Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi .....                     Yeni ildə restoran seçimi .....                     Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir .....                     Balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı beynəlxalq mütəxəssislərlə birgə seminar keçirilib .....                     AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib .....                     "Ənənəvi səbəb göstərirlər ki, Prezident bu işlərlə məşğul olur, əlavə dəstəyə ehtiyac yoxdu" .....                     “Time” jurnalı Camal Qaşıqçını ilin adamı elan edib .....                     Paşinyan hər nə qədər legitimliyini qəbul etdirməyə çalışsa da, əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq .....                     “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı .....                     Suraxanıda Ulu Öndər Heydər Əliyevi Anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib .....                     Rusiyadan gərginliyi artıracaq addım: .....                     “Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi .....                     Sabah dollar neçəyə olacaq? .....                     Nikolu təbrik edən yoxdur: .....                     Milli Məclisin komitələrinin səlahiyyəti artırılır .....                     Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı .....                     Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi .....                     Ermənistanda rusiyalı hərbçi qətl törətməkdə şübhəli bilinir .....                     Vasif Talıbovun sabiq müavini dünyasını dəyişdi .....                     Qaydaları pozan sürücülər saxlanıldı .....                     “Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır” .....                     “Mister və Miss kids” yarışmasının final gecəsi keçiriləcək .....                     Ramil Usubov Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib .....                     Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq edib .....                     Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb .....                     “Biz kiminsə təsiri altında deyilik” .....                     Göygöldə məmur özbaşınalığı .....                     Bakı şəhər prokurorluğunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib .....                     Prokuror Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə cəza istəyib .....                     Rektorların 5 illik təyinatı .....                     Həmkəndlisinə qarşı soyğunçuluq edən şəxs saxlanıldı .....                     Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi .....                     Bakıda bu şirkət işləmək istəyən gəncdən pul alıb, xaricə göndərdi .....                     Avropa Liqasının Bakıda keçiriləcək final matçının biletlərinin qiymətləri və satışa çıxarılacağı tarix açıqlanıb .....                     “Araz Əlizadə məndən deputat seçkiləri üçün 1 milyon pul istəyib” .....                     "Hürriyet" Aygündən yazdı .....                     Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları antisanitar şəraitdə hisə verilərək hazırlanan balıq və digər məhsulların satışı ilə məşğul olan şəxsləri ifşa ediblər .....                     “Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir .....                     Ərinin balkondan atdığı qadın nazir qohumudur .....                     Jurnalistin atasını öldürən sürücünün qohumu məhkəmədə yalan danışdı .....                 

Kreml Paşinyanla haqq-hesabı payıza saxlayıb? – Bakı üçün unikal şans
Tarix: 10-08-2018, 09:09 | Çap et
Kreml Paşinyanla haqq-hesabı payıza saxlayıb?
Nikol Paşinyanın baş nazirliyinin 100-cü günü yaxınlaşır. Xəbər verdiyimiz kimi, həmin günlə bağlı o, avqustun 17-də xalqı yenidən baş meydana çağırıb. Heç bir şübhə yoxdur ki, bununla Paşinyan ən əvvəl Rusiyaya “güc nümayişi” niyyəti güdür - o Rusiya ki, Ermənistanla münasibətləri məhz Nikol Paşinyan dönəmində xeyli qəlizləşib. Paşinyan hətta Kremlin qoyduğu “qırmızı xətti” keçərək, onun adamlarını sıxışdırmağa başlayıb.

Bundan əlavə, yeni hökumət, milli təhlükəsizlik sahəsi də daxil, tamamən Qərbə maddi və mənəvi tellərlə bağlı kadrlardan qurulub ki, bu da Kremldə əməlli-başlı qəzəb doğurub. Nəhayət, ötən ay Paşinyan Putinin layihəsi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - “Rus NATO-su”) baş katibi, Moskvaya sadiq adamlardan olan Yuri Xaçaturova qarşı cinayət işi qaldırmaqla, eks-prezident Robert Köçəryanı isə həbsə atdırmaqla bir daha Moskvaya meydan oxuyub.

Düzdür, az sonra Rusiyanın qəzəbini görən erməni hökuməti Xaçaturovun Moskvaya dönməsinə izn verib, ancaq artıq “cin şüşədən çıxıb”. Rəsmi Moskva onunla razılaşdırılmadan atılan bu addımı özünə qarşı təhqir və özfəaliyyət kimi qiymətləndirib. Ardınca Kremlə yaxın çevrələrdən ilkin preventiv addımlar kimi baş katib postunun başqa bir üzv ölkəyə verilməsi, Ermənistana silah satışının dondurulması, hətta satılan təbii qazı bahalaşdırmaq təklifləri səslənib. Nəticə olmazsa, yəqin davamı daha sərt gələcək.

*****

Preventiv addımlardan söz düşmüşkən, məlumdur ki, Moskva zamanında Ermənistandakı “məxməri inqilab”a heç bir müdaxilə eləməyib. O zaman Kremldən bununla bağlı hər hansı sərt açıqlamanın belə şahidi olmadıq. Yalnız Putinin mətbuat katibi Dmitri Peskovun dilindən “Baş verənlər Ermənistanın daxili işlidir” kimi şablon mövqe ortaya qoyuldu. Halbuki Rusiya liderinin “arxa bağça” saydığı “Yaxın xaric” ölkələrində, postsovet məkanında “narıncı inqilab”lara allergiyası çoxdan məlumdur. Ukraynada yaşananlar buna sübutdur.

Ola bilsin, buna görə Moskva indi peşmandır. Hər halda, Rusiya Ermənistandakı inqilabı “bələkdə” də boğa bilərdi. Görünür, Kreml ölkədəki ictimai narazılığı nəzərə alıb və Paşinyanla haqq-hesabı daha məqbul zamana - sonraya saxlayıb. Yəni onun “islahatların” daşa dirənəcəyi və kütlənin Paşinyandan məyus olmağa başlayacağı günü gözləyir. Həmin günü Rusiya yaxınlaşdıra bilər. Məsələn, Ermənistana satılan qazı bahalaşdırmaqla.

Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə görə isə Paşinyanın “qara günləri” məhz payızda başlaya bilər. “Nikol Paşinyan Rusiya prezidenti Putini razı salmağa çalışır, ancaq bu, asan deyil. Qorxuram ki, Putin belə asanlıqla Ermənistanı buraxmayacaq. Düşünürəm ki, payızda Paşinyana qarşı etiraz dalğası olacaq. Onun nələri bəyənmədiyi isə məlumdur. Paşinyan onu razı salmağa çalışır. Ancaq bu, mümkün deyil”, - deyə Gürcüstandakı “qızılgül inqilabı”nın lideri Paşinyandan dolayı narahatlığını ifadə edib.

*****

Maraqlıdır ki, bu arada - avqustun 7-də Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng edib. Söhbətin təşəbbüskarının Nikol Paşinyan olduğu bildirilir. Faktı şərh edən politoloq Elxan Şahinoğlu telefon söhbətində iki mövzunun - ikitərəfli əməkdaşlıq və KTMT-nin fəaliyyətinin müzakirə olunduğunu güman edir.

Onun sözlərinə görə, Qazaxıstanla Ermənistan arasında elə güclü iqtisadi əməkdaşlıq mövcud deyil ki, Paşinyan bu məsələ üçün xüsusi olaraq Nazarbayevə zəng etsin: “Görünür, əsas mövzu KTMT ilə bağlıdır. Məsələ bundadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər KTMT-nin fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə işğalçı ölkəni dəstəkləməli, onu Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, növbədə Qazaxıstan da var. Qazaxıstan sözdə Ermənistanın müttəfiqi sayılsa da, əməldə Azərbaycanla əlaqələrdə maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hətta Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə prezident Nursultan Nazarbayev İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu eks-prezident Serj Sərkisyanın üzünə oxumuşdu”.

Nazarbayevin Azərbaycana qarşı mövqeyində dəyişikliyin olmadığını deyən Elxan Şahinoğluna görə, Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək: “Yəqin Paşinyanın bu telefon danışığından yeganə istəyi KTMT-nin yeni erməni baş katib təklifi ilə Astananı tanış etmək olub. Lakin onun bu məsələ ilə bağlı Astana ilə məsləhətləşməsi Moskvanın xoşuna gəlməyəcək. Çünki Moskva təşkilata ”arxa bağçası" kimi baxır. Onun Yuri Xaçaturovu baş katib vəzifəsindən geri çağırıb həbs etmək istəyi Moskvanın sərt etirazına səbəb olmuşdu. Paşinyan Nazarbayevə zəng edib bu məsələni Qazaxıstan prezidenti ilə müzakirə etməklə demək istəyir ki, Rusiya KTMT-nin tək sahibi deyil, başqalarının da rəyi nəzərə alınmalıdır. Bu gedişlə Paşinyan yaxın günlərdə Belarus prezidentinə də zəng edəcək".

*****

Ancaq çətin ki, bu zənglərin real səmərəsi olsun. Çünki KTMT-də əsas söz sahibi Rusiya, Putindir. Putin isə artıq Paşinyanı yaxşıca “dişinə vurub” və sanki ayılıb. O üzdən onun bundan sonra Nikol Paşinyanın ölkə daxilində ictimai reytinqinin artmasına gətirəcək heç bir uğuruna imkan verməyəcəyi dəqiqdir. Bütövlükdə üzü payıza Paşinyanı doğrudan da taleyüklü imtahan gözlədiyini söyləmək olar.

Əlavə edək ki, KTMT-də yalnız Rusiya Ermənistanın əsas və yeganə arxa-dayağı hesab edilir(di). Yerdə qalan digər 3 üzv dövlət, xüsusən də - Qazaxistan və Belarus işğalçı Ermənistandan çox Azərbaycana rəğbət bəsləyir, daha çox Azərbaycana müttəfiq münasibətdədir. Belarusdan Azərbaycana ermənilərin ciddi narahatlığına səbəb olmuş “Polonez” yeni nəsil zenit-raket komplekslərinin verilməsi bunun növbəti sübutudur.

Qısası, Moskvanın İrəvana qəzəbinin ardınca Ermənistan “Rus NATO-su”nda, faktiki, təklənmiş durumda olacaq. Bu isə Bakıya Qarabağda lokal hərbi əməliyyatlar aparmaq baxımından həqiqətən də unikal şans yarada bilər...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi - Qaradağda
Bu gün, 18:12
Yeni ildə restoran seçimi
Bu gün, 18:07
Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir - Akademik
Bu gün, 18:05
Balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı beynəlxalq mütəxəssislərlə birgə seminar keçirilib
Bu gün, 18:00
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib
Bu gün, 17:57
"Ənənəvi səbəb göstərirlər ki, Prezident bu işlərlə məşğul olur, əlavə dəstəyə ehtiyac yoxdu" - Akif Nağı
Bu gün, 17:53
“Time” jurnalı Camal Qaşıqçını ilin adamı elan edib
Bu gün, 17:46
Paşinyan hər nə qədər legitimliyini qəbul etdirməyə çalışsa da, əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq
Bu gün, 17:42
“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı
Bu gün, 17:38
Suraxanıda Ulu Öndər Heydər Əliyevi Anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib - FOTOLAR
Bu gün, 17:36
Rusiyadan gərginliyi artıracaq addım: - "S-400" yerləşdirdilər
Bu gün, 17:30
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi
Bu gün, 17:25
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:24
Nikolu təbrik edən yoxdur: - Kreml niyə susur?
Bu gün, 17:22
Milli Məclisin komitələrinin səlahiyyəti artırılır
Bu gün, 17:17
Qadın birlikdə yaşadığı sevgilisi ilə ərinin görüşünə gəldi - Xoşqədəmin verilişində ŞOK
Bu gün, 16:59
Bağça müəlliməsi uşaqların yanında söyüş söydü - VİDEO
Bu gün, 16:54
Azərbaycanın Ukraynadakı səfirliyində audit yoxlamaları başladı – Qanun pozuntuları var
Bu gün, 16:50
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
Bu gün, 16:45
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - VİDEO
Bu gün, 16:37
Ermənistanda rusiyalı hərbçi qətl törətməkdə şübhəli bilinir
Bu gün, 16:34
Vasif Talıbovun sabiq müavini dünyasını dəyişdi
Bu gün, 16:32
Qaydaları pozan sürücülər saxlanıldı
Bu gün, 16:30
“Ümummilli Lider Azərbaycanın çoxəsrlik salnaməsinin tarixi qəhrəmanıdır” - Ceyhun Məmmədov
Bu gün, 16:24
“Mister və Miss kids” yarışmasının final gecəsi keçiriləcək
Bu gün, 16:21
Ramil Usubov Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Bu gün, 16:17
Bu da Fatimənin hər kəsdən gizlətdiyi əri
Bu gün, 16:15
Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq edib
Bu gün, 16:11
Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb
Bu gün, 16:09
“Biz kiminsə təsiri altında deyilik” - Paşinyan sadəcə iddia edir
Bu gün, 16:07
Göygöldə məmur özbaşınalığı - İTTİHAM
Bu gün, 16:05
Bakı şəhər prokurorluğunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO
Bu gün, 15:59
Prokuror Bakıda qardaşı arvadının üzərinə benzin tökərək yandıran şəxsə cəza istəyib
Bu gün, 15:51
Rektorların 5 illik təyinatı - Kimlərə şamil ediləcək?
Bu gün, 15:49
Həmkəndlisinə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Bu gün, 15:46
Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə işıqlı gələcəyimizi şərtləndirdi - Siyavuş Novruzov
Bu gün, 15:37
Bakıda bu şirkət işləmək istəyən gəncdən pul alıb, xaricə göndərdi - Polşada küçələrdə qaldı (VİDEO)
Bu gün, 15:35
Firəngiz Mütəllimova da səhnədən getdi? - AÇIQLAMA
Bu gün, 15:28
Avropa Liqasının Bakıda keçiriləcək final matçının biletlərinin qiymətləri və satışa çıxarılacağı tarix açıqlanıb
Bu gün, 15:26
“Araz Əlizadə məndən deputat seçkiləri üçün 1 milyon pul istəyib” — Söyün Sadıxov
Bu gün, 15:22
"Hürriyet" Aygündən yazdı
Bu gün, 15:19
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları antisanitar şəraitdə hisə verilərək hazırlanan balıq və digər məhsulların satışı ilə məşğul olan şəxsləri ifşa ediblər
Bu gün, 15:18
“Nar” Azərbaycanda yaşıl enerji və aqrar texnologiyaların tətbiqini dəstəkləyir
Bu gün, 15:16
Ərinin balkondan atdığı qadın nazir qohumudur
Bu gün, 15:05
Jurnalistin atasını öldürən sürücünün qohumu məhkəmədə yalan danışdı
Bu gün, 15:00
Polis Akademiyasında elmi-praktik konfrans keçirilib
Bu gün, 14:59
Suraxanı rayonunda 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
Bu gün, 14:57
SOCAR bu il Ukraynanın Müdafiə Nazirliyinə 13 min ton reaktiv yanacaq tədarük edib
Bu gün, 14:54
YAP nümayəndələri Fəxri xiyabanda umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bu gün, 14:53
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
Bu gün, 13:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru