Astarada mənzillərdən oğurluq edən şəxs saxlanıldı .....                     Milli Məclisin plenar iclası başlayıb .....                     Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır .....                     Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir .....                     Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür .....                     Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları .....                     Yanğını törədən şəxs müəyyən edildi .....                     Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı .....                     “Azərbaycan idmanında korrupsiya yoxdur” .....                     Bakı metrosunda sərnişin ölüb .....                     Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb .....                     Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI .....                     Hər iki cinayətin üstü açıldı .....                     Ağsu da "silkələndi" .....                     Zakir Həsənov Çexiyaya gedir .....                     “Lotu Quli” barəsində deport qərarı çıxarıldı .....                     “Sürpriz olsa da belə, çox xoş təsir bağışladı...” .....                     Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir... .....                     Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb .....                     Sərhəd zastavasının 14 əməkdaşı oğurlandı .....                     Buralarda Hippokratın izi-tozu da görünmür... .....                     “Badamdarda gərginlik böyük ərazini əhatə etmir” .....                     İrəvan qatil generalı həbsdə saxladı .....                     "Modern Hospital"da daha bir NAŞILIQ .....                     ARDNF-in aktivləri 9% artıb .....                     Etimadın şəhid ayağı ... .....                     "Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər .....                     Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… .....                     Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi .....                     “Aidiyyatı orqanlar bunu yoxlamalıdır” .....                     Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA .....                     Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər .....                     “Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi .....                     Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktorunun arvadı azadlığa buraxılıb .....                     Mayk Pompeo Türkiyəyə səfər edəcək .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” .....                     Adil Vəliyev yola salınır .....                 

Monopoliyanın arxasındakı güclər... - Hökumət niyə inhisarçılıq qarşısında aciz qalıb?
Tarix: 23-07-2018, 09:19 | Çap et
Monopoliyanın arxasındakı güclər...
Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb və nəticədə "Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.

Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilir ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.

"Səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi”, "Açıq hökumət məlumatlarından istifadə edilməsi” və "Elektron hökumət həlləri” kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, Dünya Bankının "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilib. Dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb", - deyə məlumatda vurğulanıb.

Maraqlıdır, görəsən, yeni yaradılan Rəqabət Agentliyi ölkə iqtisadiyyatına nə verəcək? Ölkədə rəqabət mühiti yaradıb, inhisarçılığı aradan qaldıra biləcəkmi?

Təkamül Patiyasının sədri, iqtisadçı-alim Teyyub Əliyev "Reytinq”ə deyib ki, son illər Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilməsi, bu sahədəki problemlərin aradan qaldırılması məqsədi ilə Milli Məclisdə mütəmadi olaraq müzakirələr aparılıb. Bu müddət ərzində müxtəlif təkliflər irəli sürülüb, bir neçə Strateji Yol xəritələri, Prezident fərmanları qəbul edilib, bir sıra yeni dövlət qurumları yaradılıb. Ancaq bu müzakirələrin, qəbul edilmiş Strateji Yol xəritələrinin, yaradılmış yeni qurumların ölkənin iqtisadi inkişafına əsaslı şəkildə təsiri hələlik hiss olunmur:

"Bəzi dövlət qurumlarının, xüsusilə də Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti isə bir çox istiqamətlərdə əks nəticələr verib. Səbəblərdən biri kimi eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının mövcud olmasına baxmayaraq, yenilərinin yaradılması, buna görə də onların açıq və ya gizli şəkildə bir-birinin fəaliyyətinə maneələr törətməsini göstərmək olar.

Məlumdur ki, uzun müddət Rəqabət Məcəlləsinin qəbul edilməsinin zəruriliyi müzakirə olunub. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və Rəqabət Məcəlləsinin qəbulu qarşıya məqsəd kimi qoyulub. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Rəqabət Məcəlləsi layihəsi hazırlanıb və müzakirəyə çıxarılıb.

KİV-də yayılan məlumatlara görə, əlverişli biznes mühitinin yaradılmasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması nəzərdə tutulur”.

T. Əliyev hesab edir ki, Rəqabət Məcəlləsinin tezliklə qəbulu məqsədəuyğundur. Ancaq bir sıra hallarda Azərbaycan qanunlarına riayət edilmədiyini əsas götürsək, yeni Məcəllənin də müddəalarının lazımınca həyata keçiriləcəyinə inanmaq olmur. Məsələn, 4 mart 1993‐cü ildə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (№ 526) qəbul edilib və qüvvədədir. Qanunun bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aid "Təsərrüfat subyektlərinin inhisarçılığı" adlanan 8-ci madəsinnin 3-cü bəndində "... digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması" rəqabətin məhdudlaşdırılması və inhisarçılıq hesab edilir. Həmin qanunun "Maliyyə‐kredit inhisarçılığı" adlanan 9-cu maddəsinin 2-ci bəndində "... kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması" da (bu gizli şəkildə həyata keçirilsə də, hər kəsə gün kimi aydındır) maliyyə‐kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyəti hesab edilir və s.

Ekspert daha sonra qanunvericiliyə əməl olunmaması ilə bağlı problemə də toxunub. Onun fikrincə, qanunlar olsa da, ona əməl edən yoxdur:

"Qanunun 14 və 15-ci maddələri inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və inhisarçılıq fəaliyyətinin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına lazımı səlahiyyətlər verir. İndiyədək qeyd edilən qanunun hansı maddələrinə əməl edilib ki? Bunun nəticəsi deyilmi ki, ölkə iqtisadiyyatının bütün sahələrində inhisarçılıq mövcuddur, azad rəqabətə yer yoxdur?!

İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nə ilə məşğuldur? İnhisarçılıqla, haqsız rəqabətlə mübarizə aparmalı olan bu qurum mövcud ola-ola yeni Rəqbət Agentliyinin yaradılması nəyi dəyişəcək?”

İqtisadçı-alim hesab edir ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, onun maddələrində nəzərdə tutulacaq istiqamətlərə nəzarətin həyata keçirilməsi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (hüquqları genişləndirilərək) həvalə edilməlidir. "Ancaq bununla da Azərbaycanda azad rəqabət mühitinin formalaşacağına ümid etmirəm. Nə qədər ki, Azərbaycanda qanunlara zidd olaraq məmur sahibkarlığı mövcuddur, inhisarçılığı aradan qaldırmaq, iqtisadiyyatda azad rəqabət mühitini formalaşdırmaq çətin olacaq”,- deyə T.Əliyev sözlərini tamamlayıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Astarada mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Bu gün, 12:10
Milli Məclisin plenar iclası başlayıb
Bu gün, 12:04
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır - Nazirlər Kabineti
Bu gün, 12:03
Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir - The Washington Times
Bu gün, 11:55
Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq
Bu gün, 11:52
Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları - və ya akademiklər necə günahkar elan edilir?
Bu gün, 11:51
Yanğını törədən şəxs müəyyən edildi
Bu gün, 11:49
“Özündən kiçik sevgilisi var” - Tolik canlı yayımda əməkdar artistin sirrini açdı
Bu gün, 11:48
Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR
Bu gün, 11:45
“Azərbaycan idmanında korrupsiya yoxdur” - Azad Rəhimov bunu Tiflisdə dedi
Bu gün, 11:37
Bakı metrosunda sərnişin ölüb
Bu gün, 11:35
Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb
Bu gün, 11:35
Yeni xəbər kanalının yerüstü yayıma başlayacağı tarix açıqlanıb
Bu gün, 11:34
Azərbaycanın tanınmış rejissoru vəfat etdi
Bu gün, 11:32
Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI - "...güllə gözümü ciddi zədələyib"
Bu gün, 11:27
Hər iki cinayətin üstü açıldı
Bu gün, 11:24
Ağsu da "silkələndi"
Bu gün, 11:13
Zakir Həsənov Çexiyaya gedir
Bu gün, 11:11
“Lotu Quli” barəsində deport qərarı çıxarıldı
Bu gün, 11:11
“Sürpriz olsa da belə, çox xoş təsir bağışladı...”
Bu gün, 11:09
Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir... - "Səlim Müslümovun verdiyi iki yüz manatı gərək götürməzdim"
Bu gün, 11:07
Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib - FOTO
Bu gün, 11:02
Yeni xəbər kanalı üçün güclü radioverici alınıb, televiziya yayıma hazırdır - MTRŞ
Bu gün, 10:57
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 10:55
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
Bu gün, 10:54
Sərhəd zastavasının 14 əməkdaşı oğurlandı – İranda
Bu gün, 10:48
Buralarda Hippokratın izi-tozu da görünmür... - İTTİHAM
Bu gün, 10:45
“Badamdarda gərginlik böyük ərazini əhatə etmir” - FHN rəsmisi
Bu gün, 10:43
İrəvan qatil generalı həbsdə saxladı
Bu gün, 10:40
"Modern Hospital"da daha bir NAŞILIQ - xəstəni səhv müalicə etdilər, ayağı amputasiya olundu
Bu gün, 10:37
ARDNF-in aktivləri 9% artıb
Bu gün, 10:34
Ər evindən qaçan gəlin oteldən çıxdı - "Dedi, səni öldürəcəm"
Bu gün, 10:30
Etimadın şəhid ayağı ... - Rauf Arifoğlunun yazısı
Bu gün, 10:24
Sevil Nuriyeva güllələnərək qətlə yetirilən əri ilə arxiv fotosunu paylaşdı
Bu gün, 10:22
"Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər - Yohannes Han
Bu gün, 10:20
Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… – Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”?
Bu gün, 10:18
Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi
Bu gün, 10:13
“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan” restoranının təbliğatına ETİRAZ
Bu gün, 10:10
Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA - Bir neçə il əvvəl bir milyonunu aparıblar...
Bu gün, 10:07
Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər - TƏHLİL
Bu gün, 09:59
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
Bu gün, 09:57
Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktorunun arvadı azadlığa buraxılıb
Bu gün, 09:55
Mayk Pompeo Türkiyəyə səfər edəcək - Bu dəfə SƏBƏB?
Bu gün, 09:52
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:51
“Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” - GİLEY
Bu gün, 09:49
Adil Vəliyev yola salınır - Daha bir icra başçısı dəyişdiriləcək
Bu gün, 09:44
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:35
Toyuqlarımız tətil etməyib, amma yumurta da yoxdur - Marketlərdə qəribə qıtlıq
Bu gün, 09:34
“Prezidentin 15 illik fəaliyyəti ölkəmizin inkişaf salnaməsinə tarixi töhfə verib” - deputat
Bu gün, 09:33
"MADO"nun sahibi vətəndaşın haqqına girir... - "Mənim 20 evim var, hamısına qarovul çəkməliyəm?"
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru