
DİA.AZ: - Zaqatala Rayon Polis Şöbəsinə sentyabrın 5-dən 17-dək olan müddətdə şəhər ərazisində küçələrin işıqlandırılmasında istifadə edilən 450 metr elektrik naqilinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.
DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların şəhər sakinləri Cavidan Süleymanov və Rövşən Cavadlı olduqları müəyyən edilib.
RPŞ-də araşdırma aparılır.