“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır .....                     Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb .....                     Nazir struktur islahatı apardı .....                     "Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə .....                     İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb .....                     "Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." .....                     Sabah dollar neçəyə olacaq? .....                     İdmançı polislər ustalıq göstərdilər... .....                     Bərdə sakininin pul kartından 5 min manat çıxaran şəxs tutulub .....                     FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib .....                     Leyla Əliyeva rusiyalı qadınlara cavab .....                     Putini İrana qarşı getməyə nə vadar edir? .....                     Sahil qəsəbə sakinləri ilə görüş keçirilib .....                     “London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır .....                     Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində .....                     Kosova ordu qurdu .....                     Bəs maliyyə nazirliyini kim yoxlayacaq? .....                     Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini .....                     Qazyan kəndində səyyar-qəbul görüş .....                     Bunun cəzası olacaq... .....                     Qışın şaxtalı keçməsi ehtimalı azdır .....                     Ağsunun icra başçısı haqda ilginc iddia... .....                     Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərin lisenziyası ləğv ediləcək .....                     Belarus liderindən Paşinyana İTTİHAM: .....                     Rövşən Rzayev "qara zolaq"da... .....                     “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” .....                     “Expressbank”-dan müştərilərin əleyhinə QƏRAR .....                     “Premium Bank”ın kassaları yoxa çıxıb .....                     Ramil Usubovdan YENİ TƏYİNAT .....                     Cahid İsmayıloğluna vəzifə verildi .....                     Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb .....                     Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb .....                     “Əminəm ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək” .....                     Naxçıvanın DYP rəisi işdən çıxarılıb? .....                     Ermənistan rəsmisi Azərbaycana gəldi .....                     ABŞ-ın iqtisadi gücü azalır: Superböhran gəlir? .....                     “Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib” .....                     Kiyevdə təqibə və hədəyə məruz qalan azərbaycanlı jurnalistin işi ilə bağlı detallar məlum olub .....                     Taxta ilə anasını döydü, sonra isə boğdu... .....                     Ziyafət Əsgərovun qardaşı VƏZİFƏSİNDƏN AZAD EDİLDİ .....                 

Kəndlərdə müəllim qıtlığı - TƏKCƏ İKİ RAYONUN ONLARLA KƏNDİNDƏ…
Tarix: 18-09-2018, 15:20 | Çap et
Kəndlərdə müəllim qıtlığı
Ucqar kənd və qəsəbələrə gedən müəllimlərə mükafat, yaxud həvəsləndirici imtiyazların verilməsi işləmək üçün kəndi seçənlərin sayını artırıb, amma hələ də əksər bölgədə müəllim çatışmazlığı var. İki gün əvvəl başlayan yeni dərs ili bu ciddi təhsil problemini də aktuallaşdırıb. Virtualaz.org saytı xəbər verir ki, Təhsil Nazirliyi builki tədris mövsümündə ümumilikdə 6 mindən artıq vakant yer müsabiqəyə çıxarıb, müəllimə ehtiyacı olan məktəblərin 5500-dən çoxu bölgələrdədir.

Namizədlərin qeydiyyatı bu gün-sentyabrın 18-də başa çatır. Vakant yerlərin siyahısından bəlli olur ki, ucqar kəndlərdə xüsusilə xarici dil, biologiya, kimya, riyaziyyat, fizika, coğrafiya müəllimlərinə ehtiyac var. Məsələn, Ağsunun Sanqalan, Qaradağ, Abasxanlı, Daşdəmirbəyli, Hacıuşağı, Musabəyli, Qiyaslı, Ağabəyli, Bico, Padar-Qişlaq kənd məktəblərində, yaxud Lerikin Rvarud, Günəşli, Orand, Mastaıl, Xanagah, Soru, Cəngəmiran, Vistən, Anburdərə, Bobla, Kaqoy və digər 10-dan çox kəndində biologiya müəllimi yoxdur. Ağdamın I Alıbəyli, Qasımbəylı, Baharlı qəsəbələrində coğrafiyya müəllimi, Zaqatala, Zərdab, Yardımlı, Oğuz, Qax, İsmayıllı, Lənkəran, Qazaxın kənd məktəblərində isə riyaziyyat müəllimi çatışmır.

Bəllidir ki, müəllimlərin sayı təlabatdan 2 dəfə çoxdur, üstəlik çoxluq iş tapa bilməməsindən şikayətçidir. Bəs müəllimlər ucqar kənd və qəsəbələrə niyə getmək istəmirlər?

Kənd müəllimi: “Kəndlərdə dərs saatı azdır”

Astaranın Qapıçıməhəllə kənd məktəbinin tarix müəllimi, “Gənc müəllim” layihəsinin rəhbəri Həbib Əlizadə deyir ki, müəllimlərin nüfuzunun artması, eləcə də sosial layihələr səbəbindən son illər kəndlərdə işləməyə gedənlərin sayı artıb. Amma hələ də kəndlərə Azərbaycan dili, ədəbiyyat, yaxud tarixdən fərqli olaraq riyaziyyat, kimya, fizika və digər texniki fənləri üzrə müəllim çatışmır. Bunun isə bir neçə səbəbləri var.

“Kənd məktəblərində dərs saatı 8 saatdır, üstəlik, ucqar kəndlərdə işləməyə gedənlər əsasən gənclərdir, onların isə iş stajı azdır. Müəllimin maaşı isə saat və staja uyğun hesablanır”,-Əlizadə əlavə edir.

Həmsöhbətimizin bildirdiyinə görə, diaqnostik qiymətləndirmədən keçmiş müəllim 10 saatlıq dərsə görə uzağı 196 maaş alır. Bundan əlavə, Nazirlər Kabinetinin qərarına əsasən, rayon mərkəzindən 20 kilometrə qədər məsafədə yerləşən kənddə işləyənlərə əlavə həvəsləndirici mükafat olaraq 60 manat, 20 kilometrdən uzaqda yerləşən məktəblərdə işləyənlərə vergi və digər ödəmələr çıxdıqdan sonra 141 manat ödənilir. Beləliklə, 10 saatlıq dərsə görə kəndə gedən müəllim 260-340 manata yaxın maaş alır. Bu isə çox vaxt müəllimə sərf etmir.

“Amma dərs saatı artırıldıqda maaş da yüksələr. Məsələn, 3 ilə qədər iş təcrübəsi olan gənc müəllim 18 saatdan yuxarı dərs saatı və həvəsləndirici mükafatla birgə 470 manatatdan çox maaş ala bilər.Yəni dərs saatının azlığı müəllimlərin kəndə getməsinə təsir edir”, -tarix müəllimi qeyd edir.

Əlizadənin fikrincə, fərdi maaş sistemi tərtib olunmalıdır, müəllimin bilik və bacarığına, həm də şagirdinin nəticələrinə görə maaş müəyyənləşdirilməlidir. Hazırda ölkədə 151 min müəllim var, hər il müəllim olmaq istəyənlərin sayı əvvəlki ilə nisbətən 2 dəfə artır. Ona görə də müəllimlər kateqoriyalara bölünməli, öz üzərində çalışan müəllimlər qiymətləndirilməlidir. Yoxsa dərs saatlarını artırmaq kimi təkliflərlə müəllimləri kənd məktəblərinə cəlb etmək mümkün olmayacaq. Nəzərə almaq lazımdır ki, bəzi kəndlərdə siniflərin, yaxud uşaqların sayı azdır, istənilsə belə dərs saatını artırmaq mümkün olmayacaq.

“Namizədləriniz varsa deyin, gəlsinlər”

Ağstafa rayon təhsil şöbəsindən deyirlər ki, ötən illərə nisbətən builki tədris mövsümünə müraciətlər çoxdur, məsələn, sentyabrın 17-də 3 namizəd göndərilib. Amma hələlik boş yerlərin tam dolub-dolmayacağı bəlli deyil, çünki namizədlərin qeydiyyatı sentyabrın 18-də başa çatacaq.Bundan sonra müəllimə ehtiyac olan məktəblərin siyahısı yenidən müəyyənləşdiriləcək.

Astara təhsil şöbəsi isə namizədlərə müraciət edərək kəndlərdə müəllim işləməyə dəvət edirlər. “Namizədiniz varsa, buyurub gəlsinlər”, - təhsil şöbəsindən söyləyiblər və əlavə ediblər ki, işləməyə gələn müəllimlərə maksimum qayğı göstərilir.

Quba təhsil şöbəsindən isə bildiriblər ki, həftə sonunadək hansı fənn üzrə kadr çatışmadığı bəlli olacaq, bu barədə nazirliyə məlumat veriləcək.

Ekspert: “Bir müəllim 2-3 fənn tədris edir”

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, orta məktəblərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilsə də, hələ də ucqar kənd məktəblərində müəllim çatışmazlığı problemi qalır. Araşdırmalara görə, bəzi məktəblərdə ixtisaslı müəllim öz fənni ilə yanaşı, daha bir neçə digər fənni də tədris edir. Nəticədə isə təhsilin keyfiyyəti aşağı düşür, şagirdlər və valideynlərin narazılığı yaranır: “İstər Bakıda, istərsə də bölgələrdə rus bölməsi üzrə ciddi şəkildə kadr çatışmazlığı mövcuddur. Hətta Lerik, Yardımlı, Quba, Qusar, Xaçmaz və Şamaxının kənd məktəblərində xarici dil fənni üzrə müəllim çatışmazlığı illərdir davam edir”.

Əsədovun sözlərinə görə, həvəsləndirici tədbirlərin həyata keçirilməsi nəticəsində son illər kənd məktəblərini seçən gənc mütəxəssislərin sayı ilə yanaşı müəllim çatışmazlığının minimuma endirilməsinə ümidlər də artıb.

Təhsil Nazirliyindən isə bildiriblər ki, kəndlərdə işləmək istəyən müəllimlərin sayı ildən-ilə artır. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqənin və müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun iki turunun nəticələrinə əsasən kəndlərdə yerləşən ümumi təhsil müəssisələrinə 3500-dən artıq müəllim işə qəbul olunub. Bu ilin sentyabrından Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi tərəfindən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.

“Bu proses il ərzində yeni vakant yerlər yarandıqca il boyu müəllimlərin işə qəbulu aparılacaq. İndiyədək müddətli müqavilə ilə işə qəbul üzrə iki tur həyata keçirilib. Üçüncu tur üzrə elektron sənəd qəbulu 22-23 sentyabr tarixlərində keçiriləcək”-nazirliyin problemlə bağlı şərhində bildirilir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır - FƏRMAN
Dünən, 18:03
"Mənə ev, maşın bağışlayıblar" - Namiq
Dünən, 18:00
Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:57
Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı
Dünən, 17:47
"Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə
Dünən, 17:45
Manafla Mətanət küsülü imiş
Dünən, 17:43
"Şou-biznesdə ilk saqqallı müğənni mən olmuşam"
Dünən, 17:31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Dünən, 17:25
"Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." - GİLEY
Dünən, 17:22
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:07
İdmançı polislər ustalıq göstərdilər...
Dünən, 17:05
Bərdə sakininin pul kartından 5 min manat çıxaran şəxs tutulub
Dünən, 17:03
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib - SİYAHI
Dünən, 17:02
Leyla Əliyeva rusiyalı qadınlara cavab YAZDI
Dünən, 16:59
Putini İrana qarşı getməyə nə vadar edir? - TƏHLİL
Dünən, 16:55
“Bir də bu mahnını oxuma” - Aşıq Əliyə qadağa
Dünən, 16:50
"The Beatles" qrupunun keçmiş solistinin evi qarət edilib
Dünən, 16:43
Sahil qəsəbə sakinləri ilə görüş keçirilib
Dünən, 16:39
“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır
Dünən, 16:37
Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində
Dünən, 16:31
Kosova ordu qurdu - NATO-dan sərt açıqlama
Dünən, 16:28
Bəs maliyyə nazirliyini kim yoxlayacaq? - NARAZILIQ VAR
Dünən, 16:26
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
Dünən, 16:10
Qazyan kəndində səyyar-qəbul görüş - FOTO
Dünən, 16:08
Bunun cəzası olacaq... - FOTOFAKT
Dünən, 16:04
Qışın şaxtalı keçməsi ehtimalı azdır - Hidrometeorologiya Departamenti
Dünən, 15:44
Ağsunun icra başçısı haqda ilginc iddia... - Hesabat hazırlaya bilmədiyindən...
Dünən, 15:43
Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərin lisenziyası ləğv ediləcək
Dünən, 15:36
Belarus liderindən Paşinyana İTTİHAM: - “Problemi o yaradıb”
Dünən, 15:33
Rövşən Rzayev "qara zolaq"da... - İDDİA
Dünən, 15:31
“Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil” - Lukaşenko
Dünən, 15:15
“Expressbank”-dan müştərilərin əleyhinə QƏRAR - FOTO
Dünən, 15:14
“Premium Bank”ın kassaları yoxa çıxıb
Dünən, 15:11
Ramil Usubovdan YENİ TƏYİNAT
Dünən, 15:06
Cahid İsmayıloğluna vəzifə verildi
Dünən, 14:59
Qubada qəbiristanlıqda qadını döyərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Dünən, 14:57
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
Dünən, 14:55
“Əminəm ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək” - Milli Məclisin sədri
Dünən, 10:32
Naxçıvanın DYP rəisi işdən çıxarılıb? - Belə deyirlər...
Dünən, 10:30
Ermənistan rəsmisi Azərbaycana gəldi - FOTO
Dünən, 10:28
ABŞ-ın iqtisadi gücü azalır: Superböhran gəlir? - TƏHLİL
Dünən, 10:27
“Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib” - Oqtay Əsədov
Dünən, 10:25
Kiyevdə təqibə və hədəyə məruz qalan azərbaycanlı jurnalistin işi ilə bağlı detallar məlum olub
Dünən, 10:25
Taxta ilə anasını döydü, sonra isə boğdu... - Dəhşətli qətlin təfərrüatı
Dünən, 10:22
Ziyafət Əsgərovun qardaşı VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Dünən, 10:18
Bakıda sarı jiletləri kimlər alır - ilginc təfərrüatlar
Dünən, 10:16
Bakı Metropoliteni yarmarka təşkil edir
Dünən, 10:14
Qubada oğrular ələ keçdi
Dünən, 10:08
Rublun taleyi ilə bağlı bədbin proqnoz
Dünən, 10:03
33 yaşlı İmişli sakini vida məktubu yazıb intihar etdi
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru