Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi .....                     Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib .....                     "Belarus heç vaxt kiminsə vassalı olmayacaq" .....                     Prezident İlham Əliyev əfqanıstanlı həmkarını .....                     Husilər yenidən Səudiyyəni hədəf aldı .....                     Nazir məhkəməyə verildi .....                     Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb .....                     Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb .....                     "Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" .....                     DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub .....                     Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər .....                     Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? .....                     “Ermənistanda iqtisadi siyasət yoxdur” .....                     Kofi Annan ölüb .....                     “Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb .....                     Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib .....                     “BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar .....                     General Rəsul Çunayevin rütbəsini artırdı .....                     Əli Əhmədov Türkiyəyə gedib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Şəkidə küçədən kişi meyiti tapılıb .....                     Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib .....                     Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb .....                     Tramp xüsusi muzdlu ordu yaradır .....                     Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək .....                     Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar .....                     Sabah yağış yağacaq, şimşək çaxacaq .....                     11 illik hakimiyyətin SONU ÇATIR .....                     Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb .....                     “Özünü də, məni də bədbəxt etdi” .....                     Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri .....                     "Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" .....                     ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf .....                     Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? .....                     11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı .....                     Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı .....                     Azərbaycan nefti bahalaşmaqda davam edir .....                     Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ .....                     Salyanda zəlzələ olub .....                     Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər .....                 

Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA
Tarix: 21-07-2018, 09:52 | Çap et
Yeni nazirlər etimadı nə qədər doğruldur?
Prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklər edildi. Bir sıra nazirlik və dövlət qurumlarının rəhbər heyəti dəyişdirildi. Xüsusilə, gənc kadrların rəhbər təyin olunduğu sahələrin yeni inkişaf mərhələsinə keçəcəyinə dair gözləntilər yarandı. Yeni rəhbərlik onlara etimad göstərilən sahələrin ön sıraya çıxması üçün addımlar atılacağı vədini verdi və hər kəs öz sahəsində ciddi inkişafa nail olacağını bildirdi. Qeyd etmək yerinə düşər ki, dəyişiklik olunan qurumların sabiq rəhbərliyinin fəaliyyəti ciddi narazılığa səbəb olurdu və mütəmadi olaraq pozuntulara yol verilməsiylə gündəmə gəlirdi. Görünən odur ki, sabiq məmurlar ölkə rəhbərliyinin də etimadını doğrultmadığından yeni hökumətdən kənarda qaldılar.

Bəs dəyişikliyin nəticəsi oldumu? Doğrudur, hələ ki, yeni təyinat alan nazirlərin fəaliyyəti ilə bağlı yekun rəy vermək mümkün deyil, çünki təyinat 3 aydan bir qədər artıq müddəti əhatə edir. Amma razılaşaq ki, 3 ay problemləri öyrənmək və onların aradan qaldırılması üçün mexanizm hazırlamağa kifayət edəcək müddətdir. Artıq bəzi sahələrdə müsbətə doğru dəyişiklik də hiss olunur.

Əsas diqqətçəkən məqam yeni təyinat alan nazirlərin baş verən hansısa hadisəyə, problemə çevik reaksiya verməsidir ki, bu da vətəndaşlar arasında yüksək qiymətləndirilir.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyinin rəhbərliyi dəyişdirilib. Adıçəkilən qurumların bəzilərində müsbət istiqamətdə irəliləyiş görünür.

Təyinatdan o qədər də uzun zaman keçməməsinə baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti qənaətbəxş görünür. Yeni nazir İnam Kərimov ASAN Xidmətə rəhbərlik etdiyi dönəmdə qazandığı müsbət imici nazirlikdə də qoruyub saxlamağa çalışır. Nazirliyin son 3 ayda göstərdiyi fəaliyyətə nəzər saldıqda, İnam Kərimovun ona göstərilən etimadı doğrultmağa çalışdığını görmək mümkündür.

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynovun da hələlik etimadı doğrultduğunu söyləyə bilərik. Ümumiyyətlə, V.Hüseynovun mətbuata açıq olması, hətta sosial şəbəkə üzərindən ona ünvanlanan suallara, iradlara anında cavab verməsi yeni sədrə xüsusi münasibət formalaşdırır. Bu, həm də onun rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərməsinə doğru ilk addımlardır. Qeyd edək ki, xidmətin keçmiş rəisinə ən çox ünvanlanan tənqidlər məhz qeyri-şəffalıqla bağlı olurdu. Təsadüfi deyil ki, ölkənin giriş qapısı hesab olunan bir sahə məhz Vüsal Hüseynova tapşırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin təyinatdan keçən müddətdəki fəaliyyətini də qənaətbəxş hesab etmək olar. Qurumun rəhbəri Rövşən Rzayevin də etimadı doğruldacağına inam var. Nəzərə alsaq ki, R.Rzayevin rəhbərlik etdiyi qurum son illər ən çox şikayət olunan, etirazlara səbəb olan komtə idi, hazırda şikayətlərin ciddi ölçüdə səngiməsi onun fəaliyyətinin müsbət nəticələr verəcəyini deməyə əsas yaradır. Xüsusilə də R.Rzayevin təyinatdan sonra qurumda bir sıra “təmizlik” işləri aparması problemlərin aradan qaldırılacağına ümid oyandırıb. Etiraf edək ki, bu sahə ölkənin ən problemli sahələrindən olub, o zaman onları aradan qaldırmaq üçün zamana ehtiyac olduğuna şübhə qalmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən Muxtar Babayevin adı mətbuatda tez-tez çəkilməsə də, qurumda bəzi işlər görülür. 3 aylıq fəaliyyət müddətində hələ ki, Muxtar Babayev haqqında şikayət və ya rəhbərlik etdiyi quruma aid hansısa ciddi neqativ informasiya gündəmə gəlməyib. Nazirliyin balansında olan qurumların iş fəaliyyəti bir çox hallarda uğurlu hesab edilib, xüsusilə, mətbuatla əlaqə və şikayət, müraciət, sorğulara çevik reaksiya bəyəniləndir.

Təəssüf ki, yuxarıda adıçəkilən 4 qurum haqqında qeyd olunan müsbət fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi və və Təhsil nazirliklərinin yeni rəhbərliyi barədə demək çətindir. Yeni təyinatlardan öncə hər iki qurum haqqında illərlə formalaşan mənfi imici dağıtmaq hələlik mümkün olmayıb. Təbii ki, hər iki quruma təyinat alan yeni şəxslər, yəni Sahil Babayev və Ceyhun Bayramov ölkə rəhbərliyinin etmadı bəslədiyi kadrlardır, ancaq indi əsas məsələ onların bu etimadı necə doğruldacağıdır ki, ilkin təəssürat yeni nazirlərin xeyrinə deyil. Hər iki sahədə olan çoxsaylı problemlər hələ də aradan qaldırılmayıb. Təhsil, əhalinin sosial müdafiəsi, xüsusilə də pensiya təminatında ciddi islahatlara ehtiyac var. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 6 ayın yekunlarına dair iclasında çıxış edərkən məhz bu məsələyə toxunub və mövcud problemləri bir daha diqqətə çatdırıb. Hər iki sahədə olan mövcud problemlərin aradan qaldırılması istiqamətində konkret tapşırıqlar var və adıçəkilən nazirlər problemlərin həlli üçün addımlar atmalıdır.
Cebhe.info





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda sahibsiz itlər kütləvi şəkildə məhv edildi – Tükürpədici VİDEO
Dünən, 17:43
Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib
Dünən, 17:34
"Belarus heç vaxt kiminsə vassalı olmayacaq" - Lukaşenko
Dünən, 17:28
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
Dünən, 17:23
Husilər yenidən Səudiyyəni hədəf aldı
Dünən, 17:15
Nazir məhkəməyə verildi - "Bəli, mən hazırda işsizəm"
Dünən, 17:12
Prezident İlham Əliyev Lerikdə yol tikintisinə 11,3 milyon manat ayırıb - SƏRƏNCAM
Dünən, 17:09
"Təranəni 3 ilədək həbs gözləyir" - Sonuncu məhkəmə olacaq
Dünən, 17:08
Emmaya qarşı saxtakarlıq: - "Ciddi böhtandır, görəcəklər..."
Dünən, 17:06
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
Dünən, 17:04
"Mühasirəyə düşən ermənilər "UAZ”ı yandırıb qaçdı" - General baş verənlərdən danışdı
Dünən, 17:01
DGK sədri Bakı Baş Gömrük İdarəsində və "Qoşa Təpə" gömrük postunda olub - FOTOLAR
Dünən, 16:58
Sənətkara bu qədər hörmətsizlik olmaz
Dünən, 14:12
Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər
Dünən, 14:08
Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? - TƏHLİL
Dünən, 14:06
“Ermənistanda iqtisadi siyasət yoxdur” - Vardan Bostanjyan
Dünən, 14:03
"Mənim tək rəqibim atamdır"
Dünən, 14:00
Kofi Annan ölüb
Dünən, 13:57
“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb
Dünən, 13:45
Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib
Dünən, 13:39
“BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar
Dünən, 13:36
General Rəsul Çunayevin rütbəsini artırdı - FOTO
Dünən, 13:29
Əli Əhmədov Türkiyəyə gedib
Dünən, 13:24
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Dünən, 13:23
Şəkidə küçədən kişi meyiti tapılıb
Dünən, 13:22
Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib
Dünən, 13:21
Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb
Dünən, 13:16
Tramp xüsusi muzdlu ordu yaradır
Dünən, 12:51
Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək
Dünən, 12:49
Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar
Dünən, 12:47
Oğlanla öpüşdüyü yerdə fotosu yayıldığı iddia edilən Pərvindən: - "Tüpürüm sifətinizə"
Dünən, 12:45
Sabah yağış yağacaq, şimşək çaxacaq
Dünən, 12:39
11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...
Dünən, 12:37
Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb
Dünən, 12:25
“Özünü də, məni də bədbəxt etdi” – Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi
Dünən, 12:23
Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ
Dünən, 12:19
"Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" - Dağı özəlləşdirib ərəbdən pul istədi
Dünən, 12:17
ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
Dünən, 12:11
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? - TƏHLİL
Dünən, 12:09
11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı — TƏFƏRRÜAT
Dünən, 12:08
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
Dünən, 12:07
Azərbaycan nefti bahalaşmaqda davam edir
Dünən, 12:05
Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA
Dünən, 11:47
Salyanda zəlzələ olub
Dünən, 11:38
Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər - DƏHŞƏTLİ CİNAYƏT
Dünən, 11:35
Paşinyan komediya aktyorunu mer görmək istəyir
Dünən, 11:33
Elza Paşinyana şeir yazacaq
Dünən, 11:30
Gəncədə ata və qızını öldürən şəxs tutuldu
Dünən, 11:26
Əməkdar artistin klipinə çəkilən model: - "Röya Ayxanı qucaqlayanda..."
Dünən, 11:25
Azərbaycanlı xanım ifaçı 3-cü dəfə qəzaya düşdü - FOTO
Dünən, 11:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru