Əli İnsanova salam göndərib... .....                     Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq .....                     Masallı şefi Abıyevlərə bata bilmədi .....                     İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib .....                     Qarabağda partizan müharibəsi: .....                     Azərbaycanın XİN başçısı Vaşinqtonda səfərdədir .....                     Mingəçevirdə qardaş qardaşı bıçaqlayıb .....                     ABŞ Konqresindən anti-Azərbaycan QƏRAR: .....                     "Hər bir zabit Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir" .....                     Zaqatalada Qanıx vadisini qansoranlar basıb, .....                     Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı zərərçəkənlərə dəymiş zərəri ödədiyini deyib .....                     OPEC+ iclasının vaxtı dəyişdirilib .....                     Bakıda homoseksual polisə şikayət etdi: .....                     Bakıda gənc oğlan evə apardığı qadını saatlarla zorladı .....                     SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb .....                     Sabiqlərə cinayət işi açılıb .....                     Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi .....                     Bolton Qarabağ açıqlaması ilə hansı mesajı verdi? .....                     Fuad Abbasovdan Paşayevə cavab: .....                     Asif Ağayevin PAMBIQ BİYARI... .....                     Azərbaycanda şirkət .....                     Ərdoğan S-400-ü tezlikdə əldə etmək planlarından danışıb .....                     Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb .....                     Qadınların alt paltarını oğurlayarkən yaxalandı .....                     Prezident İlham Əliyev iqtisadi gəlirlərin əhalinin sosial rifahına yönəldilməsi vədinə sadiqdir .....                     Neft bazarında yenidən disbalans yarana bilər .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı .....                     Rüstəm Nağıyev YAP-ın adına da təhlükədir... .....                     Putin II Avropa Oyunlarının açılışına getmir .....                     "Hörmətli başçı, bizim də məhəlləyə gəlin" .....                     Rusiya, Azərbaycan və İran liderləri Soçidə nəyi müzakirə edəcəklər? .....                     Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib .....                     Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi .....                     Maaşı artmayan müəllimlər kimlərdir: .....                     Azərbaycanda 160 minə yaxın müəllimin maşı artacaq .....                     "Azərpambıq ASK” MMC işçinin haqqını yeyir .....                     Binəqədidə maşında öldürülən məşhur riyaziyyatçının oğludur .....                     “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? .....                     Bağlıdı çimərliyin qapısı üzümüzə .....                 

ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? - TƏHLİL
Tarix: 19-09-2018, 15:29 | Çap et
ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi?
Həftənin ilk günündə dünyanın qaynar bölgələrindən sayılan Suriyadakı vəziyyətə dair Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında danışıq oldu.

Soçidə görüşən prezidentlər İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəliblər.

Türkiyə prezidenti danışıqlardan sonra bildirib ki, rusiyalı həmkarı ilə Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər: “Cari ilin oktyabr ayının 15-dək silahlı müxalifət və hökumət qoşunlarının təmas xətti boyunca 15-20 km dərinliyində hərbsizləşdirilmiş zona yaratmaq barədə qərar qəbul etdik".

Həmin bölgəyə Türkiyə ordusunun səyyar keşikçi qrupu və Rusiya hərbi polisi nəzarət edəcək.

R.T.Ərdoğanın təklifinə əsasən, bütün müxalifət qruplaşmaları oktyabrın 10-dək ağır silahlarını, tankları, reaktiv yaylım atəşi sistemlərini, topları və minaatanları ərazidən çıxaracaqlar. Oktyabrın 15-dən etibarən Türkiyə və Rusiya əyalətə birgə nəzarət edəcək.

Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi olduğu və onların saylarının artırılacağı bildirilir.

Dövlət başçıları Suriyanın İdlib əyalətinin terrorçulardan təmizlənməsi üçün birgə səy göstərəcəklərini də vurğulayıblar.

R.T.Ərdoğan Suriyada terrorçulara qarşı mübarizənin İdliblə məhdudlaşmayacağını bildirərək, terrorçu PKK-nın bu ölkədəki qolları olan YPG və PYD-nin də əsas hədəflərdən biri olduğunu söyləyib. O, “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları nəticəsində Suriya ərazisinin 4 min kv km-ni terrorçu İŞİD və PKK qruplaşmalarından təmizlədiklərinin deyib: “Oxşar addımların YPG/PYD-nin əlində saxladığı başqa bölgələrdə də atılmasını istəyirik”.

Valdimri Putin Suriyanın Hələb və Tartus əyalətlərindəki Rusiyanın hərbi bazalarına hücum təhlükəsizini oldğunu bildirib. O, “Əl-Nusra”da daxil olmaqla bütün silahlı qrupların bölgədən çıxarılacağını vurğulayıb.
Prezidentlərinin mətbuat konfrasından sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu İdlibdə hərbi əməliyyatların keçirilməyəcəyini bildirib.

R.T.Ərdoğanla V.Putinin Soçi danışıqları günü İran İdlib bölgəsindəki hərbi əməliyyatına qatılmayacağını bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi bildirib ki, Suriyanın ərazi bütövlüyü dəstəkləyirlər: “Bu səbəbdən ölkə ərazisinin terrorçulardan təmizlənməsini istəyirik”.

Qeyd edək ki, İran Bəşşar Əsədə bağlı silahların sırasında hərbi əməliyyatlara qatılırdı. Rəsmi Tehran döyüşlərdə iştirak etmədiklərini, daha çox Əsəd hərbçilərini təlimatlandırdıqlarını iddia edir.

Türkiyə və Rusiya prezidentlərinin danışıqları keçirilən gecə isə İsrail Suriya ərazisini raket atəşinə tutub. Sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi vurulub. Nəticədə Rusiyanın 15 hərbçisi ölüb.

Rusiya təyyarəsini hansı dövlətin vurması isə hələ ictimaiyyət üçün tam məlum deyil.

Hadisədən sonra bunu İsrailin etdiyinə dair xəbər yayıldı. Ancaq yəhudi dövlətinin rəsmiləri Rusiya təyyarəsini vurduqlarını təkzib etdilər. Hətta prezident Vladimir Putin də sonradan bunun bədbəxt hadisə olduğunu, dolayı yolla təyyarəni İsrailin vurmadığına işarə edib.

Ancaq Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib: “Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”. O, cavab tədbirinin nədən ibarət olacağını açıqlamayıb.

Bu isə onu göstərir ki, hadisəyə görə V.Putinlə S.Şoyqu arasında fikir ayrılığı var.

Bütün hallarda daha çox inandırıcı sayılan variant isə təyyarənin Suriyanın Hərbi Hava Qüvvələri tərəfindən səhvən vurulmasıdır. Çünki hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.
Yeri gəlmişkən, Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin istifadə etdiyi sistemin və təlimatçıların Rusiyaya aid olduğu ehtimal edilir.

Heç kimə sirr deyil ki, İdlib məsələsində ABŞ və Avropa İttifaqının da razılığı vacibdir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu prezidentlərin Soçi görüşü ilə bağlı ABŞ-ın dövlət katibi Maykl Pompeo və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerinini məlumatlandırıb.

Soçi danışıqlarından sonra verilən bəyanatlardan belə anlaşılır ki, İdlibdə hərbi əməliyyatlar başlamayacaq. Bölgəyə Türkiyə və Rusiya nəzarət edəcək. Düzdür, ABŞ və Avropa İttifaqı hələlik buna razılıq verməyiblər. O da sirr deyil ki, həmin bölgədə Vaşinqtonun və Brüsselin də dəstəklədiyi silahlılar mövcuddur. Əslində İdliblə bağlı vəziyyətin bu yerə çatmasının səbəblərindən biri də Suriyanın bu strateji əyalətində hərənin öz qrupunun mövcud olmasıdır. İndi həmin dövlətlər öz aralarında silahlılarının İdlibdən çıxarılmasına razılıq verməlidirlər.

İran bu proseslərdə oyundan kənar vəziyyətdə qaldı. Bunun səbəbləri çox ola bilər. Ancaq ehtimal ki, səbəblərdən biri də ABŞ prezidentinin terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyadakı xüsusi nümayəndəsi Brett Makqerkin İran İnqilab Keşikçiləri Qvardiyasının “Əl-Qüds” qoşununun komandanı Qasım Süleymani ilə görüşüdür. Bu görüş sentyabrın 11-də keçirilib.

Həmin görüşdə tərəflərin İraqda yeni hökumətin qurulmasını və başqa məsələləri müzakirə edikləri barədə məlumatlar yayılıb. B.Makqerk Q.Süleymaniyə iki ölkə arasındakı bütün fikr ayrılığını kənara ataraq, İraqda yeni hökumətin qurulması məsələsində birgə işləməyi təklif edib. İnformasiyaya əsasən, görüş ABŞ prezidentinin xüsusi nüümayəndəsinin təşəbbüsü ilə keçirilib.

B.Makqerk deyib ki, Vaşinqton istənilən şəxsin baş nazir olmasına qarşı deyil, eləcə də Heydər Əl-İbadinin bu vəzifədə qalmasına etiraz etmir. Onun sözlərinə görə, ABŞ İraqda başlayan prosesin davam etməsini, İranın buna çətinlik yaratmamasını istəyir.

İranlı general Qasım Süleymani amerikalı nümayəndəyə ölkəsinin İraqdakı konsulluğuna hücum barədə əvvəlcədən məlumatlı olduqlarına dair dəlil-sübut göstərib. O, Bağdad yaxınlığındakı ABŞ konsulluğuna hücumun İrana aiddiyyəti olmadığını çatdırıb.
Q.Süleymani İraqın İranın qırmızı xətti olduğunu və Tehranın heç vaxt ondan imtina etməyəcəyini söyləyib.

Q.Süleymani qeyd edib ki, ABŞ İraqda İranın maraqlarına zidd siyasət yürütməzsə, İran da İraqda ABŞ-ın maraqlarına qarışmamağa hazırdır.

Məlumata görə, tərəflər İraqda yeni hökumət qurulanadək müzakirələri davam etdirməyi razılaşdırıblar.

Həmin görüşdə İranın Suriyadakı hərbi əməliyyatlardan çəkinməsinin də təklif edildiyi ehtimal olunur. Çünki İraq məsələsinin Suriyasız müzakirə olunması ağlabatan görünmür. Hər iki dövlətdə oxşar problemlər var.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o vaxtkı direktoru, indiki dövlət katibi Maykl Pompeo Qasım Süleymaniyə məktub göndərmişdi.

İdlib məsələsinə İranın qatılmaması Tehrana edilən və görünməyən beynəlxalq təzyiqlərin, ölkə daxilindəki siyasi-iqtisadi vəziyyətin nəticəsi də sayıla bilər.

Beləliklə, İdlibin tale ilə bağlı Türkiyə və Rusiya prezidentlərinin keçirdiyi görüşün nəticəsi yaxın günlərdə bəlli olacaq. Suriya məsələsi ilə bağlı Tehran görüşünün nəticəsizliyi çox çəkmədi. Ona görə də ABŞ-ın İdlibə Türkiyə və Rusiyanın nəzarət etməsinə razılığını da çox gözləməyəcəyik. Hər halda İraq və Suriyada vəziyyətin bu yerə çatmasının müəllifi və məqsəd də var.
\\report.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli İnsanova salam göndərib... - Köhnə dosta vəfa borcu...
Bu gün, 13:02
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...
Bu gün, 12:54
Masallı şefi Abıyevlərə bata bilmədi - İDDİA
Bu gün, 12:48
İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib
Bu gün, 12:47
Qarabağda partizan müharibəsi: - Azərbaycanın hansı imkanları var?
Bu gün, 12:46
"Kimisi ingiliscə danışır, kimisi üzümə toxunmaq istəyir"
Bu gün, 12:43
Azərbaycanın XİN başçısı Vaşinqtonda səfərdədir
Bu gün, 12:40
Mingəçevirdə qardaş qardaşı bıçaqlayıb
Bu gün, 12:29
ABŞ Konqresindən anti-Azərbaycan QƏRAR: - Separatçı rejimə 1,5 milyon dollar pul ayırdı
Bu gün, 12:28
"Hər bir zabit Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir" - Zakir Həsənov
Bu gün, 12:26
Zaqatalada Qanıx vadisini qansoranlar basıb, kəndlərdən evlərini tərk edənlər var
Bu gün, 12:16
Dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı zərərçəkənlərə dəymiş zərəri ödədiyini deyib - MƏHKƏMƏ
Bu gün, 12:15
OPEC+ iclasının vaxtı dəyişdirilib
Bu gün, 12:12
Bakıda homoseksual polisə şikayət etdi: - “56 yaşlı kişi pulumu vermir”
Bu gün, 12:11
Bakıda gənc oğlan evə apardığı qadını saatlarla zorladı
Bu gün, 12:08
SOCAR Türkiyədə aldığı şirkətlərin idarəçiliyi üçün yeni şirkət yaradıb
Bu gün, 12:06
"Tiryək udub, hələ də özün özünə "kraliça" deyirsən" - Faiq Ağayev
Bu gün, 12:00
Sabiqlərə cinayət işi açılıb - Beyləqanın sabiq başçısı ilə təhsil şöbəsinin keçmiş müdiri üzləşdirilib
Bu gün, 11:53
Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Baş redaktor səhiyyəni TƏRİFLƏDİ
Bu gün, 11:50
Bolton Qarabağ açıqlaması ilə hansı mesajı verdi? - TƏHLİL
Bu gün, 11:46
Fuad Abbasovdan Paşayevə cavab: - “Vəkilim deyil!”
Bu gün, 11:45
Asif Ağayevin PAMBIQ BİYARI... - İDDİA
Bu gün, 11:44
Azərbaycanda şirkət 30 min avro cərimələnib
Bu gün, 11:41
Ərdoğan S-400-ü tezlikdə əldə etmək planlarından danışıb
Bu gün, 11:39
Gürcüstan Azərbaycandan qaz idxalını 12% artırıb
Bu gün, 11:36
Qadınların alt paltarını oğurlayarkən yaxalandı - Bakıda
Bu gün, 11:34
Prezident İlham Əliyev iqtisadi gəlirlərin əhalinin sosial rifahına yönəldilməsi vədinə sadiqdir - Elman Babayev
Bu gün, 11:32
Neft bazarında yenidən disbalans yarana bilər - TƏHLİL
Bu gün, 11:29
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Bu gün, 11:22
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlandı
Bu gün, 11:20
Rüstəm Nağıyev YAP-ın adına da təhlükədir... - Gədəbəydə QALMAQAL
Bu gün, 11:19
Putin II Avropa Oyunlarının açılışına getmir - Azərbaycan Prezidenti isə...
Bu gün, 11:15
"Hörmətli başçı, bizim də məhəlləyə gəlin" - VİDEOGİLEY
Bu gün, 11:13
Rusiya, Azərbaycan və İran liderləri Soçidə nəyi müzakirə edəcəklər? - GƏLİŞMƏ
Bu gün, 11:09
Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
Bu gün, 11:08
Azərbaycanda efirdə qızın nişanlı oğlanla WhatsApp yazışması hər kəsi qəzəbləndirdi
Bu gün, 11:06
Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi - Onlar siyahıda ən axırdadırlar
Bu gün, 11:04
Maaşı artmayan müəllimlər kimlərdir: - “9 minin ya diplomu yoxdur, ya saxtadır...”
Bu gün, 11:01
Azərbaycanda 160 minə yaxın müəllimin maşı artacaq
Bu gün, 10:57
"Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - GİLEY
Bu gün, 10:55
Binəqədidə maşında öldürülən məşhur riyaziyyatçının oğludur - ilginc gəlişmə
Bu gün, 10:53
“Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL
Bu gün, 10:48
“Rəmişdən başqa heç kimim yoxdu, nə övladım, nə də qohumum var...”
Bu gün, 10:46
Bağlıdı çimərliyin qapısı üzümüzə - REPORTAJ
Bu gün, 10:44
Mosulda ABŞ-ın hərbi müşavirləri `Katyuşa` atəşinə tutulub
Bu gün, 10:39
Quba və Ağcabədidə taxıl sahələri yanıb
Bu gün, 10:36
Bakıda məhkəmə sədrinin ailəsində dəhşətli hadisə: - Nəvəsi hovuzda boğuldu
Bu gün, 10:34
“Prezidentin sərəncamlarını hər bir vətəndaş hiss edəcək”
Bu gün, 10:33
Bakıda maskalı şəxs evə basqın edərək qadını bıçaqlayıb
Bu gün, 10:32
Səfər Mehdiyev GƏRGİN DURUMDA - İDDİA
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru