Rubl günbəgün bahalaşır .....                     Cəbhədə erməni hərbçi öldü .....                     Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı .....                     Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib .....                     Prezident İlham Əliyev Mixail Şvıdkoyu .....                     İlham Əliyev bu şəxsləri təltif etdi .....                     Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib .....                     İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək .....                     Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb .....                     “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı .....                     Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb .....                     Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin .....                     Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava .....                     “BTE formasında sintetik maddə çox olduğundan uşaq tərləyir” .....                     "Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" .....                     Elmar Vəliyevin "sağ əli" qeybə çəkilib? .....                     Xaçmaz sakini göldə batıb .....                     Nəvaz Şərif və qızı həbsdən azad edildi .....                     Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır .....                     Hüquq-mühafizə orqanları direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı .....                     Prezident Aprel döyüşünü boş yerə xatırlatmadı .....                     ABŞ kürdlərə daha 250 TIR silah göndərib .....                     Akif Çovdarovun işində adı keçən şəxs azadlığa buraxıldı .....                     Mitinqlərdə göyərçin buraxan Nikol indi quş buraxır .....                     Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib .....                     Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? .....                     Ölkədə geyim ucuzlaşacaq .....                     Gəncədə 36 yaşlı kişi bıçaqlanıb .....                     Məhkəmədə bəraət aldı, ürəyi getdi .....                     "SOCAR-GPC" layihəsinin xərclərin smetası müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır .....                     Bakıda 27 yaşlı oğlan qardaşını bıçaqlayıb .....                     BŞTİ valideynlərin müraciətinə baxmır? .....                     Ölkədəki hotellər nə qədər gəlir qazanır? .....                     Paşinyanın sonu yaxşı olmayacaq .....                     Rusiya təyyarəsini kim və niyə vurdu? .....                     Yəmən xalqı aclıqdan ağac yarpağı yeyir .....                     ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? .....                     “Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib” .....                     Gənc nazir "Azərsun" şefinə necə qol-qanad verdi... .....                     5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... .....                 

Köçəryanın siyasətə qayıdışı: Ermənistana nə vəd edir? - TƏHLİL
Tarix: 20-08-2018, 09:18 | Çap et
Köçəryanın siyasətə qayıdışı: Ermənistana nə vəd edir?
Ermənistanın eks-prezidenti, ötən həftəsonu barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilən Robert Köçəryan ona yaxın “Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib.

İstintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandıran Nikol Paşinyan hökumətini siyasi təqiblərdə günahlandırıb. Robert Köçəryan bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür.

“Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?” deyə o, bildirib. Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.

“Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi, dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”-Köçəryan deyib. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə, 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı, bu da ölkənin aqressivliyini, qonşuların işlərinə qarışmaq səylərini məhdudlaşdırırdı.

“Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq, görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır”.

Xatırladaq ki, Rusiyanın N.Paşinyanı hakimiyyətdən devirmək üçün Robert Köçəryanı yenidən böyük siyasətə qaytarmaq planı barədə məlumatlar hələ iyul ayında aşkara çıxmışdı. “Məxməri inqilab”dan sonra Köçəryan-Sarkisyan klanının başsız qalması Rusiyanın Ermənistandakı maraqlarını zərbə altında qoyub. Nikol Paşinyanın Qərb dairələri ilə münasibətlərinin getdikcə dərinləşməsi Rusiyanı yaranmış vəziyyəti dəyişmək üçün Qarabağdakı separatçı qüvvələri, ordunu və siyasi istiblişmenti Paşinyana qarşı çevirə biləcək fiqur axtarışına çıxarıb. Təbii ki, Rusiya bu mənada Ermənistan cəmiyyətinin Paşinyanla müqayisədə üstünlük verə biləcəyi yeni lider tapa bilmir.
Ancaq Moskva Sarkisyanla müqayisədə daha təcrübəli və güclü görünən R.Köçəryanın üzərində dayanmağa üstünlük verdi. Əks təqdirdə, qarşıdan gələn növbədənkənar seçkilərdə Paşinyan yenidən qalib gələrsə, hakimiyyətini tam möhkəmlətmək imkanı əldə edəcək. Bu isə Paşinyana Qərbin dəstəyini qazanmaq üçün legitimlik imkanı yarada bilər. Sözügedən təhlükənin qarşısını almaq üçün Rusiyanın hərəkətə keçərək Paşinyan hökumətini devirmək planları üzərində işlədiyi görünür. Kreml Robert Köçəryanı təkrar hakimiyyətə qaytarmağı daha münasib variant hesab edir. Çünki Rusiyanın maraqları R.Köçəryanın hakimiyyəti illərində Ermənistanda möhkəm şəkildə təmin olunub. Çox güman ki, R.Köçəryanın həbsinin əsas səbəbi də Paşinyan hökumətinin məhz bu informasiyanı alması ilə bağlı olub.

Ancaq eks-prezident böyük siyasətə qayıtmaqda israrlı görünür. Onun kassasiya şikayəti əsasında yenidən həbs olunacağı ehtimalı yüksək olaraq qalır. Artıq Baş Prokurorluq Kassasiya Məhkəməsinə müraciət ediləcəyini açıqlayıb. Buna baxmayaraq, R.Köçəryan böyük siyasətə qayıtdığını bəyan etməklə hakimiyyətə gəlmək iddiasını açıq ortaya qoyur. Şübhəsiz ki, R.Koçəryanın Ermənistan daxilində ciddi elektoratı qalmadığından o, məqsədinə çatmaq üçün əsasən iki güc amilinə güvənir. Birincisi, Rusiyadan ala biləcəyi xarici dəstəkdir. İkinci, prezidentin müsahibəsində “Rusiya ilə belə danışmaq olmaz”-deyə Paşinyan hökumətini ittiham etməsi onun Moskvaya arxalandığını bir daha nümayiş etdirir: “Ermənistanın yeni şəraitə uyğunlaşmalı olduğunu dünyaya bəyan etmək nə deməkdir? Rusiya buna uyğunlaşmalıdır, nə deməkdir? Bu hökumət real təhlükələri, geosiyasi vəziyyəti təsəvvür etmir. Bir bəyanatı verir, ancaq əməldə biz başqa addımlar görürük. Belə məsələlərlə zarafat etmək olmaz. Rusiya ilə belə belə danışmaq olmaz”-Köçəryan belə deyib. Robert Köçəryanın arxalandığı, daha doğrusu, onun hakimiyyətə gedən yolunu aça biləcək ikinci qüvvə Ermənistan Respublika Partiyasıdır.

“Məxməri inqilab” zamanı parlamentdə 56 mandata malik olan Sarkisyan tərəfdarlarının bir qrupu istefa verdiyindən indi onların sayı 45-ə enib. Lakin “Daşnaksütyun” fraksiyasının son günlər Robert Köçəryanın həbsini pisləyən bəyanatları və ona siyasi dəstək verməsi Paşinyanı istefaya göndərmək üçün itirilmiş deputat sayını yenidən digər deputatların hesabına bərpa etmək planlarından xəbər verir. Bu siyasi sifarişlərin isə Moskvadan gəldiyini görmək o qədər də çətin deyil. Hadisələrin bu cür gedişi isə “Robert Köçəryanın böyük siyasətə qayıtması Ermənistana nə vəd edir” sualını gündəmə gətirir.

Hazırda Ermənistanda siyasi qarşıdurma mühiti dərin olduğundan R.Köçəryanın “məxməri inqilab”ın liderini Rusiyanın dəstəyi ilə devirmək cəhdi ölkədə kövrək olan sabitliyin yenidən pozulmasına gətirib çıxara bilər. Hökumət bu təhlükənin qarşısını almaq üçün malik olduğu inzibati, təhlükəsizlik və hərbi strukturların imkanlarından istifadə etməyə çalışacaq.

Eyni zamanda, Rusiyanın Ermənistandakı hərbi bazası, ordu daxilindəki müəyyən qüvvələr və Dağlıq Qarabağdakı silahlı dəstələr Köçəryana yardım edə bilər. Eks-prezidentin özünə əminliklə danışmasının əsas səbəbi də yəqin ki, bununla bağlıdır. Üstəlik, böyük maliyyə imkanlarına malik Köçəryana yəqin ki, Rusiya da əlavə maddi dəstəyini əsirgəməyəcək. Eyni zamanda, Qərbdəki erməni lobbisi, Soros Fondu başda olmaqla ABŞ-ın bir sıra siyasi dairələri də Paşinyana maliyyə dəstəyi nümayiş etdirir. Nikol Paşinyan siyasətdə təcrübəsiz olsa da, Qərbin güclü dəstəyinə malikdir. Bu baxımdan, Ermənistandakı hakimiyyət dəyişikliyi ilk növbədə geosiyasi və geostrateji məsələdir. Yəni qeyd edilən regional faktorları da bura əlavə etsək, Köçəryanın böyük siyasətə qayıdışı və hakimiyyət uğrunda mübarizəyə başlaması Ermənistanı dərin bir siyasi böhrana yuvarlaya bilər. Böyük siyasi, maddi kapitala və hərbi resurslara sahib olan qüvvələrin qarşıdurması Ermənistan üçün yaxşı gələcək vəd etmir.

İkincisi, Köçəryanın siyasətə dönüşü Ermənistan-Azərbaycan münaqişəsinin həllinə münasibətdə mühafizəkarların mövqeyini xeyli gücləndirə bilər. Serj Sarkisyan başda olmaqla hərbi xuntanın devrilməsi Rusiyanın geosiyasi mövqelərinin zəifləməsi hesabına Dağlıq Qarabağ probleminin həllinə ümidləri artırmışdı. Köçəryan-Sarkisyan klanının sıradan çıxarılması, vaxtilə hakimiyyətdə təmsil olunan hərbçilərin həbsi təbii ki, Azərbaycanın maraqlarına cavab verən şərtlərdir.

Nikol Paşinyanın hazırda verdiyi kəskin bəyanatlar isə daha çox seçkiqabağı daxili ictimai rəyə hesablanıb. Seçkidən sonra baş nazirin Dağlıq Qarabağ probleminin nizamlanmasında indiki mövqedən çıxış edəcəyini söyləmək çətindir. Lakin Köçəryanın böyük siyasətə qayıdışı Ermənistan hökumətini mühafizəkar müxalifət qarşısında öz mövqeyini möhkəmlətmək üçün Dağlıq Qarabağ məsələsində daha radikal addımlar atmağa vadar edə bilər.
Əgər Köçəryan Paşinyanın siyasi səriştəsizliyindən istifadə edib hakimiyyəti ələ ala bilsə, bu, münaqişənin həlli prosesinin 15-20 il əvvəlki vəziyyətə dönməsi deməkdir. Ona görə də Erməni Milli Konqresi R.Köçəryanı Ermənistan üçün ciddi təhlükə hesab edir. “Əgər Robert Köçəryan Konstitusiyanın açıq şəkildə pozulmasına görə məhkum edilməzsə, biz heç vaxt bir hüquqi dövlət olmayacağıq” - EMK-in sədr müavini Levon Zurabyan “Azadlıq” radiosunun İrəvan bürosuna müsahibəsində belə deyib. Zurabyan bildirib ki, 2008-ci il 1 mart hadisələrinə görə Köçəryanın ittiham edilməsi Ermənistanın gələcəyini, siyasi elitanın, idarəçiliyin gələcək dərslərini yaratmaq məsələsidir. “Mən inanıram ki, Robert Köçəryan 1999-cu il oktyabrın 27-də bu cinayətlərdən (parlamentin gülləbaran edilməsindən) sonra siyasətçi olmağı dayandırdı və Ermənistanda korrupsiyalaşmış, Levon Ter-Petrosyanın dediyi kimi, başında dayandığı quldurluq sistemini yaratdı.

O, həmin vaxt siyasətçi olmağı dayandırdı və özünün varlanmağı üçün dövlətin imkanlarından istifadə etdi. İndi onu şəxsi azadlığı, təhlükəsizliyi və var-dövlətini qorumaq maraqlandırır. O, siyasətə yalnız bu məqsədlə qayıda bilər. O, dövlət təfəkkürünə malik deyil. Xatırladaq ki, o, Ermənistan Respublikasında saxta bir arayışla prezident seçkilərində iştirak etmək imkanı qazanıb. On illik vətəndaşlığı olmadığı halda, o saxta arayış əldə edib. Mən bunu nəyə görə deyirəm? Konstitusiyaya hörmətsizliyin başında əvvəldən Robert Koçəryanın dayandığını göstərmək üçün”-Levon Zurabyan belə deyib.
Cebhe.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubl günbəgün bahalaşır
Bu gün, 18:16
Cəbhədə erməni hərbçi öldü
Bu gün, 18:14
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı sərəncam imzalayıb
Bu gün, 18:12
Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib - SƏRƏNCAM
Bu gün, 18:10
Prezident İlham Əliyev Mixail Şvıdkoyu təltif edib
Bu gün, 18:10
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
Bu gün, 18:04
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib - SƏRƏNCAM
Bu gün, 18:03
İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək
Bu gün, 18:01
Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM
Bu gün, 17:57
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı
Bu gün, 17:55
Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladı
Bu gün, 17:52
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Bu gün, 17:44
Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin - Ərdoğan
Bu gün, 17:43
"Özünü tanımayan "qaquş"lar deyir ki, Yetim Eyvazın oriyentasiya pozğunluğu olan oğlu"
Bu gün, 17:34
Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava - AÇIQLAMA
Bu gün, 17:30
“BTE formasında sintetik maddə çox olduğundan uşaq tərləyir”
Bu gün, 17:29
"Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" - Şuşanın icra başçısı
Bu gün, 17:27
Elmar Vəliyevin "sağ əli" qeybə çəkilib? - İTTİHAM
Bu gün, 17:25
Xaçmaz sakini göldə batıb
Bu gün, 17:19
Nəvaz Şərif və qızı həbsdən azad edildi
Bu gün, 17:13
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
Bu gün, 17:07
Hüquq-mühafizə orqanları direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı
Bu gün, 17:00
Prezident Aprel döyüşünü boş yerə xatırlatmadı - deputat
Bu gün, 16:54
ABŞ kürdlərə daha 250 TIR silah göndərib
Bu gün, 16:52
Akif Çovdarovun işində adı keçən şəxs azadlığa buraxıldı
Bu gün, 16:47
Mitinqlərdə göyərçin buraxan Nikol indi quş buraxır - Eldəniz Elgün yazır...
Bu gün, 16:28
Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib
Bu gün, 16:24
Tayson Daşkənddə lüks bina aldı
Bu gün, 16:19
Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? - TƏHLİL
Bu gün, 16:13
Ölkədə geyim ucuzlaşacaq - EKSPERT ŞƏRHİ
Bu gün, 16:11
Gəncədə 36 yaşlı kişi bıçaqlanıb
Bu gün, 16:09
Məhkəmədə bəraət aldı, ürəyi getdi
Bu gün, 16:08
"SOCAR-GPC" layihəsinin xərclərin smetası müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır
Bu gün, 16:06
Bakıda 27 yaşlı oğlan qardaşını bıçaqlayıb
Bu gün, 16:02
BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab
Bu gün, 15:55
Fədayə Laçının məhkəməsində "Qoca" ilə birgə həbs edilən məhbus dindirilib
Bu gün, 15:49
Ölkədəki hotellər nə qədər gəlir qazanır? - RƏSMİ CAVAB
Bu gün, 15:41
Paşinyanın sonu yaxşı olmayacaq - Koçaryan Uqo Çavezi misal çəkdi
Bu gün, 15:38
Rusiya təyyarəsini kim və niyə vurdu? – Sensasion şərh
Bu gün, 15:35
Yəmən xalqı aclıqdan ağac yarpağı yeyir - VİDEO
Bu gün, 15:32
ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? - TƏHLİL
Bu gün, 15:29
Anar “Təhminə və Zaur” serialından danışdı - “...xəbərim yoxdur”
Bu gün, 15:26
Oğlu faciəvi şəkildə ölən atanı vəkili aldatdı?
Bu gün, 15:20
“Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib” - Çingiz Qənizadə
Bu gün, 15:17
Gənc nazir "Azərsun" şefinə necə qol-qanad verdi... - İTTİHAM
Bu gün, 15:15
5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... – Korotçenko
Bu gün, 15:07
Azercell tələbələrə aylıq təqaüd verəcə
Bu gün, 14:57
"İşğalçılıq siyasəti Ermənistanı regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir"
Bu gün, 14:55
Daha bir evli qadını məşuqu şantaj edib
Bu gün, 14:52
Naira Türkiyə mediasında
Bu gün, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru