Şəhərə yiyə duran niyə tapılmır? .....                     KTN məktəb direktorlarını da səfərbər edib? .....                     “Star” zavodunun açılması hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək .....                     Qırğızıstanın sabiq prezidentinin müşaviri Rusiyadan ekstradisiya edilib .....                     Fıdnıq oğruları saxlanıldı .....                     Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub .....                     STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib .....                     Azərbaycanın anti-işğal taktikası .....                     Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb .....                     “Türmə mənim üçün bioloji ölümdür” deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi .....                     Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü .....                     Dövləti talayan sabiq məmurların lüks həyatı .....                     Aİ-92 oktanlı benzin idxalı gömrük rüsumlarından azad edilir .....                     DTX-ın növbəti uğurlu əməliyyatı .....                     Badamdar sürüşmə zonasında çatlarda artım qeydə alınıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu” .....                     İŞİD Suriyada tamamilə darmadağın edilib .....                     Sarov kəndində səyyar-qəbul görüş .....                     “Binəqədi məhkəməsində 11 il əvvəlki məhkəmə işinin sənədləri arxivdən oğurlanıb” .....                     Camal Qaşıqçının meyitinin harada olduğu məlum deyil .....                     Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub .....                     Bryanskdan ən çox məhsul idxal edən ölkələr arasında Azərbaycan da var .....                     Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb .....                     Günaydan cəsarətli fotosessiya .....                     ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb .....                     Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlə yetirildiyini təsdiq edib .....                     Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı .....                     Azərbaycanın bir qrup energetikinə fəxri ad və medal verilib .....                     Prezident İlham Əliyev Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında .....                     Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib .....                     Baş Prokurorluq Astanovun işi ilə bağlı .....                     Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib .....                     Keçmiş deputat küçəyə atasının adını verdirib? .....                     Rusiya mətbuatı da Fərhad Əhmədovdan yazır .....                     Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı .....                     “Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” .....                     “Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir" .....                     “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib” .....                     Polis Göyçay şəhər 2 saylı orta məktəbində tədbir keçirdi .....                 

Gənc nazir "Azərsun" şefinə necə qol-qanad verdi... - İTTİHAM
Tarix: 19-09-2018, 15:15 | Çap et
Gənc nazir "Azərsun" şefinə necə qol-qanad verdi...
Avqust ayının 30-da Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin - "Azərsun Holding", "Pasha Holding", "Gilan Holding", "CTC Holding", "AS Group İnvestment", "Modern Group", "Agrarco", "AzProtein Foods Group" və "Səba Qrup"un rəhbər şəxslərinin iştirakı ilə keçirilən toplantıda adıçəkilən nazirliyin yanında Aqrar Məşvərət Şurası yaradılıb. Həmin şuranın sədri postuna isə aqrar və qida sənayesi sahəsində inhisarçı mövqeyə sahib olan, daxili bazardakı qiymət siyasətinə diqtəedici yöndə təsir imkanları əldə edən "Azərsun Holding"in prezidenti Abdolbari Goozal seçilib. Nəzərinizə çatdıraq ki, iqtisadçı ekspertlər bunun doğru addım olmadığını və gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıblar. Onların fikrincə, inhisarçı bazar payı olan şirkətlərin, yəni "Azərsun Holding" və Aqrar Məşvərət Şurasında təmsil olunan digər firmaların Kənd Təsərrüfatı Nazirliyinə rəqabəti təşviq edən təklif və tövsiyələrlə müraciət edəcəkləri heç cür inandırıcı görünmür. Mütəxəssislər hesab edirlər ki, aqrar və qida sənayesi sahəsində əsas söz sahibi olan nəhəng şirkətlərin məhz Aqrar Məşvərət Şurasında bir araya gəlməsi, bir müddət sonra kiçik və orta sahibkarlığın sözügedən sektordan tamamilə uzaqlaşdırılması ilə nəticələnə bilər.

Əslində, onlar mövqelərində yetərincə haqlıdırlar. Çünki hələ Aqrar Məşvərət Şurası yaradılmamışdan əvvəl "Azərsun Holding" ölkənin yeyinti sənayesinin böyük bir hissəsini nəzarətində saxlayır və elə bu səbəbdən də istədiyi vaxt qiymətlərdə özünə sərf edən formada korrektələr edirdi. Abdolbari Goozal adıçəkilən şuranın sədri seçildikdən sonra isə əsasən yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edən "Azərsun Holding"in bazara, o cümlədən istehsalçılara təsir imkanları xeyli artıb. Məlumat üçün bildirək ki, "İntersun İnternational Sun Group FZCO" şirkətinin törəmə müəssisəsi olan "Azərsun Holding"in tərkibinə "Azərbaycan Duz istehsalat Birliyi" QSC, "Azərsun Ticarət və Dağıtım" MMC, "Bakı Qida və Yağ Fabriki" MMC, "İnnova Konstrakşn ənd Kontraktinq" MMC, "Kürdəmir Süd Emalı Zavodu" MMC, "Qafqaz Ticarət" MMC, "Sun Food Service" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC, "Qafqaz Konserv Zavodu" MMC, "Sun Tea Çay Fabriki" MMC və "Green Tech" MMC daxildir. Bundan başqa, Abdolbari Goozalın rəhbərlik etdiyi holding "Lənkəran Konserv Zavodu" ASC, "Qazax Konserv Zavodu" MMC, "İntepe Ofşor LLC", "Muğan Enerci LLC", "Azərsun Humanitar Fondu", "Svit Star" MMC, "Sumqayıt Plastik Emal Zavodu" MMC, "Gözəl Təbiət" MMC, "Qusar-İstixana" MMC, "Qusar-Agro" MMC və Gürcüstanda fəaliyyət göstərən "Dəfnə H A Limited" şirkətinin səhmdarıdır.

Onu da əlavə etməliyik ki, son zamanlar "Azərsun Holding"in adı bir sıra xoşagəlməz məqamlarda hallanıb, ictimaiyyətin tanınmış simaları, o cümlədən siyasilər və deputatlar tərəfindən ciddi qınaq atəşinə tuş gəlib. Məsələn, konkret faktlara gəlincə, qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ötən ilin iyun ayının 9-da alınmış məlumat əsasında DBNX-in Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi 29B, mənzil 16-da yaşayan Eynulla Balaşərif oğlu Məmmədyarova məxsus "PEKAP" markalı 10-PE-327 dövlət nömrə nişanlı avtomobilə Xaçmaz rayonu ərazisində baxış keçirib. Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub. İlkin araşdırma zamanı Eynulla Məmmədyarov antisanitar şəraitdə daşınan həmin heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan "Qafqaz" konserv zavoduna təhvil vermək məqsədi ilə gətirdiyini bildirib. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, "Qazax Konserv Zavodu" MMC məhz "Azərsun Holding"in nəzdində fəaliyyət göstərir. Düzdür, adıçəkilən zavod sənədləri olmayan ətləri qəbul etmədiyini iddia etsə də, Eynulla Məmmədyarovun sözlərindən bu qənaətə gəlmək olar ki, Abdolbari Goozalın rəhbərlik etdiyi şirkət əhaliyə mənşəyi bilinməyən, antisanitar şəraitdə daşınan heyvan əti təqdim edir. Bu cür məhsullar isə insan orqanizmi üçün potensial təhlükə mənbəyi hesab olunur və əksər hallarda müalicəsi mümkün olmayan dəhşətli heyvan xəstəliklərinin yaranmasına gətirib çıxarır.

İctimaiyyətin tanınmış simaları, o cümlədən siyasilər və deputatlar tərəfindən səsləndirilən ağır ittihamlar...

Bu arada, "Azərsun Holding"in adının hallandığı digər məsələyə gəlincə, nəzərinizə çatdıraq ki, təxminən 2 il öncə millət vəkili Zahid Oruc sözügedən şirkətin ünvanına kifayət qədər sərt ittihamlar səsləndirib.

Belə ki, "Azərsun Holding"in Çindən gətirilmiş hazır konsentratın üstündə bir qədər emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat" tökdüyünü iddia edən Zahid Orucun sözlərinə görə, məhz bundan sonra ölkənin səhiyyə müəssisələrinə xeyli sayda xəstə müraciət edir: "Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azərsun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, "bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30 faiz bahalaşma elan edirik". Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azərsun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azərsun" olmasaydı Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?".
Qeyd edək ki, Abdolbari Goozalın rəhbərlik etdiyi şirkətin ünvanına səsləndirilən digər ittiham isə bir müddət əvvəl Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən gəlib. Belə ki, ölkədə fəaliyyət göstərən şirkətləri yoxlamağın vacibliyini vurğulayan partiya sədri hesab edir ki, "Azərsun" və digər firmalar saxta məhsulları xalqa sıramaqla millətimizin genefonuna zərbə vurur: "Azərbaycandakı şirkətləri yoxlamaq lazımdır. Onlar kimlərindir? "Azərsun" deyir, xaricə pomidor satırıq. Necə olur ki, "Azərsun" həm xaricə pomidor satır, həm də Azərbacanda "tomat pastası"nın qiymətini qaldırır? Tək tomatla iş bitmir. Şəkəri götürək. Yaxşı şəkəri İmişlidə istehsal edib xaricə də satırlar, bizə içərisinə leş sümüyü vurulmuş şəkər satırlar. Çay Azərbaycanda istehsal olunursa, onu "Azərçay" adı ilə dünyaya tanıdırlarsa, çayın qiymətini qaldırıb niyə milləti dövlətin üzərinə qaldırırlar? Onlar hamısı vicdanını itirmiş adamlardır. Xaricdən dollarla aldığınız malları bildik, bəs yerli istehsala nədir sözləri? Bunlar hamısı millətimizə qarşı olan xəyanətdir. Abdulbari Gözəl (Abdolbari Goozal-red.) azərbaycanlı deyil ki, özünü Kür çayına atan qadının qiymətini bilsin, özünü dənizə atan cavan oğlanın qədrini bilsin. Abdulbari Gözəl gəlib Azərbaycanda at oynadanda əlbəttə ki, belə olacaq. "Azərsun" və digər firmalar saxta məhsulları xalqa sıramaqla millətimizin genefonuna zərbə vurur. Bəs İqtiadiyyat Nazirliyi hara baxır? Ya "Azərsun" bağlanmalıdır, ya da qiymətlər əvvəlki səviyyəyə gətirilməlidir".

"Azərsun Holding" bazarda ciddi bahalaşmaya səbəb olur

Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, "Azərsun Holding" aqrar və qida sənayesi sahəsində inhisarçı mövqeyə sahib olduğundan daxili bazarda istədiyi qiyməti tətbiq edir. Bu isə sonda ciddi bahalaşmaya səbəb olur. Ümumiyyətlə, qiymətlərin durmadan artmasının ən başlıca səbəbi məhz inhisarçılıqdır.

Ümid edirik ki, bu ilin aprel ayında ölkə başçısının sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sözügedən məsələni diqqətdə saxlayacaq, müvafiq araşdırmalardan sonra, yeni təsərrüfat subyektlərinin bazara daxil olmasına süni maneələr yaradan, müxtəlif yollarla onların fəaliyyətini məhdudlaşdıran "Azərsun Holding"in bazardakı inhisarçı mövqeyinə son qoyacaq.

Mövzu ilə bağlı qarşı tərəfin də çövqeyini işıqlandırmağa hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhərə yiyə duran niyə tapılmır? - Baş(çı)sız Mingəçevir
Bu gün, 10:35
KTN məktəb direktorlarını da səfərbər edib? - İLGİNC
Bu gün, 10:32
Azərbaycanın ilk kök modeli: - “Biz toppuşlar da öz sözümüzü deyəcəyik”
Bu gün, 10:29
“Star” zavodunun açılması hər iki ölkəyə siyasi dividendlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək - deputat
Bu gün, 10:22
Qırğızıstanın sabiq prezidentinin müşaviri Rusiyadan ekstradisiya edilib
Bu gün, 10:15
Fıdnıq oğruları saxlanıldı
Bu gün, 10:14
Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub - FOTO
Bu gün, 10:12
STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib
Bu gün, 10:09
Azərbaycanın anti-işğal taktikası - ABŞ Bakını torpaqları qaytarmağa sövq edir
Bu gün, 10:05
Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb - Toksikologiya şöbəsinin müdiri
Bu gün, 10:03
“Türmə mənim üçün bioloji ölümdür” deyən Vidadi Zeynalov həbsdən çıxa bilmədi - sensasion səbəb
Bu gün, 09:53
Sevdiyi qızla “Whatsapp”da dalaşdı, xalası oğlunu öldürdü – Bakıda qandonduran cinayət
Bu gün, 09:50
Dövləti talayan sabiq məmurların lüks həyatı - Haram pullar necə nuş olur...
Bu gün, 09:48
Aİ-92 oktanlı benzin idxalı gömrük rüsumlarından azad edilir - müvəqqəti olaraq
Bu gün, 09:45
DTX-ın növbəti uğurlu əməliyyatı - həbs olunan casus kimdir
Bu gün, 09:43
Badamdar sürüşmə zonasında çatlarda artım qeydə alınıb
Bu gün, 09:42
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:41
“SSRİ-nin dağılmasına əsas səbəb Azərbaycanda başlayan proseslər oldu”
Bu gün, 09:39
İŞİD Suriyada tamamilə darmadağın edilib - Sergey Şoyqu
Bu gün, 09:38
Sarov kəndində səyyar-qəbul görüş - FOTO
Bu gün, 09:37
“Binəqədi məhkəməsində 11 il əvvəlki məhkəmə işinin sənədləri arxivdən oğurlanıb” - müdhiş ittiham
Bu gün, 09:34
Camal Qaşıqçının meyitinin harada olduğu məlum deyil
Bu gün, 09:33
Füzuli rayonunda 9 ayın yekunları müzakirə olunub - FOTO
Bu gün, 09:32
Bryanskdan ən çox məhsul idxal edən ölkələr arasında Azərbaycan da var
Bu gün, 09:30
Səudiyyə Ərəbistanı kralının müşaviri və kəşfiyyat xidməti rəhbərinin müavini vəzifəsindən kənarlaşdırılıb
Bu gün, 09:29
Günaydan cəsarətli fotosessiya
Bu gün, 09:27
ABŞ və Rusiya prezidentlərinin görüşə biləcəyi tarix açıqlanıb
Bu gün, 09:25
Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlə yetirildiyini təsdiq edib
Bu gün, 09:24
Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı
Dünən, 18:14
Azərbaycanın bir qrup energetikinə fəxri ad və medal verilib - SİYAHI
Dünən, 18:10
Prezident İlham Əliyev Gülməmməd Cavadova Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb
Dünən, 18:09
Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
Dünən, 18:07
Baş Prokurorluq Astanovun işi ilə bağlı MƏLUMAT YAYDI
Dünən, 18:05
Aİİ “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirib - FOTO
Dünən, 18:02
Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər
Dünən, 17:57
Rusiya mətbuatı da Fərhad Əhmədovdan yazır
Dünən, 17:49
Klinik Xəstəxanada həkim səhlənkarlığı daha bir can aldı - Meyit ortalıqda qaldı
Dünən, 17:37
“Korrupsiya qalmaqalları idman nazirlərinin arasında olur” – Azad Rəhimovun iddiasına reaksiya
Dünən, 17:35
“Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir" - Türkiyə Prezidenti
Dünən, 17:33
“Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib” - Rövnəq Abdullayev
Dünən, 17:32
MTRŞ yayım şirkətinin lisenziyasını ləğv edib, başqa bir şirkətə lisenziya verilib
Dünən, 17:31
Polis Göyçay şəhər 2 saylı orta məktəbində tədbir keçirdi - FOTO
Dünən, 17:26
Yeni peşə təhsili mərkəzlərinin yaradılması təhsil şəraiti olmadan səmərə verə bilməz - Novruz Məmmədov
Dünən, 17:20
Dollar gələn həftəyə qədər bu qiymətə satılacaq
Dünən, 17:16
"Elşad yoxdur, onu bağlayın" - Oksana əsəbiləşdi
Dünən, 17:11
Möhtəşəm mərasimin CANLI GÖRÜNTÜLƏRİ
Dünən, 17:07
Zağulba prospektində hərəkət məhdudlaşdırılacaq
Dünən, 17:06
Fərhad Əhmədov həyat yoldaşına yarım milyard dollar ödəməlidir
Dünən, 17:04
"Ermənilərin Qarabağda çəkdiyi yollardan onsuz da biz istifadə edəcəyik" - İcra başçısı
Dünən, 16:59
Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır - Nazir
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru