Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi .....                     Dollara tələb artır, Bakı nə etməlidir? .....                     İrəvanın Kremlə qarşı riskli taktikası: Qarabağı nə gözləyir? .....                     "Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək .....                     Azərbaycan neftinin qiyməti cüzi azalıb .....                     Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... .....                     Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü .....                     AYB sədrindən prezidentə şikayət olundu .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     7 şəhər və rayonda plastik qabların toplanması üçün 20 konteyner yerləşdirilib .....                     “Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar” .....                     Merkel Qafqazları “fəth” etməyə gəlir .....                     Qovlar internatının direktorundan daha bir şikayət: .....                     Bu gün dollar neçəyədir? .....                     “Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir .....                     Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir? .....                     “Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır” .....                     Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb .....                     Putin Paşinyanla müharibəyə başlayır .....                     ABŞ-da 2 iranlı casusluqda ittiham edilib .....                     İnam Kərimova olan inam itməkdədir... .....                     Hacıbala Abutalıbovun dövrü təftiş olunur... .....                     Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub .....                     Aygün Kazımova yeni duet üzərində çalışır .....                     Hədəfdə Elmar Məmmədyarovdur... .....                     Gəncədə Göygöl sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb .....                     Paytaxt küçələrinndə yeni texnika işləyəcək .....                     Azərbaycanda makulaturaya tələbat varmı? .....                     Tramp Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqlayıb .....                     Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb .....                     “Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq” .....                     "Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" .....                     Neft Daşlarında müşavirə keçirilib .....                     Xaçaturyan qızlarını zorlayıbmış .....                     Ermənistanın müdafiə naziri Rusiyaya gedib .....                     Azərbaycanda zərərlə işləyən banklar .....                     Putin və Merkel Suriya məsələsini müzakirə etdi .....                     Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: .....                     Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub .....                     Sabah dolar neçəyə olacaq? .....                 

Prezidentin Paris səfəri: Yeni mərhələ başlayır - TƏHLİL
Tarix: 23-07-2018, 12:29 | Çap et
Prezidentin Paris səfəri: Yeni mərhələ başlayır
Prezident İlham Əliyev fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə 19-20 iyul tarixlərində Parisdə səfərdə olub. Ölkə başçısı səfər zamanı Fransanın 11 şirkətinin nümayəndələri ilə əhəmiyyətli görüşlər keçirib. Bundan əlavə Azərbaycan və Fransa prezidentlərinin görüşü baş tutub.
Danışıqlarda ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Prezidentin Fransaya səfərini AzVision.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu bunun önəmli hadisə olduğunu deyib. Onun sözlərinə görə, səfər bir neçə səciyyəvi aspekti ilə Azərbaycan üçün önəmlidir:

“Əgər bunları sıralamağa çalışsaq, yəqin ki, hər şeydən əvvəl səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilər. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də Fransa ilə strateji münasibətlərimizin dərinliyi bu ölkənin bizim daha yaxın müttəfiqimiz olması anlamına gəlir. Azərbaycan bu həssas istiqamətdə daim xüsusi siyasi–diplomatik iş aparır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətta bəzi KİV-lər Fransanın Ermənistanı satması ilə bağlı müəyyən xəbərlər belə yaydılar”.

Azərbaycan öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir

H.Babaoğlu qeyd edib ki, ikinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir: “Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyi”nə daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-in 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz”.

Millət vəkili daha sonra səfərin iqtisadi əhəmiyyətindən söz açıb: “Əgər buraya Fransa iqtisadiyyatının ən modern texnologiyalar əsasında formalaşması amilini də əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə Fransanın aparıcı şirkətləri çox böyük maraq göstərdilər. Prezident İlham Əliyev Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Azərbaycan Prezidentinin səfərinə göstərilən yüksək diqqət ölkə rəhbərinin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Dövlət başçısının fransalı həmkarı ilə şəxsi münasibətlərinin yaxınlaşması baxımından da bu səfər əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividendlər qazandıracaq”.

Fransanın Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biri olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, rəsmi Parisin Avropa İttifaqı çərçivəsində söz sahibi olması amili nəzərə alınsa, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik: “Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb və İttifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir”.

Millət vəkili Elman Nəsirov isə hesab edir ki, prezident İlham Əliyevin Fransaya səfəri ölkələr arasında ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. Onun sözlərinə görə, həm siyasi dialoqun, həm ticari-iqtisadi münasibətlərin inkişafı, həm də humanitar sahədə əlaqələrin bundan sonrakı dinamikası üçün bu səfərin böyük əhəmiyyəti var.

"Hər səfərə qiymət verərkən, ilk növbədə, müzakirə olunan məsələlər, əldə edilmiş razılaşmalar diqqəti cəlb edir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı 11 nəhəng şirkətin rəhbərlikləri ilə keçirilən görüşlər diqqəti cəlb edir. Xüsusilə də “Ümid-Babək” yatağı ilə bağlı Fransanın nəhəng “Total” şirkəti ilə aparılan danışıqlar bu baxımdan olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyev Fransaya ilk rəsmi səfəri zamanı “Total” və “Elf–Aquitaine” şirkətlərinin Azərbaycan neftinin istismarına cəlb edilməsi prosesinə nail olmuşdu. Prezident İlham Əliyev də həmin siyasətə sadiq qalaraq Fransa ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən aparılan danışıqlar böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Bundan başqa, Fransanın “Rothschild and Co” şirkəti ilə danışıqlar xüsusi qeyd edilməlidir. Bu şirkətin hələ XIX əsrdə Azərbaycanın enerji sənayesində çox fəal iştirakı olub və həmin ənənənin XXI əsrdə də davam etməsinin şahidiyik. Eyni zamanda, Fransanın nəqliyyat, kosmik və digər sahələrlə bağlı şirkətləri ilə də çox mühüm danışıqlar aparıldı. Söhbət 11 böyük şirkətlə aparılan və dəyəri 2 milyard dollardan çox ölçülən müqavilələrdən gedir. Bunlar olduqca əhəmiyyətli məsələlərdir".

Deputatın fikrincə, səfər çərçivəsində Azərbaycan Prezidentinin Fransa Senatının və Milli Assambleyasının sədləri ilə görüşləri növbəti dəfə göstərdi ki, bizim əlaqələrimiz həm də parlamentlərarası əməkdaşlıq sahəsində kifayət qədər ciddi əsaslara malikdir. Parlament sahəsində münasibətlərimizin möhkəm bünövrəsi, yaxşı perspektivləri var. Birinci vitse-prezident Mehriban Əliyevanın hələ Milli Məclisin deputatı olarkən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsinin uğurlu nəticələri olub. Məhz Mehriban xanım Əliyevanın sayəsində parlamentlərarası əməkdaşlığı yeni mərhələyə daxil olub.

Fransa Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir

“Azərbaycan Prezidentinin iyulun 20-də Fransanın Prezidenti Emmanuel Makron ilə danışıqları bir daha göstərdi ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı üçün geniş imkanlar var. Makron ilə danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olundu. Bu məsələdə Fransanın rəsmi mövqeyi bir daha bəyan edildi. Mövqe ondan ibarətdir ki, Fransa bu münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyir. Eyni zamanda, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrı əsasında tənzimlənməsində maraqlıdır. Bu qətnamələrdə məlum olduğu kimi, söhbət Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasından gedir. Faktiki olaraq, Fransa Prezidenti rəsmi Parisin münaqişənin həllində hansı prinsiplərə üstünlük verdiyini nümayiş etdirdi. Makron bir daha qeyd etdi ki, o, özü bu tənzimləmə prosesinin həyata keçirilməsində olduqca maraqlı tərəfdir. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir, eyni zamanda, Fransa Prezidentinin məlum yanaşması Azərbaycan tərəfinin diplomatik uğuru kimi də dəyərləndirilə bilər”, - E.Nəsirov vurğulayıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan meqalayihə olan Cənub Qaz Dəhlizinin reallaşmasında həlledici tərəfdaşdır, təşəbbüskar dövlətdir: “Artıq “Cənub Qaz Dəhlizi” layihəsinin dörd komponentindən üçü reallaşıb. Söhbət “Şahdəniz”, TANAP və Cənubi Qafqaz Boru Kəmərindən gedir. TAP layihəsinin reallaşması isə 2019-cu ilin sonlarına planlaşdırılır. Fransa onun fərqindədir ki, həqiqətən də Azərbaycan bu gün Avropa üçün yeni alternativ enerji mənbəyinə çevrilib. Avropanın ildə təxminən 500 milyard kubmetr qaza ehtiyacı var. Onun təxminən 150 milyard kubmetrini Rusiya ödəyir. Azərbaycan yeni alternativ mənbə kimi ilkin mərhələdə 16 milyon kubmetr qaz ixrac etmək istəyir, onun da 10 milyardı məhz Avropa üçün nəzərdə tutulub. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa üçün çox yaxın tərəfdaşdır. Eyni zamanda, Azərbaycan dövlətinin yürütdüyü enerji siyasəti həm də ona gətirib çıxarır ki, Cənub Qaz Dəhlizi xətti boyu yerləşən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları bir-biri ilə sıx əlaqədə olur”.

E.Nəsirov, həmçinin vurğulayıb ki, prezident İlham Əliyevin Fransaya səfəri həm də Avropa İttifaqı-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır: “Bir sözlə dövlət başçısının Fransaya səfəri bir daha onu göstərdi ki, Azərbaycan düşünülmüş, dinamik xarici siyasət həyata keçirir. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa söykənən, bir-birinin daxili işlərinə qarışmama prinsipinə əsaslanan siyasət həyata keçirir. Həmin siyasət sayəsində bu gün Fransa ilə münasibətlərimiz inkişaf edir. Azərbaycanla Fransanın əməkdaşlığına dair imzalanan sənədlər bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr yaxşı perspektivlərə malikdir”.

Siyasi ekspert Arzu Nağıyev bildirib ki, Fransa Azərbaycanı müstəqil tərəfdaş kimi qəbul edir: “Prezident İlham Əliyevin Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir. Fransa Avropa İttifaqında öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan aparıcı dövlətlərdən biridir. Azərbaycan dövlətinin Fransa ilə davamlı əlaqələri olub. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa rəhbərliyi ilə daimi təmasda olub".

Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya səfərində əsas məqamlardan biri "Total" şirkətinin rəhbərliyi ilə əlaqələrin müzakirəsi, həmçinin bir sıra müqavilələrin imzalanması istiqamətində aparılan danışıqlardır: "Bu gün Fransa ilə istər siyasi, iqtisadi, istərsə də hərbi baxımdan yaxın münasibətlərimiz var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən bir dövlətdir. Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir. Eyni zamanda unutmaq lazım deyil ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də birbaşa təmas çox mühüm əhəmiyyət kəsb edir".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi
Bu gün, 10:13
Dollara tələb artır, Bakı nə etməlidir? - TƏHLİL
Bu gün, 10:11
İrəvanın Kremlə qarşı riskli taktikası: Qarabağı nə gözləyir? - TƏHLİL
Bu gün, 10:09
"Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək
Bu gün, 10:03
Azərbaycanlı aktyor ölümlə hədələndi: - Metrodan çıxanda...
Bu gün, 09:59
Azərbaycan neftinin qiyməti cüzi azalıb
Bu gün, 09:51
Rəhman Rəhmanovun ailəsi - 2 xanımı bir arada
Bu gün, 09:48
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... - İDDİA
Bu gün, 09:45
Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü
Bu gün, 09:37
AYB sədrindən prezidentə şikayət olundu - “Qanuni mənzilimi özümə verin”
Bu gün, 09:37
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
7 şəhər və rayonda plastik qabların toplanması üçün 20 konteyner yerləşdirilib
Bu gün, 09:32
“Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar” - deputat
Bu gün, 09:31
Merkel Qafqazları “fəth” etməyə gəlir - TƏHLİL
Bu gün, 09:28
Qovlar internatının direktorundan daha bir şikayət: - “Ölü canlar”, qanunsuz bufet...
Bu gün, 09:27
Bu gün dollar neçəyədir?
Bu gün, 09:22
“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir - Ev sahibləri stress və sarsıntı məngənəsində
Bu gün, 09:21
Şəxsi həyatımıza soxulanları hansı cəza gözləyir? - Qanun
Bu gün, 09:18
“Ordu ilə yanaşı, cəmiyyəti də müharibəyə hazırlamaq lazımdır” - Keçmiş baş nazir
Bu gün, 09:15
“Cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?”
Bu gün, 09:14
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:12
Putin Paşinyanla müharibəyə başlayır – Bakının “Rus NATO-su”na qoşulması...
Bu gün, 09:07
ABŞ-da 2 iranlı casusluqda ittiham edilib
Bu gün, 09:04
İnam Kərimova olan inam itməkdədir...
Bu gün, 09:03
Hacıbala Abutalıbovun dövrü təftiş olunur... - GƏLİŞMƏ
Bu gün, 09:01
Qaxda 52 yaşlı qadını elektrik cərəyanı vurub
Bu gün, 08:58
Aygün Kazımova yeni duet üzərində çalışır
Bu gün, 08:57
Hədəfdə Elmar Məmmədyarovdur...
Bu gün, 08:56
Gəncədə Göygöl sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Bu gün, 08:53
Paytaxt küçələrinndə yeni texnika işləyəcək
Bu gün, 08:52
Azərbaycanda makulaturaya tələbat varmı? – 1 ton kağız gətirənə...
Bu gün, 08:51
Tramp Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqlayıb
Bu gün, 08:50
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 18:10
“Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq”
Dünən, 18:09
"Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" - Prezident xalqı TƏBRİK ETDİ
Dünən, 18:05
Neft Daşlarında müşavirə keçirilib
Dünən, 17:59
Xaçaturyan qızlarını zorlayıbmış
Dünən, 17:52
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Dünən, 17:40
Azərbaycanda zərərlə işləyən banklar - SİYAHI
Dünən, 17:37
Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO
Dünən, 17:22
Putin və Merkel Suriya məsələsini müzakirə etdi
Dünən, 17:16
Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: - 800 min dollarını...
Dünən, 17:11
Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub
Dünən, 17:09
Sabah dolar neçəyə olacaq?
Dünən, 17:05
Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır
Dünən, 16:58
“140 min pul vermişəm...” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən
Dünən, 16:53
Avqustun 24-dək hava isti olacaq - Yay "qayıdır"
Dünən, 16:50
Azərbaycanlı müğənni Bakını işıqsız qoydu - Çəkilişdə görünməmiş hadisə
Dünən, 16:46
Xəstəxanada müəmmalı intihar: - “Dedi ki, tualetə gedirəm...”
Dünən, 16:41
"Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır"
Dünən, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru