Zakir Qaralova sözü olanların .....                     Azərbaycanda dəhşət – Qatar kişinin üstündən keçdi .....                     Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi .....                     Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir .....                     İrəvanı qarşıdurma gözləyir .....                     Şəkida daha bir nadir olay .....                     ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib .....                     “Bir-birini seviblər” .....                     Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır .....                     Oğuz sakini cərimələndi .....                     Elmar Vəliyevin oğlu da vəzifəsini itirdi .....                     Dəyişməyəni dəyişirlər .....                     Oktyabrın 22-si axşam saatlarında gözlənilən hava şəraiti .....                     Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib .....                     Ağdamda sakinləri kim narazı salır... .....                     Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı .....                     İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş .....                     Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi .....                     Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq .....                     Yazıçılar birliyinə qəbul dayandırılıb .....                     “Star” Neft Emalı Zavodunun əsas qazancı mənəvi dəyəridir .....                     Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb .....                     Renka burun əməliyyatına hazırlaşır .....                     Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb .....                     Bakıda DYP-nin reydi zamanı sərxoş sürücülər cərimələniblər .....                     Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb .....                     Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək .....                     “Bank of Baku” qara siyahıda .....                     “Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub .....                     Azərbaycanda qadın hakim istefa verdi .....                     Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi .....                     23 oktyabrda gözlənilən hava şəraiti .....                     Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır .....                     “Nar” Tərtərdə 4G şəbəkəsini qurdu .....                     Hadisə yerindən yayınan sürücülər saxlanılıblar .....                     Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib .....                     Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb .....                     Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub .....                     İmişlidə prezidentin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib .....                     DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ .....                 

Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
Tarix: 20-09-2018, 12:36 | Çap et
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
Sentyabrın 20-də Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İmzalanma mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirak edib.

Heydər Əliyev Fondu və BP Azərbaycan şirkəti arasında keçirilən görüşdə Azərbaycanda reallaşdırılacaq layihələr, o cümlədən sosial, mədəniyyət, idman, təhsil, elm və texnika, ekologiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Anar Ələkbərov 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun sosial-iqtisadi, mədəni sahələrdəki dövlət siyasətinə dəstəyi, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə barədə danışıb. Fondun artıq beynəlxalq səviyyədəki fəaliyyətinin ölkələr və vətəndaşların həyatında, eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Bu layihələr sırasında Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin bu günlərdə açılışını, Macarıstanda reallaşdırılan layihələri, bir neçə gün sonra Vatikanda katakombaların bərpası ilə bağlı orada təqdimat keçiriləcəyini diqqətə çatdırıb. Eyni zamanda, Fond tərəfindən ən böyük layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, Talassemiya Mərkəzinin inşası, daun sindromlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı, mədəniyyət və tariximizin tanıdılması üzrə layihələrin uğurla həyata keçirildiyini bildirib. “Bu gün Heydər Əliyev Fondu və BP şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanmasının 24 il əvvəl 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalandığı günə təsadüf etməsi də rəmzi məna daşıyır. BP-nin Azərbaycanda iri neft layihələri çərçivəsində başlanan fəaliyyətinin hazırda ölkəmizdə humanitar sahədə genişlənməsi və regionun ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu ilə imzalanan memorandum üzrə də əməkdaşlığın davam etməsi sevindirici haldır. Ümid edirəm ki, Fond və BP arasında imzalanan memorandum təkcə Bakıda deyil, bizim regionlardakı layihələrimiz üzrə də uğurla həyata keçiriləcək”, - deyə Anar Ələkbərov qeyd edib.

BP şirkəti Azərbaycanda işləməsindən qürur duyur

Çoxdan bəri Heydər Əliyev Mərkəzinə gəlmək arzusunda olduğunu vurğulayan Qəri Counz deyib: “Belə bir gündə - Azərbaycan Neftçiləri Günündə və bizim Azərbaycanla ilk müqaviləmiz olan “Əsrin müqaviləsinin” 24-cü ildönümü günündə əməkdaşlıq memorandumunun imzalanmasından çox məmnunuq. BP Azərbaycanda işləməsindən qürur duyur. İlk müqaviləmiz imzalandığı vaxtdan etibarən BP şirkəti Azərbaycanın cəsur neftçiləri ilə çiyin-çiyinə bu ölkənin neft sənayesində çalışır”.

Qəri Counz qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərdiyi bu illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü planların uğurla həyata keçməsinin şahidi olub. Belə ki, bu strateji planlar ölkənin mənafeyi və gələcəyi naminə məharətlə həyata keçirilir. Bu cür uğurlu planların əsasında təhsilin, mədəniyyətin inkişafı və insanların qayğısına qalmaq kimi amillərin dayandığını qeyd edən Qəri Couns bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib.

Qəri Counz: Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “BP şirkəti Azərbaycanın parlaq dayanıqlı gələcəyinin qurulmasına yardım etmək səylərimizə qoşulmaq imkanı verən bu memorandumun imzalanmasını yüksək qiymətləndirir. Hesab edirik ki, Heydər Əliyev Fondunun gördüyü işlər ölkənin gələcəyinə əvəzsiz töhfədir. Fondun mədəniyyət, təhsil, sosial və ətraf mühit sahələrində gördüyü işlər həm ölkədə, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycandakı fəaliyyətimizin ötən 26 ili ərzində biz də təhsilin inkişafı, icmalarda bacarıqların yaradılması, yerli kiçik və orta sahibkarlığın gücləndirilməsi, ölkədə idmanın inkişafı və mədəni irsin təbliğinə dəstək vermək üçün əlimizdən gələn səyləri əsirgəməmişik. Ümid edirik ki, imzalanan memorandum uzunmüddətli etibarlı tərəfdaş olaraq bu möhtəşəm ölkə üçün birlikdə daha çox töhfə verməyimizə imkan yaradacaq”.

Memorandumun hədəfləri – Azərbaycanda təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə layihələrin icrası

Qeyd edək ki, əməkdaşlıq memorandumu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan ərazisində əhatə etdiyi bölgələr üzrə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə birgə maraq doğuran layihələrin icrasını nəzərdə tutur. Bu layihələr müxtəlif infrastrukturun, o cümlədən məktəb binalarının tikintisi və bərpası, mədəni-tarixi irsin bərpası və qorunması, kiçik və orta sahibkarlığın inkişafına dəstək xarakteri daşıyacaq. Eyni zamanda, ekologiya, idman, sosial və təhsil sahələrində, həmçinin regionlarda gənclər arasında müxtəlif peşə sənətinin və startapların inkişafı, uşaq və yeniyetmələrin maarifləndirilməsi, valideyn himayəsindən məhrum olan uşaqlar üzrə birgə layihələr icra olunacaq.

Qonaqlar, həmçinin Mərkəzdəki Heydər Əliyev Muzeyi və sərgi zalları ilə tanış olublar. Heydər Əliyev Mərkəzinin binasının memarlıq nümunəsi olmaqla yanaşı, burada maraqlı layihələrin təqdim edilməsi qonaqlarda böyük maraq doğurub.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İfalarında ədəbi dil normalarını pozan və qaydalara əməl edən müğənnilərin tam siyahısı açıqlanıb
Bu gün, 16:56
Zakir Qaralova sözü olanların NƏZƏRİNƏ
Bu gün, 16:49
Azərbaycanda dəhşət – Qatar kişinin üstündən keçdi – VİDEO +18
Bu gün, 16:48
Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi
Bu gün, 16:46
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir - Prezident İlham Əliyev
Bu gün, 16:36
Fədayə Laçının məhkəməsi təxirə düşdü - SƏBƏB?
Bu gün, 16:34
İrəvanı qarşıdurma gözləyir - TƏHLİL
Bu gün, 16:26
Şəkida daha bir nadir olay - pişik 29 yaşlı qadını...
Bu gün, 16:22
ƏMDK sədri qanunsuz tikililərin qarşısının alınması ilə bağlı tapşırıq verib
Bu gün, 16:19
"Məni kim döyə bilər" — "Azəri Vandam"dan döyülməsi xəbərinə REAKSİYA
Bu gün, 16:16
“Azəri Vandam”ı Bakıda döydülər
Bu gün, 16:13
“Bir-birini seviblər” - Qız qaçırdığına görə öldürülən oğlanın atası
Bu gün, 16:11
"Sinəmin böyük olması üçün hər gecə dua etmişəm" - Azərbaycanlı aktrisa
Bu gün, 16:03
Parlament İntizam Komissiyası üzvlərinin sayını artırır
Bu gün, 16:00
Oğuz sakini cərimələndi
Bu gün, 15:58
Xanım Qafarovanın qızı Mahsun Kırmızıgülün filmində
Bu gün, 15:55
Elmar Vəliyevin oğlu da vəzifəsini itirdi
Bu gün, 15:43
Dəyişməyəni dəyişirlər – Ceyhun Bayramov islahatlar aparmağa məhkumdur
Bu gün, 15:39
Oktyabrın 22-si axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 15:37
Britaniyanın baş nazirinə istefa verməsi üçün 72 saat vaxt verilib
Bu gün, 15:30
Ağdamda sakinləri kim narazı salır... - GİLEY
Bu gün, 15:29
Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyi yaradıldı
Bu gün, 15:26
İranlı Mühacirlər Cəmiyyətində Saminə Hidayətqızı ilə görüş
Bu gün, 15:19
Bakıda piyadanın ölümündə təqsirləndirilən DYP əməkdaşına bəraət verildi
Bu gün, 15:14
Ulduz layihə: “Star”-ın bizə və Türkiyəyə xeyri nə olacaq - TƏHLİL
Bu gün, 15:11
Yazıçılar birliyinə qəbul dayandırılıb
Bu gün, 15:10
“Star” Neft Emalı Zavodunun əsas qazancı mənəvi dəyəridir — Ərdoğanın baş sözçüsü
Bu gün, 15:07
Bakıda eyni mənzili bir neçə şəxsə satan şirkət əməkdaşlarının məhkəməsi başlayıb
Bu gün, 15:04
Renka burun əməliyyatına hazırlaşır
Bu gün, 15:00
Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri və nazirliyin əməkdaşının məhkəməsi başlayıb
Bu gün, 14:59
Bakıda DYP-nin reydi zamanı sərxoş sürücülər cərimələniblər
Bu gün, 14:58
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb
Bu gün, 14:54
Putin jurnalistin işi üzrə araşdırma başa çatdıqdan sonra Səudiyyə Ərəbistanına səfər edəcək
Bu gün, 13:14
“Bank of Baku” qara siyahıda - HESABAT
Bu gün, 13:10
Gələcəyin xanım jurnalistləri saqqallı oğlanlara üstünlük verir
Bu gün, 13:07
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub - Prezidentin iştirakı ilə
Bu gün, 13:02
Azərbaycanda qadın hakim istefa verdi
Bu gün, 13:00
Polis qanunsuz silahlara qarşı bir neçə ünvanda əməliyyat keçirdi
Bu gün, 12:53
23 oktyabrda gözlənilən hava şəraiti - Belə deyirlər...
Bu gün, 12:51
Quldurluqda ittiham olunan meyvə-tərəvəz kralı Elçin Əhmədov hələ Bakıdadır - ŞİŞTƏPƏLİ XƏLİLOV QARDAŞLARI İLƏ MÜHARİBƏ
Bu gün, 12:49
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
Bu gün, 12:46
Hadisə yerindən yayınan sürücülər saxlanılıblar
Bu gün, 12:45
Prezident İlham Əliyev İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib - FOTOLAR
Bu gün, 12:44
Paytaxtın Xətai rayonunda maşın oğruları saxlanılıb - FOTO
Bu gün, 12:42
Bakıda polisin keçirdiyi əməliyyat zamanı torpağa basdırılmış 2 kiloqram tiryək aşkar olunub - FOTO
Bu gün, 12:33
İmişlidə prezidentin iştirakı ilə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib - FOTOLAR
Bu gün, 12:25
DTX-dan sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ
Bu gün, 12:23
Azərbaycanın 2019-cu il büdcəsinin MM-də müzakirəyə başlama vaxtı bilindi
Bu gün, 12:16
Türkiyədə ticarət mərkəzində işçiləri girov saxlayan əsgər saxlanıldı
Bu gün, 12:14
İlham Əliyev İmişliyə gedib
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru