"81 yaşında olan adamı təhqir edirlər, anonim adamlar saxta profillər altında gizlənərək, söyürlər" .....                     Azərbaycanın bəzi ölkələrlə ticarət dövriyyəsi 0-a bərabərdir .....                     İsmayıllıda Azərbaycan Silahlı Qüvvələr günü qeyd olunub .....                     Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb .....                     Dilqəm Əsagərov və Şahbaz Quliyevin işi ilə bağlı yeni xəbər .....                     Azərbaycanın 6 hərbçisinə general rütbəsi təqdim olunub .....                     Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! .....                     Prezident Silahlı Qüvvələrdən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısını təsdiqləyib .....                     Bakıda bütün çimərliklər PULSUZDUR!!! .....                     “Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir” .....                     İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb .....                     Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib .....                     Şəhər görkəminə xələl gətirən, müəyyən olunmayan yerlərdə avtomobillərin saxlanılmasına qarşı iş aparılır .....                     Silahlı Qüvvələr Gününə həsr olunmuş güllə atıcılığı yarışı .....                     Azərbaycanın internet məkanına BASQI VAR! .....                     Azərbaycanın sığorta bazarı 9% kiçilib .....                     İyunun 27-nə dolların məzənnəsi .....                     Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib .....                     Hüseynbala Mirələmov kadr islahatları haqda: .....                     İyun ayında 13 nəfəri ilan sancıb .....                     Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı .....                     Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir .....                     Avrasiya Neft nəqli dəhlizinin əsas hissəsinin tikintisi üçün verilmiş ekoloji icazənin müddəti bu il uzadılacaq .....                     Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib .....                     Robert Koçaryan yenidən həbs edilib .....                     Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var .....                     “Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb .....                     Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib .....                     Sabiq vəkilin xeyrinə çıxarılan qərar ləğv edilib .....                     Deputatı İqbal Məmmədova ağır itki üz verdi .....                     Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir .....                     Dövlətin yükünü çiyinlərində çəkən adam... .....                     Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib .....                     Vəkil İradə Cavadova məhkəmədə uduzdu: .....                     “Bu, misli görünməmiş bir qanunsuzluqdur...” .....                     “Hörmətli Sahil Babayev, indi mən nə edim?” .....                     Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə .....                     “Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir” .....                     Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb .....                     Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu .....                 

Putinin Bakı və İrəvan səfərində əsas hədəf - Soçi görüşlərindən sonra “5 rayon” söhbəti ciddiləşib
Tarix: 19-09-2018, 09:04 | Çap et
Putinin Bakı və İrəvan səfərində əsas hədəf
Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinə sayılı günlər qaldı. Sentyabrın 25-də Kreml başçısı ölkəmizdə olacaq. Buradan onun İrəvana gedəcəyi gözlənilir. “Yeni Müsavat” xatırladır ki, Rusiya lideri Azərbaycan və Ermənistan rəhbərləri - İlham Əliyev və Nikol Paşinyanla Soçidə bir ay deyil ki, görüşüb. Bu üzdən siyasi müşahidəçilərə görə, iki və üçtərəfli formatda hansısa mühüm bir proses aparılır ki, həmin proses də Putinin qısa zaman sonra bölgəyə, Bakı və İrəvana ziyarətini qaçılmaz edib. Hansı proses?

Öncə qeyd edək ki, Putinin belə bir səfər marşrutu seçməsi, yalnızca Moskvanın Azərbaycan və Ermənistan arasında balans yaratmaq istəyi ilə əlaqəli ola bilməz. Gündəmdə həmçinin Dağlıq Qarabağ mövzusu, son vaxtlar haqqında çox danışılan “5 rayon” məsələsi və post-inqilab dönəmində Moskva-İrəvan münasibətlərinin perspektivinə birdəfəlik aydınlıq gətirmək zərurətinin olduğu da yetərincə aydın sezilir.

Belə bir ehtiyatlı təxmin də getdikcə özünə daha çox yer eləməkdədir ki, Kreml “Rus NATO-su” sayılan KTMT-də Azərbaycanın müşahidəçi statusu və ya üzvlük alması qarşılığında Qarabağ ixtilafının dinc həllinə təkan verə bilər. Rusiyanın həmçinin Qarabağda böyük müharibənin alovlanmasını önləmək əzmində olduğu deyilir. Çünki müharibə Moskvanın regiondakı maraqlarına, o sırada onun Türkiyə ilə inkişafda olan əlaqələrinə real təhlükə yarada bilər.

*****

Rusiyanın nüfuzlu portallarından olan rosbalt.ru-da Putinin qarşıdakı səfərinə həsr olunmuş “Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” intriqalı başlığa malik təhlil yazısı yuxarıdakı qənaətləri möhkəmlədir. “Yeni Müsavat” məqalənin ən önəmli yerlərini təqdim edir.

Yazıda deyilir: “Bu dəfə prezident Putini İrəvanda ”yadlar" qarşılayacaq. Çünki Nikol Paşinyanın hökuməti bütünlüklə Qərb QHT və fondlarının “yetirmələrindən” komplektləşdirilib. Ermənistan “meydanında” danışıqlar necə alınacaq - söyləmək çətindir. Lakin böyük ehtimalla, bunu demək olar ki, əgər Putin Paşinyandan Qarabağla bağlı ciddi güzəştlərə nail olmasa, Kremlin tərəfdaşı sayılan siyasətçilərin və Rusiya biznesinin təqib olunması, habelə İrəvanın qərbyönlü kursu məsələlərində real dönüş əldə eləməsə, Rusiya-Ermənistan müttəfiqlik əlaqələri dondurulacaq. Putinin Əliyevlə görüşdən az sonra Azərbaycana edəcəyi səfərə gəlincə, hazırda Moskva regionda Azərbaycana stavka edir ki, bu da Ermənistanı bərk qıcıqlandırır. Ancaq Bakı özünü ardıcıl və anlaşıqlı aparır, hələ ki heç bir şəkildə bölgədə Rusiya maraqlarına xətər yetirmir və bu zaman öz suverenliyinin də qurban vermir. İrəvan isə tam əksinə hərəkət edir. Odur ki, Putinin Ermənistan səfərinin ortaq siyasi perspektiv baxımından “məhsuldar” olacağını gözləməyə dəymir. Ancaq Rusiya liderinin səfəri yerli erməni əhalisinə ayıldıcı təsir göstərə bilər: axı nə vaxtsa Ermənistanda parlament seçkiləri keçiriləcək. Azərbaycanda isə səfərlə bağlı geniş geosiyasi planda strateji əməkdaşlıq prinsiplərinin təsbiti, həmçinin energetika, nəqliyyat, hərbi-texniki və humanitar sferalarda, Xəzərdə əməkdaşlıq sahəsində yeni imkanların axtarılıb tapılması gözlənilir. Və təbii ki, Qarabağ məsələsi də var".

Nəşr bu yerdə Putinin Bakı və İrəvanın səfərlərinin Azərbaycandakı genişmiqyaslı hərbi təlimlərdən dərhal sonraya təsadüf etməsinə də diqqət çəkib: “Azərbaycan ordusu hazırda Dağlıq Qarabağda düşmənin müdafiəsinin bir neçə istiqamətdə tanklarla yarılması, Ermənistanın hərbi qruplaşmaları və ön birləşmələrinin darmadağın edilməsi, işğal altındakı rayonları düşmən tərəfin hərbi və strateji obyektlərini məhv eləməklə azad etmə ssenarisini məşq edir. Erməni tərəfi isə müharibə şəraitində əməliyyatları məşq edir. Əlamətdardır. Kimin qalib olacağına yəqin ki, Putin qərar verəcək”.

*****

Dağlıq Qarabağ məsələsi ətrafında qüvvələr nisbətinin işğalçı Ermənistanın ziyanına dəyişməkdə olmasını, deyəsən, İrəvanda da hiss eləməyə və təlaş keçirməyə başlayıblar. Ən azından, bunu Nikol Paşinyan iqtidarına yaxın mediadakı analitik yazılardan görmək mümkündür.

“Bizim ətrafımızda sadə olmayan geosiyasi vəziyyət yaranıb. Təəssüf ki, Ermənistan faktiki, müttəfiqlərsiz qalıb”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir SOS siqnallı fikir armenianreport.com-dakı məqalədə yer alıb.

Məqalədə bildirilir: “Ermənistan və ”Artsax" (dırnaqlar bizimdir - red.) Azərbaycanın real hərbi təhdidi ilə üz-üzədir. Ən həyəcanlısı odur ki, bu müharibədə bizim, deyəsən, müttəfiqimiz olmayacaq. Gəlin, birlikdə analiz edək:

İranın başı indi Suriyaya və daxili problemlərə qarışıb. Üstəgəl, Bakı ilə Tehran arasında hazırda praktik olaraq, hansısa ciddi ziddiyyət qalmayıb. Əvəzində qarşılıqlı reveranslar, artıq reallaşan və gələcəyə hesablanan layihələr xoşagəlməz sürətlə artır. Bütün bunlar İranı Azərbaycanın tərəfdarına çevirməsə də, yüz faiz bizim tərəfdarımıza da çevirmir.

Gürcüstan. Burada vəziyyət qədərindən çox aydındır. Bizim yeni rəhbərliyimiz bu ölkə ilə gözəl perspektiv əlaqələr haqda nə qədər istəsən danışa bilər, gerçəkdə isə Gürcüstan həmişəlik olmasa da, uzun müddətə Azərbaycandan asılı ölkə durumundadır. Gürcülər Bakıdan neft, qaz alır, həmçinin nəqliyyat layihələrindən gəlir əldə eləmək imkanına malikdirlər.

Türkiyə. Burada danışmalı bir şey yox. Prezident Ərdoğan Bakıya o dərəcədə tez-tez gəlir ki, sanki öz evindədir.

Rusiya. Burada da əfsus ki, hadisələrin bizim üçün ziyanlı və fəlakətli sürətlə dəyişikliyinə şahidlik edirik. Bakı və Moskva əməkdaşlığı fəal inkişaf etdirir, o cümlədən də hərbi sahədə. Rusiya bundan sonra da Azərbaycanı silahlandırmağa hazırlaşır. Moskva Bakıya talış xalqının hüququ uğrunda “mübarizi” (Fəxrəddin Aboszadə nəzərdə tutulur - red.) Bakıya təhvil verir. Şübhə var ki, bu, Putinin sentyabrın 25-də Bakıya gətirəcəyi yeganə hədiyyə deyil.

ABŞ və Avropa. Aradakı bütün ziddiyyətlərə, bəyan edilən demokratiya mübarizəsinə rəğmən, onlar Azərbaycana heç bir təzyiq göstərmirlər. Əksinə, hər vəchlə Avropa bazarlarının karbohidrat təchizatçısı kimi Azərbaycanın əhəmiyyətini qeyd edirlər. Plyus, biz artıq görürük ki, Trampın Paşinyanla görüşü baş tutmayacaq. Bu da pis əlamətdir.

Məsələdə xüsusi olaraq İsrailə diqqət ayırmaq lazım gəlir. Bu ölkə Azərbaycana həmişə ən müasir silahları satıb və aktiv şəkildə satmaqda davam edir. İndi də görürük ki, İsrailin müdafiə naziri Avidqor Liberman Bakıya uzunmüddətli (5 günlük - red.) səfər edib. Sən demə o, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını da ziyarət edib və İsrail dövləti və Müdafiə Nazirliyi adından əklillər qoyub. Həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə dağ yəhudisi olan Albert Aqarunovun qəbrini ziyarət edib. O Aqarunov ki, “Artsaxın azadlığı uğrunda mübarizə aparanlar”a qarşı (dırnaqlar bizimdir - red.) döyüşlərdə həlak olub. Bu isə İsrail tərəfdən Azərbaycana artıq açıq-aşkar siyasi dəstək jestidir".

*****

Nə əlavə eləmək qalır: blokada rejimində olan işğalçı ölkə tezliklə Qarabağ məsələsində realist mövqe tutmayınca, öz qonşularının ərazi bütövlüyünü tanıyıb onlara qarşı əsassız torpaq iddiasına son verməyincə, doğrudan da bölgədə tam təklənmiş duruma düşəcək. Bu isə Ermənistanın nisbi suverenliyinin də itirilməsinə gətirə bilər...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"81 yaşında olan adamı təhqir edirlər, anonim adamlar saxta profillər altında gizlənərək, söyürlər" - deputat
Bu gün, 18:14
"Rəhim Rəhimlidən elə hərəkət gözləmirik" - QALMAQAL
Bu gün, 18:00
Azərbaycanın bəzi ölkələrlə ticarət dövriyyəsi 0-a bərabərdir
Bu gün, 17:57
İsmayıllıda Azərbaycan Silahlı Qüvvələr günü qeyd olunub
Bu gün, 17:51
Naxçıvan Ali Məclisinin sessiyası çağırılıb
Bu gün, 17:49
Dilqəm Əsagərov və Şahbaz Quliyevin işi ilə bağlı yeni xəbər – QƏTNAMƏ İMZALANDI
Bu gün, 17:48
Azərbaycanın 6 hərbçisinə general rütbəsi təqdim olunub - VİDEO
Bu gün, 17:45
Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!
Bu gün, 17:43
Prezident Silahlı Qüvvələrdən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısını təsdiqləyib - FƏRMAN
Bu gün, 17:40
Bakıda bütün çimərliklər PULSUZDUR!!! - RƏSMİ
Bu gün, 17:38
“Azərbaycan ordusu qısa zaman ərzində Qarabağı azad etmək gücünə malikdir” - Ufuk Aydın
Bu gün, 17:36
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 17:31
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO
Bu gün, 17:27
Şəhər görkəminə xələl gətirən, müəyyən olunmayan yerlərdə avtomobillərin saxlanılmasına qarşı iş aparılır - BŞBPİ
Bu gün, 17:20
Silahlı Qüvvələr Gününə həsr olunmuş güllə atıcılığı yarışı - İsmayıllıda
Bu gün, 17:19
Azərbaycanın internet məkanına BASQI VAR! - Yenə də ermənilər...
Bu gün, 17:17
Azərbaycanın sığorta bazarı 9% kiçilib
Bu gün, 17:09
İyunun 27-nə dolların məzənnəsi
Bu gün, 17:06
Azərbaycanda 42 şəhərin Baş planı təsdiq edilib
Bu gün, 17:00
Hüseynbala Mirələmov kadr islahatları haqda: - “O, prinsipial şəxsdir”
Bu gün, 16:57
İyun ayında 13 nəfəri ilan sancıb
Bu gün, 16:54
Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı
Bu gün, 16:50
Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir
Bu gün, 16:40
Ayağımın altını qazırlar — Müğənni Günel
Bu gün, 16:38
Avrasiya Neft nəqli dəhlizinin əsas hissəsinin tikintisi üçün verilmiş ekoloji icazənin müddəti bu il uzadılacaq
Bu gün, 16:33
Dələduzluqda təqsirləndirilərək axtarışa verilən şəxs həbs edilib
Bu gün, 16:26
Robert Koçaryan yenidən həbs edilib
Bu gün, 16:19
Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var - ARAŞDIRMA
Bu gün, 16:18
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb
Bu gün, 16:15
Mi-6-nın agenti Bakıda nə zaman və kimlərlə şəkil çəkdirib -FOTOFAKT
Bu gün, 16:14
Sabiq vəkilin xeyrinə çıxarılan qərar ləğv edilib
Bu gün, 16:09
Deputatı İqbal Məmmədova ağır itki üz verdi
Bu gün, 16:08
Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir
Bu gün, 16:06
Dövlətin yükünü çiyinlərində çəkən adam... - Ramil Usubovun gediş(yenidən gəliş)inə sözardı
Bu gün, 16:02
Şəfiqə Məmmədovaya yeni vəzifə verildi
Bu gün, 15:50
Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib
Bu gün, 15:45
Vəkil İradə Cavadova məhkəmədə uduzdu: - müdafiə etdiyi qadın ondan şikayətçidir
Bu gün, 15:43
“Bu, misli görünməmiş bir qanunsuzluqdur...” - Nazirlik rəsmilərinə qarşı RÜŞVƏT İTTİHAMI
Bu gün, 15:36
“Hörmətli Sahil Babayev, indi mən nə edim?” - Müraciət
Bu gün, 15:33
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
Bu gün, 15:28
“Ordumuzun qüdrəti sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına kimsə şübhə etmir” - Əli Əhmədov
Bu gün, 15:20
Kürdəmirdə traktor aşıb, sürücü xəsarət alıb
Bu gün, 15:13
Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu
Bu gün, 15:09
Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır - Nazirlik
Bu gün, 15:05
“15 min verib deyirsən ki, gəl toyumu korla” – Əməkdar artist
Bu gün, 15:03
Gürcüstan parlamentinin yeni sədri seçilib
Bu gün, 14:59
Şirməmməd Hüseynovla bağlı nekroloq imzalanıb
Bu gün, 14:58
"Atam BDU-nu özünün birinci evi hesab edirdi" - Şirməmməd Hüseynovun qızı
Bu gün, 13:14
"Bilirdim bu şou-biznes etibarsız adamlarla doludur" - Borcunu qaytarmadılar
Bu gün, 13:07
Ramiz Mehdiyev vida mərasimində - FOTO
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru