Prezident İlham Əliyev Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında .....                     Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına .....                     Ramil Şeydayev Rusiyada cərimələnib .....                     Prezident İlham Əliyev Lənkəranda yeni məktəb binasının tikintisinə .....                     Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb .....                     Ələt–Astara–İran dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisinə .....                     Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 9,2 milyon manat ayrılıb .....                     İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb .....                     Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq .....                     Suriya XİN-dən S-300 açıqlaması .....                     “Bakcell” mükafata layiq görülüb .....                     Donald Tramp Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib .....                     Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra .....                     Tovuzda çörək maşını aşıb, yaralılar var .....                     Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb .....                     Bakıda 58 yaşlı kişi nəvəsi yaşda gənci bıçaqladı .....                     Ermənistan Prezidenti Şuşaya gəlib .....                     Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu .....                     "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub" .....                     Kəlbəcər girovunun ailəsi BQXK-dan zəng gözləyir .....                     İranın 50 şəhərində müəllimlərin aksiyası başladı .....                     “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan! .....                     Xüsusi təyinatlılar “Lotu Quli”nin yaxın adamını həbs etdi .....                     Sabah dolar neçəyə olacaq? .....                     Tovuzda 55 yaşlı kişi "laqonda" ilə barmaqlarını doğradı .....                     Böyük Britaniyada 10 nazir istefa verə bilər .....                     ABŞ-a müqavimət göstərməsək, “yeni hitlerlər” peyda olacaq .....                     İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI .....                     Bərdə sakini dostunu güllələyərək öldürüb .....                     “Modern Hospital”dakı hadisə ilə bağlı şok açıqlama: .....                     Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi .....                     Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi .....                     İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini .....                     Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər .....                     Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə .....                     “Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir? .....                     İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir .....                     Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib .....                     Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru .....                     Bu da quzu başı sığallamaq deyil ki... .....                 

Əjdər Cəbiyevin adamının şok əməlləri... - İTTİHAM
Tarix: 23-07-2018, 09:34 | Çap et
Əjdər Cəbiyevin adamının şok əməlləri...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni təyinatının ilk günlərindən sərt qərarlar verməyə başlayıb. O, "köhnə qvardiya”nın əsas fiqurlarını zərərsizləşdirməkdə davam edir.

Yeni nazirin ilk qərarı Aparat rəhbəri Əjdər Cəbiyevİ vəzifəsindən kənarlaşdırmaq oldu.

Məlumat üçün bildirək ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunurdu. Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı.

Nəzərə alaq ki, Nazirliyin bütün strukturlarında Ə.Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunurdu.

Əjdər Ol imzası ilə ədəbiyyatda təmsil olunan Əjdər Cəbiyev illər öncə Sosial Müdafiə Fondunu, son 3 ildə isə Sosial Müdafiə nazirliyini talamaqla məşğul olub. Şimal, cənub və qərb bölgəsi üzrə nazirliyin təmsilçiləri, qurumun region sədrləri Əjdər Olun ya qohumlarında, ya da tanışlarından ibarətdir.

Dia.az bildirir ki, Azerinfo.az-a daxil olan iddialara görə Əjdər Cəbiyev bütövlükdə bu illər ərzində 10 milyona yaxın dövlət büdcəsini talayıb. Onun sahib olduğu villalar, obyektlər, mülklər bunu deməyə əsas verir. Onun qurduğu sistemdə isə yalnız bir əsas şərt var idi: AUDİT RAZI YOLA SALINMALIDIR! Dövlətin maraqları, qarşıya qoyulan hədəflər, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması isə birmənalı şəkildə bu nazirliyin prioritetindən çıxarılmışdır. Məhz buna görə son 5 ildə ölkə Prezidentinə ünvanlanan şikayətlərin aza qala 80 faizi məhz bu qurumun payına düşürdü.

Əjdər Oldan sonra onun himayə etdiyi vəzifəli şəxslər baradə cinayət işləri açılıb. Bunlardan biri də Rəhnumə Cəfərovanın bu sistemdə qurduğu cinayətkar çete idi.

Xəstənin evini necə satdılar

Haqqında cinayət işi açılan vəzifə sahibi olan şəxslərdən birinin də, Bakı şəhəri, Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinin rəhbəri Rəhnumə xanım Cəfərovanın olduğu bildirilir.

Belə ki, adının çəkilməsini istəməyən mənbə redaksiyamıza çatdırdığı məlumatlarda qeyd edir ki, "bir müddət bundan öncə Elnarə adlı xanım, uzun illər ərzində sıx təmasda olduğu, həmçinin tələbə yoldaşı olmuş Babayeva Ülkər Fikrət qızının səhhətində əmələ gələn problemlər səbəbindən, onu şəhərin Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə yerləşdirir. İşi-gücü nə qədər çox olsa da, o, tez-tez Elnarəyə baş çəkir, problemləri ilə maraqlanır, bəzən onun ərzaqla təminatını da ödəyir. Adı çəkilən xanımın Ülkər Babayevaya qarşı atdığı addımlar, uzun illər ərzində onunla səmimi münasibətdə olmasından irəli gələn addımlar olur. Elə ki, günlərin birində Elnarə Ülkər Babayevaya baş çəkmək məqsədilə həmin müəssisəyə gedir, o halda o, qarşı tərəfdən fərqli münasibət görür. Nə qədər götür-qoy etsə də, hansı səbəbdən belə bir fərqli münasibətin əmələ gəlməsini, hansı səbəblər üzündən qaynaqlanmasını heç cür ayrıd edə bilmir. Amma çox keçmir ki, belə bir münasibətin əmələ gəlməsi Elnarəyə gün təki aydın olur. Bəlli olan o olur ki, Xətai rayonu, Şıxlınski-3 ünvanda Babayeva Ülkər Fikrət qızına məxsus 3 otaqlı mənzili satmaq üçün, adı çəkilən müəssisənin rəhbərliyi ona psixotropik tərkibli dərmanlar içirtdirir. Çox keçmir ki, belə bir dərmanları qəbul edən Ülkərin səhhətində ciddi problemlər əmələ gəlir və bu kimi səbəblər üzündən də o, bu cür addımlarını atır. Günlər ötdükcə isə, Ülkər Babayevanın Elnarəyə qarşı aqressiv münasibəti daha da kəskinləşir. Həmin vaxtlarda Elnarə dərk edir ki, atılan addımların arxasında Rəhnumə xanımın özü dayanır. Hətta, vəziyyət o həddə çatır ki, Ülkər Babayeva uzun illər ərzində sıx təmasda olduğu Elnarədən üz döndərir və onu həndəvərinə belə buraxmır. Ülkər Babayevanın bu cür addımlarından sonra, ortaya belə bir sual çıxır ki, görəsən adı çəkilən xəstəyə psixotropik tərkibli dərmanlar verdirmək səlahiyyətinə malik olmayan Rəhnumə Cəfərova, nədən belə bir adımlarını atır? Yaxud da, o, hansı ixtiyarla belə bir addımını atır? Elə ki, vəziyyət olduqca qəlizləşir və Rəhnumə Cəfərovaya "dövlət ona belə bir dərmanları vermədiyi halda, o, dərmanları necə əldə edib?” deyə sual olunduqda "o, onları təqaüdü ilə alıb ona vermişəm” deyə cavab verir. Bu və digər məsələlərlə bağlı ünvanlanan suallara Ülkər Babayevanın müxtəlif məzmunlu cavablar verməsinin kökündə, onun əvvəlcədən rəhbərlik tərəfindən təlimatlandırılması olur. Hansı ki, həmin təlimatlandırılmada əsas hədəf Elnarə olur. Söylənilənlərə görə son anda dərmanların Ülkərə verilməsinin məsuliyyətini, adı çəkilən müəssisədə "medbrat” vəzifəsini daşıyan Rəsul adlı şəxs öz üzərinə götürür. Onu da vurğulayaq ki, bu cür ağlasığmaz addımlar atıldıqdan sonra, Elnarə Ülkər Babayevaya məxsus mənzilin yerləşdiyi ərazidə sahə müvəkkili işləyən polis əməkdaşına bildirir ki, "Bəlkə o, sağalıb gələcək, mən ona məxsus mənzilin satılmasına heç bir halda imkan verməyəcəyəm” deyir.

Əldə etdiyimiz bəzi məlumatlara görə, 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərova isə, minbir qanunsuzluq əməllərinə qol qoymaqla həmin mənzili 65 min manata satıb. Yəni, müəssisə rəhbəri saxta yolla Ülkər Babayevanın adından etibarnamə düzüb-qoşub və belə bir məqsədini də həyata keçirib. Hansı ki, səhhətində ciddi psixoloji problemləri olan bir şəxsin digər şəxsə notarial qaydada etibarnamə verməsi qanuvericilikdə qadağan olunub.

Bu məsələnin üstü açıldıqdan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hərəkətə keçib. Xəstənin evinin satılması faktı təsdiqlənib. Rəhnumə Cəfərovanın evində axtarış zamanı 120 pensiya kartı tapılıb. O işdən çıxarılıb, barasində cinayət işi açılıb.

Cinayətkar çetenın azadlıqda qalan üzvləri

Artıq 1 saylı Psixonevroloji Sosial Xidməti Müəssisəsinə rəhbərlik edən Rəhnumə Cəfərovanın "fironluq dövrü” başa çatıb. Ancaq onun qurduğu maxinasiyalara şərik olanlar və cinayətlərdə birbaşa iştirak edən diğər vəzifəli şəxslər var.

Hal-hazırda təmirə bağlanan müəssisənin xəstələri Şamaxıdakı və Göygöldəki müəssisələrə yerləşdiriliblər.

Bu Müəssisələrə kimlərin rəhbərlik etmələrinə baxaq. Şamaxidaki "1 saylıİxtisalaşdırılmış Ruhi-Əsəb İnternat Evi”-nin müdiri Rəhnumə xanımın öz doğma bibisioğludur.Adı Rəcəbdir, vaxtilə Gəncə şəhəri "Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi”ndə mühasib işləyib. Sonra Rəhnumə xanımın köməyi ilə Şamaxıya təyinat alıb. Maraqlıdır ki, Rəcəb öz doğma anasını burada anbardar təyin edib. Halbuki qanunla bu qadağandır. Gəncə şəhəri "Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi” , həmçinin Göygöldəki "İxtisaslaşmış Ruhi-Əsəb İnternat Evi”nın müdiriyyəti də Rəhnumə xanımın çetesenə daxil olublar. Xəstələrə gələn ərzaq və geyimlrin alınması ilə bağlı maxinasiyalar və saxta sənədləşmələr haqda ətraflı məlumat verəcəyik.

Bu müəssisələrə ayrılan ərzaq məhsulları və bir çox təminolunmalar, bu gün də Rəhnumə Cəfərovanın "plan-bölgüsü” əsasında həyata keçirilir. Deməli, bu xanım Bakı şəhərində, istintaq altında olsa belə, "əlləri uzun” olduğundan Şamaxıda, Gəncə və Göygöldə də idarəetməni həyata keçirə bilir. Əhsən belə bir idarəçiliyə.

Son məlumata görə Rəhnumə Cəfərovanın yerinə nazirlikdən Adət adlı şəxs təyin olunub. Hansıki xanım Cəfərovanı işləyən müddətdə təftiş edən şəxslərdən olub, cinayətlrindən xəbəri olub. Necə deyərlər mafiya ölməzdir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident İlham Əliyev Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb
Dünən, 18:31
Astarada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb
Dünən, 18:24
Ramil Şeydayev Rusiyada cərimələnib
Dünən, 18:17
Prezident İlham Əliyev Lənkəranda yeni məktəb binasının tikintisinə 2 milyon manat ayırıb
Dünən, 18:16
Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb - SƏRƏNCAM
Dünən, 18:14
Ələt–Astara–İran dövlət sərhədi avtomobil yolunun 204–207-ci kilometrlik hissəsinin və Astaraçay üzərində körpünün tikintisinə 3 milyon manat ayrılıb
Dünən, 18:13
Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulmasına 9,2 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 18:10
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi həbsdə olan Nemət Pənahlı ilə görüşüb
Dünən, 18:09
Cahangir Hacıyev bu dəfə keçmiş deputatla birgə mühakimə olunacaq
Dünən, 18:06
Suriya XİN-dən S-300 açıqlaması
Dünən, 18:01
“Bakcell” mükafata layiq görülüb
Dünən, 17:58
Donald Tramp Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib
Dünən, 17:53
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
Dünən, 17:52
Tovuzda çörək maşını aşıb, yaralılar var
Dünən, 17:47
Gəncədə daha bir idarə rəisi işdən çıxarılıb
Dünən, 17:47
Bakıda 58 yaşlı kişi nəvəsi yaşda gənci bıçaqladı
Dünən, 17:45
Ermənistan Prezidenti Şuşaya gəlib
Dünən, 17:43
“Özümdən zəif kişi ilə ailə həyatı qura bilmərəm” - Səidə Sultan
Dünən, 17:41
Gəncənin sabiq baş memarı haqqında axtarış elan olundu - Həbsi gözlənilir
Dünən, 17:40
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub"
Dünən, 17:28
Kəlbəcər girovunun ailəsi BQXK-dan zəng gözləyir
Dünən, 17:24
İranın 50 şəhərində müəllimlərin aksiyası başladı - FOTO
Dünən, 17:22
"İstəyir yanımda milyard qız olsun, yenə xeyri yoxdu" - Manaf Ağayev
Dünən, 17:17
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!
Dünən, 17:13
Xüsusi təyinatlılar “Lotu Quli”nin yaxın adamını həbs etdi - VİDEO
Dünən, 17:11
Sabah dolar neçəyə olacaq?
Dünən, 17:09
Tovuzda 55 yaşlı kişi "laqonda" ilə barmaqlarını doğradı
Dünən, 17:05
Böyük Britaniyada 10 nazir istefa verə bilər
Dünən, 16:56
ABŞ-a müqavimət göstərməsək, “yeni hitlerlər” peyda olacaq
Dünən, 16:54
İnam Kərimov Heydər Əsədovun daha bir kadrını İŞDƏN ÇIXARDI
Dünən, 16:49
Bərdə sakini dostunu güllələyərək öldürüb - YENİLƏNİB
Dünən, 16:47
"Cavan oğlanı nə edirsən, pul xərcləməyəcək" - Rövşanədən müğənniyə
Dünən, 16:44
Azərbaycanda ilk dəfə canlı yayımda uşaq dünyaya gəldi
Dünən, 16:42
“Modern Hospital”dakı hadisə ilə bağlı şok açıqlama: -“Bizdən pul istədi və…”
Dünən, 16:35
Mətanət İsgəndərli canlı yayımda ögey oğluyla görüşdü - VİDEO
Dünən, 16:34
Qüdrət Şükürov xəstəxanaya yerləşdirildi - səhhətində ciddi problemlər yaranıb
Dünən, 16:30
Dövlət Departamentinin eks-spikeri Paşinyanı biabır etdi
Dünən, 16:27
İlham Əliyev Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Dünən, 16:21
Böyük Britaniya və Rusiya qarşılıqlı hesablaşmalarda dollardan imtina edə bilər
Dünən, 16:18
Türkiyə prokurorluğundan Arda Turanın həbs olunması istənilib
Dünən, 16:17
Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub
Dünən, 16:14
“Xəzər” avtomobillərini “NAZ-Lifan”ın taleyi gözləyir? - “Satış perspektivi sıfıra yaxındır”
Dünən, 16:07
İcazəsiz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir - 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılıb
Dünən, 16:01
"Tacirlə Vidadi Bərdəlidən görüb götürmüşəm" - Manaf Ağayevdən etiraf
Dünən, 15:59
Türk əsilli 27 siyasətçi Belçikada bələdiyyə üzvü seçilib
Dünən, 15:55
Lənkəranskinin taclandırdığı, “Quli”nin adını əlindən aldığı gənc qanuni oğru - DOSYE
Dünən, 15:53
Bu da quzu başı sığallamaq deyil ki... - KTN-nin gənc şefinin menyüsünə...
Dünən, 15:51
“Bu nə danışıqdır ay başınıza dönüm?” - Elza Seyidcahan
Dünən, 15:49
Meliorasiya və Su Təsərrüfatı ASC-nin 80 milyonluq layihəsi su verir - Yeyinti ittihamı
Dünən, 15:45
Hacıbala Abutalıbov ittihamlara CAVAB VERDİ: - “Heç kimə güzəşt olmayacaq”
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru