Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb .....                     Prezident İlham Əliyev Elşən Vəliyevi Poltava şəhərində Azərbaycanın fəxri konsulu təyin edib .....                     Prezident İlham Əliyev Azərbaycanın Mərakeşdə yeni səfirini .....                     Prezident Yaqub Eyyubovun oğlunu işdən çıxardı .....                     Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisinə .....                     Azərbaycanın NATO yanında Nümayəndəliyinə başçı təyin edilib .....                     Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib .....                     Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb .....                     Putin noyabrın 11-də Fransaya səfər edəcək .....                     Sabiq prokuror komitə sədrinə baş müşavir təyin edildi .....                     Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib .....                     "Azərbaycanda dini durum sabitdir" .....                     Bakcell 400-ə yaxın 4G baza stansiyası istifadəyə verəcək .....                     Sabah dolar neçəyə olacaq? .....                     Topoqrafiya hərbi hissəsinin döyüş hazırlığı yoxlanılıb .....                     Nikol Paşinyanın istefası təxirə salındı .....                     Sepah 700 km-dən gəmiləri vuran ballistik raketlərlər təchizatlandığını bildirib .....                     Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat .....                     Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub .....                     "Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...” .....                     Həbsdə olan sabiq MTN generalının bacanağı rüşvət vermədə ittiham edilir .....                     Bağça müdiri barəsində cinayət işi başlandı .....                     KTN-nin gənc şefi üçün bir neçə sual... .....                     Ermənistan - casus dövlətdir .....                     "Yerevanın sabiq merinə qarşı daha bir cinayət işi açılıb" .....                     Bakıda qadın özünü 9-cu mərtəbədən atıb .....                     Dərbəndin yeni meri seçilib .....                     Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı .....                     Müstəqillik Günü ərəfəsində Tərtərin daha 4 kəndinə təbii qaz verildi .....                     BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş .....                     Badamdarda evlərin divarlarında yeni çatlar qeydə alınıb .....                     "Gül Vüqar"ı öldürənə AĞIR CƏZA .....                     Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir? .....                     Qonşu ölkədə meyvənin qiyməti "ceyran belinə qalxdı" .....                     Müavinət ala bilməməsindən narazı qalan şəhid ailələrinin şikayəti araşdırılıb .....                     "Rəsmi Yerevan Azərbaycanla Rusiyanın yaxınlaşmasını əngəlləməyə çalışır" .....                     İcazəsiz balıq ovlayan şəxs saxlanılıb .....                     Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açiqlam .....                     Prezident İlham Əliyev Azərbaycan üçün parlaq gələcək təmin edib .....                     AFFA hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verib .....                 

Vətənə xidmət şərəfdir - Deputat yazır...
Tarix: 18-09-2018, 17:32 | Çap et
Vətənə xidmət şərəfdir
Bəşər sivilizasiyası yarandığı gündən onun özünüqoruma instinkti dövlətçilik institunun formalaşmasında və inkişafında misilsiz rol oynamışdır. Sahib olduğu mənəvi və maddi dəyərləri qorumaq, yad təsirlərdən, təcavüzün istənilən forma və təzahürünü dəf etməkdən keçirdi və hər bir xalq bu ali məqsədi təmin etmək üçün çətin anlarda silaha əl atırdı. Təsadüfi deyil ki, vətənini əldə silah qorumaq antik Yunan və Roma cəmiyyətlərində vətəndaşın birbaşa vəzifəsi, müqəddəs borcu idi. Hətta “hərbi xidmət senzi” tətbiq edilir, bir şəxsin vətəndaş sayıla bilməsi, seçkili orqanlarda iştirakı və yüksək dövlət orqanlarına təyinat ala bilməsi üçün birbaşa bu senz tətbiq olunurdu.

Çox qədim tarixə, olduqca köklü hərbi ənənələrə sahib olan türk xalqları da qüdrətli qonşularla əhatə olunmuş sərt geosiyasi mühitdə məhz “ordu-millət” prinsipi ilə ayaqda qalmağı bacarmışdılar. Türk ənənələrində, yəni törədə hakim olan görüş ondan ibarət idi ki, hər bir kişi əsgərdir və təhlükə anında səfərbər olaraq düşmənə qarşı çıxmalıdır. Türk hərbi demokratiyasına görə bütün əli silah tutan kişilər xalqın taleyində əhəmiyyət daşıyan qərarların qəbul olunmasında birbaşa səsvermə ilə iştirak etməli, rəy bildirməli və heç şübhəsiz döyüşməliydi. Ən naqis sifətlər isə fəralilik, qorxalqlıq və satqınlıq sayılırdı.

Müasir dövrümüzə nəzər yetirsək, bu gün, xalqımızın ən köklü hərbi ənənələri əsasında modern Azərbaycan ordusu yaradılır, onun zəruri insrastrukturu formalaşdırılır. Gənclərin hərbi vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində olduqca mühüm işlər görülür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bütün bu fəaliyyətin qayəsi ölkəmizin Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü bərpa etmək, xalqımızın təhlükəsiz və sülh şəraitində yaşamasını təmin etməkdir. Hal-hazırda bu sahədəki fəaliyyət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən misli görünməmiş vüsət almış, ordumuz dünya silahlı qüvvələri arasında ən üst sıralarda layiqli yerini tutmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan genişlənir, həm daxili istehsal, həm xaricdən alınan silah sistemləri sayəsində ordumuzun arsenalı daha da qüdrətli məzmun kəsb edir.
Lakin, bütün dövrlərdə ən qiymətli silah həmin ölkənin vətənpərvər gəncliyi, cəmiyyətin orduya ləyaqətli münasibətidir. Ona görə də, ordunun komplektləşdirilməsi məqsədilə silahlı qüvvələrə çağırışa münasibət hər bir cəmiyyətdə məhz dövlətçiliyə olan münasibət kimi özünü biruzə verir.

Ölkədə hökm sürən yüksək hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir ki, bu gün Azərbaycan gənci orduya sevərək gedir, vətənə xidmətdən qürur duyur. Belə gənclərdən biri də ali təhsilini başa vurduqdan sonra Silahlı Qüvvələr sıralarına qatılan, cənab Prezident İlham Əliyevin övladı Heydər Əliyevdir. Onun hərbi xidmətə yollanması hər bir gəncimiz üçün şəxsi nümunə, ruh yüksəkliyi, bötövlükdə cəmiyyətimiz üçün müsbət bir vətəndaşlıq və vətənpərvərlik mesajıdır. Azərbaycan hüquqi dövlətdir və əslində belə hadisə normal düçüncə sahibi olan insanlarda nə təəccüb, nə də hansısa bir müzakirə predmeti olmamalıdır.

Lakin təəssüflər olsun ki, erməni və ermənipərəst dairələr, sapı özümüzdən olan baltalar bu hadisəyə də öz naqis prizmalarından yanaşıb şər-böhtan xarakterli spekulyasiyalarıyla yenidən gündəmə gəlməyə başladılar. Bu hadisəyə ilk reaksiya verən işğaıçı Ermənistan respublikasının baş naziri Paşinyan və xaricə mühacirət etmiş, guya adını azərbaycanlı qoymuş “Paşinyanın bacısı uşaqlarından” gəldi. Onlar yubanmadan gah bu hərbi xidmətin özünü, gah dislokasiya yerini şübhə altına alan yalan, böhtan və qarayaxma kampaniyasına başladılar. Hərbi işdən xəbərsiz dezertir Paşinyan-“bacısı uşaqları” cütlüyü anlamır ki, xüsusi təyinatlı hərbi hissədə qulluq edənlərin daimi dislokasiya yeri olduqca şərti xarakter daşıyır. Xüsusilə, müharibə şəraitində yaşayan ölkədə onlar hər zaman döyüşə hazır vəziyyətdə olmalı və silahlı münaqişənin ən qaynar nöqtələrinə operativ müdaxilə etməlidirlər. Habelə, müasir dünyamızda dini-etnik terror bütün qitələrdə kütləvi qətilər törədir, cəmiyyəti qorxu altında saxlayır. Onların bədnam əməllərinin qarşısını almaq üçün ilk çevik reaksiya isə xüsusi təyinatlı qüvvələr tərəfindən göstərilir. Bu baxımdan əsgər Heydər Əliyevin xidmət etdiyi hərbi hissə əslində ən böyük risk daşıyan birləşmələrdəndir və o bu hərbi hissəyə öz şəxsi fiziki xüsusiyyətləri, yüksək mənəvi-pisixoloji hazırlıq səviyyəsi ilə düşüb.

Belə bir sual yaranır. İlk baxışda fərqli kimi görünən bu iki şəxsi nə birləşdirir? Məqsədləri nədir? Paşinyan-“bacısı uşaqları” tandemi nəyə nail olmaq istəyir? Cavab sadədir. Bu cütlüyün düşüncə və fəaliyyətində məqsədyönlü və maraqlı bir sinxronluq var. Hər ikisinin niyyəti eynidir – Azərbaycan cəmiyyətini səfərbər edən, ona dinamik impuls qazandıran istənilən ictimai hadisəni ləkələmək, kölgə salmaq, ardıcıl yalan və böhtanla ictimaiyyəti çaşdırmağa yönələn cəhdlər göstərmək. Necə dəyərlər, məqsəd və üsul birliyi ahəngdarlıq yaradıb. Eyni maliyyə mənbələrindən qidalanmaları da öz yerində, amma fərqli motivlər də var. Belə ki, Paşinyan Yerevanın beş ulduzlu otellərində kef çəkib Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda hərbi xidmətdəymiş kimi göstərdiyi oğlunu erməni ictimaiyyətinə qəhrəman kimi təqdim edib, ucuz şou yaratmaq istəyir. Özünə erməni, əzabkeş müxalifətçi və s. saxta sənədlər düzəldib ölkədən qaçan dezertirlər, yəni, tarixin zibilliyinə atılmış “Paşinyanın bacısı uşaqları” isə öz bədnam əməllərini belə hay-küy altında unutdurmaq istəyirlər.

Bu məqamda bir haşiyə çıxmaq istəyirəm. Ulu Öndər Heydər Əliyev bir dəfə öz xatirələrindən belə bir əhvalat danışdı: “İşə tələsərkən Zərifə xanım ona tələsməməsini, onu gözləyənlərin onsuz da tabeçiliyində olan işçilər olduğunu qeyd edir. Ulu Öndər isə cavabında “Mən onlara nəzarət edirəmsə, mənə də bütün Azərbaycan xalqı nəzarət edir” - deyir. Təkcə bu qısa dialoqun özü Əliyevlər ailəsində olan xalq qarşısında məsuliyyət hissini, daxili nizam-intizamı ən bariz şəkildə açıqlayır. Bu baxımdan Prezident İlham Əliyevin övladı olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki, doğulduğu gündən hərbi xidmətə gedənə qədər Heydər Əliyevin bütün həyatı daim ictimaiyyətin diqqət mərkəzində olmuşdur. O, isə ailəsinin və cəmiyyətin ona olan inam və etimadını doğrultmuş, Azərbaycanın ictimai və ailə dəyərlərini daim yüksək tutmuşdur.

Sonda, cəmiyyətin ümumi əhval-ruhiyyəsini və əminliyini ifadə etmək istərdim ki, daxili və xarici dairələrin bütün ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı və dövləti bütün mövcud çətinlikləri arxada qoyacaq, Qarabağ uğrunda səfərbər olub öz tarixi torpaqlarını erməni işğalından xilas edəcək və qələbə bayrağımızı Xankəndinə Ulu Öndərimizin varisi, əsgər Heydər Əliyev asacaq.

Siyavuş Novruzov,
Azərbaycan Respublikası Milli Məclisinin Dini Qurumlar və İctimai birliklərlə iş komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının gəliri açıqlanıb
Bu gün, 18:22
Prezident İlham Əliyev Elşən Vəliyevi Poltava şəhərində Azərbaycanın fəxri konsulu təyin edib - SƏRƏNCAM
Bu gün, 18:21
Prezident İlham Əliyev Azərbaycanın Mərakeşdə yeni səfirini təyin edib
Bu gün, 18:19
Prezident Yaqub Eyyubovun oğlunu işdən çıxardı - SƏRƏNCAM
Bu gün, 18:18
Prezident İlham Əliyev Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun tikintisinə 15,1 milyon manat ayırıb
Bu gün, 18:17
Azərbaycanın NATO yanında Nümayəndəliyinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 18:15
“Səni deyirlər”in ifaçısı: “Mahnının indiki sözləri mənə aiddir” - MÜSAHİBƏ
Bu gün, 18:14
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib
Bu gün, 18:09
Heydər Əliyev Fondu Sankt-Peterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb - FOTO
Bu gün, 18:07
Putin noyabrın 11-də Fransaya səfər edəcək
Bu gün, 17:57
Sabiq prokuror komitə sədrinə baş müşavir təyin edildi
Bu gün, 17:43
Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib
Bu gün, 17:38
"Azərbaycanda dini durum sabitdir" - Səyavuş Heydərov
Bu gün, 17:29
Bakcell 400-ə yaxın 4G baza stansiyası istifadəyə verəcək
Bu gün, 17:28
Sabah dolar neçəyə olacaq?
Bu gün, 17:15
Topoqrafiya hərbi hissəsinin döyüş hazırlığı yoxlanılıb
Bu gün, 17:09
Nikol Paşinyanın istefası təxirə salındı
Bu gün, 17:07
“Allah bunu heç kimə göstərməsin” - Güneldən ürəkparçalayan sözlər
Bu gün, 17:06
Sepah 700 km-dən gəmiləri vuran ballistik raketlərlər təchizatlandığını bildirib
Bu gün, 16:50
Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat
Bu gün, 16:48
Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub - Arif Paşayev
Bu gün, 16:38
"Yerevanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...” - ABŞ səfiri
Bu gün, 16:32
Həbsdə olan sabiq MTN generalının bacanağı rüşvət vermədə ittiham edilir
Bu gün, 16:29
Bağça müdiri barəsində cinayət işi başlandı - Müavini həbs olundu
Bu gün, 16:28
KTN-nin gənc şefi üçün bir neçə sual... - Hər halda bunları bilmək maraqlı olardı...
Bu gün, 16:22
"Təhminə və Zaur"un rejissorundan yazıçı Anara cavab — Hətta qonorar tələbi olarsa...
Bu gün, 16:19
Ermənistan - casus dövlətdir - TƏHLİL
Bu gün, 16:01
"Yerevanın sabiq merinə qarşı daha bir cinayət işi açılıb"
Bu gün, 15:55
Bakıda qadın özünü 9-cu mərtəbədən atıb
Bu gün, 15:54
Dərbəndin yeni meri seçilib
Bu gün, 15:47
Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı
Bu gün, 15:45
Bakıda liftdəki qəza ilə bağlı həbslər başladı
Bu gün, 15:42
Arda Turana fantastik cərimə - Qərar
Bu gün, 15:37
Müstəqillik Günü ərəfəsində Tərtərin daha 4 kəndinə təbii qaz verildi - FOTO
Bu gün, 15:31
BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş
Bu gün, 15:23
Badamdarda evlərin divarlarında yeni çatlar qeydə alınıb -Qərargah
Bu gün, 15:21
"Gül Vüqar"ı öldürənə AĞIR CƏZA
Bu gün, 15:19
“Arvadı bir kəlmə sözə görə boşadım” - Xalq artisti
Bu gün, 15:18
Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
Bu gün, 15:14
Qonşu ölkədə meyvənin qiyməti "ceyran belinə qalxdı"
Bu gün, 15:06
"Sağlam ola-ola həkim anamı öldürdü..." - GİLEY
Bu gün, 15:05
Müavinət ala bilməməsindən narazı qalan şəhid ailələrinin şikayəti araşdırılıb - Nazirlik
Bu gün, 15:00
"Rəsmi Yerevan Azərbaycanla Rusiyanın yaxınlaşmasını əngəlləməyə çalışır" - Rusiyalı ekspert
Bu gün, 14:59
İcazəsiz balıq ovlayan şəxs saxlanılıb
Bu gün, 14:57
Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açiqlam - RƏSMİ
Bu gün, 14:55
Prezident İlham Əliyev Azərbaycan üçün parlaq gələcək təmin edib - Rob Sobhani
Bu gün, 14:53
AFFA hakimə fiziki təsir göstərən məşqçiyə bir illik cəza verib
Bu gün, 13:14
Şəhid ailəsindən Rövşən Rzayevə ittiham: - “Dərk etməmisiniz...“
Bu gün, 13:08
“Haqqı olmayanlar veteran vəsiqəsi alıb” - Siyavuş Novruzov
Bu gün, 13:01
57 yaşlı azərbaycanlı aktrisa özünə sponsor axtarır - Maşın alsın mənə
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru