Hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edirik .....                     ZÜLFÜQARLILARIN ZAVODU İNSANLARI NECƏ ZƏHƏRLƏYİR .....                     Bakı meri Eldar Əzizovdan İLK TƏYİNAT .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Qəbələ”nin məşqçisinin öldüyü qəzanın dəhşətli görüntüləri .....                     Abel Məhərrəmovla İspaniyada olan deputatlar danışdı .....                     “Sırf millət vəkili olduğum üçün kimsə mənə 100-200-300 manatlıq hədiyyə verməz” .....                     "Elə deputatlar var ki, hər çağırışda bir mənzil alıblar" .....                     Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib .....                     Norveç səfirliyinin gedişi .....                     Azərbaycan xam neft ixracından gəliri 2 dəfə artırıb .....                     BVF-nin 2023-cü ilədək Azərbaycanın qeyri-neft sektoru ilə bağlı PROQNOZLARI .....                     BDU-nun 5 prorektoru da vəzifədən getdi? .....                     Azərbaycanın maliyyə sektorunda "Ağıllı müqavilə"lər tətbiq olunacaq .....                     “İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” .....                     “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir .....                     Samir Şərifovun da durumu gərgindir... .....                     Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb .....                     Abel Məhərrəmov xəbərlərə reaksiya verdi .....                     Kirayə qaldığı evin mebeleni satan ər-arvad .....                     “Qazprom” İrəvanı təhdid etdi: .....                     Qusarda çəkilən “Yeni yol nişanları” gülüş hədəfi oldu .....                     Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ .....                     XİN Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Baş Prokurorluğa müraciət etdi .....                     Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır .....                     Ukraynda AZƏRBAYCAN DAVASI... .....                     “Paşinyan əraziləri Azərbaycana verəcək” .....                     Bakıda direktor müavini RÜŞVƏT VERMƏKDƏ ittiham olunur .....                     Estetik əməliyyat zaman ölən Leyla ilə bağlı şok iddia: .....                     "Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki,.." .....                     “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! .....                     Əli Həsənovla bağlı xəbərə REAKSİYA .....                     IV Uşaq Paralimpiya İdman Oyunları keşirilib .....                     “Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər” .....                     Bakıda azyaşlını öldürməyə cəhd edən şəxs ekspertizaya göndərildi .....                     Bakıda yeni doğulan körpə öldü, .....                     Bakının yeni başçısının tərcümeyi-halı... .....                     Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır .....                     Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb .....                     “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur” .....                 

Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır
Tarix: 14-09-2018, 11:05 | Çap et
Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır
Beynəlxalq münasibətlər sisteminin tənəzzülə uğradığı bir məqamda geosiyasi ziddiyyətlərin kəskinləşməsi dövlətlərin konstruktiv əlaqə şanslarını getdikcə azaldır. Qlobal miqyasda geosiyasi durum son dərəcə həssas bir mərhələyə qədəm qoysa da, böyük dövlətlər, dünya nizamına təsir gücünə malik siyasi mərkəzlər böhrandan çıxış yolu axtarmaq əvəzinə, onu daha da dərinləşdirirlər. Üçüncü minilliyin əvvəlindən başlayan proseslər onu göstərir ki, hələlik ABŞ-ın razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişikliklər etmək, qlobal təhlükəsizliyə yeni təhdidlərin qarşısını almaq imkansızdır. Müasir dünyada strateji balansın və sabitliyin təminatı mühüm vəzifə kimi ön plana çıxsa da, geosiyasi qərarların qəbulu mexanizmi təkmil deyil, böyük dövlətlər isə problemlərin açıq və ədalətli müzakirəsindən yayınırlar. Planetin gələcəyini, bəşəriyyətin taleyini təhdid edən yeni təhlükələr, risklər, şiddətlənən terror və separatizm dalğası dünyanı daha dərin qatlarda parçalamaqdadır. Qlobal miqyasda baş verən hadisələrin təhlili aydın göstərir ki, böyük dövlətləri yalnız öz maraqlarının təmini düşündürür, onların radikal addımlarının əsas səbəbi də budur. İkili standartlar, xristian həmrəyliyi beynəlxalq hüquq sistemini getdikcə arxa plana daha çox sıxışdırır. Milli radikal mövqenin güclənməsi Qərbdə qarşısıalınmaz prosesə çevrilməkdədir. Ölkələrin idarəetmə, intellektual, strateji və maliyyə imkanlarını nəzarətdə saxlamaq üçün yeniyeni təsisatlar, mexanizmlər formalaşdırılır.

Təbii ki, dünyada baş verən proseslərin fonunda Cənubi Qafqazda da risklər çoxalır. Vaxtilə SSRİ-ni dağıtmaq məqsədilə milli münaqişələri, o cümlədən ilk növbədə Dağlıq Qarabağda alovlanan müharibə ocağını körükləyən Qərb bu gün də məkirli planlarını genişləndirir. ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda savaş kəskinləşməkdədir. Gec və ya tez Ermənistanın sahibinin kim olduğu aydınlaşacaq. Çünki Ermənistanın yalan və yaltaqlıq üzərində qurulan siyasəti artıq iflasa uğrayıb, “erməni baharı”nın sonu çatıb. Ermənistanda baş verən iğtişaşlara, küçə yürüşlərinə “mədəni inqilab” donu geyindirməyə çalışan Qərb dairələri erməni diasporunun uydurmalarına aldanıb Ermənistanı Rusiyanın ağuşundan qoparacaqlarına inanırdılar. Görünür, Qərb geosiyasi, ideoloji-siyasi aspektdə bunun o qədər də asan olmadığının fərqinə varmamışdı. Az sonra hamıya bəlli oldu ki, “azad ölkə” kimi ictimai şüura sırınan bu məmləkətdə demokratiya və insan hüquqlarından əsər-əlamət yoxdur.

Serj Sarkisyanın hərbixunta rejimini əvəzləyən Nikol Paşinyan iqtidarı sürətlə uçuruma yuvarlanmaqdadır. Qərbin və Paşinyanın Ermənistanın yönünü dəyişmək niyyətləri ölkəni qarşıdurma vəziyyətinə salıb. İlk vaxtlar Paşinyanın müstəqil siyasət yeritməyə qabil olub-olmaması barədə fikirlər gündəmə hakim kəsilsə də, çox qısa zamanda bəlli oldu ki, Rusiyanın qoyduğu çərçivədən çıxmaq Ermənistana baha başa gələ bilər. Soçidə Avrasiya İqtisadi İttifaqının toplantısında “rusiyapərəst” yox, “ermənipərəst” siyasətçi olduğunu dilə gətirən Nikol Paşinyan özü də artıq siyasətçi olmadığını anlamağa başlayıb. Onun “Rusiya ilə yeni strateji əməkdaşlıq modeli” barədə fikirləri də xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Ermənistan cəmiyyətində obyektivliyini az-çox qoruyub saxlayan politoloqlar da bunun bir "feyk" olduğunu etiraf edirlər. Moskva ilə bütün sahələrdə əməkdaşlığın inkişafına çalışacağını bəyan edərək, böyük ümidlərlə bu günlərdə Rusiyaya səfər edən Nikol, heç şübhəsiz ki, uğursuzluğa düçar olacağını əvvəlcədən görürdü. Ancaq baş nazir özünün siyasi, ideoloji və diplomatik hazırlıqsızlığını pərdələmək üçün daxildə ictimai rəylə spekulyasiya etməkdən belə çəkinmədi.

Paşinyanı boynunu bükərək Moskvada qapıları döyməyə, “sədaqət” andı içməyə vadar edən səbəblər çoxdur. O, yaxşı bilir ki, Ermənistanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Bu forpostu Avropa İttifaqı ilə yarımçıq saziş imzalamağa sövq edən də Rusiyadır. Ermənistanın Moskvadan umacağı çoxdur, lakin Rusiyanın bu qondarma, cırtdan dövlətin istəklərini yerinə yetirmək imkanları məhduddur. Bu səbəbdən də Paşinyan gah nala vurur, gah da mıxa. Rusiya və Qərbin arasında vurnuxmaq heç də yaxşı gələcək vəd etmir və şimal qonşumuzun xəyanətkar forpostdan narazılığı getdikcə güclənir.

Cənubi Qafqazın ən demokratik ölkəsi Azərbaycanın beynəlxalq nüfuzu və qüdrəti isə günbəgün artır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən önəmli layihələrin təşəbbüskarıdır, müstəqil siyasət yeridir, bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əsasında bərabərhüquqlu subyekt kimi əlaqə qurur. “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri böyük bir geosiyasi məkanın xəritəsini dəyişməklə Azərbaycana geosiyasi qovşaq statusu qazandırıb.

Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Aprel döyüşləri, Günnüt əməliyyatı göstərdi ki, Ermənistanın manevr imkanları tükənib, ölkəmiz həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə və torpaqlarını azad etməyə qadirdir. Bu fakt düşməni vahiməyə salır, Qərblə Rusiya arasında seçimə sövq edir.

İki güc arasında vurnuxan Ermənistanın etibarsızlığı Rusiyada siyasi-analitik müstəvidə ciddi aqressiya və hiddət doğurur. Paşinyanın Moskvada qeyri-ciddi, diletant fiqur kimi qarşılanmasının, öz ölkəsinə əliboş, üzüqara qayıtmasının əsas səbəblərindən biri də budur. Onun Ermənistanda verdiyi müsahibələrdən, populist çıxışlarından və Moskvada səsləndirdiyi fikirlərdən bəlli olur ki, erməni baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malikdir. O, danışıqların Dağlıq Qarabağ separatçıları ilə aparılmalı olduğunu iddia etsə də, az sonra özünü təkzib edərək Ermənistanın münaqişədə bir tərəf olduğunu bildirir. Deməli, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların danışıqlarda tərəf olması barədə səsləndirilən iddialar, yüngül desək, baş nazirin sərsəm xülyasından başqa bir şey deyil. Moskva səfərindən əvvəl Paşinyana yaxın kütləvi informasiya vasitələri qarşıdakı danışıqlardan gözləntilər və diplomatik uğurlar barədə materiallar dərc edir, müxtəlif versiyalar səsləndirirdilər. Baş nazir Ermənistanın Rusiyaya sədaqətinə dair difiramblar söyləməklə güzəştlər qoparacağına ümid etsə də, Putinin istehzalı baxışlarını görəndə yanıldığını anladı. Nikolun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın “yeni” mövqeyinə dəstək qazanmaq, “Qazprom”dan alınan qazın qiymətində güzəştlər əldə etmək, Azərbaycana silah satışının və ölkələrarası hərbi əməkdaşlığın qarşısını almaq, Ermənistana investisiyalar cəlb etmək arzusu ürəyində qaldı. Təkcə Nikol yox, bütün Ermənistan ictimaiyyəti bu səfərin yekunlarından, daha doğrusu, yekunsuzluğundan ciddi məyusluğa düçar oldu. Erməni iş adamları ilə görüş də bir nəticə vermədi.

Nikol Paşinyanın uğursuzluğu bununla bitmədi, onu öz ölkəsində daha bir sürpriz gözləyirdi. Sentyabrın 11-də Ermənistanın iki xüsusi xidmət orqanının – Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçaturyan arasında telefon danışığının audioyazısının internetdə yayımlanması ölkədə gərginliyi daha da artırdı. Paşinyan Ermənistanda həyata keçirilən həbslərdən xəbərsiz olduğunu bildirərək, baş verən olayları şantaj adlandırsa da, audioyazı baş nazirin növbəti yalanını ifşa etdi. İstintaqçılar sabiq prezident Robert Koçaryanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə qərarın siyasi sifariş olduğunu və Nikol Paşinyan tərəfindən verildiyini açıq etiraf etmişlər. Telefon danışığı zamanı İstintaq Komitəsinin sədrindən Yuri Xaçaturovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə hazırlıq getdiyini eşidən Təhlükəsizlik Xidmətinin rəhbəri ciddi narahatlıq keçirərək, “bircə Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq” deyir. Komitə sədri Sasun Xaçaturyan isə Artur Vanetsyana Rusiya ilə “razılaşma” olduğunu söyləyərək, baş nazirlə danışmağı məsləhət görür. Öz rəqiblərini, Rusiyanın adamlarını, vaxtilə zərbə aldığı şəxsləri aradan qaldırmağa qərar verən baş nazir bu gün ciddi təlaş və qorxu içərisindədir. Əks təqdirdə o, “Nikol Paşinyana nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq” deməzdi. Görünür, Paşinyan özünü baş nazir postunda deyil, yenə küçə mitinqlərində “Soros uşaqları”nın yanında sərsəm fikirlər söylədiyi yerdə hiss edir. Aqillər doğru deyiblər: “Bundan sonra hara gedəcəyini bilmək üçün, bundan əvvəl haradan gəldiyini bilmək lazıımdır”. Nikol Paşinyan küçədən gəlib, qayıdacağı yer də küçə olacaq.

Həsən Həsənov,
Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edirik - Nazirlik
Bu gün, 17:23
ZÜLFÜQARLILARIN ZAVODU İNSANLARI NECƏ ZƏHƏRLƏYİR - FOTO, VİDEO
Bu gün, 17:21
Bakı meri Eldar Əzizovdan İLK TƏYİNAT - FOTO
Bu gün, 17:14
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:13
“Qəbələ”nin məşqçisinin öldüyü qəzanın dəhşətli görüntüləri - VİDEO
Bu gün, 17:11
Abel Məhərrəmovla İspaniyada olan deputatlar danışdı - Kimlə dalaşıb?
Bu gün, 17:09
İşdən çıxarılan rektorun ailə fotoları YAYILDI
Bu gün, 17:06
“Sırf millət vəkili olduğum üçün kimsə mənə 100-200-300 manatlıq hədiyyə verməz” - deputat
Bu gün, 17:02
"Elə deputatlar var ki, hər çağırışda bir mənzil alıblar" - Sabiq millət vəkili
Bu gün, 16:56
Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib - FOTO
Bu gün, 16:54
Norveç səfirliyinin gedişi - Bakı heç nə itirmir...
Bu gün, 16:52
Azərbaycan xam neft ixracından gəliri 2 dəfə artırıb
Bu gün, 16:48
BVF-nin 2023-cü ilədək Azərbaycanın qeyri-neft sektoru ilə bağlı PROQNOZLARI - Artım olacaq
Bu gün, 16:40
BDU-nun 5 prorektoru da vəzifədən getdi? - ŞOK İDDİA
Bu gün, 16:36
Azərbaycanın maliyyə sektorunda "Ağıllı müqavilə"lər tətbiq olunacaq
Bu gün, 16:29
“İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” - deputat
Bu gün, 16:25
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir
Bu gün, 16:23
Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi
Bu gün, 16:20
Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
Bu gün, 16:12
Abel Məhərrəmov xəbərlərə reaksiya verdi - “Hazırda işdəyəm...” - YENİLƏNİB
Bu gün, 16:07
Kirayə qaldığı evin mebeleni satan ər-arvad MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 16:00
“Qazprom” İrəvanı təhdid etdi: - Razılaşma məhv ola bilər
Bu gün, 15:52
Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər - Milli Məclisin komitə sədrləri
Bu gün, 15:47
Tanınmış aktrisanın bahalı qızılları oğurlandı - 24500 manatlıq...
Bu gün, 15:43
Qusarda çəkilən “Yeni yol nişanları” gülüş hədəfi oldu
Bu gün, 15:38
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ - prezident rektoru bu səbəbdən qovdu?
Bu gün, 15:34
XİN Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Baş Prokurorluğa müraciət etdi - RƏSMİ
Bu gün, 15:32
Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır - FOTO
Bu gün, 15:31
Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...
Bu gün, 15:29
“Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi
Bu gün, 15:27
Faytonçu Nazim konsert biletlərinin qiymətini açıqladı: - "10 manat..."
Bu gün, 15:22
Bakıda direktor müavini RÜŞVƏT VERMƏKDƏ ittiham olunur
Bu gün, 15:20
Estetik əməliyyat zaman ölən Leyla ilə bağlı şok iddia: - “Qızın meyitinə...”
Bu gün, 15:19
"Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki,.." — Millət vəkili həmkarlarına İRAD TUTDU
Bu gün, 15:15
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
Bu gün, 15:12
Əli Həsənovla bağlı xəbərə REAKSİYA - "Tam yalan bir məlumatdır"
Bu gün, 15:10
IV Uşaq Paralimpiya İdman Oyunları keşirilib
Bu gün, 15:06
“Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər”
Bu gün, 15:03
Bakıda azyaşlını öldürməyə cəhd edən şəxs ekspertizaya göndərildi
Bu gün, 15:02
Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı
Bu gün, 15:00
Bakının yeni başçısının tərcümeyi-halı...
Bu gün, 14:01
Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır
Bu gün, 13:15
Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
Bu gün, 13:10
“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”
Bu gün, 13:03
“ARB Şimal” telekanalı 11 yaşını qeyd edir
Bu gün, 13:00
Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi
Bu gün, 12:56
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI
Bu gün, 12:55
Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü? - Kaşoqinin nişanlısı
Bu gün, 12:53
“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir
Bu gün, 12:49
16 noyabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru