Azərbaycanda dollar kreditlərinin verilmə qaydası .....                     Bakıda 10 TSEK LƏĞV EDİLDİ .....                     Qarabağdakı rejimin daxilində çaxnaşma başladı .....                     ABŞ qüvvələri Suriyanın şimalında Türkiyənin hücum edəcəyi bəzi bölgələri tərk edib .....                     Ermənistan rəsmisi Azərbaycana gələcək .....                     Bərdədə 15 yaşlı qız qaçırılıb .....                     Avtomobildən 8 kiloqramdan çox tiryək aşkar edildi .....                     Bakı Şəhər İcra Hakimiyyətinin çadırında yenə də pirotexniki vasitə satılır... .....                     Türk ordusu hücuma başlayır .....                     BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib .....                     Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb .....                     Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib .....                     Dərsə getməyən qızın atası polisdə dindirilib .....                     Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb .....                     “Köhnə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi vacib idi” .....                     Abel Məhərrəmovun adamları aradan çıxmaq istəyirlər... .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Şəhid hərbi qulluqçulardan 1115-i üzrə vərəsələrə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib .....                     Azərbaycan nefti bahalaşıb .....                     Həyat yoldaşını bıçaqladı... .....                     “Canımla əlləşirəm, nə şirkət, nə tikinti...” .....                     Ailə üzvlərinin hamısı əlil olan evsiz vətəndaş Sahil Babayevə müraciət etdi .....                     Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası .....                     Ankarada qatar qəzasının səbəbi açıqlandı .....                     Zaqatalada vətəndaşın başına belə oyun açdılar... .....                     “Şimal-Cənub” dəhlizi üzrə dəmir yolunun tikintisi altına düşən torpaqları bu qurum alacaq .....                     Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Qarabağ məsələsi qardaş ölkənin və Alyansın diqqətində .....                     Paşinyan niyə Ankaraya üz tutur? .....                     Gəncədə “şah” peyda olub, “Xəmsə bağı”nı öz sarayına qatmaq istəyir .....                     Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollada bilər .....                     Daha bir neçə bankın "kitabı bağlana bilər"... .....                     ABŞ İranın raket proqramına qarşı mübarizə üçün koalisiya toplamaq niyyətindədir .....                     Paşinyanın Qarabağ siyasəti işimizə yarıyacaqmı? .....                     Çempionlar Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olub .....                     Yəmən neft və qaz ixracını bərpa edir .....                     Rövşən Rzayev etimadı itirib ki... .....                     Trampın keçmiş vəkili 3 il müddətinə həbs olunub .....                     Moskva ilə İrəvan arasında soyuq küləklər əsir .....                 

ABŞ Paşinyana “xilas kəməri” atır - Ermənistan uğrunda rəqabət qızışır
Tarix: 20-09-2018, 09:09 | Çap et
ABŞ Paşinyana “xilas kəməri” atır
Ermənistanda 8 may kütlə inqilabı dalğasında hakimiyyətə gələn yeni qüvvələrin xarici siyasət oriyentasiyası ilə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalır. “Qərbin adamı” hesab olunan baş nazir Nikol Paşinyan öz komandasını bütünlüklə Rusiyaya rəğbəti olmayan şəxslərdən qursa da, 4 aydır Ermənistanı ABŞ və Avropanın istəyinə uyğun olaraq, Kremlin təsir arealından zərrəcə uzaqlaşdıra bilməyib.

Əksinə, prezident Vladimir Putinlə hər iki görüşdə Nikol Paşinyan Moskvaya ard-arda sədaqət andları içib, işğalçı ölkənin Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı Rusiya hərbi blokunda qalacağını bəyan edib. Eyni zamanda daxildə köklü siyasi-demokratik və iqtisadi islahatlarla bağlı ciddi irəliləyiş baş verməyib. Yalnız korrupsiya ilə mübarizə sahəsində müəyyən uğurlar əldə olunub.

Belə zəif “nəticə” isə Qərbdə Paşinyanın qərbpərəst xarici siyasət kursuna ciddi şübhələr yaradıb. Nəticə etibarilə yeni erməni hökumətinə Qərbin böyük maliyyə dəstəyi hələ də verilməyib. Hərçənd belə görünür ki, Qərb, ABŞ Paşinyan hökumətindən əlini də tam üzməyib. Hər necə olmasa, söhbət Rusiyanın ən güclü hərbi-siyasi dayağının olduğu Ermənistandan və onun uğrunda geosiyasi rəqabətdən, Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdan gedir.

*****

Maraqlıdır ki, bu arada ABŞ-ın Ermənistandakı səfirliyi Ermənistanın hüquq-mühafizə orqanlarının diqqətində olan şəxslər üçün ölkəyə giriş vizalarını ləğv edib. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Joxovurd” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, söhbət xüsusən də 10 nümayişçinin qətlə yetirildiyi 2008-ci ilin 1 mart hadisələri ilə bağlı aparılan cinayət işi və korrupsiya faktlarının araşdırılmasndan gedir.

1 mart işində isə bilavasitə Rusiyaya bağlı erməni siyasilərinin və generalların adları keçir - bunlar sabiq prezident, az öncə dostu Putindən ad günü təbriki alan Robert Köçəryan, “Rus NATO-su” kimi tanınan KTMT-nin baş katibi, general Yuri Xaçaturov, eks-prezident Serj Sərkisyan, o vaxtkı müdafiə naziri, axtarışa verilmiş Mikayel Arutyunyan və başqalarıdır.

Ayrı sözlə, Putinin müdafiəsinə qalxdığı adamların Paşinyan iqtidarı tərəfindən daha uğurlu təqibi üçün ABŞ faktiki surətdə indiki erməni hökumətinə yardım edir. Bunu erməni xalqına vəd etdiyi köklü islahatların ləngiməsi üzündən ictimai reytinqi yavaş-yavaş enən qərbyönlü Paşinyan üçün Amerikanın “xilas kəməri” də adlandırmaq olar.

Əlavə edək ki, bir sıra şəxslərin giriş vizalarının ləğvi ilə bağlı “Joxovurd” ABŞ-ın İrəvandakı səfirliyinə müraciət edərək, onların siyahısını xahiş edib. Səfirlikdən informasiyanı təkzib etməyiblər. Lakin siyahını da verməkdən imtina ediblər. “ABŞ qanunvericiliyinə görə, viza işləri konfidensial xarakter daşıyır, o səbəbdən biz ayrı-ayrı işlərlə bağlı şərhlər verə bilmərik”, - deyə qəzetə diplomatik nümayəndəlikdən bildirilib.

*****

“Yeni Müsavat” xatırladır ki, Ermənistandakı “məxməri inqilab”dan sonra bır sıra keçmiş məmurlar, o sırada sabiq rəhbərliyə yaxın şəxslər və kriminal elementlər nəinki Ermənistanda, xaricdə də ciddi problemlərlə üzləşiblər. Ancaq hüquq-mühafizə orqanları inqilabdan sonra onlarla məşğul olmağa başlayanda, onların bir çoxu Ermənistanı tərk etməyə çalışıb. Əksəriyyət isə ABŞ-da özünə etibarlı sığınacaq ala bilib.

Onu da xatırladaq ki, 3 min əməkdaşa və böyük əraziyə malik, məxməri inqilabda əsas rol oynamış İrəvandakı ABŞ səfirliyi regionda ən böyük diplomatik nümayəndəlik sayılır. Bundan əlavə, işğalçı ölkədə Amerikaya, Qərbə bağlı çoxsaylı QHT-lər, media fəaliyyət göstərir.

Erməni nəşrinin məlumatı Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edəcəyi və orada Robert Köçəryan və Serj Sərkisyanla da görüşəcəyi barədə xəbərlər fonunda xüsusi diqqət çəkir. Yeri gəlmişkən, Rusiya liderinin Ermənistana qarşıdakı səfəri zamanı Moskva-İrəvan münasibətlərinin perspektivinə xeyli dərəcədə aydınlıq gələcəyi gözlənilir...

Belə qənaət hasil olur ki, Rusiya və ABŞ arasında işğalçı ölkə uğrunda rəqabət daha sərt fazaya daxil olub. Gələn həftə isə Nikol Paşinyan BMT Baş Məclisinin 73-cü sessiyasında iştirak eləmək üçün ABŞ-a yola düşəcək. Səfər çərçivəsində o, Ağ Ev başçısı Donald Trampla görüşə cidd-cəhdlə nail olmağa çalışacaq.

Lakin erməni qaynaqlarının yazdığına görə, Amerikadakı nüfuzlu erməni lobbisi belə bir görüşün baş tutmasına hələ ki Ağ Evdən zəmanət ala bilməyib. Bu da rəsmi Vaşinqtonun Paşinyan hökumətinin siyasi islahatlarla bağlı vədləri sarıdan narazı olması anlamına gəlir.

Bəs Paşinyan islahatları sürətləndirə biləcəkmi? Sualın cavabını yəqin ki, Putinin İrəvan səfərindən sonra biləcəyik.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda dollar kreditlərinin verilmə qaydası DƏYİŞDİ
Bu gün, 11:12
Bakıda 10 TSEK LƏĞV EDİLDİ - Nazirdən ƏMR
Bu gün, 11:10
Qarabağdakı rejimin daxilində çaxnaşma başladı - GƏLİŞMƏ
Bu gün, 11:07
ABŞ qüvvələri Suriyanın şimalında Türkiyənin hücum edəcəyi bəzi bölgələri tərk edib
Bu gün, 11:02
Ermənistan rəsmisi Azərbaycana gələcək
Bu gün, 11:00
"Məni Toliklə qorxudurlar" - Xatun
Bu gün, 10:58
Bərdədə 15 yaşlı qız qaçırılıb
Bu gün, 10:55
Avtomobildən 8 kiloqramdan çox tiryək aşkar edildi - Biləsuvarda
Bu gün, 10:50
Bakı Şəhər İcra Hakimiyyətinin çadırında yenə də pirotexniki vasitə satılır... - REPORTAJ
Bu gün, 10:48
Nadirin 100 min manatı oğurlandı - "Evə kamera qoymamışdım"
Bu gün, 10:46
Türk ordusu hücuma başlayır - Ərdoğan anons etdi
Bu gün, 10:40
BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul edib
Bu gün, 10:35
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb
Bu gün, 10:27
Sabunçu rayonunda kobud qayda pozuntuları törədən sürücülərə qarşı reyd keçirilib
Bu gün, 10:25
Anardan QALMAQALLI SÖZLƏR: - “Bir o qalıb desin ki, şkafda alt tumanı haradadı”
Bu gün, 10:24
Dərsə getməyən qızın atası polisdə dindirilib
Bu gün, 10:16
Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Bu gün, 10:11
“Köhnə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi vacib idi” - Sülhəddin Əkbər
Bu gün, 09:56
Abel Məhərrəmovun adamları aradan çıxmaq istəyirlər... - İDDİA
Bu gün, 09:53
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:51
Şəhid hərbi qulluqçulardan 1115-i üzrə vərəsələrə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib - Nazirlik
Bu gün, 09:46
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:45
Həyat yoldaşını bıçaqladı...
Bu gün, 09:43
“Canımla əlləşirəm, nə şirkət, nə tikinti...” - Yasamalın sabiq icra başçısı
Bu gün, 09:37
Ailə üzvlərinin hamısı əlil olan evsiz vətəndaş Sahil Babayevə müraciət etdi - “Dördümüz də ikinci qrup əlilik”
Bu gün, 09:36
Əli Kərimli və Orduxan Teymurxanın “dirilməsinin” pərdəarxası
Bu gün, 09:35
Ankarada qatar qəzasının səbəbi açıqlandı
Bu gün, 09:33
Zaqatalada vətəndaşın başına belə oyun açdılar... - GİLEY
Bu gün, 09:27
“Şimal-Cənub” dəhlizi üzrə dəmir yolunun tikintisi altına düşən torpaqları bu qurum alacaq
Bu gün, 09:23
Sahil Babayevlə “Şapka Mamed”in oğlunun adı mal-qara biznesində hallanır - İDDİA
Bu gün, 09:21
“Şou-biznesdə olan xanımı heç vaxt...” - Müğənnimiz qız axtarır
Bu gün, 09:19
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:18
Qarabağ məsələsi qardaş ölkənin və Alyansın diqqətində - GƏLİŞMƏ
Bu gün, 09:14
Paşinyan niyə Ankaraya üz tutur? – Pərdəarxası məqamlar
Bu gün, 09:10
Gəncədə “şah” peyda olub, “Xəmsə bağı”nı öz sarayına qatmaq istəyir - FOTOLAR
Bu gün, 09:05
Azad Rəhimov qohumunun qatilini ömürlük həbsə yollada bilər - Dəhşət saçan cinayətin detalları
Bu gün, 09:02
Daha bir neçə bankın "kitabı bağlana bilər"... - GƏLİŞMƏ
Bu gün, 09:00
ABŞ İranın raket proqramına qarşı mübarizə üçün koalisiya toplamaq niyyətindədir
Bu gün, 08:57
Paşinyanın Qarabağ siyasəti işimizə yarıyacaqmı? - TƏHLİL
Bu gün, 08:56
Şəmistan Əlizamanlıdan tarixi türk serialında MÖHTƏŞƏM ÇIXIŞ
Bu gün, 08:54
"Bəzi "kişiciklər” bərbərliyə can atırlar ki, arvadlarının saçını qırxsınlar..."
Bu gün, 08:49
Çempionlar Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olub
Bu gün, 08:46
Yəmən neft və qaz ixracını bərpa edir
Bu gün, 08:45
Rövşən Rzayev etimadı itirib ki... - GİLEY
Bu gün, 08:44
Trampın keçmiş vəkili 3 il müddətinə həbs olunub
Bu gün, 08:38
Moskva ilə İrəvan arasında soyuq küləklər əsir - Gümrü olayı böyüyə bilər
Bu gün, 08:37
“Şimal-Cənub” dəhlizi üzrə dəmir yolu xəttinin tikintisi altına düşən torpaqları alacaq orqan müəyyənləşib
Bu gün, 08:32
Bakı qarşı duran qlobal güclərin görüş məkanı rolunda - TƏHLİL
Bu gün, 08:31
Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcək
Bu gün, 08:28
ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb
Bu gün, 08:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru