Bakı meri Eldar Əzizovdan İLK TƏYİNAT .....                     Sabah dollar neçəyə olacaq? .....                     “Qəbələ”nin məşqçisinin öldüyü qəzanın dəhşətli görüntüləri .....                     Abel Məhərrəmovla İspaniyada olan deputatlar danışdı .....                     “Sırf millət vəkili olduğum üçün kimsə mənə 100-200-300 manatlıq hədiyyə verməz” .....                     "Elə deputatlar var ki, hər çağırışda bir mənzil alıblar" .....                     Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib .....                     Norveç səfirliyinin gedişi .....                     Azərbaycan xam neft ixracından gəliri 2 dəfə artırıb .....                     BVF-nin 2023-cü ilədək Azərbaycanın qeyri-neft sektoru ilə bağlı PROQNOZLARI .....                     BDU-nun 5 prorektoru da vəzifədən getdi? .....                     Azərbaycanın maliyyə sektorunda "Ağıllı müqavilə"lər tətbiq olunacaq .....                     “İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” .....                     “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir .....                     Samir Şərifovun da durumu gərgindir... .....                     Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb .....                     Abel Məhərrəmov xəbərlərə reaksiya verdi .....                     Kirayə qaldığı evin mebeleni satan ər-arvad .....                     “Qazprom” İrəvanı təhdid etdi: .....                     Qusarda çəkilən “Yeni yol nişanları” gülüş hədəfi oldu .....                     Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ .....                     XİN Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Baş Prokurorluğa müraciət etdi .....                     Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır .....                     Ukraynda AZƏRBAYCAN DAVASI... .....                     “Paşinyan əraziləri Azərbaycana verəcək” .....                     Bakıda direktor müavini RÜŞVƏT VERMƏKDƏ ittiham olunur .....                     Estetik əməliyyat zaman ölən Leyla ilə bağlı şok iddia: .....                     "Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki,.." .....                     “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! .....                     Əli Həsənovla bağlı xəbərə REAKSİYA .....                     IV Uşaq Paralimpiya İdman Oyunları keşirilib .....                     “Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər” .....                     Bakıda azyaşlını öldürməyə cəhd edən şəxs ekspertizaya göndərildi .....                     Bakıda yeni doğulan körpə öldü, .....                     Bakının yeni başçısının tərcümeyi-halı... .....                     Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır .....                     Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb .....                     “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur” .....                     Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi .....                     “Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI .....                 

Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması...
Tarix: 21-08-2018, 09:07 | Çap et
Putin Paşinyanla müharibəyə başlayır
Rusiya ilə Ermənistanın yeni rəhbərliyi arasında hökm sürən qarşılıqlı etimadsızlıq ab-havası davam edir. Sabiq prezident Robert Köçəryanın qısa müddətli həbsdən sonra azadlığa çıxması vəziyyəti bir qədər də tündləşdirib. Eyni zamanda Moskvanın qərbyönlü Paşinyan iqtidarına qarşı hansısa ssenarinin işə salındığı haqda ehtimalları gücləndirib. Erməni və Rusiya KİV-də getmiş təhlili yazılardan öncə bu qənaət hasil olur.

*****

“Köçəryanın İrəvanın xarici siyasəti ilə bağlı narahatlığı - Moskvanın narahatlığıdır, əsla Köçəryanın yox”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə armenianreport.com portalındakı dünənki baş məqalədə deyilir.

“Ermənistanda heç kimin gözləmədiyi inqilab baş verdikdən sonra ölkənin ən mənfur siyasi xadimlərindən biri, yeri müttəhimlər kürsüsü olan, çoxdan güllənmə maddəsini haqq eləmiş Robert Köçəryan hakimiyyətə qayıtmaq və ”məxməri inqilab"ın bütün cücərtilərini və uğurlarını məhv eləmək niyyətindədir. Bu zaman o, öz məramını belə izah edib ki, guya ölkənin xarici siyasəti ilə bağlı narahatdır". “Hesab edin ki, mən artıq qayıtmışam” deyib Köçəryan" - məqalədə bildirilir.

“Yeni Müsavat” xatırladır ki, baş nazir Nikol Paşinyan az öncə çıxışlarının birində “Rusiya Ermənistandakı yeni vəziyyətə adaptasiya olunmalıdır” ifadəsini işlədib. Bu da ilk növbədə Moskvaya ünvanlı ultimativ bir mesajdır ki, Ermənistanda guya müstəqil hakimiyyətin varlığı və onun yeni daxili-xarici siyasəti ilə Kreml hesablaşmalıdır. Paşinyan iqtidarının əsas rəqibləri, xüsusən də təzəcə Moskvanın müdaxiləsi ilə azadlığa çıxan Köçəryan elə bu bəyanatdan yapışıb. Daşnaklara məxsus telekanala verdiyi müsahibəsində Köçəryan həmin sözlərə görə Paşinyanı siyasi naşılıqda ittiham edib.

Bu kontekstdə məqalə müəllifi daha sonra yazır: “Bizim xalqda yəqin ki, Köçəryan qədər nifrət doğuran ikinci siyasətçi yoxdur. Hətta Serj Sərkisyana ondan az nifrət edirlər. Və bunun səbəbləri var. Söhbət təkcə 1 mart 2008-ci il qırğınından gedir. Hamımız xatırlayırıq ki, Köçəryan mütləq hakimiyyətə 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsindən sonra nail olub. Nə vaxt ki, onun qeyri-leqal əmiri ilə əsas siyasi rəqibləri - parlamentin o vaxtkı spikeri Karen Dəmirçyan və o vaxtkı baş nazir Vazgen Sərkisyan güllələndilər. Məhz Köçəryanın dövründə ölkədən kütləvi köç başladı. Onun idarəçilik illəri Ermənistanda durğunluq və tiraniya ilə, repressiya və korrupsiyanın güclənməsi ilə, vətəndaş azadlıqları və şəxsiyyət hüquqlarının məhvi ilə müşayiət olundu. Ən əsası, Köçəryan Ermənistanı Rusiyanın forpostuna çevirdi və bu illər ərzində öz hakimiyyətini məhz süngü ucunda qoruya bildi”.

Nəşr Köçəryanın məhz “Rusiyanın Ermənistandakı nüfuzuna ciddi zərbə vurulduğu vaxt” siyasətə qayıdışını təsadüfi saymır: “Ermənistanın yeni hakimiyyəti daha Moskvanın ”kiçik qardaşı" olmaq istəmir, Odur ki, yavaş-yavaş da olsa, inamlı şəkildə Qərblə, o sırada Avropa Birliyi ilə, NATO və ABŞ-la yaxınlaşma kursu götürüb. Bu isə Kremli narahat etməyə bilməz. Bu üzdən o, Ermənistanı öz orbitində saxlama üçün “Köçəryanın qayıdışı” adlı layihəni reanimasiya edib. Heç təsadüfi deyil ki, Köçəryan siyasətə İrəvanın xarici siyasətindən narazılıq şüarı ilə qayıdır. Əslində isə Köçəryanın ölkənin xarici siyasət kursu ilə bağlı narahatlığı Moskvanın narahatlığıdır, əsla Köçəryanın yox. Əgər Rusiya Ermənistanda əksinqilab həyata keçirsə, o zaman onun başında Köçəryanı oturdacaq. Bununla həm Ermənistanı öz orbitində saxlayacaq, həm də əlaltısını müttəhimlər kürsüsündən xilas edəcək. Ancaq Moskvanın əlaltısı öz kürsündə duruş gətirə biləcəkmi? Çətin. Bunu artıq “məxməri inqilab” göstərdi. Bizim geri çəkilməyə yerimiz yoxdur. Demək, erməni xalqı döyüşü qəbul edəcək və ölkənin Kremlin qəyyumluğuna qayıtmasına imkan verməyəcək".

*****

Ancaq Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı ciddi iradə ortaya qoysa, doğrudanmı ermənilər buna müqavimət göstərmək gücündədirlər. Tarix göstərir ki, yox. Əlbəttə, Azərbaycan üçün Xocalı canisinin hakimiyyətə qayıdışı yaxşı heç nə vəd eləmir. Necə deyərlər, “ilanın ağına da lənət, qarasına da”. Biz köçəryanların, sərkisyanların hakimiyyət dönəmində Qarabağ məsələsinin necə qəlizə salındığını da yaxşı bilirik.

Bu mənada əslində Paşinyan iqtidarı hələ ki “bağlı boğça” sayıla bilər. İkinci yandan, Nikol Paşinyanın qərbyönlü kursu hansısa məqamda bizə hərb yolu torpaqlarımızın daha bir qismini azad eləmək fürsəti də yarada bilər. Köçəryanın dövründə isə Rusiya buna imkan verməz. Hər halda, görünən budur ki, Moskvanın “Köçəryan layihəsi”, deyəsən, işə düşüb, Moskva Köçəryan tərəfdə Paşinyana qarşı müharibəyə qoşulub. Bu da Azərbaycan üçün yeni situasiya anlamına gəlir. Bu fonda isə Bakıda “Rus NATO-su” sayılan KTMT-yə Azərbaycanın mümkün üzvlüyü ilə bağlı deputat Əli Hüseynlinin təklifi Rusiyada maraqla qarşılanıb.

*****

“Diqqətçəkicidir ki, Azərbaycanın KTMT-yə üzvlüyü haqda ölkədə açıq diskussiya başlayan kimi Ermənistanın ”xalq baş naziri" Nikol Paşinyan prezident Vladimir Putinə zəng edib. Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, tərəflər “ikitərəfli əlaqələrə dair gündəmin bəzi aktual məsələləri”, həmçinin ümumi inteqrasiya birliklərində, o sırada KTMT çərçivəsində qarşılıqlı uzlaşma məsələlərini müzakirə ediblər".

“Yeni Müsavat”ın məlumatına görə, bu fikir dünən Rusiyanın rosbalt.ru nəşrində Azərbaycanın “Rus NATO-su”ma qoşulmasının mümkünlüyü haqda təhlili məqalədə yer alıb. Məqalədə deyilir: “Putin-Paşinyan söhbəti haqda kasad informasiyaya rəğmən, bir şeyi qeyd eləmək lazım gəlir: məhz KTMT mövzusu xüsusi diqqətdə olub. İndi İrəvanda oturub fal açırlar, görəsən, Paşinyan Putinlə danışıq zamanı Azərbaycanın təşkilata mümkün üzvlüyü və Rusiyanın ona reaksiyası məsələsini qaldırıbmı? Lragir.am erməni nəşri isə bu xüsusda erməniləri sakitləşdirməyə çalışıb. ”Azərbaycanın üzvlüyü KTMT-də qüvvələr balansını türk amilinin xeyrinə dəyişəcək, o üzdən Putin çətin ki, bu məsələni ciddi müzakirə eləsin. Hərçənd keçici oyunlar istisna deyil. Odur ki, yaranmış vəziyyətdə İrəvan əlini daima nəbzdə saxlamalıdır ki, proseslərin mühüm inkişafını qaçırmasın. Görünür, məhz bu məqsədlə də Paşinyan Putinə zəng edib" - lragir yazıb. Nə demək olar? Bəxtiyar o kəsdir ki, inanır və ya başqasını oynadır" - rosbalt.ru əlavə edib.

Bu oyunda kimin udub, kimin uduzduğunu isə tezliklə biləcəyik. Çünki gerisayım artıq başlayıb...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı meri Eldar Əzizovdan İLK TƏYİNAT - FOTO
Bu gün, 17:14
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:13
“Qəbələ”nin məşqçisinin öldüyü qəzanın dəhşətli görüntüləri - VİDEO
Bu gün, 17:11
Abel Məhərrəmovla İspaniyada olan deputatlar danışdı - Kimlə dalaşıb?
Bu gün, 17:09
İşdən çıxarılan rektorun ailə fotoları YAYILDI
Bu gün, 17:06
“Sırf millət vəkili olduğum üçün kimsə mənə 100-200-300 manatlıq hədiyyə verməz” - deputat
Bu gün, 17:02
"Elə deputatlar var ki, hər çağırışda bir mənzil alıblar" - Sabiq millət vəkili
Bu gün, 16:56
Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi növbəti tədbirini keçirib - FOTO
Bu gün, 16:54
Norveç səfirliyinin gedişi - Bakı heç nə itirmir...
Bu gün, 16:52
Azərbaycan xam neft ixracından gəliri 2 dəfə artırıb
Bu gün, 16:48
BVF-nin 2023-cü ilədək Azərbaycanın qeyri-neft sektoru ilə bağlı PROQNOZLARI - Artım olacaq
Bu gün, 16:40
BDU-nun 5 prorektoru da vəzifədən getdi? - ŞOK İDDİA
Bu gün, 16:36
Azərbaycanın maliyyə sektorunda "Ağıllı müqavilə"lər tətbiq olunacaq
Bu gün, 16:29
“İcra başçısı məndən bir qapının açılması üçün 30 min manat pul istəyir” - deputat
Bu gün, 16:25
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir
Bu gün, 16:23
Samir Şərifovun da durumu gərgindir... - Dəyişiklik gözlənitisi
Bu gün, 16:20
Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
Bu gün, 16:12
Abel Məhərrəmov xəbərlərə reaksiya verdi - “Hazırda işdəyəm...” - YENİLƏNİB
Bu gün, 16:07
Kirayə qaldığı evin mebeleni satan ər-arvad MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 16:00
“Qazprom” İrəvanı təhdid etdi: - Razılaşma məhv ola bilər
Bu gün, 15:52
Faiq Ağayev deputatlığa namizədliyini verərək xalqın dəstəyini sınaya bilər - Milli Məclisin komitə sədrləri
Bu gün, 15:47
Tanınmış aktrisanın bahalı qızılları oğurlandı - 24500 manatlıq...
Bu gün, 15:43
Qusarda çəkilən “Yeni yol nişanları” gülüş hədəfi oldu
Bu gün, 15:38
Abel Məhərrəmov vəzifəsindən AZAD EDİLDİ - prezident rektoru bu səbəbdən qovdu?
Bu gün, 15:34
XİN Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Baş Prokurorluğa müraciət etdi - RƏSMİ
Bu gün, 15:32
Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır - FOTO
Bu gün, 15:31
Ukraynda AZƏRBAYCAN DAVASI... - Vəziyyət daha da dramatikləşir...
Bu gün, 15:29
“Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi
Bu gün, 15:27
Faytonçu Nazim konsert biletlərinin qiymətini açıqladı: - "10 manat..."
Bu gün, 15:22
Bakıda direktor müavini RÜŞVƏT VERMƏKDƏ ittiham olunur
Bu gün, 15:20
Estetik əməliyyat zaman ölən Leyla ilə bağlı şok iddia: - “Qızın meyitinə...”
Bu gün, 15:19
"Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki,.." — Millət vəkili həmkarlarına İRAD TUTDU
Bu gün, 15:15
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
Bu gün, 15:12
Əli Həsənovla bağlı xəbərə REAKSİYA - "Tam yalan bir məlumatdır"
Bu gün, 15:10
IV Uşaq Paralimpiya İdman Oyunları keşirilib
Bu gün, 15:06
“Milli Məclisin deputatları gəlir deklarasiyası təqdim etməlidirlər”
Bu gün, 15:03
Bakıda azyaşlını öldürməyə cəhd edən şəxs ekspertizaya göndərildi
Bu gün, 15:02
Bakıda yeni doğulan körpə öldü, prokurorluqda cinayət işi başlandı
Bu gün, 15:00
Bakının yeni başçısının tərcümeyi-halı...
Bu gün, 14:01
Azərbaycan Parlamentində dil qrupu yaradılmalıdır
Bu gün, 13:15
Milli Məclisdə növbəti ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
Bu gün, 13:10
“Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”
Bu gün, 13:03
“ARB Şimal” telekanalı 11 yaşını qeyd edir
Bu gün, 13:00
Deputat Mahir Abbaszadəyə yüksək vəzifə verildi
Bu gün, 12:56
“Dövlətqaçqınkom”un sədr müavini işdən ÇIXARILDI
Bu gün, 12:55
Qətlin iştirakçısı, yoxsa "Müsəlman qardaşları"nın üzvü? - Kaşoqinin nişanlısı
Bu gün, 12:53
“Baku Business Factory” kovörker mərkəzi üçün layihələrin qəbulunu davam etdirir
Bu gün, 12:49
16 noyabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:48
“Reket jurnalistlər bizi biabır edir” - deputat
Bu gün, 12:42
11 dəfə əməliyyat olunan müğənni Mənzurə: - "Nəfəs ala bilmirəm"
Bu gün, 12:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru