda kənd yerlərindən insanlar şəhərə iş arxasınca gəlirlərsə, bu artıq göstəricidir ki, kənd yerlərində iş yoxdur. Halbu ki, Azərbaycanın yerləşdiyi coğrafi mühid və aqrar sahədə sahib olduğu imkanları əslində göstərir ki, kiçik dəstək kifayətdir ki, bu gün ölkə torpaqlarının böyük əksəriyyəti əkilib-becərilsin, heyvandarlıq inkişaf elətdirilsin. Hansı ki, bunları şəhərdə etmək mümkün deyil.

Əgər rayondan Bakıya axın varsa, deməli hələ də görüləcək işlər çoxdur. Faktiki olaraq əhalinin işsizliyinin azalmasını o zaman müşahidə etmək olar ki, əhalinin şəhərə axından daha çox kəndə qalmağa meyli olsun. Rayonların inkişafı və rayonlarda kənd təsərrüfatı sahəsində gedən inkişaf onu göstərəcək ki, ölkədə işsizlik aradan qalxır və əhali sosial planda müdafiə olunur”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir - Prezident İlham Əliyev
Bu gün, 16:36
Fədayə Laçının məhkəməsi təxirə düşdü - SƏBƏB?
Bu gün, 16:34
İrəvanı qarşıdurma gözləyir - TƏHLİL
Bu gün, 16:26
Şəkida daha bir nadir olay - pişik 29 yaşlı qadını...
Bu gün, 16:22
ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib
Bu gün, 16:19
"Məni kim döyə bilər" — "Azəri Vandam"dan döyülməsi xəbərinə REAKSİYA
Bu gün, 16:16
“Azəri Vandam”ı Bakıda döydülər
Bu gün, 16:13
“Bir-birini seviblər” - Qız qaçırdığına görə öldürülən oğlanın atası
Bu gün, 16:11
"Sinəmin böyük olması üçün hər gecə dua etmişəm" - Azərbaycanlı aktrisa
Bu gün, 16:03
Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır
Bu gün, 16:00
Oğuz sakini cərimələndi
Bu gün, 15:58
Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün filmində
Bu gün, 15:55
Elmar Vəliyevin oğlu da vəzifəsini itirdi
Bu gün, 15:43
Dəyişməyəni dəyişirlər – Ceyhun Bayramov islahatlar aparmağa məhkumdur
Bu gün, 15:39
Oktyabrın 22-si axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 15:37
Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib
Bu gün, 15:30
Ağdamda sakinləri kim narazı salır... - GİLEY
Bu gün, 15:29
Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı
Bu gün, 15:26
İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş
Bu gün, 15:19
Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi
Bu gün, 15:14
Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq - TƏHLİL
Bu gün, 15:11
Yazıçılar birliyinə qəbul dayandırılıb
Bu gün, 15:10
“Star” Neft Emalı Zavodunun əsas qazancı mənəvi dəyəridir — Ərdoğanın baş sözçüsü
Bu gün, 15:07
Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb
Bu gün, 15:04
Renka burun əməliyyatına hazırlaşır
Bu gün, 15:00
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb
Bu gün, 14:59
Bakıda DYP-nin reydi zamanı sərxoş sürücülər cərimələniblər
Bu gün, 14:58
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb
Bu gün, 14:54
Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək
Bu gün, 13:14
“Bank of Baku” qara siyahıda - HESABAT
Bu gün, 13:10
Gələcəyin xanım jurnalistləri saqqallı oğlanlara üstünlük verir
Bu gün, 13:07
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub - Prezidentin iştirakı ilə
Bu gün, 13:02
Azərbaycanda qadın hakim istefa verdi
Bu gün, 13:00
Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi
Bu gün, 12:53
23 oktyabrda gözlənilən hava şəraiti - Belə deyirlər...
Bu gün, 12:51
Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır - ŞİŞTƏPƏLİ XƏLİLOV QARDAŞLARI İLƏ MÜHARİBƏ
Bu gün, 12:49
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
Bu gün, 12:46
Hadisə yerindən yayınan sürücülər saxlanılıblar
Bu gün, 12:45
Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib - FOTOLAR
Bu gün, 12:44
Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb - FOTO
Bu gün, 12:42
Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub - FOTO
Bu gün, 12:33
İmişlidə prezidentin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib - FOTOLAR
Bu gün, 12:25
DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Bu gün, 12:23
Azərbaycanın 2019-cu il büdcəsinin MM-də müzakirəyə başlama vaxtı bilindi
Bu gün, 12:16
Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı
Bu gün, 12:14
İlham Əliyev İmişliyə gedib
Bu gün, 12:10
Ədliyyə nazirliyinin yüksək vəzifəlisinə ağır ittihamlar... - Müraciət
Bu gün, 12:07
“STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"
Bu gün, 12:03
Bakıda mer seçkiləri keçiriləcək? - GƏLİŞMƏ
Bu gün, 12:02
Türkiyədə hərbi hissədən qaçan silahlı əsgər ticarət mərkəzində işləyənləri girov götürüb - FOTO
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru