Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib .....                     Prokurorluq nənəsini öldürən nəvə ilə bağlı .....                     Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: .....                     “Xaç atası”nın yolu ilə gedən Paşinyan .....                     Xırdalanda iş adamını oğurlayaraq öldürən kriminallara .....                     Vergilər Nazirliyinin Tədris Mərkəzinin icbari sığortalanması 10 min manata başa gələcək .....                     Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur .....                     Putindən təbrik niyə gəlmədi... .....                     Dövlət İmtahan Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortasına 157 min manat xərcləyəcək .....                     Bakıda polis bölməsinə yeni rəis təyin olunub .....                     Bakıda qardaşı arvadının üstünə benzin töküb yandırana .....                     Sabah dollar neçəyə olacaq? .....                     ABŞ-ın Suriyaya atdığı raketlər effektiv deyildi .....                     Sahibkarlığın İnkişafı Fondu indiyə qədər 2,2 mlrd. manat güzəştli kredit verib .....                     Xəzər Rayon İcra Hakimiyyətinin başçısı ordenlə təltif edilib .....                     Hansı icra başçısı yol üstündədir? .....                     “Azərbaycanla ənənəvi mehriban qonşuluq münasibətləri daha da dərinləşir” .....                     Erməni qadını öldürən rus hərbçinin kimliyi bilindi .....                     Azərbaycan Dillər Universitetində nələr baş verir?! .....                     “Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var” .....                     Su Nəqliyyatında Polis İdarəsi dövlət qoruqları və ovçuluq təsərrüfatlarında qanunsuz ov edənlərə qarşı mübarizəni davam etdirir .....                     Bakıda “Audi” məşhur hipermarketə girdi .....                     DTX-nın həbs etdiyi nazirlik işçilərinə hökm oxunub .....                     Şəhid hərbi qulluqçuların daha 423 vərəsəsinə birdəfəlik ödəmələr veriləcək .....                     "Vətəndaşların bütün müraciətləri operativ və obyektiv cavablandırılır" .....                     Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər .....                     “Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır .....                     Gözlənilən hava şəraiti ilə bağlı nazirlik .....                     19 dekabrda gözlənilən hava şəraiti .....                     Parlamentdə İlham Rəhimovla bağlı sərt çıxış .....                     Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışında .....                     Milli Məclis Rusiya ilə bağlı sənədləri qəbul etdi .....                     “Adamı abırsız bir vəziyyətə salırlar” .....                     Bakıda orta məktəbin qarşısında DAVA .....                     “Cəbrayılovun toxunulmazlığı qaldırılsın” .....                     “Xalqımız onun cavabını verdi” .....                     Prezident Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışında .....                     Oqtay Əsədov jurnalistlərə çağırış edib .....                     “Bakıda tıxac ciddi narahatlıq yaradır” .....                     Nazirlikdə yeni təyinat olub .....                 

Tələbələrin kirayə ev və yataqxana problemi...
Tarix: 20-09-2018, 09:14 | Çap et
Tələbələrin kirayə ev və yataqxana problemi...
Dərs ilinin başlanması ilə əlaqədar tələbələr paytaxta üz tutdu. Tələbə yataqxanalarının yetərli olmadığı bir vəziyyətdə tələbələrin bu axını kirayə mənzillərə tələbi artırdı. Avqust ayının ikinci yarısından başlayan proses hələ də davam edir. Tələbələr Bakıda kirayə mənzil axtarışındadırlar. Kirayə mənzillərə tələbatın bu cür artması isə qısamüddətli də olsa, qiymət artımına səbəb olub.

Bu il tələbələrin normal qiymətə ev tapmasını əngəlləyən daha bir məqam isə Nazirlər Kabinetinin qərarı əsasında, pilot layihə çərçivəsində Bakıda köhnə yaşayış binalarının, qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin sökülməsi və yeni çoxmərtbəli binalarla əvəzlənməsi prosesidir. Sökülən binalardan çıxan sakinlər prosesi həyata keçirən sahibkar tərəfindən kirayə mənzillərdə yerləşdirilir ki, bu da bazarda tələbatı artırır və qiymətlərə təsir edir.

Bu mənada tələbələrin yerləşdirilməsi problemi hələ də aktual olaraq qalır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da kirayə mənzil bazarında 20-25 faizlik bahalaşma müşahidə edildiyini bildirdi: “Demək olar ki, hər il avqust ayının sonlarından etibarən kirayə mənzil bazarında qiymət artımı müşahidə olunur. Lakin bu, qısamüddətli bir prosesdir. Sentyabr ayının sonuna doğru vəziyyət stabilləşəcək. Amma paytaxtda köhnə binaların sökülməsi ilə əlaqədar bəzi yerlərdə iş aparılır. Bu isə kirayə bazarında təklif portfelini daraldır. Həmçinin bazarda tələbin artması baxımından önəmli məsələdir. O baxımdan mənzil sahibləri tələbin artmasından istifadə edib qiymətləri artırırlar. Son dövrlərdə aparılan müşahidələr göstərir ki, qiymətlərdə təxminən 20-25 faizlik artım baş verib. Şəhərin müxtəlif nöqtələrində kirayə mənzillər bahalaşıb”.

Ekspert onu da vurğuladı ki, qiymət artımları daha çox ucuz evlərdə müşahidə olunur: “Çünki sökülən binada yaşayan sakinlər üçün sahibkarların ödədiyi aylıq kirayə haqları Nazirlər Kabinetinin müəyyən etdiyi rəqəmə uyğun olaraq, maksimum 500 manatdır. Ona görə də bahalaşma məhz bu qiymətə təklif olunan mənzillərdə və ya fərdi yaşayış evlərində müşahidə edilir. Tələbələrin müraciət etdikləri kirayə mənzillər üzrə də qiymətlər 500 manatı ötmür. Bu səbəbdən artım daha çox ucuz mənzillərdə özünü göstərir. Bu, qısamüddətli prosesdir. Yəqin ki, yaxın gələcəkdə, yəni sentyabr ayının sonlarına doğru bazarda stabillik müşahidə olunacaq”.

Təhsil eksperti Kamran Əsədov da “Yeni Müsavat”a açıqlamasında mənzil-yataqxana məsələsinin tələbələr üçün çox böyük problemə çevrildiyini bildirdi: “Artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi təkcə tələbə adı qazanmaqla bitmir. Əksinə, daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında duran kirayə ev və ya yataqxana problemidir. Yeni tədris ili başlasa da, tələbələrinin əbədi problemi - yataqxana məsələsi bu il də həllini tapmadı. Rəsmi qurumlardan tələbələrin bu probleminin hər növbəti ildə aradan qaldırılması ilə vəd verilməsinə baxmayaraq, vəziyyət dəyişməyib. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi, cari ildə də qalır”.

K.Əsədov hesab edir ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır: “Təkliflərdən biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcik deməkdir. Bu kampuslarda tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz”.

Ekspert vurğuladı ki, kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib: “Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması önəmlidir. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapmış olar”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv edib
Bu gün, 18:18
Prokurorluq nənəsini öldürən nəvə ilə bağlı MƏLUMAT YAYDI
Bu gün, 18:11
Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: - “…dərhal ölçü götürülməlidir!”
Bu gün, 18:03
“Xaç atası”nın yolu ilə gedən Paşinyan – Qarabağ qaytarılır?
Bu gün, 18:01
Xırdalanda iş adamını oğurlayaraq öldürən kriminallara HÖKM OXUNDU
Bu gün, 17:55
Vergilər Nazirliyinin Tədris Mərkəzinin icbari sığortalanması 10 min manata başa gələcək
Bu gün, 17:48
Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur - Vüqar Rəhimzadə
Bu gün, 17:41
Putindən təbrik niyə gəlmədi... - SƏFİRİN İZAHI VƏ FAKTLAR
Bu gün, 17:34
Dövlət İmtahan Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortasına 157 min manat xərcləyəcək
Bu gün, 17:29
Bakıda polis bölməsinə yeni rəis təyin olunub
Bu gün, 17:26
Bakıda qardaşı arvadının üstünə benzin töküb yandırana AĞIR CƏZA
Bu gün, 17:19
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:14
ABŞ-ın Suriyaya atdığı raketlər effektiv deyildi - Putin
Bu gün, 17:08
Sahibkarlığın İnkişafı Fondu indiyə qədər 2,2 mlrd. manat güzəştli kredit verib
Bu gün, 17:03
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı ordenlə təltif edilib - SƏRƏNCAM
Bu gün, 17:00
Hansı icra başçısı yol üstündədir? - Köhnə heyət yenidən öndə...
Bu gün, 16:58
“Azərbaycanla ənənəvi mehriban qonşuluq münasibətləri daha da dərinləşir” - Gürcüstanın Baş naziri
Bu gün, 16:39
Erməni qadını öldürən rus hərbçinin kimliyi bilindi
Bu gün, 16:21
Azərbaycan Dillər Universitetində nələr baş verir?!
Bu gün, 16:18
Elza Seyidcahana AĞIR ZƏRBƏ: - "Lənətə gəlmişlər"
Bu gün, 16:18
“Sağlamlığı təmin və bərpa etmək üçün Azərbaycanda bütün şərait var” - Prezident
Bu gün, 16:11
Su Nəqliyyatında Polis İdarəsi dövlət qoruqları və ovçuluq təsərrüfatlarında qanunsuz ov edənlərə qarşı mübarizəni davam etdirir
Bu gün, 16:09
Bakıda “Audi” məşhur hipermarketə girdi
Bu gün, 16:05
DTX-nın həbs etdiyi nazirlik işçilərinə hökm oxunub - VİDEO
Bu gün, 15:59
Gecə 3 dəfə infarkt vurub” — Mərhum aşığın dəhşətli ÖLÜM SƏBƏBİ
Bu gün, 15:57
Şəhid hərbi qulluqçuların daha 423 vərəsəsinə birdəfəlik ödəmələr veriləcək
Bu gün, 15:53
"Vətəndaşların bütün müraciətləri operativ və obyektiv cavablandırılır" - Nazir
Bu gün, 15:50
Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər -Prezident İlham Əliyev
Bu gün, 15:49
“Bakcell” mobil telefonunu satışa çıxarmağa hazırlaşır
Bu gün, 13:14
Gözlənilən hava şəraiti ilə bağlı nazirlik XƏBƏRDARLIQ ETDİ
Bu gün, 13:11
19 dekabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 13:10
Parlamentdə İlham Rəhimovla bağlı sərt çıxış - "Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da"
Bu gün, 13:08
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışında iştirak ediblər
Bu gün, 13:05
Milli Məclis Rusiya ilə bağlı sənədləri qəbul etdi
Bu gün, 13:02
“”Maşın şou” mənsiz maraqsızdır” – Pərvindən QALMAQALLI açıqlama
Bu gün, 12:53
“Adamı abırsız bir vəziyyətə salırlar” - deputat
Bu gün, 12:48
Bakıda orta məktəbin qarşısında DAVA - Şagird şagirdi bıçaqladı
Bu gün, 12:45
Keçmiş köməkçisi İlhamənin bacısını polislə hədələdi - QALMAQAL
Bu gün, 12:44
“Cəbrayılovun toxunulmazlığı qaldırılsın” - Zərərçəkənlərin Milli Məclisdən tələbi var
Bu gün, 12:39
“Xalqımız onun cavabını verdi” - Spiker Mübariz İbrahimovu təhqir edən xanmdan DANIŞDI
Bu gün, 12:34
Prezident Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib
Bu gün, 12:26
Oqtay Əsədov jurnalistlərə çağırış edib - SƏBƏB
Bu gün, 12:23
“Bakıda tıxac ciddi narahatlıq yaradır” - deputat
Bu gün, 12:20
Nazirlikdə yeni təyinat olub
Bu gün, 12:15
Aİİ-də “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib
Bu gün, 12:06
"Samir ilandır, zəhəri də təpəsində"
Bu gün, 11:59
Bakıda barda işləyən qızlarla qanlı gecə davası... – Rəfiqələr bıçaqlandı
Bu gün, 11:54
2019-cu il “Qarabağ ili” ola bilərmi? - TƏHLİL
Bu gün, 11:52
“Deməli onlar Qazax tərəfdən bir briqadanı götürüb Qarabağa yönəldəcəklər...” - KƏŞFİYYATÇI VOVA BELƏ DEYİR
Bu gün, 11:50
Poroşenko 97-ci ilə kimi öz dilində bilmirmiş
Bu gün, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru