Prezident İlham Əliyev Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında .....                     Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına .....                     Ramil Şeydayev Rusiyada cərimələnib .....                     Prezident İlham Əliyev Lənkəranda yeni məktəb binasının tikintisinə .....                     Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb .....                     Ələt–Astara–İran dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisinə .....                     Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 9,2 milyon manat ayrılıb .....                     İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb .....                     Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq .....                     Suriya XİN-dən S-300 açıqlaması .....                     “Bakcell” mükafata layiq görülüb .....                     Donald Tramp Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib .....                     Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra .....                     Tovuzda çörək maşını aşıb, yaralılar var .....                     Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb .....                     Bakıda 58 yaşlı kişi nəvəsi yaşda gənci bıçaqladı .....                     Ermənistan Prezidenti Şuşaya gəlib .....                     Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu .....                     "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub" .....                     Kəlbəcər girovunun ailəsi BQXK-dan zəng gözləyir .....                     İranın 50 şəhərində müəllimlərin aksiyası başladı .....                     “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! .....                     Xüsusi təyinatlılar “Lotu Quli”nin yaxın adamını həbs etdi .....                     Sabah dolar neçəyə olacaq? .....                     Tovuzda 55 yaşlı kişi "laqonda" ilə barmaqlarını doğradı .....                     Böyük Britaniyada 10 nazir istefa verə bilər .....                     ABŞ-a müqavimət göstərməsək, “yeni hitlerlər” peyda olacaq .....                     İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI .....                     Bərdə sakini dostunu güllələyərək öldürüb .....                     “Modern Hospital”dakı hadisə ilə bağlı şok açıqlama: .....                     Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi .....                     Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi .....                     İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini .....                     Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər .....                     Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə .....                     “Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir? .....                     İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir .....                     Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib .....                     Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru .....                     Bu da quzu başı sığallamaq deyil ki... .....                 

Lənkəranda FACİƏVİ DURUM - GİLEY
Tarix: 10-08-2018, 15:41 | Çap et
Lənkəranda FACİƏVİ DURUM
Teref.info olaraq poçtumuza daxil olan şikayət məktubunu sizə təqdim edirik. Şikayətçi yazır:
Spravka varsa, uşaq da var

Bəzi cəhətlərinə görə Lənkəran şəhərini Venesiya, yaxud Paris kimi şəhərlərlə müqayisə etmək olar. Məsələn, Venesiyada da üstüaçıq kanallar var, amma bir fərq ilə ki, orada təmiz sular axır, burada isə çirkab suları. Parisə gəlincə, o öz ətirləri ilə bütün dünyada məşhurdur, Lənkəran isə kanalizasiyasından gələn üfunət iyi ilə...
Ötən əsrin 60-70-ci illərində çəkilmiş açıq kanalizasiya sistemi başdan-ayağa rüsvayçılıq içərisindədir. Xüsusən yay aylarında bu kanallardan gələn üfunət baş çatladır. Çirkab su bəzi evlərin həyətlərində belə üzə çıxdığından, sakinlər qonaq qəbul etməyə utanırlar. Əgər əvvəllər Lənkəran illik yağıntının miqdarına görə birinci yerdə gedirdisə, indi bura illik ağcaqanad, siçan, siçovul və digər ziyanverici miqdarı əlavə olunub.
Üç il əvvəl Bakının Binəqədi rayonunun hansısa küçəsində buna bənzər problem baş qaldırmışdı. Amma əslən Naxçıvandan olan sakinlərin şikayətindən sonra tez də həll olundu. Lənkəranda isə bu problem on illərdir ki, davam edir və nə vaxt həll olunacağını bir allah bilir.
Sonuncu dövlət proqramı çərçivəsində qəbul edilmiş Tədbirlər Planının 4.2.6.72-ci bəndində tədbirin adı "Lənkəran şəhərinin kanalizasiya sisteminin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi", müddəti 2014-2017-ci illər, icraçısı isə "Azərsu" ASC göstərilir. Əgər söhbət işlərin davam etdirilməsindən gedirsə, deməli işlərə faktiki olaraq başlanılıb, sadəcə onları davam etdirmək lazım imiş. "Uşaqlığın son gecəsi" filmində Davud demişkən, spravka varsa, deməli uşaq da var!
Məsələ burasındadır ki, əvvəlki dövlət proqramlarında da bu məsələyə toxunulmuşdu. Məsələn, regionların sosial-iqtisadi inkişafı üzrə birinci Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində qəbul edilmiş Tədbirlərin 3.2.4.51-ci bəndində birmənalı şəkildə göstərilir ki, 2004-cü ildən 2007-ci ilədək olan dövrdə Lənkəran şəhərində digər tədbirlərlə yanaşı kanalizasiya sisteminin yenidən qurulması işlərini bir neçə dövlət qurumu ilə birlikdə yerli icra hakimiyyəti və bələdiyyə orqanları həyata keçirməlidir.
Bir il sonra, yəni 2005-ci il sentyabrın 9-da dövlət başçısının iştirakı ilə Lənkəran şəhərində keçirilən zona müşavirəsindən sonra, 1001 saylı ayrıca prezident sərəncamı ilə yuxarıdakı Dövlət Proqramı çərçivəsində regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilir və Planın 2.2-ci bəndinə əsasən 2005-2006-cı illərdə Lənkəran şəhərinin içməli su təchizatı və kanalizasiya sistemində yenidənqurma və genişləndirmə işlərinin aparılması "Azərsu" ASC-yə və rayon icra hakimiyyətinə həvalə olunur.
Maraqlıdır ki, birinci dövlət proqramı çərçivəsində qəbul edilmiş Tədbirlərin 3.2.4.51-ci bəndi ilə bu məsələ gündəmdə ola-ola, ayrıca 1001 saylı sərəncamı verməyə nə ehtiyac vardı?
Bundan əlavə, hətta bu sərəncamın qüvvəyə minməsindən sonra belə nəzərdə tutulmuş müddətdə problem həll olunmadı və bunu biz növbəti, sayca ikinci dövlət proqramından da (2009-2013-cü illər) görə bilərik. Belə ki, həmin proqram çərçivəsində qəbul edilmiş Tədbirlər Planının 4.3.6.61-ci bəndində sözügedən problemin həlli bu dəfə yalnız “Azərsu” ASC-yə tapşırılır. Görünür, hökumət büdcə vəsaitini ya talayan, ya da işin öhdəsindən gələ bilməyən Lənkəran şəhər icra hakimiyyətinə daha etibar etməmiş və tapşırığın icrasını başqa bir quruma həvalə etmişdir. Burada “Azərsu” ASC-yə açıq-aydın tapşırılır ki, 2009-2010-cu illərdə Lənkəran şəhərinin su təchizatını və kanalizasiya sistemini yenidən qursun. Beləliklə, dövlət özü də etiraf edir ki, ötən 4 illik müddətdə Lənkəranda (su təchizatı istisna olmaqla) kanalizasiya sistemində heç bir yenidənqurma işi aparılmayıb. Halbuki, birinci dövlət proqramı çərçivəsində görülmüş işlərin yekun hesabatına görə ötən müddətdə regionlarda ümumi uzunluğu 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilib, yaxud İqtisadiyyat naziri Ş.Mustafayevin açıqlamasına görə tək 2017-ci ildə regionlarda 383 km kanalizasiya xətti çəkilmişdir. Əgər belədirsə, bu 1,2 min kilometrin, yaxud 383 kilometrin neçə kilometri görəsən Lənkəran şəhərinin payına düşür? Real vəziyyətə baxsaq, belə çıxır ki, 0 km. Bəs bu işlərə ayrılmış büdcə vəsaiti hara uçdu? Yəqin ki bunu bir allah bilir, bir də Hesablama Palatası.
Hələ 5 il əvvəl, 2013-cü ildə prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak edərkən ona belə bir məlumat verildi ki, layihə üzrə inşası planlaşdırılan 197 kilometr uzunluğunda kanalizasiya xətlərinin 20 kilometrlik hissəsi artıq çəkilib (?) və guya 9,4 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun inşası davam etdirilir. Şəhərdə toplanan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr olacaq təmizləyici qurğuya ötürüləcəkmiş. Prezidentin rəsmi internet səhifəsində şəhərdə cəmi 28 kilometr kanalizasiya xəttinin mövcud olması, qalan ərazilərin tullantı sularının açıq kanallarla təmizlənmədən dənizə axıdılması felin keçmiş zaman formasında ifadə olunmuşdu. Sonra diqqətə çatdırılır ki, bu problemlərin həlli məqsədilə dövlət başçısının göstərişinə əsasən Lənkəran şəhəri, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 82 min sakininin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması 2035-ci ilədək perspektiv inkişafa hesablanmışdır. İcrasına 2011-ci ilin oktyabrında başlanılmış və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən bu layihə 2014-cü ildə başa çatdırılacaqdı (bax, mənbə: https://president.az/articles/9225/print), amma çatdırılmadı. Reallıq göz qabağındadır, o ki qala 2035-ci ilədək olan perspektiv inkişaf məsələlərinin həlli ola.

Qabağımıza kötük dığırlayanlar

Təəssüf ki, araşdırmamızla bağlı bu kimi məsələlərə aydınlıq gətirmək üçün informasiya sorğusu ilə müraciət etdiyimiz əksər müvafiq təşkilatlardan cavablar ya qanunvericiliklə nəzərdə tutulmuş müddətdən üç-dörd dəfə gec gəlir, ya da heç ümumiyyətlə gəlmir. Çox vaxt verilən cavablarda sorğu edilən məsələlərin üzərindən keçir, ya da qəsdən hədəfdən yayınırlar. Şifahi sorğularda da vəziyyət təxminən bu cürdür. Bəziləri "bu sizin nəyinizə lazımdır, niyə maraqlanırsınız" kimi atmaca suallarla qabağımıza kötük dığırlamağa çalışırlar, ancaq belələrinə xatırlatmaq istərdik ki, "İnformasiya əldə etmək haqqında" Qanunun 15.5-ci maddəsinə görə, sorğuçu ... informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. Ona görə də allaha təvəkkül deyib, internet resurslarından əldə etdiyimiz analoji faktları tutuşduraraq məntiqi nəticə çıxarmağa məcburuq. Necə deyərlər, faktları tərəziyə qoyub, üz tuturuq məmurların qapısına və pişikdirsə ət hanı, ətdirsə pişik hanı, - deyə sual edirik. Məsələn, İqtisadiyyat naziri Ş.Mustafayev üçüncü dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bildirib ki, bu müddətdə Azərbaycanda regionların inkişafına 4,5 mlrd. manat vəsait ayrılıb. Amma bu vəsaitin konkret olaraq Lənkəran rayonu üzrə təyinatı və smeta dəyəri haqqında məlumatı istəyəndə susurlar. Yaxud, Lənkəranın icra başçısının sözlərinə görə, ötən il rayonda turizmin inkişafına 25,1 milyon manat investisiya qoyulub. Əgər söhbət rayonun Haftoni qəsəbəsindəki köhnə "İstisu" sanatoriyasının yenidən qurulması layihəsindən gedirsə, bu investisiyanın kim tərəfindən – illik Dövlət Büdcəsindənmi, Prezidentin Ehtiyat Fondundanmı, "acından ölən" Həmkarlar İttifaqları Konfederasiyası tərəfindənmi, yoxsa "PAŞA Holding" şirkətlər qrupu tərəfindənmi qoyulduğu açıqlanmır.

Hansı daha vacibdir – su, yoxsa kanalizasiya?

Qayıdaq kanalizasiya məsələsinə. Yuxarıda qeyd edildiyi kimi, “Azərsu” Lənkəran şəhərinə su çəkməyinə çəkdi, amma çifayda ki, kanalizasiya sistemi elə əvvəlki kimi bərbad vəziyyətdə qaldı. Sakinlər su xəttindənsə, kanalizasiya xəttinin çəkilməsinə daha çox önəm verirdilər. Çünki Lənkəran heç vaxt içməli su sarıdan korluq çəkməyib. Burada qazılan quyular hər 4-5 metrdən öz sahibini kifayət qədər şirin su ilə təmin edir. Amma evlərin sıxlığını nəzərə alsaq, su quyuları ilə çirkab quyuları arasında məsafələr get-gedə daralır ki, bu da antisanitariya vəziyyəti yaradır və gələcəkdə hətta kütləvi epidemiyaya və dizenteriyanın yayılmasına gətirib çıxara bilər. Ona görə də Lənkəranda su xətləri çəkməzdən əvvəl, kanalizasiya xətti çəkilməli idi, amma çəkilmədi.
Nəhayət, 2017-ci ildə kanalizasiya məsələsinə bir daha qayıdılaraq, 3312 nömrəli prezident sərəncamı qəbul olunur. Sərəncamda qeyd edilir ki, ... dövlət proqramları çərçivəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun yenidən qurulmuş, bu sahədə mühüm işlər görülmüşdür. Amma göstərilməyib ki, Lənkəran şəhəri üzrə bu "mühüm işlər" sırasında kanalizasiya sisteminin yenidən qurulması arxa planda qalıb. Sərəncamda daha sonra qeyd olunur ki, həmin tədbirlərin davamı olaraq, Lənkəran şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsində diametri 110 mm, uzunluğu 11 km olan paylayıcı su şəbəkəsinin, habelə görülmüş işlər nəticəsində sökülmüş 13000 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb və bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə növbəti dəfə 2,1 milyon manat vəsait köçürülür. Amma “Azərsu” bu vəsaitin kanalizasiya sisteminə sərf olunacaq hissəsini nə etdi, kiminlə bölüşdü, məlum olmadı.
Deyilənə görə, Lənkəran şəhərində evlər plansız tikilib, ona görə yeni kanalizasiya xətləri çəkmək mümkün olmayıb. Amma bu arqument inandırıcı görünmür, çünki şəhərsalma tarixində belə hallar çox olub, amma mühəndislər bu işlərin öhdəsindən həmişə gəliblər. Görünür icra başçılarının və ya hansısa səhmdar cəmiyyətlərin iştahası diş altında olub həmişə.
Əlbəttə, gərək mümkün olmasın ki, dəyəri 150 min manatı aşan bahalı avtomobil, yay məzuniyyətini xaricdə keçirmək üçün 16.500 manata avabilet, yaxud Çexiyanın Karlovo-Vara kimi kurort şəhərində özünə dəbdəbəli villa ala biləsən (mənbə: https://haqqin.az/news/57485).

Dövlətmi xalqı aldadır, məmurmu dövləti?

Amerikalıların belə bir devizi var: əgər mən yaxşı yaşayıramsa, deməli mənim prezidentim də yaxşıdır. Çox sadə bir məntiqdir, elə deyilmi? Niyə də biz bu məntiqdən çıxış etməyək? İnanmaq istərdik ki, dövlət başçısı həqiqətən regionların inkişafı üçün nə lazımsa edir və nə qədər vəsait lazımsa ayırır. Amma unutmaq olmaz ki, onunla xalq arasında bir vəsilə var – məmur vəsiləsi (buna məmur tayfası da demək olar). Azərbaycanlı məmurların bahalı avtomobillər, yaxud xaricdə villa almalarına gəlincə, nəzəri cəhətdən düşünmək olar ki, bu məmurların yaxın qohumları, yaxud müvəkkil şəxslər vasitəsilə özləri məşğul olduqları sahib





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb
Dünən, 18:31
Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb
Dünən, 18:24
Ramil Şeydayev Rusiyada cərimələnib
Dünən, 18:17
Prezident İlham Əliyev Lənkəranda yeni məktəb binasının tikintisinə 2 milyon manat ayırıb
Dünən, 18:16
Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb - SƏRƏNCAM
Dünən, 18:14
Ələt–Astara–İran dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisinə 3 milyon manat ayrılıb
Dünən, 18:13
Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 9,2 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 18:10
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb
Dünən, 18:09
Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq
Dünən, 18:06
Suriya XİN-dən S-300 açıqlaması
Dünən, 18:01
“Bakcell” mükafata layiq görülüb
Dünən, 17:58
Donald Tramp Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib
Dünən, 17:53
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
Dünən, 17:52
Tovuzda çörək maşını aşıb, yaralılar var
Dünən, 17:47
Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb
Dünən, 17:47
Bakıda 58 yaşlı kişi nəvəsi yaşda gənci bıçaqladı
Dünən, 17:45
Ermənistan Prezidenti Şuşaya gəlib
Dünən, 17:43
“Özümdən zəif kişi ilə ailə həyatı qura bilmərəm” - Səidə Sultan
Dünən, 17:41
Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir
Dünən, 17:40
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub"
Dünən, 17:28
Kəlbəcər girovunun ailəsi BQXK-dan zəng gözləyir
Dünən, 17:24
İranın 50 şəhərində müəllimlərin aksiyası başladı - FOTO
Dünən, 17:22
"İstəyir yanımda milyard qız olsun, yenə xeyri yoxdu" - Manaf Ağayev
Dünən, 17:17
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
Dünən, 17:13
Xüsusi təyinatlılar “Lotu Quli”nin yaxın adamını həbs etdi - VİDEO
Dünən, 17:11
Sabah dolar neçəyə olacaq?
Dünən, 17:09
Tovuzda 55 yaşlı kişi "laqonda" ilə barmaqlarını doğradı
Dünən, 17:05
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Dünən, 16:56
ABŞ-a müqavimət göstərməsək, “yeni hitlerlər” peyda olacaq
Dünən, 16:54
İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI
Dünən, 16:49
Bərdə sakini dostunu güllələyərək öldürüb - YENİLƏNİB
Dünən, 16:47
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dünən, 16:44
Azərbaycanda ilk dəfə canlı yayımda uşaq dünyaya gəldi
Dünən, 16:42
“Modern Hospital”dakı hadisə ilə bağlı şok açıqlama: -“Bizdən pul istədi və…”
Dünən, 16:35
Mətanət İsgəndərli canlı yayımda ögey oğluyla görüşdü - VİDEO
Dünən, 16:34
Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi - səhhətində ciddi problemlər yaranıb
Dünən, 16:30
Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
Dünən, 16:27
İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Dünən, 16:21
Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər
Dünən, 16:18
Türkiyə prokurorluğundan Arda Turanın həbs olunması istənilib
Dünən, 16:17
Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub
Dünən, 16:14
“Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir? - “Satış perspektivi sıfıra yaxındır”
Dünən, 16:07
İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir - 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılıb
Dünən, 16:01
"Tacirlə Vidadi Bərdəlidən görüb götürmüşəm" - Manaf Ağayevdən etiraf
Dünən, 15:59
Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib
Dünən, 15:55
Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru - DOSYE
Dünən, 15:53
Bu da quzu başı sığallamaq deyil ki... - KTN-nin gənc şefinin menyüsünə...
Dünən, 15:51
“Bu nə danışıqdır ay başınıza dönüm?” - Elza Seyidcahan
Dünən, 15:49
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir - Yeyinti ittihamı
Dünən, 15:45
Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: - “Heç kimə güzəşt olmayacaq”
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru