
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində daha bir erməni hərbçi öldürülüb.
Open.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə sərhədin şimal-şərq istiqamətində baş verib.
İlkin məlumatlara görə, 1980-cı il təvəllüdlü Aykaz Babkenoviç Matevosyan snayper yarasından ölüb.