Xüsusi təyinatlılar “Lotu Quli”nin yaxın adamını həbs etdi .....                     Sabah dolar neçəyə olacaq? .....                     Tovuzda 55 yaşlı kişi "laqonda" ilə barmaqlarını doğradı .....                     Böyük Britaniyada 10 nazir istefa verə bilər .....                     ABŞ-a müqavimət göstərməsək, “yeni hitlerlər” peyda olacaq .....                     İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI .....                     Bərdə sakini dostunu güllələyərək öldürüb .....                     “Modern Hospital”dakı hadisə ilə bağlı şok açıqlama: .....                     Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi .....                     Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi .....                     İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini .....                     Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər .....                     Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə .....                     “Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir? .....                     İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir .....                     Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib .....                     Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru .....                     Bu da quzu başı sığallamaq deyil ki... .....                     Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir .....                     Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: .....                     Kremldən Jirinovskinin S-700 iddiasına .....                     "Şərurlu İsfəndiyar" da belə narazılıq yaradır... .....                     "MedEra" Hospitalda BİABIRÇILIQ .....                     Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb .....                     Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? .....                     Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı .....                     Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi .....                     Bakıda itkin düşmüş kişinin meyiti tapılıb .....                     Aleksey Navalnı sərbəst buraxıldı .....                     Neftçalada ÖZBAŞINALIQ .....                     Prezident İlham Əliyev Astara rayonuna .....                     BNA: Paytaxtda bu dairədə hərəkət bərpa ediləcək .....                     Bakıda kobud qayda pozuntuları törədən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı reyd keçirilib .....                     Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəranda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışını ediblər .....                     "Dini mərasimlər zamanı "camaat nə deyər" yanaşması insanları səhv addım atmağa sövq edir" .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Mülayim xəzri küləyi əsəcək .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Sarkisyan Paşinyanı “baltalaya” bilər .....                     Keçmiş holdinq rəhbəri Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqlayır .....                 

Valyuta bazarında tarazlıq pozulmayacaq - TƏHLİL
Tarix: 21-09-2018, 10:26 | Çap et
Valyuta bazarında tarazlıq pozulmayacaq
Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın (AMB) təşkil etdiyi hərraclarda bu ilin arxada qalan 8 ayı ərzində bütövlükdə keçən il ərzində satılan valyuta həcmindən 15 %-dən çox ABŞ dollarının satılmasını bəziləri maliyyə bazarımızda mövcud olan sabitlik üçün təhlükə sayırlar.
Halbuki, 2017-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 milyard 598,12 milyon dollar satmışdı ki, bu da 2016-cı il ilə müqayisədə 1,3 milyard dollar və ya 26,53% az təşkil etmişdi. Cari il ərzində isə ötən yanvar-avqust ayları ərzində ARDNF 4 milyard 244 milyon dollar məbləğində valyuta realizə edib.

Qurumun valyuta hərraclarında bu il ərzində hər ay satdığı valyuta həcminə diqqət yetirsək, onun hər ay artan dinamika üzrə inkişaf etdiyinin şahidi olarıq. Təkcə bir ayın artım tempinə diqqət yetirmək kifayətdir ki, avqustda hərraclar vasitəsilə 733,7 milyon dollar realizə edilibsə, iyul ayında bu rəqəm 536,6 milyon dollar təşkil edib. Bu da avqustda hərraca iyul ayındakından 197,1 milyon dollar artıq dolların satışa çıxarıldığı deməkdir.

Eyni zamanda, banklarda bu il ərzində dollar alış-verişi də artıb. Cari ilin iyul ayında ölkədə fəaliyyət göstərən banklar tərəfindən əhaliyə 189,307 milyon dollar satılaraq, əhalidən 175,342 milyon dollar alınıb. İyun ayı ilə müqayisədə dolların alış və satışı artıb. Belə ki, iyun ayında alış 148,522 milyon dollar, satış isə 167,596 milyon manat olub. Bu da nağd dollar alışının 18,1%, satışının isə 13% artması deməkdir.

Bu il ərzində ölkədə valyuta alışı və satışının, ümumiyyətlə, hərraclarda ABŞ dollarına tələbin yüksək olacağı qabaqcadan bəlli idi. Bunu həm idxalın artacağı, həm ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi, həm də əhalinin maddi vəziyyətinin nisbətən sabitləşəcəyi faktorlarının proqnozlaşdırılması və sair diqtə edirdi.

Ümumiyyətlə, bəllidir ki, milli valyutamız 2017-ci ildə möhkəmlənməyə, yəni bahalaşmağa başladı. Buna da səbəb neftin dünya bazarlarında qiymətlərinin 2016-cı ilin ikinci yarısından etibarən sabitləşməyə başlaması, keçən ilin yanvar ayından iqtisadi tənəzzüldə dönüşün yaranması, idxalın məhdudlaşdırılması və ölkədən kənara valyuta axınına nəzarətin gücləndirilməsi tədbirlərinin effekt verməyə başlaması, o cümlədən, valyuta bazarımızda mübadilə qaydalarının dəyişdirilməsi, xüsusən də "qara bazarın" və ümumiyyətlə, spekulyasıya elementlərini aradan qaldırmaq məqsədilə banklar üçün müəyyən edilmiş -/+4%-lik marjanın ləğvi və sair oldu.

Lakin manatın məzənnəsinin sabitləşməsində bütün bunlardan da əsas və başlıca səbəb məhz tədiyyə balansında profisitin yaranması oldu. Məlumdur ki, 2015-ci və 2016-cı illər ərzində sözügedən profisit defisitə keçmişdi. Bunun da başlıca səbəbi neftin dünya bazar qiymətlərinin enməsi olmuşdu.

Məsələ bundadır ki, tədiyyə balansındakı bu profisit davam etməkdədir və üstəlik, möhkəmlənir. Cari ilin yanvar-iyun ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,7 milyard dollar təşkil edib ki, bu haqda AMB-in 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikası Tədiyyə balansı hesabatında məlumat verilir. Bu, həm neftin qiymətinin 40% bahalaşması, həm də cari əməliyyatlar balansında yaranan müsbət tendensiyalar hesabına baş verib.

Ümumiyyətlə, Azərbaycan manatının dəyərinin arxasında neftin qiymətinin dayanması bəllidir. Və AMB, ölkədə valyuta bazarını tənzimləyən əsas və mərkəzi qurum olaraq hansı ehtiyatlara malik olursa-olsun, neftin qiymətinin bir “döşəmə” həddi vardır ki, bu da 35-40 dollar civarında sayılır. Və, əgər bundan aşağı düşsə, məzənnəni 3 aydan artıq saxlamaq mümkün deyil. Yeri gəlmişkən, manat keçən ilin fevral ayından sonra 11,5% möhkəmlənmiş, 1 il əvvəl isə, yəni 2016-cı ildə 15%-ə yaxın ucuzlaşmışdı.

Tədiyyə balansında müsbət saldo ona görə möhkəmlənməkdədir ki, xarici ticarətdə ixrac idxalı üstələyir, qeyri-neft sektoru üzrə ölkədən kənara məhsul satışı yüksəlir, neft-qaz sektorunun özündə artım mövcuddur. Elə AMB-nin məlumatına görə də, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən xarici ticarət profisitinin 1,4 dəfə, qeyri-neft ixracının 14,1%, neft-qaz sektorunun isə 42,3% artması, xidmətlər üzrə kəsirin isə 2,1 dəfə azalması kimi 1amillər olub.

2018-ci ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib ki, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar və ya 13% artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Düzdür, göstərilən müddətdə idxal daha çox artıb. Və daxili valyuta bazarında xarici maliyyəyə də tələbin artmasını əsas etibarı ilə bu amil şərtləndirib. Yuxarıda da qeyd etdim ki, bu il ərzində idxalın artacağı, ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi ilə əlaqədar ölkədə valyuta alışı və satışının, ümumiyyətlə, hərraclarda ABŞ dollarına tələbin yüksək olacağı qabaqcadan bəlli idi. Məsələ bundadır ki, idxalın artmasını məhz ümumi iqtisadi artım tempinin bərpasının sürətlənəcəyi faktoru deməyə əsas verirdi.

Sözün qısası, demək istədiyim budur ki, ARDNF tərəfindən AMB-in təşkil etdiyi hərraclarda bu ilin arxada qalan 8 ayı ərzində bütövlükdə keçən il ərzində satılan valyuta həcmindən çox valyutanın, yəni ABŞ dollarının satılması təbii bir haldır.

Bəli, ilin sonunadək bu, bir az da çox təşkil edəcək. Lakin, maliyyə bazarımızdakı tarazlıq pozulmayacaq. Buna neftin dünya bazarlarındakı qiyməti və bundan da irəli gələrək də, tədiyyə balansında və xarici ticarətdəki vəziyyət imkan verməyəcək.
AzVision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xüsusi təyinatlılar “Lotu Quli”nin yaxın adamını həbs etdi - VİDEO
Bu gün, 17:11
Sabah dolar neçəyə olacaq?
Bu gün, 17:09
Tovuzda 55 yaşlı kişi "laqonda" ilə barmaqlarını doğradı
Bu gün, 17:05
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Bu gün, 16:56
ABŞ-a müqavimət göstərməsək, “yeni hitlerlər” peyda olacaq
Bu gün, 16:54
İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI
Bu gün, 16:49
Bərdə sakini dostunu güllələyərək öldürüb - YENİLƏNİB
Bu gün, 16:47
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Bu gün, 16:44
Azərbaycanda ilk dəfə canlı yayımda uşaq dünyaya gəldi
Bu gün, 16:42
“Modern Hospital”dakı hadisə ilə bağlı şok açıqlama: -“Bizdən pul istədi və…”
Bu gün, 16:35
Mətanət İsgəndərli canlı yayımda ögey oğluyla görüşdü - VİDEO
Bu gün, 16:34
Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi - səhhətində ciddi problemlər yaranıb
Bu gün, 16:30
Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
Bu gün, 16:27
İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Bu gün, 16:21
Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər
Bu gün, 16:18
Türkiyə prokurorluğundan Arda Turanın həbs olunması istənilib
Bu gün, 16:17
Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub
Bu gün, 16:14
“Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir? - “Satış perspektivi sıfıra yaxındır”
Bu gün, 16:07
İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir - 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılıb
Bu gün, 16:01
"Tacirlə Vidadi Bərdəlidən görüb götürmüşəm" - Manaf Ağayevdən etiraf
Bu gün, 15:59
Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib
Bu gün, 15:55
Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru - DOSYE
Bu gün, 15:53
Bu da quzu başı sığallamaq deyil ki... - KTN-nin gənc şefinin menyüsünə...
Bu gün, 15:51
“Bu nə danışıqdır ay başınıza dönüm?” - Elza Seyidcahan
Bu gün, 15:49
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir - Yeyinti ittihamı
Bu gün, 15:45
Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: - “Heç kimə güzəşt olmayacaq”
Bu gün, 15:33
Kremldən Jirinovskinin S-700 iddiasına - Cavab
Bu gün, 15:31
"Şərurlu İsfəndiyar" da belə narazılıq yaradır... - GİLEY
Bu gün, 15:27
Dilarə yenə soyundu
Bu gün, 15:24
“Röya elə məbləğə toya gedir ki...”
Bu gün, 15:17
"MedEra" Hospitalda BİABIRÇILIQ - Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi
Bu gün, 15:14
“Bozbash” getdi, “Buğlama” gəldi - “Qılman doktor”la “Şirin” yola salındı
Bu gün, 15:11
Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb
Bu gün, 15:07
Vəzifədən birbaşa həbsə gedən məmurlar: Onlar kimlərdir? - SİYAHI
Bu gün, 15:05
Telman İsmayılovun qardaşı oğlu azadlığa buraxıldı
Bu gün, 15:02
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi - GƏLİŞMƏ
Bu gün, 14:57
Bakıda itkin düşmüş kişinin meyiti tapılıb
Bu gün, 14:54
Aleksey Navalnı sərbəst buraxıldı
Bu gün, 14:53
Neftçalada ÖZBAŞINALIQ - GİLEY
Bu gün, 14:51
Prezident İlham Əliyev Astara rayonuna səfərə gəlib
Bu gün, 14:50
“8 uşaq atasız böyümüşük” — Əməkdar artist
Bu gün, 14:48
BNA: Paytaxtda bu dairədə hərəkət bərpa ediləcək
Bu gün, 14:42
Bakıda kobud qayda pozuntuları törədən, sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərə qarşı reyd keçirilib - FOTO
Bu gün, 14:41
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəranda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışını ediblər
Bu gün, 14:37
"Dini mərasimlər zamanı "camaat nə deyər" yanaşması insanları səhv addım atmağa sövq edir" - Mübariz Qurbanlı
Bu gün, 13:10
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Bu gün, 12:57
Mülayim xəzri küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:51
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 12:49
Sarkisyan Paşinyanı “baltalaya” bilər - Gizli Moskva səfəri
Bu gün, 12:48
Keçmiş holdinq rəhbəri Leyla Məmmədzadə maskalılar tərəfindən necə həbs olunduğunu açıqlayır - “DEDİLƏR MƏMMƏDZADƏ SƏNSƏN? HƏBS OLUNURSAN...”
Bu gün, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru