Tramp və Cinpin G-20 sammitində görüşəcəklər .....                     Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib .....                     Cun Takaşina ETSN-də olub .....                     Azərbaycanda ŞOK: DGK-dan narazı sahibkar Gəncədə özünü yandırdı .....                     Misirdə “Anadolu” agentliyi və TRT-nin saytlarına giriş bloklanıb .....                     Naftalan sanatoriyalarında şok qiymətlər... .....                     “Diletantlar Fuad Abbasovu qızışdırırlar...” .....                     İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır .....                     Bakıda 70 yaşlı kişi özünü asıb .....                     Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi törəmə şirkətinin rəhbərini dəyişib .....                     "Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Rusiya ən azı öz vətəndaşı Dilqəm Əsgərovu azad etmək üçün bu məsələ ilə məşğul olmalıdır" .....                     Sabirabadda məzunun intihar səbəbi: .....                     Ağcabədidə 13 hektardan çox taxıl sahəsi yanıb .....                     Çətənə yetişdirirdi, ilişdi... .....                     Sabiq deputatın oğlu 700 minlik mənimsəmədə ittiham edilir .....                     "Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib .....                     Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb .....                     “Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir” .....                     Ramil Usubov onu rəis təyin elədi .....                     Bakıda valideyn hüquq-mühafizə orqanlarına müraciət edib .....                     Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb .....                     Aygünlə Zülfiyyə duet oxudular .....                     "Azercell" abunəçilərinə gələn xarici zənglərin səbəbi nədir? .....                     Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsi başlayıb .....                     26 ildir zülüm çəkən ailə... .....                     “Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?” .....                     Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər .....                     Sumqayıtda məktəb direktoru işdən çıxarılıb .....                     QUBA İCRA HAKİMİYYƏTİ belə torba tikir... .....                     “Eşq səfəri”nə çıxan casus-jurnalist yolda həbs olundu .....                     Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib .....                     Bakıda küçə reklamına nəzarət avtomatlaşdırılacaq .....                     Erməni əsgərləri qəzaya düşdü .....                     Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb .....                     Sarayda avtomobil hasara dəydi, .....                     Azərbaycanın xarici ticarət dövriyyəsi 18% artıb .....                     "Çernobıl" serialı TƏŞVİŞ YARATDI .....                     Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: .....                 

"Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçən insanların qayğıları ilə yaşamalıdır" - Milli Məclisin sədri
Tarix: 21-09-2018, 10:20 | Çap et
 "Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçən insanların qayğıları ilə yaşamalıdır"
“Parlament özü mahiyyət etibarı ilə demokratiyanın bəhrəsidir. Digər tərəfdən isə demokratiyanın inkişafı və onun dönməzliyinin təmin edilməsi üçün zəruri şərtdir. Uzun əsrlər boyu Avropa demokratiyasının təcrübəsində sınaqdan çıxarılmış çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri ötən illərdə Azərbaycan parlamentinin praktikasında da özünü doğruldub”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

Spikerin sözlərinə görə, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən parlament əsl demokratiya və siyasi mədəniyyət məktəbidir: “Parlament milli qanunvericiliyi qabaqcıl dünya ölkələrinin hüquq normalarına və standartlarına uyğunlaşdırmaq, problemlərin açıq müzakirəsini aparmaq yolu ilə demokratik təsisatları möhkəmləndirir, söz, mətbuat, vicdan, birləşmək, sərbəst toplaşmaq və digər siyasi azadlıqların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır. Milli Məclis dövlətin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların hüquqi mexanizmi daha da inkişaf etdirilir və təkmilləşdirilir. Qanunvericilik fəaliyyəti ilə yanaşı, parlament ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm siyasi hadisələrə münasibətini bildirir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün zəruri tədbirlər görür. Müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu getdikcə artır. Bunun sadə bir səbəbi var. Parlament diplomatiyasının dili çox anlaşıqlıdır. Beynəlxalq siyasətlə bağlı olan bir sıra məsələlərdə parlament diplomatiyası ənənəvi diplomatiya üsullarını uğurla tamamlayır. Parlament diplomatiyası parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni bir sahəsidir. O, dövlətlərin qarşılaşdıqları problemlərin həllinə, sivilizasiyalararası dialoq üçün maneələrin aradan qaldırılmasına sanballı töhfə verir. Məhz buna görə də Milli Məclisin beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə parlamentlərarası əməkdaşlığın müxtəlif formalarından istifadə olunur. İndiyədək xarici ölkələrin qanunvericilik orqanları ilə əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında 20-yə qədər saziş bağlanmışdır. Milli Məclisdə 80-dən çox ölkənin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb”.

O.Əsədov qeyd edib ki, Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirir: “Hər il Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabat və məruzələri dinlənilir. Azərbaycan parlamenti dövlət büdcəsinin icrasına nəzarət edir, qanunların icrasının monitorinqini həyata keçirir. Parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçən insanların qayğıları ilə yaşamalıdır. Milli Məclisin deputatları müntəzəm surətdə seçiciləri ilə görüşür, onların təşəbbüsü ilə Milli Məclisdə problemlər qaldırır, insanları narahat edən məsələlərin həlli üçün səylərini əsirgəmirlər”.

Azərbaycanda nümunəvi parlament - Prezident münasibətlərinin bərqərar olduğunu bildirən O.Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir dünya standartlarına uyğun qanun layihələrinin hazırlanmasını və parlamentə təqdim olunmasını təmin edir: "Parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu dövlət başçısının təşəbbüsü ilə müzakirəyə çıxarılır. Azərbaycan Prezidenti İlham Əliyev birinci və ikinci çağırış Milli Məclisin deputatı olub, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə böyük uğurla rəhbərlik edib. O, Milli Məclisin gündəlik işini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olub. Milli Məclisin fəaliyyəti ilə bağlı məsələləri dərindən bildiyinə görə qanunvericilik orqanına çox böyük hörmət, diqqət və qayğı göstərir. 2013-cü və 2018-ci illərdə Azərbaycan Prezidentinin andiçmə mərasimləri Milli Məclisdə təşkil edilib. Milli Məclisin deputatlarının iş şəraitinin yaxşılaşdırılması, parlamentin qanunvericilik və qanunyaratma fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilən bütün tədbirlər dövlət başçısı tərəfindən hər vasitə ilə dəstəklənir. Gündəlik fəaliyyətində Milli Məclis mərkəzi və yerli icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil və yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlayır. Hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. Müasir Azərbaycanın 100 yaşlı parlamenti xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən, icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən ali təmsilçilik orqanıdır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp və Cinpin G-20 sammitində görüşəcəklər
Dünən, 18:19
Toyda deputat müğənniyə salfetdə nə yazdı?
Dünən, 18:16
Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib
Dünən, 18:13
Cun Takaşina ETSN-də olub - FOTO
Dünən, 18:06
Azərbaycanda ŞOK: DGK-dan narazı sahibkar Gəncədə özünü yandırdı - SƏBƏB
Dünən, 18:03
Misirdə “Anadolu” agentliyi və TRT-nin saytlarına giriş bloklanıb
Dünən, 18:00
Space TV-nin efirində növbəti biabırçılıq – “Qanuni oğrular” TƏRİF EDİLDİ
Dünən, 17:52
Naftalan sanatoriyalarında şok qiymətlər... - 14 günə 4 min manat
Dünən, 17:38
“Diletantlar Fuad Abbasovu qızışdırırlar...” - Jurnalistin vəkilindən sensasion açıqlama
Dünən, 17:35
İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır - MN
Dünən, 17:29
Bakıda 70 yaşlı kişi özünü asıb
Dünən, 17:24
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi törəmə şirkətinin rəhbərini dəyişib
Dünən, 17:23
"Bu, aztəminatlı ailələrin cibinə uyğun deyil..." - GİLEY
Dünən, 17:17
Əməkdar artistin vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi
Dünən, 17:09
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:05
"Rusiya ən azı öz vətəndaşı Dilqəm Əsgərovu azad etmək üçün bu məsələ ilə məşğul olmalıdır" - deputat
Dünən, 17:04
Sabirabadda məzunun intihar səbəbi: - İmtahan yox, qumar imiş
Dünən, 17:00
Ağcabədidə 13 hektardan çox taxıl sahəsi yanıb
Dünən, 16:57
Çətənə yetişdirirdi, ilişdi...
Dünən, 16:49
Sabiq deputatın oğlu 700 minlik mənimsəmədə ittiham edilir
Dünən, 16:48
"Qarabağ"ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşib
Dünən, 16:42
Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb
Dünən, 16:42
“Həmsədrlər işğalçılıq siyasətinə son vermək üçün Ermənistana konkret vaxt veməlidir” - deputat
Dünən, 16:40
Azərbaycanlı müğənni təyyarədə stüardessa ilə cinsi əlaqədə oldu - FOTO
Dünən, 16:37
Ramil Usubov onu rəis təyin elədi - FOTO
Dünən, 16:32
Bakıda valideyn hüquq-mühafizə orqanlarına müraciət edib - SƏBƏB
Dünən, 16:31
"Mən heteroseksualam" - İlkin Həsəni
Dünən, 16:28
Bakıda kondisionerin mühərriki qoparaq təhlükə yaradıb
Dünən, 16:18
Aygünlə Zülfiyyə duet oxudular
Dünən, 16:16
Meyxanaçı internetdə tanış olduğu oğlanla danışan arvadını döydü, sonra...
Dünən, 16:14
"Azercell" abunəçilərinə gələn xarici zənglərin səbəbi nədir?
Dünən, 16:06
Şirkət direktorunun otağına qumbara atan şəxsin məhkəməsi başlayıb
Dünən, 16:02
26 ildir zülüm çəkən ailə... - Müraciət
Dünən, 16:00
“Elə qeyrətlisənsə, bəs qızın üzünü niyə açıq göstərirsən?”
Dünən, 15:53
Fədayə Laçının məhkəməsi növbəti dəfə təxirə salınıb
Dünən, 15:50
Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər
Dünən, 15:47
Sumqayıtda məktəb direktoru işdən çıxarılıb
Dünən, 15:41
QUBA İCRA HAKİMİYYƏTİ belə torba tikir... - "Başçının qəbuluna düşə bilmirəm ki, dərdimi deyim"
Dünən, 15:39
“Eşq səfəri”nə çıxan casus-jurnalist yolda həbs olundu - İLGİNC FAKTLAR
Dünən, 15:22
Elmira Süleymanova jurnalist Fuad Abbasovla bağlı rusiyalı həmkarına müraciət edib
Dünən, 15:15
“Fəxri ad istəmirəm, maliyyə istəyirəm” — Kənan MM
Dünən, 15:13
Bakıda küçə reklamına nəzarət avtomatlaşdırılacaq
Dünən, 15:06
Erməni əsgərləri qəzaya düşdü
Dünən, 15:03
Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb
Dünən, 15:02
Sarayda avtomobil hasara dəydi, sürücü öldü
Dünən, 15:00
Azərbaycanın xarici ticarət dövriyyəsi 18% artıb
Dünən, 13:17
"Çernobıl" serialı TƏŞVİŞ YARATDI - Ölkədə dərman satışları REKORD QIRDI
Dünən, 13:15
“Həmişə hotellərdən “domaşnik”ləri çırpışdırıram”
Dünən, 13:01
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: - Polis bu məktubu yazıb, intihar etdi
Dünən, 12:56
Şimal-qərb küləyi arabir güclənəcək - Belə deyirlər...
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru