Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirilib .....                     Fevralın 24-də gözlənilən hava şəraiti .....                     ABŞ qoşunlarının Suriyadan çıxarılması hakimiyyətdə boşluq yaratmamalıdır .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib .....                     Nəhəng layihənin son addımları atılır .....                     İlham Əliyev .....                     Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq .....                     Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT .....                     Türkiyə Dardanel boğazını yenə bağladı, .....                     ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı .....                     7 sığorta şirkəti geriləyib .....                     İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib .....                     "Standart İnsurance"dan növbəti fırıldaq .....                     Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     “Evdən çıxanda dedi ki...” .....                     Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? .....                     “Sipark İnşaat” alimləri süründürür .....                     Sülh prosesi təzədən dalana girir .....                     Azərbaycan konfetləri Ermənistanda SATILIR .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neftin qiyməti bahalaşıb .....                     ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər .....                     "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" .....                     “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” .....                     İrandakı bahalıq Bakıda da dükanları “vurdu” .....                     “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” .....                     Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü .....                     “Sərham” MMC nədən narazılığa səbəb olur? .....                     İranda Azərbaycan dilində qəzet nəşr olunacaq .....                     "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..." .....                     Paşinyan ABŞ-ın planına zərbə vurdu .....                     Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri .....                     ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır .....                     “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” .....                     Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb .....                     Paşinyanın “iki stul” siyasəti fiasko oldu .....                     Laçında təhsil sistemi necə çökdürüldü... .....                     "Heç zaman fərqli olmaqdan çəkinməmişəm" .....                     “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” .....                 

Qarabağ səmasında barıt qoxusu güclənir - düşmənin müharibə təlaşı
Tarix: 20-09-2018, 08:47 | Çap et
Qarabağ səmasında barıt qoxusu güclənir
Sabah - sentyabrın 21-də Ermənistanda müstəqillik elan edilməsinin 27-ci ildönümü qeyd olunacaq. Hərçənd “müstəqil” və “Ermənistan” sözlərini yanaşı işlətmək absurd olardı. Çünki işğalçı ölkə ötən 27 ildə suverenlik və müstəqilliyin real atributlarını heç vaxt daşımayıb. Onun xarici siyasət kursu belə, bir qayda olaraq, Moskvada müəyyən edilib.

Məsələ də ondadır ki, əgər bir ölkənin sərhədləri də xarici (Rusiya) hərbçiləri tərəfindən qorunursa, ərazisi xarici dövlətin (Rusiyanın) forpostuna çevrilibsə, həmin dövlətlə (Rusiya ilə) 2047-ci ilədək boyunduruq müqaviləsi imzalanıbsa, müstəqillikdən və suverenlikdən danışmağa dəymir.

Təbii ki, Ermənistan Rusiyanın xeyrinə öz suverenliyi və müstəqilliyindən müstəsna olaraq, Azərbaycan ərazilərini özünə ilhaq etmək naminə vaz keçib. Ən absurdu isə odur ki, öz müstəqilliyini, faktiki, əldən verən Ermənistan illərdir ikinci qondarma erməni dövlətinin - “DQR”in müstəqilliyindən də dəm vurur.

Ancaq bütün bunlara rəğmən, 5 aydır Paşinyan hökuməti bu acı gerçəyi dəyişməyə, Ermənistanı Rusiya qarşısında müstəqil etməyə can atır. Nəticə isə yoxdur, gözlənilmir. Çünki bunu o, torpaqlarımızın, Dağlıq Qarabağın işğalını davam etdirməklə paralel etməyə çalışır. Bu isə qeyri-mümkündür. Ona görə ki, Azərbaycan ərazilərinin işğalının əsas qarantı məhz Rusiyadır.

Demək, İrəvan Rusiyadan imtina eləməklə avtomatik şəkildə işğaldan, Qarabağdan da imtina etməli olacaq. Məsələ bundadır. Başqa sözlə, Ermənistan həqiqətən müstəqil dövlətə çevrilmək istəyirsə, o zaman ilk növbədə ağır “Qarabağ yükü”ndən qurtulmalıdır. Bu isə Azərbaycanla ədalətli sülh sazişi imzalamaqdan keçir.

*****

Əfsus ki, bu sadə həqiqəti Ermənistanın yeni və populist rəhbəri Nikol Paşinyan da anlamaq istəmir. Dərk eləmir ki, ya Ermənistan Dağlıq Qarabağı sahibinə qaytarmaqla müstəqil ölkə olacaq, ya da indiki kimi Rusiyanın köləsi kimi və inkişafdan qalmaqda davam edəcək - burada hakimiyyətdə kimin olmasından asılı olmayaraq. Əcnəbi analitiklər də eyni qənaətdədirlər.

“Rusiya Ermənistanı demokratiləşdirmək yönündə bütün səylərə mane olacaq. Çünki bunda özü üçün təhlükə görür”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Amerikanın səsi” radiosunun erməni bölməsinə açıqlamasında ABŞ-ın Xarici Siyasət Şurasının analitiki, tanınmış politoloq Stiven Blank deyib. Onun sözlərinə görə, Moskva demokratik Ermənistana dözməyəcək.

“Rusiya ilk növbədə Ermənistana Dağlıq Qarabağ məsələsinin nizamlanması məsələsində təzyiq edəcək. Qarabağ müharibəsi davam etdikcə, bütün köhnə klan Qarabağ məsələsindən özü üçün üstün imkanlar yaratdığı vaxtda demokratiyanı inkişaf etdirmək mümkün deyil. Müharibə davam etdikcə bu klan öz təsir və nüfuzunu saxlayacaq, istənilən demokratik prosesə əngəl olacaq - hansı prosesi ki, Paşinyan irəli aparmağa cəhd göstərir”, - deyə amerikalı politoloq xəbərdarlıq edib.

*****

Amerikalı ekspertin rəyindən bir daha qənaət hasil olur ki, Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapmayınca Ermənistanın nə bir dövlət kimi təşəkkül tapması və Rusiya asılılığından qurtulması, nə də demokratikləşib inkişaf eləməsi mümkün deyil. Böyük sülh anlaşmasının ləngiməsi isə təəssüf ki, müharibəni yaxınlaşdırmaqdadır - hansı müharibədən ki, işğalçının qalib ayrılması mümkünsüzdür. Əksinə, əksər təhlilçilərə görə, bu müharibədə ən böyük zərbəni məhz ordusuna çağırışçı problemi yaşayan Ermənistan alacaq, onun olan-qalan iqtisadiyyatı da çökəcək.

Bu arada Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri davam edir. 5 gün çəkəcək təlimlər məhz işğalçını məhv etmə ssenarisi əsasında maksimum müharibə şəraitinə uyğun aparılır. Təsadüfi deyil ki, düşmən tərəfdə bu təlimlər ciddi təlaş doğurub. Bunu Ermənistan rəsmilərinin işğal altındakı Dağlıq Qarabağa artan səfərləri bir daha təsdiqləyir.

Belə ki, son günlər “qırmızı xətti” keçməyi adətə etmiş Ermənistanın təxribatçı baş naziri Nikol Paşinyan növbəti dəfə beynəlxalq hüququ tapdayaraq Azərbaycan sərhədini pozub. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, srağagün o, yenə də işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. N.Paşinyan təmas xəttinin şimal hissəsindəki erməni hərbçilərinə baş çəkib, təcavüzkar ordunun əsgərlərinin xidmət şəraiti və mövcud situasiya ilə tanış olub.

Məlumata görə, N.Paşinyan Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Onu Ermənistanın müdafiə naziri David Tonoyan, Ermənistanın Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan, həmçinin qondarma respublikanın “rəhbər” şəxsləri müşayiət ediblər.

N.Paşinyan qanunsuz səfəri ilə bağlı facebook səhifəsində yazıb ki, ön cəbhədə maraqlı adamlarla görüşüb. “Onlardan biri müqaviləli xidmət edir, 7 uşaq atasıdır. Digər bir zabitin isə 6 uşağı var. Onlar 3 min metr hündürlükdə xidmət keçirlər” - yazan N.Paşinyan iddia edib ki, bu nümunələr “ölkə”nin gələcəyinə inam yaradır. Erməni baş nazir etiraf edib ki, ön cəbhədə gərginlik hökm sürür, ancaq situasiya ordunun nəzarətindədir. Son günlər savaş ritorikasına üstünlük verən Paşinyan maraqlıdır ki, bu dəfə sülh nağılı danışıb. “Biz sülhə, danışıqlara hazırıq, ancaq müharibəyə də hazırıq”- deyib.

Belə görünür ki, Azərbaycan ordusunun “Qarabağı azad etmək uğrunda” irimiqyaslı hərbi təlimlərə başlaması Ermənistan hakimiyyətini ciddi şəkildə narahat etdiyi üçün onlar tam tərkibdə Qarabağa gəliblər. Paşinyandan bir gün qabaq Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Xankəndində olmuşdu.

*****

Göründüyü kimi, erməni rəsmilərinin işğal altındakı ərazilərimizə qanunsuz səfərləri artıb. Bu isə həm də Paşinyan iqtidarının müttəfiq Rusiya sarıdan əmin-arxayın olmaması ilə birbaşa bağlıdır. Moskva ilə münasibətləri gərgin olan İrəvan atəşkəsin hər an pozulacağından ehtiyatlanır.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin təlimləri sentyabrın 22-də başa çatacaq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirilib
Dünən, 13:01
Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Dünən, 12:54
ABŞ qoşunlarının Suriyadan çıxarılması hakimiyyətdə boşluq yaratmamalıdır - Hulusi Akar
Dünən, 12:51
Ruhəngiz Musəvini boşayıb, bu məşhurla evləndi
Dünən, 12:49
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib
Dünən, 12:47
Nəhəng layihənin son addımları atılır - TƏHLİL
Dünən, 12:33
İlham Əliyev fərman imzaladı
Dünən, 12:31
İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işində apellyasiya şikayəti verilib
Dünən, 12:23
Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq
Dünən, 12:21
Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT - Məktəbi "skype"la idarə edirmiş
Dünən, 12:11
Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB
Dünən, 12:10
ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı
Dünən, 12:07
“Heç kim mənə qadağa qoya bilməz” - Xatirədən sərt sözlər
Dünən, 12:02
“Brilliant məndən 13 yaş böyükdür” - Faiq Ağayev
Dünən, 11:51
7 sığorta şirkəti geriləyib - FOTO
Dünən, 11:48
İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib - Zəhra Salmanlı
Dünən, 11:42
"Standart İnsurance"dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun
Dünən, 11:40
Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı
Dünən, 11:37
Azərbaycanlı meyxanaçı İraqda görüntüləndi
Dünən, 11:35
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 11:30
“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı
Dünən, 11:11
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Dünən, 11:07
“Sipark İnşaat” alimləri süründürür - GİLEY
Dünən, 11:03
Sülh prosesi təzədən dalana girir - TƏHLİL
Dünən, 11:00
Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Dünən, 10:53
Neftin qiyməti bahalaşıb
Dünən, 10:50
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Dünən, 10:49
Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Dünən, 10:47
"Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Dünən, 10:45
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Dünən, 10:43
İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Dünən, 10:39
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Dünən, 10:37
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Dünən, 10:35
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Dünən, 10:32
İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Dünən, 10:29
"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Dünən, 10:27
"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Dünən, 10:24
Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Dünən, 10:21
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Dünən, 10:18
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Dünən, 10:16
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Dünən, 10:14
Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Dünən, 10:13
Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Dünən, 10:12
Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Dünən, 10:09
Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Dünən, 10:07
"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Dünən, 10:02
“Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Dünən, 10:00
İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Dünən, 09:59
İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Dünən, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru