Putin Şimali Koreyaya səfər edəcək .....                     ŞOK: ŞƏHİDƏ QARŞI MƏHKƏMƏ İDDİASI .....                     Gəncədə başçı müavininin açdığı “bazar” .....                     BDU-nun tələbəsi dərmandan zəhərlənib .....                     Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə .....                     "Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" .....                     Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti .....                     Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib .....                     Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib .....                     Rusiyanın valyuta ehtiyatları azalıb .....                     "İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək .....                     “Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması .....                     Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... .....                     Sabah dollar neçəyə olacaq? .....                     Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi .....                     Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir .....                     Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: .....                     Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib .....                     “Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir .....                     Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... .....                     “Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ .....                     Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb .....                     Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır .....                     Azərbaycan sabitlik adasıdır .....                     SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi .....                     Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb .....                     Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb .....                     "Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" .....                     Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək .....                     Bakıda müəllim şagirdi vuraraq hədələyib, .....                     Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb .....                     Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib .....                     Xaliq Məmmədova qarşı İTTİHAM .....                     “Baku Steel Company” necə təhlükə yaradır... .....                     Keçmiş deputatın anası danışdı .....                     Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur .....                     Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb .....                     “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” .....                     "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" .....                     Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı .....                 

İranlı diplomat Mətbuat Şurasına gəldi - FOTO
Tarix: 14-09-2018, 16:38 | Çap et
İranlı diplomat Mətbuat Şurasına gəldi
Bu gün Azərbaycan Mətbuat Şurasında İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi ilə görüş keçirilib. Cənab Nəcəfinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasına həsr olunmuş toplantıda İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Modern.az xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan dövlətləri arasındakı münasibətlər olduqca dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir. Sevindirici haldır ki, son dövrlər hər iki ölkənin media qurumlarının da çox yaxın təmasları formalaşıb. Bu prosesdə İranın Azərbaycandakı Səfirliyinin böyük rolu var. «Azərbaycandakı diplomatik missiyası başa çatmış cənab Məhəmmədrza Nəcəfinin fəaliyyətini məhz bu xüsusda dəyərləndirmək istərdim. Cənab Nəcəfi özünün təşəbbüskarlığı, işgüzarlığı ilə nümunədir. Mən Tehrana səfərimi xatırlayıram. Orada Mətbuat Şurasının sədri kimi çox vacib görüşlər keçirdim. Ən əsası isə Şura ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında əməkdaşlıq memorandumu imzalandı. Sənədin ərsəyə gəlməsində cənab səfirimiz Cavad Cahangirzadə nə qədər təşəbbüskar olmuş əmək sərf etmişdisə, memorundumun məziyyətlərini daşıyan məhz cənab Nəcəfi idi. Düşünürəm ki, əldə etdiyimiz razılaşma Azərbaycanın və İranın media qurumları arasındakı əməkdaşlığın dərinləşməsi üçün son dərəcə mühüm platformadır. Orada qarşılıqlı jurnalist səfərlərinin təşkilindən, birgə konfransların keçirilməsindən tutmuş təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinədək bir çox vacib məqamlar nəzərdə tutulub», - deyən Ə.Amaşov M.Nəcəfini rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib. Həmçinin diplomata Şuranın xatirə hədiyyəsi təqdim olunub.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə də çıxışında İran-Azərbaycan münasibətlərinin inkişaf meyllərindən söz açıb və mövcud istiqamətdə son dövrlər nəzərə çarpan müsbət meylləri vurğulayıb. Dünyada medianın oynadığı roldan söz açan səfir Azərbaycanın kütləvi informasiya vasitələrini milli maraqlara xidmət edən ictimai institut kimi dəyərləndirib. O bildirib ki, Azərbaycanın və İranın milli maraqlarının qayəsində hər iki ölkə xalqlarının mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin qorunması və möhkəmlənməsi, onların qarşılıqlı mənfəəti dayanır. Sevindirici haldır ki, media orqanları mövcud məqamı rəhbər tutaraq fəaliyyət göstərirlər. M.Nəcəfi isə Azərbaycandakı diplomatik missiyası müddətində bu fəaliyyətin daha da gücləndirilməsinə öz töhfəsini verib, Azərbaycan mediası ilə sıx və səmimi təmaslar qurub. İranın təhlükəsizliyinin Azərbaycanın, Azərbaycanın təhlükəsizliyinin isə İranın təhlükəsizliyi olduğuna dair hər iki ölkənin dövlət başçılarının görüşündə səslənmiş fikri dilə gətirən səfir C.Cahangirzadə eyni zamanda toplantı iştirakçılarına İranın Azərbaycandakı Səfirliyinə yeni təyin olunmuş mətbuat katibi cənab Seyidəli Musəvini təqdim edib, yeni mətbuat katibinin üzərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, İran və Azərbaycan dost və qonşu ölkələrdir, onlar arasında heç bir problem yoxdur. Lakin ilk baxışdan olduqca sadə görünən bu vəziyyətin özünün həssaslığı var. Media buna adekvat fəaliyyət göstərməlidir və cənab M.Nəcəfi fəaliyyətdə olduğu müddətdə özünü həm bu məqamı rəhbər tutan peşəkar diplomat kimi göstərdi, həm də dostlar qazandı. Baş redaktor yeni mətbuat katibi S.Musəvinin eyni kursu davam etdirəcəyinə əminliyini ifadə edib.

MŞ-nin sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu çıxışında M.Nəcəfinin ötən 3 ildəki fəaliyyətinin müxtəlif məqamlarına aydınlıq gətirib. Onun Azərbaycanda hər zaman dost kimi yada salınması üçün kifayət qədər əsasların olduğunu deyib.

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıb ki, çox az ölkənin Azərbaycandakı nümayəndəliyinin mətbuat katibi öz işi və əməli ilə medianın və jurnalistlərin rəğbətini qazanmağa müvəffəq olur. M.Nəcəfi bunu bacarmış diplomatdır.

MŞ-nin sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında M.Nəcəfinin İslam Əməkdaşlıq Təşkilatı Dövlətlərinin Jurnalistləri Assosiyasının qurulmasındakı və fəaliyyətindəki əməyini xatırladaraq fikirlərini bölüşüb.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli, «Azadinform» İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, «Cümhuriyyət» qəzetinin baş redaktoru Rafail Becanov, həmçinin «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Dinc dünya» Araşdırma Mərkəzinin rəhbəri Əlisəfa Mehdiyev və başqaları İran və Azərbaycan xalqları arasındakı tarixi dostluq, qardaşlıq əlaqələrinin inkişafında medianın rolunun müxtəlif məqamlarına toxunublar. Onlar bildiriblər ki, İranın Azərbaycandakı Səfirliyinin və Mətbuat Şurasının son illər genişlənməkdə olan qarşılıqlı əlaqələri, bu xüsusda Azərbaycanın və İranın media orqanları nümayəndələrinin qarşılıqlı səfərləri başlanılmış müştərək işin davamlılığı üçün mühüm təminatdır.

Sonda çıxış edən Məhəmmədrza Nəcəfi toplantı iştirakçılarına təşəkkürünü bildirib. O, İranın və Azərbaycanın media qurumları arasındakı münasibətlərin inkişafının günün tələbi olduğunu vurğulayıb və yeni mətbuat katibi S.Musəvinin bu istiqamətdə başlanılmış işi məharətlə davam etdirəcəyinə əmin olduğunu deyib.
İranlı diplomat Mətbuat Şurasına gəldi
İranlı diplomat Mətbuat Şurasına gəldi





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin Şimali Koreyaya səfər edəcək
Bu gün, 08:42
ŞOK: ŞƏHİDƏ QARŞI MƏHKƏMƏ İDDİASI - İddia icraata götürülüb və əlilin “qanpulu”na yönəldilib
Bu gün, 08:11
Gəncədə başçı müavininin açdığı “bazar” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:06
"Bəzi “zirək” adamlar isə laboratoriyanın lazım gəldiyini əsas gətirərək, əlavə tikililər inşa etdirib və birbaşa olaraq divarlara girişib"
Dünən, 18:25
BDU-nun tələbəsi dərmandan zəhərlənib
Dünən, 18:17
Mehriban Əliyeva Bakıdakı bir sıra təhsil müəssisələrində mövcud şəraitlə tanış olub
Dünən, 18:17
"Rusiya çalışacaq ki, ATƏT baş katibinin ümidlərini doğrultsun" - Mariya Zaxarova
Dünən, 18:11
Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti BELƏ OLACAQ
Dünən, 18:08
Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsindən ödənilməsi şərtləri müəyyənləşib
Dünən, 17:51
Bakının tanınmış klinikası "Azərişıq"ı məhkəməyə verib
Dünən, 17:45
Rusiyanın valyuta ehtiyatları azalıb
Dünən, 17:43
"İlin gənc müəllimi-2019" müsabiqəsinin qaliblərinə pul mükafatı veriləcək - MƏBLƏĞ
Dünən, 17:26
“Formula 1” və Cəmil Həsənlinin bir “kruq” da vurmağa başlaması - Taleh Şahsuvarlı yazır...
Dünən, 17:25
“Siyasət bizim işimiz deyil və maraqlanmırıq”
Dünən, 17:19
Mahmudov iş adamını nədə şantaj etdi və pulunu necə ələ keçirdi... - İNTİM QADIN SÖHBƏTİ
Dünən, 17:16
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
Hüseyn Abdullayev məhkəmədəki tam ifadəsi - TƏFƏRRÜATLI MƏTN
Dünən, 17:03
Şamaxıda zəlzələdən zərərçəkənlər üçün 110 ev tikilir - İcra Hakimiyyəti
Dünən, 17:01
Səkkiz il əvvəl çəkilən foto ətrafında qoparılan hay-küy: - İçərişəhərdə nə baş verir?
Dünən, 16:56
“Eşkiya”dakı Hızır Çakırbəyli obrazı real həyatda kimdir? - KRİMİNAL DOSYE
Dünən, 16:54
Azercell-in dəstək olduğu “İdeyadan Biznesə” layihəsi çərçivəsində Tovuz və Bakıda startap turları keçirilib
Dünən, 16:46
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
Dünən, 16:42
Təhsil Nazirliyinin yarıtmaz siyasətinin qurbanı olan övladlarımızın günahı nədir... - Əcnəbi göydə balonlarda gəzir, bizim Ceyhun Bayramov isə...
Dünən, 16:36
“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti YARATMA CƏHDİ - Detallar...
Dünən, 16:34
“Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız...” – Renka
Dünən, 16:31
Türkiyədə dolların məzənnəsi 6 lirəyə yaxınlaşıb
Dünən, 16:27
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisinə hazırdır
Dünən, 16:24
Azərbaycan sabitlik adasıdır - Rusiya Ortodoks kilsəsi
Dünən, 16:22
SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi
Dünən, 16:15
Vüsal Şilderin qətlinə görə ittiham edilən keçmiş rəis müavinin kassasiya şikayətinə baxılıb
Dünən, 16:11
Çernobıl qəzasının ildönümü ilə bağlı Azərbaycanda 500 nəfərə birdəfəlik maddi yardım ayrılıb
Dünən, 16:07
"Dini dözümlülük, dini etiqada hörmət göstərmək vacibdir" - deputat
Dünən, 16:03
Rus bölməsinə qəbul üzrə apelyasiya komissiyaları mayın 1-dək fəaliyyət göstərəcək
Dünən, 15:59
Könül Kərimova 22 yaşlı qızın intiharında adı hallanan şəxsdən DANIŞDI: - "Heç bir icazə almadan..."
Dünən, 15:53
Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır
Dünən, 15:47
Mahmudovun əmisi oğlu ölkədən milyonlar çıxarıb – Məbləğ açıqlandı
Dünən, 15:46
Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib - FOTO
Dünən, 15:39
Xaliq Məmmədova qarşı İTTİHAM - belə davam edərsə...
Dünən, 15:37
“Baku Steel Company” necə təhlükə yaradır... - İDDİA
Dünən, 15:34
Keçmiş deputatın anası danışdı - "İşdən çıxarılmamışam"
Dünən, 15:30
Bələdiyyə sədri saxtakarlıqda ittiham olunur - Siyəzən sakinindən ölkə başçısına MÜRACİƏT
Dünən, 15:19
"Xəzər" TV-dən AzTV-yə keçdi
Dünən, 15:14
Bakıda daha bir qanunsuz toyuq sexi aşkarlanıb - FOTO
Dünən, 15:08
“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm” - Memarlar İttifaqının sədri
Dünən, 15:00
"Mən yazdığınız kimi kobud ifadə işlədəcək insan..." - Əməkdar artist əsəbləşdi
Dünən, 14:59
"Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır" - Məleykə Abbaszadə
Dünən, 14:53
Ceyhun Bayramov Ceyhun Osmanlının anasını işdən çıxardı - FOTO
Dünən, 14:51
Səbail sakini intihar edib
Dünən, 14:50
Xadimə Zülfiyyə Xanbabayevanın evindən elə şeylər oğurladı ki... - SİYAHI
Dünən, 14:49
İntihar edən üç uşaq anasının məktubu tapıldı: - Tənhalıqdan yorulmuşam…
Dünən, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru