Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi .....                     Eldar Əzizov keçmiş müavinini aparat rəhbəri TƏYİN ETDİ .....                     Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib .....                     Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri dəyişdirilib .....                     Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi .....                     Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi .....                     21 sentyabrda gözlənilən hava şəraiti .....                     Bakı Meriyasında vəzifədən gedən Rasim Quliyev .....                     “Bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər” .....                     "Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" .....                     Qanunsuz ov edən şəxs cərimələnib .....                     Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb .....                     Gürcüstan Ermənistanın xeyrinə qərar verdi .....                     Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək .....                     Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Prezident Ramil Usubovu .....                     Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     "Leyla Şıxlinskaya" klinikasına dəyən zərər açıqlandı .....                     Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib .....                     “Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır” .....                     Marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK .....                     MM-in payız sessiyasında ilk 2 iclasının tarixi və gündəliyi müəyyənləşib .....                     Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Ermənistanda həbsdə olan Azərbaycan əsilli gənc məhkəməyə çıxarılacaq .....                     Xəlil Rza Ulutürkün xanımı şikayətçidir .....                     AMEA-da .....                     İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı .....                     Paşinyan arvadını rəqibi ilə Peterburqa göndərdi .....                     Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək .....                     Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb .....                     Ramiz Yediyarovun həbsi gündəmdədir .....                     Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib .....                     ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq .....                     "2002-ci illər, "W-trio" vaxtı" .....                     Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar .....                     Alı Alıyev növbəti səyyar qəbul keçirib .....                 

Azərbaycanın milli geyimləri niyə yoxa çıxıb? 15 Sentyabr, 2018 16:26
Tarix: 15-09-2018, 16:36 | Çap et
Azərbaycanın milli geyimləri niyə yoxa çıxıb? 15 Sentyabr, 2018  16:26
Hər bir xalqın milli kimliyi həm də onun geyimində əks olunur. Məsələn, Yaponiya, Hindistan kimi ölkələrdə insanlar hər gün milli geyimdən istifadə edirlər. Azərbaycanda isə milli geyim yalnız xınayaxdı kimi mərasimdə gündəmə gəlir. Amma gündəlik həyatda milli ornamentdən aksessuar kimi istifadə etməklə, həm milli dəyəri qorumaq, həm də fərqli və zövqlü geyim üslubu yaratmaq olar.

“Report” insanların milli geyim və aksessuarlardan gündəlik həyatda istifadə etməməsinin səbəbini araşdırıb.

Sosioloq Cavid İmamoğlu düşünür ki, Azərbaycan kimi milli koloritlə zəngin bir ölkədə geyimdə yerli ornamentin olmaması məhsulların xaricdən gətirilməsinə bağlıdır: “Bu gün ölkədə satılan geyim və digər məhsullar Türkiyə və Avropa istehsalıdır. Yüksək keyfiyyətə görə insanlar oradan gələn məhsula önəm verirlər. Bu məsələnin görünən və görünməyən, iqtisadi, psixoloji tərəfidir. Bir də məsələnin sosial yönümü var. Artıq sosial təqlidlə insanlar ümumi dəbə uyğunlaşmağa çalışırlar. Hətta baxırsan, öz fikri, zövqü formalaşmamış gənc geyim məsələsində kimisə təqlid edir, son dəb geyiminə üstünlük verir. Bu özü də bir növ ciddi problemdir. Bu gün insanlar özünə güvəni ən müasir dəbə uyğun müəyyənləşdirir. Əslində belə olmamalıdır. Geyim sadəcə bir vasitədir”.

Sosioloq qeyd edir ki, bir çoxu üzərində milli koloriti, ornamenti olan geyimin cəmiyyətdə birmənalı qəbul olunmayacağından ehtiyat edir: “Milli rənglərin, koloritin bizim şəxsiyyətimizə, toplumumuza, cəmiyyətimizə nə kimi fayda verə biləcəyi uşaq yaşından öyrədilməlidir. Biz birmənalı formada deyə bilmərik ki, Türkiyə, Rusiya və Qərbdən gələn geyim pisdir. Geyim elə bir məsələdir ki, hər bir şəxsə görə dəyişə biləcək ölçüsü, forması var. Milli kolorit isə daha çox milli kimliyi qorumaq baxımından əhəmiyyətlidir. Hansısa şalvarın və ya köynəyin üzərində buta olması vacib deyil. Amma geyinilən hər bir şalvar, köynəyin abır-həya kontekstində, əxlaq çərçivəsində olmağı daha gözəl olardı. Millətin özünəməxsusluğu seçilməlidir”.

Milli Geyim Mərkəzinin rəhbəri, modelyer Gülnarə Xəlilova öz yaradıcılığında daim milli ornamentə üstünlük verdiyini, 2006-cı ildən etibarən isə davamlı olaraq mili geyimlərdən ibarət kolleksiyaları təqdim etdiyini bildirib: “Dünyanın bir çox ölkəsində insanlar milli geyimdən gündəlik həyatda da istifadə edirlər. Bu, onların məişətdə əsas geyim kimi milli geyimdən daim istifadə edilməsi anlamına gəlmir. Müasir dövrdə insanlar daha rahat geyimə üstünlük verirlər. Əvvəllər bizdə demək olar milli ornamentdən gündəlik geyimdə aksessuar olaraq istifadə olunmurdu. Bu gün artıq insanlarda milli geyimə, ornamentə maraq yaranıb. Araqçınlar, kəlağayılar geyilir, hansısa çantaların üzərinə milli işləmələr əlavə olunur, milli kəmər və yaxa sancaqlarından istifadə edilir”.

Bir çox yerli və beynəlxalq filmlərdə geyim rəssamı kimi fəaliyyət göstərən Mehriban Əfəndi imkan daxilində milli çalarlara müraciət etdiyini deyir: “Hansısa bir layihə, filmdə milli ornamentdən istifadə edirəm. Gənclər, xanımlar və bəylər geyimdə keçmişlə müasirliyin sintezi, yəni “vintaj” sistemindən də istifadə edib, milli ornament və kolorit əlavə edə bilərlər. Bu yalnız bir xalq kimi bizim xeyrimizə ola bilər. Yaxşı olardı ki, gündəlik geyimimizə milli ornament və rənglər qatılsın. Bu yalnız inkişafa və dünyada özümüzü tanıtmağımıza xidmət edəcək. Rəssam kimi bu mənim marağımdadır”.

Rəssam buta, güləbətin, milli toxunuşların adi pencəyə, ziyafət və diplomatik geyimə gözəl rəng verəcəyini söyləyib: “Bütün bunlar bizim özünəməxsusluğumuzu göstərəcək. Kəlağayımız dünyada çox məşhurdur. Artıq sevindirici haldır ki, bu gün xanımlarımz gündəlik müasir geyimlərində kəlağayıdan gözəl aksessuar kimi yararlanmağa başlayıblar. Bizim rejissorların filmlərində milli ornamentli geyimdən istifadə etmələri arzu edilən olardı. Bu məsələ ssenariçidən daha çox asılıdır, amma rəssam da öz təklifini verməlidir. Sırf rejissorun, ssenariçinin üzərinə qoymaq düzgün deyil”.

Marketoloq Yusif Vəliyev bu gün daxili bazarda Türkiyə və digər ölkə istehsalı olan geyimin üstünlük təşkil etdiyini qeyd edib: “Geyim sahəsində Azərbaycanın payı və mövqeyi demək olar yox səviyyəsindədir. Əgər bazara hansısa yeniliyi gətirib və onu brend etmək istəyiriksə, o zaman bu yeniliyi bazar payı üstün olan şirkət etməlidir”.

Yerli bazar yaratmaq istədikdə məhsulun keyfiyyətinə, düzgün marketinq strategiyasına önəm verilməli olduğunu bildirən marketoloq, həmçinin yerli şirkətlərin hər birini bazar payının böyüməsi nəticədə Azərbaycanın yerli bazar payının artacağını bildirib: “Bazara hər hansı yenilik gətirmək üçün əvvəlcə o bazara dominantlıq etməlisiniz. Bazarda öz payınız yoxdursa, gətirdiyiniz yeniliyi yalnız kiçik bir çevrə tanıyacaq. Hansısa məhsulu istehsal etməmişdən öncə orta bazar payına malik olmaq lazımdır. Bundan sonra artıq ölkəyə daxil olan hər hansı yenilik öz sözünü deyəcək”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi
Bu gün, 16:07
Eldar Əzizov keçmiş müavinini aparat rəhbəri TƏYİN ETDİ
Bu gün, 16:05
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
Bu gün, 16:00
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri dəyişdirilib
Bu gün, 15:58
Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi - Rusiyada
Bu gün, 15:53
Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi
Bu gün, 15:45
21 sentyabrda gözlənilən hava şəraiti
Bu gün, 12:50
Bakı Meriyasında vəzifədən gedən Rasim Quliyev DANIŞDI
Bu gün, 12:49
“Bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər” - Allahşükür Paşazadə
Bu gün, 12:46
"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov
Bu gün, 12:41
Qanunsuz ov edən şəxs cərimələnib
Bu gün, 12:38
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
Bu gün, 12:36
Gürcüstan Ermənistanın xeyrinə qərar verdi
Bu gün, 12:32
Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək
Bu gün, 12:21
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bu gün, 12:20
Anarın atasından keçmiş gəlini barədə: - “Oğlumu bıçaqla, tapançayla...”
Bu gün, 12:13
Prezident Ramil Usubovu mükafatlandırdı
Bu gün, 12:09
Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bu gün, 12:05
Azərbaycanlı Holdinq rəhbərinin model qızı Nyu Yorkda
Bu gün, 12:03
"Leyla Şıxlinskaya" klinikasına dəyən zərər açıqlandı
Bu gün, 11:59
Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib
Bu gün, 11:58
“Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır”
Bu gün, 11:57
Marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb - FOTOLAR
Bu gün, 11:55
“Felicita”nın ifaçısı Bakıda
Bu gün, 11:53
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 11:51
Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK - aparat rəhbəri işdən çıxarılıb
Bu gün, 11:49
MM-in payız sessiyasında ilk 2 iclasının tarixi və gündəliyi müəyyənləşib
Bu gün, 11:45
Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq - Əflatun Amaşov
Bu gün, 11:41
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Bu gün, 11:39
Ermənistanda həbsdə olan Azərbaycan əsilli gənc məhkəməyə çıxarılacaq
Bu gün, 11:24
Xəlil Rza Ulutürkün xanımı şikayətçidir - 4 mini ödənilməyib
Bu gün, 11:23
AMEA-da YENİ TƏYİNAT
Bu gün, 11:21
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
Bu gün, 11:19
Paşinyan arvadını rəqibi ilə Peterburqa göndərdi
Bu gün, 11:16
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:14
Kərim aparıcı Zauru məhkəmə ilə hədələdi
Bu gün, 11:12
Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək
Bu gün, 11:09
Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb
Bu gün, 11:06
Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidir
Bu gün, 11:04
Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib
Bu gün, 10:59
Polad Bülbüloğlunun qardaşına pul “atan”ın işi yenidən MƏHKƏMƏDƏ
Bu gün, 10:45
ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - TƏHLİL
Bu gün, 10:42
"2002-ci illər, "W-trio" vaxtı"
Bu gün, 10:33
Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar
Bu gün, 10:31
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Bu gün, 10:29
Mobil telefonlar üçün rüsum qüvvəyə mindi
Bu gün, 10:22
"Belə də Allahsızlıq olar?" - NikOilBank-dan daha bir GİLEY
Bu gün, 10:07
"ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib" - Prezidentin köməkçisi
Bu gün, 10:03
“Efirə lüt çıxır, alt paltarı görünür” - Xalq artisti biabır etdi
Bu gün, 10:01
“Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək
Bu gün, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru